Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4195/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə və Cavabdeh2 MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: maddi zərər, mənəvi zərər, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsinin nüma yəndəsi X1, Cavabdeh2 MMC-nin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2021-ci il tarixli, 2(103)2216/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri, Səbail rayonu, X4 küçəsində "xxxx" MMC tərəfindən inşa edilmiş 2 saylı binanın, 8 saylı mənzili 24 may 2008-ci il tarixli müqavilə ilə İddiaçı sahibliyinə verilmiş, MMC 04 iyun 2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi ilə mənzili İddiaçı satmış və həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququ 08 iyun 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan mənzilin yerləşdiyi binanın fasadı və dam örtüyü Azərbaycan Respublikasının Dövlət Neft şirkəti Sosial İnkişaf İdarəsi və Cavabdeh2 MMC arasında bağlanmış 02 mart 2015-ci il tarixli "xxxx" əsasında həmin MMC tərəfindən əsaslı təmir edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsinə və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 40894 manat maddi və 10000 manat mənəvi ziyanın, cəmi 50894 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 MMC-dən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qə bul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi binanın fasadında və dam örtüyündə cavabdeh (podratçı) Cavabdeh2 MMC tərəfindən təmir işləri aparılmışdır. Bu zaman binanın Salyan şosesinə baxan fasad hissəsində yer səthindən başlayaraq dəmir-beton sütunlar quraşdırılmış və binanın mövcud fasad divarının qarşısından, həmin divardan təqribən 1,0-1,20 metr aralı olmaqla, pəncərə boşluqları saxlanılmaqla yeni divarlar hörülmüş və küçə tərəfdən üzlük daşlarla (aqlay plitələr) üzlənmiş, pəncərə boşluqlarına pəncərələr quraşdırılmış, mərtəbəarası boşluqlar betondan düzəldilmişdir. Yeni fasad divarı inşa edilərkən, həmin divar mövcud divardan və dam örtüyündən bir qədər hündür inşa edilmiş və ona məxsus mansardın döşəmə səviyyəsi ndən 1,80 metr hündürlükdə pəncərə quraşdırılmışdır. Bu işlərin yerinə yetirilməsi nəticəsində onun mənzilinin 5-ci mərtəbə səviyyəsində yerləşən mətbəx və yaşayış otağının mövcud pəncərələrindən həmin otaqlara təbii işığın düşməsi qismən məhdudlaşdırılmış, eyni zamanda yeni fasad divarının binanın mövcud divarından hündür inşa edilməsi və həmin hissədə əlavə olaraq pəncərənin qoyulması nəticəsində mənzilin mansard hissəsindəki otaqlara da təbii işığın düşməsi məhdudlaşdırılmışdır. İddiaçıya məxsus mənzilin mansard hissəsinin təbii işıqlandırılması qismən məhdudlaşdırıldığından, həmin hissələrdə əlavə olaraq söküntü işləri və müəyyən dəyişikliklər aparılmalıdır. Görüləcək işlər üçün çəkiləcək xərclərin müəyyən edilməsi üçün iddiaçı qiymətləndirmə şirkəti dəvət etmiş və həmin Şirkət tərəf indən tərtib edilmiş 29 aprel 2016-cı il tarixli qiymətləndirmə hesabatına əsasən mənzilin mansard tavan hissəsində dam örtüyünə çəkilmiş xərclərin 20 aprel 2016-cı il tarixinə hesablanmış tikinti-smeta bazar dəyəri 40894 manat təşkil etməsi müəyyən edilmişdir. İddiaçı ona dəymiş zərərin Cavabdeh2 MMC-dən alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli qətnaməsi ilə mübahisəli mənzilin onun xüsusi mülkiyyətində olmaması əsası ilə iddia təmin edilməmişdir. Bundan sonra iddiaçı mənzili xüsusi mülkiyyət hüququ ilə öz adına qeydə aldırmışdır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı 5 ildir ki, öz mənzilindən məhrum olmuş, mənzilə köçüb yaşaya bilməmiş, bu isə onun mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdu r. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, e-2(009)1655/2020 nömrəli qətnaməsi ilə (hakim R.N.Qafarova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mənzilinin xüsusi mülkiyyət hüququ ilə 08 iyun 2020-ci il tarixdə öz adına qeydə alınmasına baxmayaraq, bu hal da özü-özlüyündə iddiaçıya mənzilə vurulmuş zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququn yaranmasına əsas vermir. Belə ki, iddiaçı 2017-ci ildə iddia qaldıran vaxt mənzilinin mülkiyyətçisi olmadığı üçün həmin iş üzrə iddia qaldırmağa subyektiv hüququ olmadığından, hazırda 2020-ci ildə həmin mənzilə dair mülkiyyət hüququnu təsdiq edən müvafiq “Çıxarış” alması ilə mülkiyyətçi olmadığı vaxt mənzilinin yerləşdiyi binanın fasadının onun mənzil inə ziyan vurulması ilə bağlı da iddia qaldırmaqda subyektiv hüquqa malik olmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı ərizəsində və izahatlarında ona MMC tərəfindən təmirin nəticəsindən narazı qalacağı təqdirdə, çəkdiyi xərcləri kompensasiya şəklində ödəmələrinə dair təklif edilməsini bildirmələrini göstərsə də, bu təklifin kim tərəfindən edilməsini konkret açıqlamayaraq keçən müddət ərzində aldığı mənzilin tavan mansard hissəsinə külli miqdarda pul xərclədiyi və təmirin nəticəsindən narazı qaldığı halda ona çəkdiyi xərcləri kompensasiya şəklində ödəmələrinə dair təklif edən şəxsə və ya şəxslərə (istər hüquqi, istər fiziki) qarşı iddia qaldırmamasının, mənzilin öz adına xüsusi mülkiyyət hüququ əsasında qeydə aldırmadan mənzilin mülkiyyətçisi olmuş MMC ilə həmin müqavilənin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etməməsinin səbəblərini izah edə bilməmişdir. Göstərilən vəziyyətdə məhkəmə iddiaçının keçən müddət ərzində iddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində artıq 5 ildir ki, öz mənzilindən məhrum olması, mənzilə köçüb yaşaya bilməməsinə dair irəli sürdüyü dəlillərə də tənqidi yanaşmışdır. Məhkəmənin qənaətinə görə onun bu dəlillərlə bağlı belə bir qeyri-səmimi izahat verməsi ilə keçən müddət ərzində mənzilin əvvəlki mülkiyyətçisi ilə özünün bildirdiyinə görə aralarında olan şifahi razılaşmanın (təmirdən narazı qaldığı təqdirdə kompensasiyanın ödənilməsi) pozulması ilə bağlı heç bir tədbir görməməsi, buna hətta cəhd belə etməməsi, eləcə də 04 iyun 2020-ci il tarixdə "xxxx" MMC ilə daşınmaz əmlakın alqı-satqısına dair müqavilə b ağlamaqla 2020-ci ildə mənzili öz adına xüsusi mülkiyyət hüququ əsasında qeydə aldırmasına təşəbbüs etməsi kimi hallarla uzlaşmır. Bundan əlavə, iddiaçı ilə cavabdehlər arasında heç vaxt hər hansı formada hüquqi münasibət və yaxud da anlaşma mövcud olmamışdır. Abadlıq işlərini aparan Cavabdeh2 MMC-nin isə iddiaçıya hər hansı formada ziyan vurması və yaxud digər cavabdehlə bağladığı müqavilələrdə göstərilən şərtlər əsasında norma və qaydalara riayət etməməklə, əvvəlcədən tərtib edilmiş layihə-smeta sənədlərinə uyğun olmaması kimi halların baş verməsi də öz təsdiqini tapmamışdır. Məhkəmə bu qənaətə gələrkən "xxxx" MMC tərəfindən ona məxsus olan binanın fasad və mansard hissəsində ARDNŞ-nin Sosial İnkişaf İdarəsinə və yaxud da Cavabdeh2 MMC-yə heç vaxt hər hansı etiraz və narazılıq bildirilmə məsi, şikayət, pretenziya məktubu ilə müraciət edilməməsinə dair iş materiallarında heç bir sübutun olmamasını, cavabdehlərin də nümayəndələrinin izahatlarında və iddiaya olan etirazlarında belə bir halların baş verməməsini təsdiq etmələrini nəzərə almışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə mülki qanunvericiliyin tələbinə görə mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanla bağlı iddianın həlli üçün 3 zəruri şərtin heç biri mövcud deyildir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli qətnaməsində cavabdehin qanunla müəyyənləşdirilmiş qaydada əmlak sahibi ilə əvvəlcədən razılaşdırılmayan hərəkəti (mübahisələndirilən əmlakın yerləşdiyi binanın səthində aparılan üzləmə işləri) və əmlaka vurulmuş ziyanla cavabdehin hərəkəti arasında müəyyən səbəbli əlaqənin mövcud olması konkret müəyyən edilməmiş, bu iki şərt, üçüncü şərtə, yəni ziyanın bilavasitə şəxsə və ya onun əmlakına vurulması halının mövcudluğuna qiymət verilməsi baxımından ehtimal kimi (əvvəlki iki şərt mövcud olsa belə) göstərilmişdir. Buna görə də həmin qətnamə iş üzrə preyudisial hal kimi qiymətləndirilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, e-2(009)-1655/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2021-ci il tarixli, 2(103)-2216/2021 nömrəli qətnaməsi ilə (hakim N.Ş.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Cəmilovadan və X.Ə.Sa rıyevdən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, e-2(009)-1655/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, binanın fasadında və dam örtüyündə təmir işləri iddiaçının mənzil üzərində mülkiyyət hüququ əldə etdiyi tarixdən əvvəl həyata keçirilmişdir. Belə ki, iddiaçı mənzili 04 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edib və bu müqavilənin əsasında onun mülkiyyət hüququ 08 iyun 2020-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır. Ona görə də həmin işlərin aparılması nəticəsində iddiaçının mülkiyyət hüququnun pozulması mümkün deyildir. Mülkiyyət hüququnu n pozulması mümkün olmadığına görə maddi və mənəvi zərər də vurulması mümkün deyil. İddiaçıya qədər mənzil üzərində "xxxx" MMC-nin mülkiyyət hüququ olmuş, həmin MMC zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia qaldırmamış, mənzil indiki vəziyyətdə iddiaçıya satılmış, iddiaçı isə mənzili bu vəziyyətdə almışdır. İddiaçı bundan əvvəl başqa iş üzrə məhkəməyə iddia verərək binanın fasadında və dam örtüyündə aparılmış təmir işləri ilə əlaqədar onu vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmiş, lakin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Həmin qətnamə onunla əsaslandırılmışdır ki, mənzil üzərində iddiaçının mülkiyyət hüququ rəsmiləşdirilməmiş, mənzil iddiaçının əmlakı hesab olunmur, ona görə də iddiaçı hazırkı iddianı irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyil. Əgər iddiaçı hesab edirsə ki, mənzilə mülkiyyət hüququ əldə edənə qədər mənzil üzərində subyektiv hüququ və ya qanuni marağı olub, belə halda o, həmin qətnaməni mübahisələndirməli idi. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab etmişdir ki, iddia əsassızdır, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmiş, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2021-ci il tarixli, 2(103)-2216/2021 nömrəli qətnaməsinin ləğv edilm əsi və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti işin faktiki hallarına istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, şəxsə maddi və mənəvi zərərin dəyməsi üçün mütləq olaraq mülkiyyət hüququnun pozulması tələb olunmur və iddiaçı bu hüququnun pozulmasını göstərməmişdir. Mübahisəli mənzil hüquqi əsasla iddiaçıya təqdim olunmuş və cavabdehlər həmin mənzildə olan təmiri pozduqları zaman iddiaçının onu mülkiyyətinə alması barədə qanuni gözləntisi olmuşdur. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddiaçının əvvəlki iddiası üzrə qəbul edilmiş qətnaməyə istinad etməsi əsassız olmuşdur. b ) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh2 MMC kassasiya şikayətinə yazılı etiraz verərək, şikayətin dəlillərinin əsassız olduğunu göstərmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdeh2 MMC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əs asən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki,...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mə nəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlu matlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki şikayətin dəlillərinə uyğun olan iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə razılaşır. Məhkəmə kollegiyası razılaşır ki, ziyanın vurulması üçün ziyançəkən şəxsin mülkiyyət hüququnun pozulması qanunvericiliklə tələb olunmur. Lakin apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi, hazırki iş üzrə iddiaçı mübahisələndirilən mənzilə vurulmuş ziyanın əvəzinin tutulması ilə bağlı əvvəllər də məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçının iddianı irəli sürmək üçün müvafiq subyektiv hüququnun olmaması əsası ilə iddiası rədd edilmişdir. İddiaçı həmin qətnamə ilə razılaşmış və qətnaməni mübahisələndirməmişdir. İddiaçının sonradan alqı-satqı müqaviləsi bağlayaraq, mübahisələndirilən əmlak üzərində mülkiyyət hüququnun əldə etməsi, bundan əvvəl vurulmuş ziyanı yenidən tələb etmək üçün əsas kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2021-ci il tarixli, 2(103)-2216/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4195/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4195/2021
28.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver