Məhkəmə qərarları › İş №2(102)-4200/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4200/2021

20.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4200/2021 20.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “dəymiş mənəvi zərərə görə pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mənəvi ziyanın ödənilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 2(105)-3747/2017 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayə ti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Sumqayıt Şəhər Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı1 iddiası təmin olunmuş, Sumqayıt şəhəri, 18-ci mikrorayon, 19 saylı evdə yerləşən 79 saylı mənzilə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Sumqayıt şəhəri 2 saylı Dövlət Notariat Kontorunda 11 iyul 2010-cu il tarixdə bağlanmış AN-İ ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququna dair Azərbaycan Respublikası DƏDRX-nın Sumqayıt şəhər 2 saylı Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində 22 iyul 2010-cu il tarixdə aparılmış ********** saylı qeydin ləğv edilməsi qət olunmuşdur. Sumq ayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2016-cı il tarixli qərardadı ilə qeyd olunan qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilmiş, apellyasiya icraatına xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada 20000 manat məbləğində pulun, ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun və vəkilin göstərdiyi hüquqi yardıma görə 100 manat məbləğində çəkilmiş xərcin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2010-cu ilin may ayının əvvəllərində müalic ə olunmaq üçün 1500 manat məbləğində pul lazım olduğundan ailə üzvləri ilə məsləhətləşərək mülkiyyətində olan Sumqayıt şəhəri 18-ci mikrorayon 19 saylı evdə yerləşən ümumi sahəsi 55.2 kv.m., yaşayış sahəsi 31.3 kv.m. olan iki otaqlı 79 saylı mənzili bankların birinə ipotekaya qoymaqla kredit götürmək qərarına gəlmişdir. Krediti ipoteka yolu ilə əldə etmək üçün zəruri sənədləri toplamağa başlamış, həmin ərəfədə cavabdehlərdən Cavabdeh3 ilə görüş zamanı, pula ehtiyacı olduğunu ona bildirmiş, sonuncu da ona bankdan pul götürməməsini, tanışı Cavabdeh1 vasitəsilə onun qaynı Cavabdeh2 adına 3 aylıq müddətə mənzilə dair ümumi etibarnamə və hüquq müəyyənedici sənədləri girov qoymaqla ona faizsiz borca pul götürə biləcəyini bildirmişdir. Cavabdeh3 inandığı üçün bu təklifi qəbul etmiş, 06 iyun 2010- cu il tarixdə Sumqayıt şəhəri 6 saylı Dövlət Notariat Kontorunda 3 ay müddətinə Cavabdeh2 adına ümumi etibarnamə vermiş, həmçinin mənzilə dair hüquq müəyyənedici sənədləri Cavabdeh3 vermişdir. Lakin onunla şərtləndiyi müddət ərzində Cavabdeh3 vəd etdiyi 1500 manat məbləğində borc pulu ona verməmişdir. Sonradan məlum olmuşdur ki, cavabdehlər onun etibarından suiistifadə edərək öz aralarında iş birliyi quraraq Cavabdeh2 adına verilmiş etibarnamədən istifadə edərək, iddiaçıya məxsus mənzili 11 iyul 2010-cu il tarixdə Sumqayıt şəhəri 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında 25632 manata biridigərinə satmışlar. Göstərilən səbəblərdən özünə məxsus mənzilin üzərində hüquqlarını bərpa etmək üçün iddia ilə məhkəməyə müraciət etmiş¸ Sumqayıt Şəhər Məhkəməsinin 18 i yul 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, mənzilin alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Cavabdehlərin törətdiyi mülki hüquq pozuntusu nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur. Bu müddət ərzində o, dəfələrlə müxtəlif xəstəliklərə tutulmuş və mütəmadi olaraq müalicələr almışdır. Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2017-ci il tarixli, 2(060)-11659/2017 nömrəli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddia təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2017-ci il tarixli, 2(060)-11659/2017 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 26 dekabr 2017-ci il tarixli, 2(105)-3747/2017 nömrəli qətnaməsi ilə (hakim A.Q.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və T.O.Quliyevdən ibarət tərkibdə) İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2017-ci il tarixli, 2(060)-11659/2017 nömrəli qətnaməsi qismən ləğv edilmiş və iş üzrə mənəvi ziyan tələbi hissəsində yeni qətnamə qəbul edilərək, iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1n, Cavabdeh2 və Cavabdeh3 hər birindən 1000 manat olmaqla mənəvi zərərə görə və 5 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3015 manat pul vəsaitinin alınaraq İddiaçı1 verilməsi, iddia ərizəsi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddi açı1 mülkiyyətində olan mənzili Cavabdeh2 adına 3 aylıq müddətinə mənzilə dair ümumi etibarnamə və hüquq müəyyənedici sənədləri onda girov qoymaqla faizsiz borca pul götürə biləcəyi ilə Cavabdeh3 etibarı olduğu üçün ona inanaraq, verdiyi təklifi qəbul etmiş və 06 iyun 2010cu il tarixdə onunla birgə Sumqayıt şəhəri 6 saylı Dövlət Notariat Kontorunda 3 ay müddətinə Cavabdeh2 adına ümumi etibarnamə verməklə mənzilə dair hüquq müəyyənedici sənədlərlə bir yerdə Cavabdeh3 vermişdir. Sonradan mülkiyyətində olan mənzil cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində özgəninkiləşdirilərək mülkiyyətindən çıxarılmış Cavabdeh1 qaynı Cavabdeh2 vasitəsi ilə satıldığından, bunun nəticəsində İddiaçı1 mənəvi iztirab hisslərinə məruz qalmaqla mülkiyyətində yeganə yaşayış yeri olan mənzilin aldadılmaqla onun və ailəsinin əlindən alındığını bilmişdir. Bundan sonra məhkəməyə müraciət etmiş və qətnamə ilə pozulmuş hüquqları faktiki olaraq 6 ildən sonra bərpa edilmişdir. İddianı qismən təmin edən apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli Qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfində tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 2(105)-3747/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 16 may 2018-ci il tarixli, 2(102)-3536/2018 nömrəli qərarı ilə (hakim İ.R.Xələfovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.Ə.Allahverdiyevdən və Ə.Ə.Şadiyevdən ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2017-ci il tarixli qətnaməsi kassasiya şikayəti verən Cavabdeh1 münasibətdə ləğv edilmiş, həmin hissədə işə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 21 avqust 2018-ci il tarixli, 2(105)-2950/2018 nömrəli qətnaməsi ilə (hakim S.A.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər E.G.Rəhimovdan və N.M.Nəsibovdan ibarət tərkibdə) İddiaçı1 apellyasiya şikayəti Cavabdeh1 münasibətdə rədd edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2017-ci il tarixli, 2(060)-11659/2017 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat Cavabdeh2 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 2(105)-3747/2017 nömrəli qətnaməsinin ona aid hissədə ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2019cu il tarixli, 2(102)-6404/2019 nömrəli qərarı ilə (hakim Ə.A.Əhmədovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və İ.K.Dəmirovdan ibarət tərkibdə) Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 2(105)-3474/2017 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. f) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2020-ci il tarixli, 2(105)-680/2020 nömrəli qətnaməsi ilə (hakim A.Ə.Abbasovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və T.Q.Məmmədovdan ibarət tərkibdə) İddiaçı1 apellyasiya şikayəti Cavabdeh2 münasib ətdə təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2017-ci il tarixli, 2(060)-11659/2017 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh3 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 2(105)-3747/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi iş materialları ilə istisna olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Laki n apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Yuxarıda qeyd olunduğu kimi, iddia apellyasiya instansiyası məhkəməsi tərəfindən hər üç cavabdehə münasibətdə qismən təmin olunsa da, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Həmin qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda mü bahisələndirilmiş, kassasiya instansiyası məhkəməsi tərəfindən onlara aid hissədə ləğv edilmiş və son nəticədə apellyasiya instansiyası məhkəməsinin müvafiq qətnamələri ilə iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti həmin cavabdehlərə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırki kassasiya şikayətini Cavabdeh3 verdiyindən kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın yalnız həmin cavabdehə münasibətdə təmin olunmuş hissəsində qanuniliyinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zər ərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhk əmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 8-ci bəndinin ikinci cüməsində məhkəmələrə izah edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 10-cu bəndinə Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə t ərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda proses in çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslər in izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması ap ellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğ un olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia kassatora münasibətdə təmin edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılma sı ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi iddianı hazırki kassatora münasibətdə qismən təmin edərkən, cavabdehlərin iddiaçının etibarından suiistifadə edərək, ona məxsus mənzili ələ keçirmələri, onların təqsirli hərəkətləri nəticəsində iddiaçının mənəvi zərərə məruz qalması, bunun işə əlavə edilmiş tibbi sənədlərlə təsdiq edilməsi ilə əsaslandırmışdır. Belə ki, iddiaçının tələbinin sübutu qismində Azərbaycan Respublikası DİN-in A.Heydərov adına Respublika Hospitalının 28 sentyabr 2013-cü il, 29 may 2015-ci il tarixli xəstəlik tarixindən çıxarışları, 20 may 2015-ci il tarixli “Abdominal KT” müayinəsinin nəticəsi, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik X1 Şöbəsinin 21 fevra l 2014-cü il tarixli “exokardioqrafiya” tibb sənədləri təqdim etmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin əvvəlki icraatında da göstərdiyi kimi, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərtin mövcudluğu tələb olunur. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolle giyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı). İddianı təmin edən apellyasiya instansiyası məhkəməsi isə cavabdehlərin, o cümlədən hazırki halda kassatorun iddiaçının etibarından sui-istifadə edərək mənzilini ələ keçirmələri nəticəsində sonuncuya mənəvi zərərin vurulmasını işdə olan sübutlarla əsaslandırmamış, bununla da Mülki Məcəllənin 21 və 1097.1-ci maddələrinin tətbiqində səhvə yol vermiş, eyni zamanda sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə ai d aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə göstərilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım ola n bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 2(105)-3747/2017 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh3 aid hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar