Məhkəmə qərarları › İş №2(102)-4201/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4201/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4201/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin vəkili X2, Cavabdeh iştirakları ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair; iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı müqavilələrin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaç ı «xxxxxxxxxxx» MMC-nin verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: «xxxxxxxxxxx» MMC Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, «xxxxxxxxxxx» MMC-nin iddiasının təmin edilməsinə və Cavabdeh iddiasının tam rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Hacıyev, iş № 2(008)-633/2019) iddia qismən təmin edilərək, Cavabdeh xx xxxxxx 2016-cı il tarixli K227460 №-li müqaviləyə əsasən 109 manat ödənilməmiş borc, 10 manat dəbbə pulu, xx xxx 2017-ci il ta rixli Kİ04600 №-li müqaviləyə əsasən 1309 manat ödənilməmiş borc, 20 manat dəbbə pulu olmaqla, cəmi 1448 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 1478 manat məbləğində pul vəsaitinin alınaraq «xxxxxxxxxxx» MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı müqavilələrin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova, iş № 2(004)-4671/2019) iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx xxx 2017-ci il tarixli K104600 saylı müqavilənin ləğv edilməsi, İddiaçı MMC-dən vurulmuş mənəvi ziyana görə 200 manat məbləğində pulun və 1 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev, iş № 2(103)-906/2020) 2(103)-906/2020 və 2(103)-222/2020 sayları altında qeydə alınmış mülki işlər birlikdə baxılması üçün bir icraatda 2(103)-222/2020 №-si altında birləşdirilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn, iş № 2(103)222/2020) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-633 /2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən “Samsung” markalı paltaryuyan üçün 109 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən “Midea” markalı soyuducu üçün 1309 manat ödənilməmiş hissə, 1200 manat dəbbə pulu və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq «xxxxxxxxxxx» MMC-yə ödənilməsi barədə iddiası rədd edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4671/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: «xxxxxxxxxxx» MMC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, «xxxxxxxxxxx» MMC-nin iddiasının təmin edilməsinə və Cavabdeh iddiasının tam rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı «xxxxxxxxxxx» MMC-nin vəkili X3 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğ v edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prose ssual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı” MMC ilə Cavabdeh arasında xx xxxxxx 2016-cı il tarixli K227460 nömrəli müqavilə bağlanmış və müqavilə yə əsasən alıcı Cavabdeh satıcı İddiaçı MMC-dən 12 ay müddətinə hər ay 109 manat ödəmək şərti ilə dəyəri 1373 manat olan “Samsung WW70K62E00SDLP” modelli paltaryuyan maşın almışdır. Həmçinin həmin tərəflər arasında xx xxx 2017-ci il tarixli K104600 nömrəli müqavilə bağlanmış və müqaviləyə əsasən alıcı Cavabdeh satıcı İddiaçı MMC-dən 12 ay müddətinə hər ay 119 manat ödəmək şərti ilə dəyəri 1583 manat olan “Midea HD585FWE” İNOX modelli soyuducu almışdır. Həmin müqavilə üzrə alıcı Cavabdeh xx.xx.2017-ci il tarixli 1 illik zəmanət talonu verilmişdir. xx xxxxxxx 2017-ci il tarixli 653 saylı təhviltəslim aktına əsasən “Midea HD-585FWE” modelli soyuducu Cavabdeh geri təhvil alınmışdır. Həmin aktda qeyd olunmuşdur ki, əzik, cızıx yoxdur, problem su verir. Apelyasiya instansiya məhkəməsi həmçinin m üəyyən etmişdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh satılmış “Midea HD-585FWE” İNOX modelli soyuducuda qüsur aşkar edilmiş və xx xxxxxxx 2017-ci il tarixdə Cavabdeh geri alınmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1, 587.2, 587.2.1, 600.4-cü maddələrini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «xxxxxxxxxxx» MMC kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsas ı kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Apelyasiya məhkəməsinin mübahisə üzrə hüquqi dəyərləndirməsinə görə İddiaçı MMC tərəfindən Cavabdeh satılmış “Midea HD-585FWE” İNOX modelli soyuducuda qüsur aşkar edilmiş və xx xxxxxxx 2017-ci il tarixdə Cavabdeh geri alınmışdır. İddiaçı Cavabdeh öz iddiası üzrə soyuducunun dəyişdirilməsi üçün təhvil verdiyini bildirsə də, İddiaçı MMC-nin iddiasına etirazda soyuducunun təmir üçün verdiyini bildirmişdir. Soyuducunun məhz təmir üçün verildiyi qəbul edilir. Bununla yanaşı soyuducuda olan nasazlığın hansı müddətdə aradan qaldırıldığı və bu barədə alıcıya məlumat verilib-verilmədiyi işin mübahisələndirilən hallarıdır. Cavabdeh xeyli müddət gözləd iyini və heç bir məlumat almadığına görə 2018-ci ilin fevral ayında yeni soyuducu aldığını bildirir. İddiaçı MMC isə bildirir ki, soyuducu xx xxxxxx 2017-ci il tarixdə təmir olunmuşdur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən bu faktı sübut etmək vəzifəsi İddiaçı MMC-yə aiddir və o, sübutetmə vəzifəsini yerinə yetirmək üçün ATL X1 xx xxxxxx 2017-ci il tarixli texniki rəyin surətini təqdim etmişdir. Lakin həmin rəydəki məlumatın (soyuducunun təmir edilməsi barədə) Cavabdeh çatdırılmasını, həmçinin soyuducunu təhvil vermə barədə təklif edilməsini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Mülki işin 41-ci vərəqəsində olan İddiaçı MMC tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 9241 saylı məktub isə bu halları təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmin məktubda müştəri ilə telefon əlaqəsinin saxlanması, lakin müştərinin məhsulu götürməkdən imtina etməsi göstərilsə də, bunu təsdiq edən heç bir sübut (telefon zənglərini təsdiq edən çıxarış, arayış və s.) təqdim edilməmişdir. İddiaçı MMC üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və qeyd olunan halları sübut edə bilməmişdir. Eyni zamanda mülki işin 24-25-ci vərəqələrində olan məktubun göndərilməsini təsdiq edən poçt qəbzindən və məktubdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh pretenziya məktubu göndərilmiş və satılmış əşyaların dəyərinin ödənilməsi təklif olunmuşdur. Həmin məktub xx.xx.2017-ci il tarixli olsa da, poçt orqanına xx.xx.2017-ci il tarixdə təhvil verilmişdir. Həmin tarixdə isə İddiaçı MMC-nin bildirdiyinə görə artıq soyuducu təmir olunm uş və bu barədə texniki rəy tərtib olunmuşdur. Lakin həmin məktubda bununla bağlı heç bir məlumat göstərilməmişdir. Cavabdeh soyuducunun təmir edilməsi barədə məlumat verilməmiş və ona soyuducunu təhvil vermə barədə təklif edilməmişdir. Soyuducuda olan qüsurlar ağlabatan müddətdə aradan qaldırılıb alıcıya təhvil verilməmişdir. Hamıya bəlli olan və sübuta ehtiyacı olmayan hal isə ondan ibarətdir ki, məişətdə zəruri hesab edilən əşyalardan biri soyuducu hesab edilir və onun uzun müddət olmaması insan üçün kifayət qədər çətinliklər yaradır. Cavabdeh ilk olaraq soyuducunun təmir edilməsi üçün təhvil versə də, sonradan soyuducuda aşkar olunan qüsurun uzun müddət aradan qaldırılmadığını əsas götürərək alqı-satqı müqaviləsinin icrasından imtina etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə ö zü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün ist inad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq o laraq öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı «xxxxxxxxxxx» MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməs i iddiaçı «xxxxxxxxxxx» MMC-nin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar