Məhkəmə qərarları › İş №2(102)-4197/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-4197/2020

08.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4197/2020 08.07.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD işin icraata qəbulundan imtina barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu, Cavabdeh1 vəvəkil x1 tərəfindən verilmiş kasasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı və Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 dekabr 2019-cu il tarixli, 2(103)-13762/2019 saylı qətnaməsindən kasasiya şikayətləri vermişlər. Cavabdehin kasasiya şikayəti nəzərdən keçirilərkən məlum oldu ki, şikayət vəkil x1 tərəfindən tərtib olunsa da, sonuncunun adına verilmiş order şikayətə əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 6 7-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən, şikayətə vəkilin orderi əlavə olunur. Kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə, geri qaytarılır (408.1.3-cü maddə). MPM-nin 408.2-ci maddəsinə əsasən 408.1.1 və 408.1.3-408.1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Ona görə də kasasiya şikayətinin icraata qəbulundan imtina edilməli və iş cavabdehin kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və MPM-in 408.1.3, 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh1 və vəkil x1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 dekabr 2019-cu il tarixli, 2(103)-13762/2019 saylı qətnaməsindən verilmiş kasasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş həmin şəxsin kasasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar