Məhkəmə qərarları › İş №2(102)-4198/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4198/2020

02.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4198/2020 02.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X4 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)856/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.S.Məmmədov, iş № 2(002)-4/2018) İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və X1 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 MMC-dən İddiaçı xeyrinə maddi ziyana görə 46.989 manat tutulması qət edilmişdir. Bakı Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.Ə.Sarıyev, M.A.Məmmədov və E.Y.Şamayev, iş № 2(103)1863/2019) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: İ.K.Dəmirov, A.Ə.İsgəndərov və Ə.A.Əhmədov, iş № 2(102)6142/2019) cavabdehin kasasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə (hakimlə r: A.Ə.Hüseyn, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən-iddia tələbinin təmin edilən hissəsində dəyişdirilərək 5985 manat məbləğində pul vəsaitinin Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları: Cavabdeh1 MMC-yə məxsus “Hyster H8 OFT-6” markalı avtomaşın sürücü X3 tərəfindən xx xxxx 2017-ci il tarixdə idarə olunarkən onun tərəfindən manevr qaydaları pozulmuş, nəticədə yolun sağında dayanmış İddiaçı məxsus “Lexus LX 450D” markalı avtomobil əzilməklə ona maddi ziyan dəymişdir. Qəzaya yol vermiş X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsinə əsasən cərimə olunmuşdur. “Lexus LX 450D” markalı avtomobi lin mülkiyyətçisi İddiaçı iddia və dəyişdirilmiş iddia ərizələri ilə məhkəməyə müraciət edərək ekspert rəyinə əsasən ona məxsus avtomobilin dəyərinin 170.000 manat təşkil etdiyi halda qəzadan sonrakı qalıq dəyərinin 123.011 manat olmaqla ona dəyən maddi zərərin 46.989 manat təşkil etməsini əsas göstərməklə həmin məbləğin və xx xxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək zərərin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz olmaqla 1.729,20 manatın cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kasasiya şikayəti verərək cavabdehlərin hərəkəti nəticəsində ona avtomobilinin zədələnməsinə görə 46.989 manat məbləğində mad di ziyan dəyməsinə baxmayaraq, apelyasiya instansiyası məhkəməsinin avtomobilin mənəvi köhnəlməsini nəzərə almadan ziyanın məbləğinin cəmi 5985 manat olması barədə düzgün olmayan nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilib iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçının vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh MMC-nin vəkili isə kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iddianın qismən təmin edilib cavabdeh MMC-dən id diaçının xeyrinə 46.989 manat tutulmasına dair qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iddiaçıya dəymiş ziyanın məbləğinin 5.985 manat olması barədə nəticəyə gələrkən Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli rəyinə əsaslanmış və hesab etmişdir ki, avtomobilin təmir-bərpa işlərinin qiyməti ekspert rəyinə görə 5.985 manat təşkil etdiyindən MMC-dən həmin məbləğ tutulmalıdır. İş materiallarından görünür ki, mübahisəyə birinci instansiya məhkəməsində baxılarkən avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən olunması məqsədi ilə məhkəmə-əmtəəşünaslıq ekspe rtizası təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli rəylə müəyyən olunmuşdur ki, 2016-cı il buraxılışlı “Lexus LX 450D” markalı avtomobilin qəzaya qədərki dəyəri 170.000 manat təşkil etmiş, avtomobilin təmir-bərpasına tələb olunan qüsur aktında göstərilmiş 5985 manat çıxılmaqla və eləcə də avtomobilin qiymətinin 25 faiz azalması nəzərə alınmaqla avtomobilin qəzadan sonrakı qalıq dəyəri 123.011 manat təşkil edir. Həmin rəydən aşkar görünür ki, avtomobilin əvvəlki dəyəri (170.000 manat) ilə sonrakı qalıq dəyəri (123011 manat) arasındakı fərq (170.000-123.011=46.989 manat) iddiaçıya dəymiş ziyanın cəmi məbləğini təşkil edir. Həmin rəy, apelyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi, ziyanın məbləğinin cəmi 5985,0 manat təşkil etməsi barədə nəticəyə gəlmək üçün əsas vermir. İşdə olan və ekspert rəyində istinad olunan qüsur aktında müəyyən olunmuş 5985,0 manat yalnız avtomobilin təmir-bərpa işlərinə çəkiləcək xərcin nəzəri hesablama yolu ilə müəyyən edilmiş qiyməti kimi göstərilməklə əslində avtomobilə dəymiş ziyanın tam həcmini əks etdirmir. Apelyasiya instansiyası məhkəməsi ekspert rəyinə əsaslansa da, əslində qüsur aktında olan avtomobilin təmir-bərpa işlərinin qiymətini (5985 manat) əsas götürməklə dəymiş ziyanın məbləğini müəyyən etmiş, bu zaman avtomobilin qiymətdə 25 faiz aşağı düşməsini nəzərə almamış və işin həmin halına ümumiyyətlə heç bir qiymət verməmişdir. Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2.) Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Q anunun göstərilən normaları vurulmuş zərərin tam həcmdə ödənilməsini nəzərdə tutduğundan, ekspert tərəfindən isə iddiaçıya dəymiş ziyanın tam həcmi 46.989 manat məbləğində müəyyən olunmaqla iddia ərizəsində də məhz həmin məbləğin tutulması tələb olunduğundan, kollegiya hesab edir ki, zərərin vurulmasına görə maddi məsuliyyət daşıyan şəxsdən məhz həmin məbləğ tutulmalıdır. 2016-cı il buraxılışlı avtomobil 2017-ci ilin mart ayında məruz qaldığı zədələnmədən sonra əmtəə dəyərini 25 faiz itirdiyindən, kollegiya hesab edir ki, ziyanın cəmi məbləği müəyyən olunarkən işin həmin halı mütləq nəzərə alınmalıdır. Kollegiya belə bir nəticəyə gələrkən eyni zamanda dünya dövlətlərinin məhkəmə təcrübəsini də nəzərə alır və hesab edir ki, bu, yalnız mübahisənin düzgün həllinin təmin edilməsinə xidmət etmi ş olar. X7 Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli “Vətəndaşların əmlakının könüllü sığortası barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 20 №-li qərarına görə əmlakın əmtəə qiymətini itirməsi özündə nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsindən və təmirdən sonra möhkəmliyini və ayrı-ayrı hissələrin, birləşmələrin, cihazların, mühafizə qatının zəifləməsi ilə əlaqədar vaxtından əvvəl öz əmtəə görünüşünü və istismar keyfiyyətinin pisləşməsini nəzərdə tutur. Bununla əlaqədar Plenum hesab etmişdir ki, nəqliyyat vasitəsinin təmir-bərpa işlərinin qiyməti ilə yanaşı əmtəə qiymətinin itməsi də real zərər olduğundan, onun sığortaçı tərəfindən ödənilməsindən imtina oluna bilməz. Kollegiya hesab edir ki, qəzadan sonra iddiaçıya məxsus avtomobil vaxtından əvvəl həm əmtəə görünüşünü həm də istismar keyfiyyətini itirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan yol nəqliyyat hadisəsi A.A.Cabbarov tərəfindən törədilsə də, avtomobil MMC-yə məxsus olduğundan və sonuncu avtomobili mülkiyyətçi tərəfindən verilmiş etibarnamə əsasında idarə etdiyindən, qanunun yuxarıda göstərilən normasının tələbinə müvafiq olaraq ziyan MMC-dən tutulmalıdır. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddianı 5985 manat həcmində təmin edərkən işin yuxarıda göstərilən hallarını nəzərə alıb onlara qiymət vermədiyindən qətnamə ləğv olunmalı və məhkəmə instansiyaları tərəfindən müəyyən olunmuş sübutlar əsasında iddianın qismən təmin olunub MMC-dən iddiaçının xeyrinə maddi ziyan a görə 46.989 manat tutulmasına dair yeni qərar qəbul edilməlidir. Zərərin ödənilməsinin gecikdirilməsinə görə cavabdehdən 1.729,20 manat tutulmasına dair hissədə iddia tələbi əsassız olduğundan kollegiya hesab edir ki, həmin hissədə iddia tələbi rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən İddiaçı xeyrinə 46.989 manat maddi ziyana görə, 30 manat dövlət rüsumuna görə, dövlət büdcəsinə ekspertiza xərcinə görə 50 manat tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qərar qəbul edildiyi andan qüv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar