Məhkəmə qərarları › İş №2(102)-4197/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4197/2022

31.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4197/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı ilk; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ İş № 2(102)-4197/2022 (Açar sözlər: zərərin əvəzinin ödənilməsi tələbi) Bakı şəhəri, 31 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1152/2022 nömrəli, 30 mart 2022-ci il tarixli qətnaməsindən ilkin iddiaçı tərəfindən verilmiş kassasiy a şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sabutay Hüseynov bildirir ki, Cavabdeh tərəfindən əmlakına zərər yetirilməklə ona maddi ziyan vurulmuşdur.

2. Cavabdeh isə qeyd edir ki, Sabutay Hüseynov tərəfindən onun qızına qarşı cinayət əməli törədilməklə ona mənəvi zərər yetirilmişdir.

3. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli, 1(043)32/2018 saylı hökmü ilə, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə idman-sağlamlıq və tərbiyəmüalicə müəssisələrində vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinc i instansiya məhkəməsində icraat

4. İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus obyektə vurulmuş maddi ziyana görə 14.700 manat və obyektin bərpası üçün 700 manat məbləğində pulun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İlkin iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ildə cavabdehin qızı Gəncə şəhəri 3-cü mikrorayon ərazisində yerləşən, rəhbəri olduğu "Dostluq" idman sağlamlıq mərkəzində masaj olunurdu. Masaj zamanı onun cavabdehin qızına qarşı masajdan başqa heç bir hərəkəti olmadığı halda ona qarşı atılmış böhtandan sonra cavabdeh onun obyektini öz adamları ilə ondan qisas almaq üçün dağıdıb yararsız hala salmışlar. Cavabdeh tərəfindən ona vurulmuş ziyan- 6000 manat dəyərində "İphone-7" markalı telefon, 350 manat dəyərində “Tikkom” markalı qol saatı, hər biri 100 manat dəyərində 2 ədəd kiçik televizor, 240 manat dəyərində 6 ədəd plastik stol-stul komplekti, 50 manat dəyərində çərçivəli güzgü, 2000 manat dəyərində vitrin soyuducu, 80 manat dəyərində otağın şüşələri, 200 manat dəyərində 2 ədəd akvarium, 300 manat dəyərində hovuzun ətrafı divarlar, 500 manat dəyərində lambirinlər, 360 manat dəyərində 3 ədəd qızdırıcı vasitə, 2200 manat dəyərində əla növ cökə taxtası, 3500 manat dəyərində 2 ədəd kamin, 1200 manat dəyərində 1 ədəd istilik teni, 800 manat dəyərində hamam aksessuarları, 400 manat dəyərində işıqlandırma sistemi, 150 manat dəyərində plastik qapı, 200 manat dəyərində qapıdan ibarət olmaqla, cəmi 14.700 manat təşkil edir. Bununla yanaşı, dağıdılan sağlamlıq mərkəzinin bərpası üçün 700 manat da usta pulu tələb olunur.

6. Cavabdeh qarşılıqlı iddia verərək ona vurulmuş 50000 manat mənəvi zərərin əvəzinin İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı 2017-ci ildə onun azyaşlı (11 yaş) qızına qarşı əxlaqsız hərəkətlər etməsi səbəbindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.3-cü maddəsinə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bu hadisənin üstündən bir neçə il keçməsinə baxmayaraq, heç cür özlərinə gələ bilmirlər. Yenə də uşağın gələcəyinə görə susmaq məcburiyyətində qalmışdır. Lakin bu yaxınlarda iddiaçı cəzasını çəkib qurtardıqdan sonra bütün bunlar azmış kimi ona qarşı əsassız olaraq maddi ziyanın ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmış, bununla da yaralar ını təzələmişdir. Yəni iddiaçı bu hərəkətləri ilə onun, eləcə də ailəsinin şərəf və ləyaqətini ləkələyərək alçaltmışdır. Bütün bunlardan o, çox böyük mənəvi sarsıntı keçirir. Onun bu hərəkətlərindən xəstəliyə düçar olmuş və hazırda müalicə alır. Keçirdiyi mənəvi sarsıntı heç bir ölçüyə sığmır.

8. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim Tural Qocayev) 2(043)2392/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia təmin edilməmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının iddia ərizəsində sadalanan əşyalardan “İphone-6” markalı mobil telefon iddiaçının özünə deyil, onun işçisinə məxsus olmuş, həmin telefonun və “Tikkom” markalı saatın, 2 ədəd kiçik televizorun, plastik stol-stul komplektinin, çərçivəli güzgünün, vitrin soyuducunun, otaq şüşələrinin, 2 ədəd akvariumun cavabdeh tərəfindən sındırılıb dağıdılmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Eləcə də iddia ərizəsində sadalanan digər əşyalar hovuz ətrafı divarlar, lambirinlər, 3 ədəd qızdırıcı vasitə, əla növ cökə taxtası, 2 ədəd kamin, 1 ədəd istilik teni, hamam aksessuarları, işıqlandırma sistemi, plastik qapı və digər qapının cavabdeh tərəfindən yandırılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

10. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı özünə məxsus olan və obyektdə yerləşdirdiyi əşyalardan başqa həm də obyektin özünə birbaşa vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etsə də obyektin (binanın) özünə məxsus olmasını təsdiq edən sübutlar da təqdim etməmişdir. Belə olan halda iddiaçının ümumiyyətlə obyektə vur ulmuş zərəri tələb etməyə subyektiv hüququnun mövcud olması da öz təsdiqini tapmır. İddiaçı tərəfindən yalnız sağlamlıq mərkəzinin və əşyaların yanması ilə bağlı fotoşəkillər təqdim olunmuş, lakin həmin mərkəzin hansı şəraitdə, necə və kim tərəfindən yandırılması ilə bağlı və ümumiyyətlə həmin mərkəzin iddiaçıya məxsus olması ilə bağlı heç bir sübut təqdim olunmamışdır.

11. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının azyaşlı törətdiyi cinayət əməlinə görə məhkum edilmişdir. Cəzanın məqsədlərindən biri sosial ədalətin bərpasıdır. Burada sosial ədalətin bərpası cinayətlə pozulan şəxsi, ictimai və dövlət mənafeyinin bərpasını nəzərdə tutur. Sosial ədalətin bərpası kimi cəzanın məqsədi cinayətin şəxsiyyətə, cəmiyyətə, dövlətə vurduğu ziyanın optima l kompensasiya imkanını da nəzərdə tutur. Şərh olunanlardan görünür ki, İddiaçı ona məhkəmənin hökmü ilə təyin olunan cəzanı çəkməsi ilə qarşılıqlı iddia üzrə iddiaçının mənəvi zərəri də kompensasiya edilmişdir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı böyük mənəvi sarsıntı keçirdiyini əsas gətirərək səhhətinin pisləşdiyini və xəstələnib müalicə aldığını iddia etsə də bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçıya vurulmuş mənəvi zərərin əlavə olaraq pul formasında kompensasiya edilməsi üçün hər hansı əsas yoxdur.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1097.1, 21.1, 21.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4cü maddələrinə istinadla əsasl andırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İlkin iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən - ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və iddiasının təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh onun sağlamlıq mərkəzini dağıtmış, əmlakını yandırmış və ona maddi ziyan vurmuşdur. İşə baxan məhkəmə işin faktiki halını tam araşdırmamış, dəymiş ziyanla bağlı ekspert rəyi almadan onun iddiasını rədd etmiş, bununla da düzgün nəticəyə gəlməmişdir. Məhkəmə onun təqdim etdiyi sübutları hərtərəfli və obyektiv qiymətləndirməmişdir.

15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov) 2(104)-1152/2022 nömrəli iş üzrə 30 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - ilk iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

17. Kollegiya hesab etmişdir ki, iddiaçı cavabdehin ona məxsus əmlakına ziyan vurmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də birinci instansiya məhkəməsi əsaslı olaraq ilk iddianı təmin etməmişdir. İddiaçının tə ləbini təsdiq edən sübutlar nə birinci nə də apellyasiya instansiya məhkəmələri tərəfindən aparılmış araşdırmalar zamanı təqdim edilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə tənqidi yanaşır və həmin dəlilləri özünü müdafiə xarakterli hal hesab edir.

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 21.1, 21.2, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İlkin iddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əmlakdan məhrum olmağa heç bir hüq uqi qiymət vermədən iddianı rədd etmişdir. Məhkəmə qətnaməsidə iddianın təmin edilməsi üçün məhkəməyə sübut təqdim etmilmədiyini qeyd etmişdir. Halbuki iddia ərizəsində əlavə edilmiş foto şəkillərdə əmlakın ləğv olunması tam sübut olunmuşdur. Məhkəmə bunları sübut kimi qiymətləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bil ər. Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya in stansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

36. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1152/2022 nömrəli, 30 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar