Məhkəmə qərarları › İş №2(102)-4199/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4199/2021

13.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4199/2021 13.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmlaka vurulan ziyanın ödənilməsi, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili X1 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 aprel 2021-ci il tarixli, 2(103)569/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfi ndən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 40,5 kv.m. olan 4 otaqlı evi İddiaçı mülkiyyətində olmaqla, 16 mart 2018-ci il tarixli kirayə müqaviləsi ilə 1 il müddətinə Cavabdeh kirayəyə verilmişdir. Həmin müqavilənin şərtlərinə görə, fors-major hadisəsindən sığortalanma cavabdehin vəzifəsi kimi müəyyən edilmiş və eyni zamanda, kirayə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı cavabdeh öhdəlik götürmüşdür. Ev Cavabdeh istifadəsində olduğu dövrdə 01 iyun 2018-ci il tarixdə orada yanğın baş vermişdir. Həmin fakta görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı alınmış ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 01 iyun 2018-ci il tarixdə ünvan 2 ünvanında baş vermiş yanğın nəticəsində İddiaçı məxsus 6 adda əşyalara əmtəə üzrə orta bazar qiyməti ilə təxminən 2800 manat ziyan dəymişdir. İddiaçı məxsus fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 30580 manat məbləğində müəyyən edilmişdir. Həmçinin araşdırma zamanı alınmış digər ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində baş vermiş yanğının mənbəyi evin ümumi dəhliz otağına daxil olduqda sol tərəfdəki soyuducuların yerləşdiyi hissədə döşəmə səviyyəsində ol muş, evin daxilində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə, yanğının mənbə zonasında istilik ixrac edə bilən cihaz və avadanlıqlardan yalnız gərginliyə qoşulu halda soyuducunun aşkar edildiyinə əsaslanaraq, yanğın mənbə zonasında yerləşən soyuducunun elektrik keçirici hissələrində yaranmış elektrik təbiətli qəza halından baş vermişdir. “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 4.6-cı bəndinin tələbinə əsasən, üzərinə fərdi yaşayış evində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş kirayəçi Cavabdeh yaşadığı evdə elektrik avadanlıqlarına və elektrik şəbəkələrinə vaxtlı-vaxtında profilaktik baxışların, eləcə də, planlaşdırılmış təmirlərin keçirilməsini təmin edərək yanğın törədə bilən pozuntuları aradan qaldırmadığına gö rə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.10.2, 6.1, 6.5-ci bəndlərinin və “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 2.3.3, 2.3.3.1-ci bəndlərinin tələbləri Cavabdeh tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 oktyabr 2018-ci il tarixli qərarla Cavabdeh əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 dekabr 2020-ci il tarixli rəyinə əsasən yanğın nəticəsində ünvan 3 ünvanda yerləşən baş vermiş yanğın nət icəsində tam yararsız vəziyyətə düşmüş fərdi yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin ümumi dəyəri bazar qiymətlərinə uyğun olaraq təqribən 30780,0 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yanğın nəticəsində tikinti və əmtəə üzrə dəymiş zərərin dəyəri olan cəmi 33380 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(011)-5162/2019 nömrəli qətnaməsi ilə (hakim F.M.Yaqubov) iddia təmin edilmiş, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh 33380 manat məbləğində pulun tutularaq, İddiaçı xey rinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh hüquqa zidd əməli nəticəsində İddiaçı zərər vurulması məhkəmə iclasında sübuta yetirilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(011)-5162/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, yanğının vurduğu zərərin ekspertiza keçirilməklə müəyyən olunması və həmin rəyə uyğun yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2019-cu il tarixli, 2(103)-12252/2019 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və F.F.Babayevdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(011)5162/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi yanğın nəticəsində iddiaçıya dəydiyi ekspert rəyi ilə müəyyənləşdirilmiş ziyan məbləğini cavabdehdən tutmaqda haqlı olmuşdur. Bu qənaətə gələrkən apellyasiya instansiyası məhkəməsi xüsusi ilə nəzərə almışdır ki, cinayət təqibi orqanının qanuni qüvvədə olan qərarı ilə yanğın hadisəsinin evin Cavabdeh istifadəsində olduğu zaman baş verdiyi, yanğının onun istifadə etdiyi soyuducunun elektrik keçirici hissələrində yaranmış elektrik təbiətli qəza halından törəndiyi, adı çəkilən şəxsin “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.10.2, 6.1, 6.5-ci bəndlərinin və “Fərdi qarajlar, mehmanxana və yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 2.3.3, 2.3.3.1ci bəndlərinin tələblərini pozduğu müəyyən olunmuşdur. Cavabdehin, iddiaçıya vurduğu ziyanın daha az olması, cinayət təqibi orqanı tərəfindən təyin olunmuş ekspertizanın rəyi ilə müəyyən edilən məbləğin düzgün hesablanmadığı barədə arqumentlərinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, birincisi o, həmin arqumentlərini əsaslı göstərəcək heç bir sübut təqdim etməmişdir. Digər tərəfdən isə, müvafiq ziyan məbləği cinayət təqibi orqanının təyin etdiyi ekspert rəyi ilə müəyyən olunmaqla həmin orqanın “cinayət işinin başlanmasının rədd olunması” qərarının əsasını təşkil etmiş, cavabdeh isə bu qərarla razılaşaraq ondan şikayət verməmişdir. c) Kassasiya instansiyası məhkəmə sindəki birinci icraat Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2019-cu il tarixli, 2(103)-12252/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(102)- 1969/2020 nömrəli qərarı ilə (hakimlər G.A.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər İ.R.Xələfovdan və Z.Ə.Əliyevdən ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2019-cu il tarixli, 2(103)12252/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiya sı məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının tələbinin əsasını cavabdehin təqsirli hərəkəti nəticəsində ona məxsus fərdi yaşayış evinə 33380 manat məbləğində vurulmuş zərərin əvəzinin cavabdehdən tutulması təşkil edir. Cavabdeh iddiaçı tərəfindən tələb edilən və birinci instansiya məhkəməsi tərəfindən ödənilməsi qət edilən həmin məbləğlə razılaşmayaraq apellyasiya instansiya məhkəməsinə ekspertiza təyin edilməsi barədə vəsatət verərək, ekspert qarşısında yanğın nəticəsində evin yanmış sahəsinin təmiri və bərpasına sərf edilməli olan vəsaitin müəyyən edilməsi barədə suallar qoyulmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh müəyyən edilən məbləğin düzgün hesablanmadığı barə də dəlilləri əsaslı deyildir, çünki bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Halbuki, apellyasiya şikayəti və vəsatət əsaslandırılmaqla, cavabdehin həmin məbləğin həqiqəti əks etdirmədiyi barədə dəlilləri yalnız ekspert rəyi alınmaqla təsdiq və ya təkzib edilə bilərdi. Digər tərəfdən, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin əsası kimi istinad etdiyi ekspert rəyləri baş vermiş hadisədə cinayət tərkibinin olub-olmaması araşdırılarkən cinayət təqibini həyata keçirən orqan tərəfindən alınmış və 25 oktyabr 2018-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bu halda, həmin ekspert rəyləri ilə müəyyən edilmiş məbləğlər cinayət təqibi qaydasında cavabdeh üçün sanksiya xarakterli hüquqi nəticə yaratmadığı üçün cavabdehin onun barəsində açılmış cinayət işinin rədd edilməsi barədə qərarı mübahisələndirməməsi, həmin iş üzrə alınmış ekspert rəyində ifadə edilmiş zərərin məbləği ilə razılaşması kimi qiymətləndirilməməklə, həmin hal hazırki işdə zərərin məbləğinin mübahisələndirməsini öz-özlüyündə istisna etmir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 aprel 2021-ci il tarixli, 2(103)-569/2021 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh 30780,0 manat məbləğində pulun tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya məhkəməsi kassasiya instansiyası məhkəməsinin əvvəl ki icraatında irəli sürülmüş göstərişləri icra edərək, iş materiallarında olan sənədlərə əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertin 30 dekabr 2020-ci il tarixli rəyinə görə yanğın nəticəsində ünvan 3 ünvanda yerləşən baş vermiş yanğın nəticəsində tam yararsız vəziyyətə düşmüş fərdi yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin ümumi dəyəri bazar qiymətlərinə uyğun olaraq təqribən 30780,0 manat müəyyən edilmişdir. Kollegiya hesab etmişdir ki, qeyd olunan ekspert rəyi daha yeni olduğundan, məhkəmə tərəfindən sübut kimi qəbul edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Mə hkəməsinin Mülki kollegiyasının 01 aprel 2021-ci il tarixli, 2(103)-569/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, işin faktiki halları düzgün müəyyən edilməmişdir. Belə ki, ekspert rəyi əsassız olmuş, həmçinin cavabdehin zərərin vurulmasında təqsiri tam araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili X1 oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnamə sinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olu nmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə cavabdehdən tutulan zərərin əvəzinin məbləği azaldılsa da, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin hazırki qətnaməsindən şikayəti cavabdeh verdiyindən hazırki kassasiya baxışının predmetini iddianın təmin olunmu ş hissəsində qanuniliyinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulm uş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurm ayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin v ə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamas ı halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 420ci maddəsinə əsasən kassasiya məhkəməsinin əvvəlki qərarında irəli sürdüyü göstərişlərini icra edərək, işin hallarını tam və hərtərəfli araşdırmış və gəldiyi nəticəsi qanunvericiliyə uyğun əsaslandırmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iddiaçıya vurulan ziyan ekspert rəyinə uyğun müəyyən edilmişdir. Həmçinin baş vermiş yanğında cavabdehin təqsirli olması təhqiqat orqanının yuxarıda qeyd olunan qərarı və həmin araşdırma zamanı keçirilmiş 15 oktyabr 2018-ci il tarixli rəyi ilə öz təsdiqini tapmışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin etməklə, Azərbaycan Respublikası MPM-in 88 və 103-cü maddələrinin tələblərinə riayət etmişlər. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə mübahisələndirilən hissədə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 aprel 2021-ci il tarixli, 2(103)-569/2021 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar