Məhkəmə qərarları › İş №2(102)-4198/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-4198/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4198/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə baxışından çıxarma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X6 ibarət tərkibdə, İddiaçı LPO İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh3 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)92/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməs indən Cavabdeh1 qızının hüquqi varisi X4 tərəfindən verilmiş kassasiya şikayətinə 6 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı2 ASC-in Gəncə filialı ilə bağlanmış 03 fevral 2014-cü il tarixli, 002 F saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 mənzil təmiri məqsədi ilə illik 24 faizlə 24 ay müddətinə 19500 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Cəfərov küçəsi, 3nömrəli evin 17 nömrəli mənzil 03 fevral 2014-cü il tarixdə 02 F saylı ipoteka müqaviləsi ilə bankın xeyrinə yüklü edilmişdir.

3. Həmçinin 03 fevral 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 öhdəliyin icrasına zamin durm uşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı LPO İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, 002 F saylı kredit müqaviləsi üzrə yaranmış 9.039,28 manat məbləğində əsas kredit borcu və 7.793 manat məbləğində hesablanmış əldən çıxmış faydanın, cəmi 16.832,28 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması, tutmanın girov müqaviləsi ilə yüklü edilmiş, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi, 3 nömrəli evin 17 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılması və banka olan bo rcun ödənilməsi; həmin mənzilin satışı ilə bağlı çəkilmiş zəruri xərclər çıxıldıqdan sonra əldə olunan vəsait borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin borclu Cavabdeh1 tutularaq LPO "Yunayted Kredit Bank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2(043)-65/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Cavid Tağıyev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 002 F nömrəli kredit müqaviləsi üzrə cəmi 6337,77 (altı min üç yüz otuz yeddi manat 77 qəpik) manat kredit borcunun və 30 manat dövlət rüsumunun tutularaq LPO İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, tutmanın xx.xx.2014-cü il tarixli, 002 F nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi, 3 nömrəli evin Cavabdeh1 məxsus olan 17 nömrəli mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracda satılması, həmin mənzilin ilkin satış qiymətinin 26.000 (iyirmi altı min) manat olmaqla tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1nun xx.xx.2014-cü il tarixli, 002 F nömrəli kredit müqaviləsi üzrə LPO İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra artıq qalan vəsaitin ipoteka qoyan Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin o lunmaması qət edilmişdir.

6. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 317.1, 317.2, 385.1, 442, 443.1, 448.1, 739.1-ci və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. İddiaçı apellyasiya şikayəti verərək, əsas məbləğin qismən tutulması, əldən çıxmış faydanın tutulmasının rədd edilməsi və mənzilin ilkin satış qiymətinin 26000 manat müəyyən edilməsi hissəsində ləğv edib, iddianın tam təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.

9. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-302/2021 nömrəli, 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə ləğv prosesində olan İddiaçı2 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)65/2019 nömrəli qətnaməsi əsas borc məbləği və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hissələrdə dəyişdirilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada cəmi 8478,77 (səkkiz min dörd yüz yetmiş səkkiz manat 77 qəpik) manat kredit borcu və 30 manat dövlət rüsumunun tutularaq LPO İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, Cavabdeh1 mülkiyyətində olan, ipoteka predmeti Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi, 3 nömrəli evin 17 nömrəli mənzilinin ilkin satış qiyməti üzrə likvid dəyərinin 34000 manat məbləğində müəyyən edilməsi, qətnamənin 7793 manat məbləğində hesablanmış əldən çıxmış faydanın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

10. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 443.4-cü və “İpoteka haqqında” Qanunun 39-cu maddəsinə istinad etmişdir. C) Kassasiya instansiya məhkəməsində birinci icraat

11. İddiaçı LPO İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verib, qətnamənin Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən hesablanmış faiz məbləğinin tutulması və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi və ya işin yeni apellyasya baxışına qaytarılmasını xahiş etmişdir.

12. Qətnamə ilə hüquq və mənafelərinə toxunulan ş əxslər X4 və X5 (vəkil X2) qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, işin yeni apellyasya baxışına qaytarılmasını xahiş etmişlər.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarilxi, 2(102)5526/2021 saylı qərarı ilə (hakimlər X10 (sədrlik edən və məruzəçi), X7, X11) kassasiya şikayətlərinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)302/2021 nömrəli, 22 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır.

14. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 apellyasiya şikayəti olmadığı və onun şikayətin icraata götürməd iyi halda, bütün məhkəmə sənədlərində Cavabdeh1 apellyasiya şikayətinə baxıldığını qeyd etmiş, üstəlik qətnamədə Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini göstərmişdir. Halbuki qeyd edildiyi kimi, Cavabdeh1 verdiyi apellyasiya şikayəti müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır.

15. Bundan başqa, Cavabdeh1 09 fevral 2020-ci ildə vəfat etmiş olsa da, apellyaisya məhkəməsi işə baxmaqda davam etmiş, cavabdehin ölümündən bir ildən artıq müddət keçdikdən sonra qətnamə qəbul edilməklə MPM-in 58.1-ci maddəsinin tələblərini pozmuş, nəticədə Cavabdeh1 prosessual hüquq varislərinin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan məhkəmə aktı çıxarmışdır.

16. İddiaçı apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətini birinci instansiya məhkəməsi tərəfindən 26000 manat qiymətləndirilməsini mübahisələndirmiş, həmin məbləğin yüksək olmasını bildirmişdir. Apellyasiya məhkəməsi də bu dəlili xüsusi qeyd etməsinə baxmayaraq, təyin etdiyi ekspertiza rəyinə əsasən apellyasiya şikayətinin dəlilindən kənara çıxaraq ipoteka predmetinin qiymətini 34000 manat müəyyən etmişdir. Halbuki iddiaçı apellyasiya şikayətində ipoteka predmetinin qiymətinin 26000 manatdan az olmasını dəlil kimi irəli sürmüşdü. Buna görə də həmin hissədə apellyasiyanın səlahiyyəti yalnız ipoteka predmetinin qiymətinin 26000 manatdan az olmasını müəyyən etməklə məhdudlaşmalı idi.

17. Həmçinin, apellyasiya məhkəməsi cinayət işində Bankın özünün zərərçəkmiş hüquqi şəxs olması, buna görə də, həmin Bankın əməkdaşlarının törətdikləri cinayət nəticəsində digər şəxslərə, o cüml ədən Cavabdeh1 vurulmuş zərərin məsuliyyətinin Bankın üzərinə qoyula bilməməsi barədə gəldiyi nəticəni qətnamədə kifayət qədər əsaslandırılmayıb.

18. Apellyasiya instansiyası məhkəməsi əldən çıxmış fayda qismində 7793 manat iddia tələbinin təmin edilməməsi ilə bağlı bankın müqavilə müddətinin bitməsinə və cavabdehin ardıcıl olaraq öhdəliyini icra etməməsinə lazımi diqqət nümayiş etdirməməsinə istinad etsə də, həmin tələb üzrə qiymətləndirməni bankın ləğv olunma vaxtı nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarına uyğun olaraq həyata keçirməmişdir.

19. Ali Məhkəmə öz mövqeyini əsaslandırarkən “İpotek a haqqında” Qanunun 39.3.3, MPM-nin 14.2, 77.1, 88, 217.1, 407.2 və 416.1-ci maddələrinə istinad etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. Gənc Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı LPO İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. d) Kassasiya instansiya məhkəməsindəki ikinci icraat

21. Cavabdeh1 Zirəddin qızının hüquqi varisi X4 (Vəkil1 oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı LPO İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətinə etiraz verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

25. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icr aat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

24. Maddə 417.1.7. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-92/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdehin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 06 oktyabr 2023-cü il tarixli qərardadı ilə icraata qə bul edimişdir.

26. Məhkəmə kollegiyası məruzəçini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 06 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, mülki iş kasasiya baxışından çıxarılmalıdır.

23. Belə ki, hazırki iş üzrə müəyyən edilmişdir ki, cavabdeh X1 Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-65/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməmiş, hər hansı tələbi olmamış, işə ikinci dəfə baxan Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-92/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı LPO İddiaçı2 ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası mə hkəməsi Cavabdeh1 hər hansı tələbinə baxmamışdır.

24. Belə olan halda Cavabdeh1 Ziyyəddin qızının apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ mövcud olmamışdır, müvafiq olaraq onun hüquqi varisi X4 da kassasiya şikayəti vermək hüququna malik olmamışdır ki, bu hal da cavabdehin hüquqi varisinin kassasiya şikayətinə əsasən işə kassasiya qaydasında baxılmasını istisna edir.

25. Odur ki, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin qərardadı ləğv edilməli, mülki iş kasasiya baxışından çıxarılaraq kassasiya şikayətinin geri qaytarılması məsələsinin həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 404-1, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyas ı Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-92/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdehin hüquqi varisi X4 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 06 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. 2(102)-4198/2023 saylı mülki iş kasasiya baxışından çıxarılaraq kassasiya şikayətinin geri qaytarılması məsələsinin həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar