Məhkəmə qərarları › İş №2(102)-4191/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4191/2020

25.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4191/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2389/2019 №-li mülki iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim E.Mehdiyev) iddia qismən təmin еdilmiş, cava bdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi ziyana görə 13.046 manat və ödənilmiş dövlət rüsumunun 24,90 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyərinin 99,60 manat hissəsinin cavabdehlərdən, 20,40 manat hissəsinin iddiaçıdan tutulub dövlət büdcəsinə köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən, məruzəçi), X.Mərdanova və E.Həsənov, 2(103)1627/2020 saylı mülki iş) hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2389/2019 saylı mülki iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehləndən avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 15615 manatın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində ləğv edərək iddia həmin hissədə rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Çünki digər Cavabdeh2 avtomaşını səlahiyyəti olmadan idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və ona görə avtomaşını idarə etməyi səlahiyyət verən Cavabdeh1 da vurulan zərərə görə müştərək məsuliyyət daşımalıdır. Prosessual məsələlər və tərəfləri n izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassa siya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddə sinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011ci il tarixli, 3(007)420/2011 saylı qərarı ilə Cavabdeh2 xx.xx.2011-ci il tarixdə “Hyundai İ-30” markalı, **-CC*** dövlət qeydiyyat nişanlı avtomobillə yolnəqliyyat hadisəsi törətməkdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə (nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) təqsirli bilinmiş və 140 manat məbləğində cərimə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(060)-4687/2011 saylı qətnaməsi ilə iddiaçı “xxxx” KB ASC-nin cavabdeh İddiaçı qarşı kreditin və kredit faizlərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə cəmi 14659,78 ABŞ dolları məbləğində pulun və 20 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan **-CC-*** dövlət nömrə nişanlı Hyundai i-30 minik avtomaşına yönəldilərək alınaraq, hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. İddiaçı cavabdehlər Cavabdeh2 və c1 qarşı 17659,78 ABŞ dolları məbləğində ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə tələbi qismən təmin edilmiş, dəymiş ziyanın əvəzi olaraq cavabdehlərdən müştərək qaydada 14679,78 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(103)-2517/2013 saylı qətnaməsi ilə həmin qətnamə ləğv edilərək iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(102)4458/2013 saylı qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, İddiaçı yeni hüquqi əsasa görə avtomobilə vurulmuş zərərin məbləği müəyyən edilməklə, konkret ziyan məbləğinə görə yenidən məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixlı, 13815 saylı rəyi ilə avtomobilin təmir-bər pa xərci 13.046 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən avtomaşının etibarnamə əsasında Cavabdeh1 verilməsini, digər Cavabdeh2 yol-nəqliyyat hadisəsi törətməsini və Azərbaycan Respublikası İXM-nin (qüvvədəndüşmüş) 152.4-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilməsini, həmçinin, ekspert rəyi ilə avtomobilə vurulmuş ziyanın məbləğinin 13046 manat müəyyən edilməsini nəzərə alaraq həmin məbləğdə vurulmuş ziyanın cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə, Cavabdeh1 aid hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası Apellya siya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexan izmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxsl ərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər (maddə 1108.1, 1108.2). Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 verdiyi etibarnamə əsasında sonuncu ona etibar edilmiş avtonəqliyyat vasitəsini digər şəxsin idarəçiliyinə etibar edərək, yəni Cavabdeh1 iddiaçının adından hərəkət edərək avtomobili digər cavabdehin – c1 sahibliyi və istifadəsinə vermişdir. C1 tərəfindən avtomobil idarə edilərkən onun təqsiri üzündən törədilmiş delikt nəticəsində iddiaçıya maddi zərər vurulmuşdur. Cavabdeh1 qanuni sahibliyində olan avtonəqliyyat vasitəsini idarə etməyi iddiaçının ona verdiyi hüquq əsasında digər şəxsə etibar etdiyindən deliktin törədilməsində təqsirli deyildir. Hətta, etibarnamə verilərkən C1 avtomaşını idarə etmək hüququ olmasaydı belə, yenə də Cavabdeh1 məsuliyyəti yaranmır. Çünki Cavab deh1 avtomaşına dair səlahiyyət verməsi C1 avtomaşını sürücülük hüququ olmadan idarə etməsinə icazə verilməsi kimi qiymətləndirilə bilməz. Ona görə də apelyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, tələb edilən zərərin Cavabdeh1 tutulmasına hüquqi əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin ed ilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar