Məhkəmə qərarları › İş №2(102)-4202/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4202/2023

28.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4202/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əşyanın tərkib hissəsi, vicdanlı sahib, əşyanı yaxşılaşdırmaq üçün çəkilmiş məsrəflər, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev X8 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 qarşı çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-4202/ 2023 nömrəli, 5 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə 28 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli, 29 saylı qərarı ilə Balakən rayonu Kortala kəndi ərazisindən Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 1.74 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir.

2. Balakən Rayon Məhkəməsinin 2(019)-1090/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 iddiası təmin edilmiş, iddiaçı Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Kortala kəndində yerləşən 1.63 ha kənd tə sərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması, Cavabdeh3 həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, onun həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə qarşı yönəlmiş cavabdeh İddiaçı qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması qət edilmiş, İddiaçı Əhməd oğlunun Cavabdeh3 qarşı Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, X2 və Cavabdeh4 Balakən rayonu Kortala kəndindən verilmiş 1.74 ha torpaq sahəsinin ona və anasına satılmasına dair 08 noyabr 2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya mə hkəməsində icraat

3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların mülkiyyətində olan Balakən rayon Kortala kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş ağacların dəyəri olaraq hesablanmış 22925 manat məbləğin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 159 manat dövlət rüsumunun alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi 2002-ci il tarixdən iddiaçının istifadəsində olmuş, həmin torpaq sahəsində iddiaçı tərəfindən fındıq kolları və müxtəlif meyvə ağacları əkilmiş və onlara qulluq göstərilmişdir. Torpaq sahəsində əkilmiş ağaclar cavabdehlərin istifadəsində və mülkiyyətində qaldığı üçün torpaq sahəsinə çəkilmiş xərclər ilə bağlı idd ia ərizəsi ilə məhkəməyə müraciət edir. Balakən rayon X9 tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən 16-18 illik 1 ədəd fındıq tomasının bazar dəyəri 100-130 manat, 7-8 illik 1 toma fındıq kolunun qiyməti isə 70-80 manat arasında dəyişilir. Digər ağacların qiyməti də mütəxəssis rəyində qeyd olunmuşdur. Mütəxəssis rəyində qeyd olunan ağacların qiymətini hesabladıqda ağacların dəyəri 22925 manat qiymətləndirilir.

5. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddia tələbi işin həqiqi və faktiki hallarına uyğun deyildir və rədd edilməlidir. Belə ki, Cavabdeh3 İddiaçı anası X3 ilə Balakən rayon Notariat Kontorunda 170676 nömrəli, 08 noyabr 2002-ci il tarixli müqavilə bağlayaraq, özünə məxsus olan Balakən rayon Kortala k əndində 2500 kv/m torpaq sahəsində yerləşən 1962-ci ildə tikilmiş yaşayış sahəsi 35 kv.m olan fərdi yaşayış evini X1 10.000.000 (on milyon) manata satmışdır. Cavabdeh3 Bakı şəhərində yaşadığından sözügedən 1,63 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini sahibsiz qalmaması üçün müvəqqəti olaraq İddiaçı istifadəsinə vermişdir. Sonradan Cavabdeh3 özünün və ailə üzvlərinin mülkiyyətində olan 1,63 hektar torpaq sahəsini İddiaçı məhkəmə qaydasında geri tələb etmiş və iddiası təmin olunmuşdur. Qətnamə qanuni qüvvəsini alsa da, hazırkı vaxtadək İddiaçı torpaq sahəsini qanunsuz istifadə etməkdə davam edir. Əksinə o öz hərəkətlərini sığortalamaq və cavabdehləri torpaq sahəsindən əl çəkmələri üçün heç bir əsası olmayan yaxşılaşdırma xərcləri ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Mübahisəli torpaq sahəsinin qaiməsində həmin torpaq sahəsində çoxillik əkmələr, yəni fındıq bağının olması qeyd edilmişdir. Həmin bağ sovet dönəmində kolxoz vaxtında özlərinin əl əməyi hesabına əkilmişdir, iddiaçı isə guya orada 85 ədəd fındıq kollarının 2002-2003-cü illər ərzində əkildiyini sübut etməyə çalışan əsassız bir mütəxəssis rəyini məhkəməyə təqdim etmişdir. Rəydə göstərilən məlumatlar elmi cəhətdən əsaslandırılmamış, hansı metod və üsullardan, mənbələrdən istifadə etməklə ağacın yaşının, qiymətinin müəyyənləşdirilməsi göstərilməmişdir. Eyni zamanda rəyi verənin aqronom ixtisasının olub-olmaması barədə də məlumat verilməmişdir. Məhkəmə bu cür əsası olmayan mütəxəssis rəyinə istinad etməməli və həmin sənədi sübut kimi qəbul etməməlidir. İddianın təmin olunması üçün iddiaçı cavabdehlərin ona tələb etdiyi məbləğdə zərər vurmasını, bu zərərin cavabdehlərin hansısa qanunsuz hərəkətləri nəticəsində vurulmasını, bu zərərlə cavabdehlərin qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olmasını və cavabdehlərin göstərilən məbləğdə zərərin vurulmasında təqsirli olmasını sübuta yetirməlidir. Lakin iddiaçı tərəfindən belə sübutlar təqdim edilməmişdir.

6. Məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə-bioloji və məhkəməmühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2023-cü il tarixli rəyinə əsasən, mülki iş materiallarında olan mütəxəssis rəyində qeyd olunduğu kimi 2002 və 2003-cü illər ərzində Cavabdeh3 ailəsinin birgə mülkiyyətinə aid 1.62 ha ərazidə əkilmiş fındıq kollarından 85 tomanın 16-18 illik, 62 tomanın 7-8 illik olduğu, fındıq tomalarından başqa müxtəlif sayda, ölçüdə meyvə və meşə ağacları əkildiyi müəyyən edilmişdir. Ekspert iş materiallarında olan məlumatlara və rəyin məhkəmə-bioloji tədqiqat hissəsində göstərilənlərə istinadla belə qənaətə gəlmişdir ki, mübahisəli sahədə mövcud olan ümumilikdə 244 ədəd ağacın orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 23425,00 manat təşkil edir. Həmin ağacların ayrı-ayrılıqda adları, diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.

7. Balakən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(019)-92/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia təmin edilmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli 1,63 hektar kənd təsərrüfat təyinatlı pay torpaq sahəsi 20 ilə yaxın müddətdə iddiaçının i stifadəsində və sahibliyində olmuş, iddiaçı həmin torpaq sahəsində 2002 və 2003-cü illər ərzində müxtəlif adda və sayda ağaclar əkərək yetişdirmişdir. Lakin hazırda cavabdehlərin mülkiyyətində olduğundan həmin torpaq sahəsində görülmüş yaxşılaşdırma işlərinin dəyəri cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.

9. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157, 1091 və 1092-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 106.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətna mə çıxarılmasını xahiş etmişlər.

11. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmışdır.

12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-601/2023 nömrəli, 5 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Mahir Əsədli) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, cavabdehlər məhkəmədə verdikləri izahatlarında da qeyd etmişlər ki, Cavabdeh3 Bakı şəhərində yaşadığından sözügedən torpaq sahəsini sahibsiz qalmaması üçün müvəqqəti olaraq iddiaçın ın istifadəsinə vermişlər. Bu hal iddiaçının vicdanlı sahib olduğunu və apellyasiya şikayətinin iddiaçının vicdansız sahib olduğu barədə dəlilinin əsassız olduğunu təsdiq edir.

14. Cavabdehlər həm məhkəmədə izahatlarında, həm də apellyasiya şikayətinin dəlillərində torpaq sahəsinin qaiməsində həmin torpaq sahəsində çoxillik əkmələr olmasına istinad etmişlər. Göstərilən dövlət aktında həmin torpaq sahəsində çoxillik əkmələr olduğu göstərilsə də, həmin əkmələrin nədən – fındıq kolları və ya başqa hansı ağaclardan ibarət olduğu konkretləşməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əldə edilmiş rəylər Balakən Dövlət X9nin mütəxəssisi, həmçinin məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji və məhkəməəmtəəşünaslıq şö bələrinin ekspertləri tərəfindən verilmişdir, mütəxəssis və ekspertlərin müvafiq sahə üzrə xüsusi biliyini və rəylərin əsaslılığını şübhə altına alacaq heç bir dəlil təqdim edilməmişdir.

16. İddia tələbinin əsasını cavabdehlərin iddiaçıya aktiv hərəkətləri ilə vurduğu zərər deyil, vicdanlı sahibin əmlakdakı yaxşılaşdırmalarının dəyərini mülkiyyətçidən tələb etmək hüququ təşkil edir.

17. Məhkəmə, həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə iddia tələbi 22925 manat dəyərində olmuş, ekspert rəyində isə bağ sahəsində mövcud olan ümumilikdə 244 ədəd ağacların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 23425 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq MPM-in 218.3-cü maddəsinin tələbinə əsasən iddia tələbi həcmində işə baxmış və iddianı 22925 manat həcmind ə təmin etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehlər (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.

19. Kassasiya şikayəti iddiaya etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

21. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun b ütün tərkib hissələrinin mülkiyyətçisidir.

22. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

26. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. M addə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasi ya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya mə hkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən başqasının mülkiyyətində olan əmlaka vicdanlı sahiblik etmiş şəxsdən həmin əmlak geri alınarkən sahibin əsassız varlanma qaydalarına əsasən əmlaka zərər yetirmədən ondan ayrıla bilən yaxşılaşdırmalarını özündə saxlamaq hüququ vardır. Yaxşıla şdırmaları ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər, lakin bu məsrəflər əmlakın dəyərindən artıq olmamalıdır.

39. Beləliklə iddia tələbinin qanuni əsasından göründüyü kimi əmlaka vicdanlı sahiblik etdiyini iddia edən şəxs öz yaxşılaşdırmalarını məhz əmlakın mülkiyyətçisindən tələb edə bilər və bu tələb hüququ əmlakın sahibdən alındığı andan yaranır.

40. İşə baxan məhkəmələr tərəfindən cavabdehlərin mübahisəli əmlakın mülkiyyətçiləri olduğu müəyyən edilmişdir.

41. Eyni zamanda iddiaçı iddia ərizəsində mübahisəli torpaq sahəsinin hal-hazırda cavabdehlərin istifadəsində olduğunu, yəni məhkəmə qətnaməsinin icrası qaydasında artıq əmlakın onun sahibliyindən alındığını bildirmişdir (i.v. 6, İ cild).

42. Lakin c avabdehlər iddiaya etirazlarında və şikayətlərində qətnamənin qanuni qüvvəyə minməsinə baxmayaraq, iddiaçının torpaq sahəsindən qanunsuz istifadəni davam etdirdiyini bildirmişlər (i.v. 61 və 200, İ cild).

43. Birinci və apellyasiya instansiyası məhkəməsi MPM-in 14.2 və 167-ci maddələrinə əsasən iddianın təmin olunması üçün əsas olan maddi hüquq normasının (iddia tələbinin qanuni əsasının) iki şərtindən birini təşkil edən halın (əmlakın sahibdən alınması) mövcud olub-olmadığı üzrə tərəflərlə müzakirə aparmamış, bununla bağlı tərəflərin izahatları və işdə olan sübutlar üzrə heç bir araşdırma aparmamışdır.

44. Apellyasiya baxışı zamanı tərəflər məhkəməyə iddiaçının torpaqdan çıxarılması barədə məhkəmə qətnaməsinin icra vəziyyəti barədə sübutlar təqdim etmiş (i.v. 10, 11, 27, İİ cild), lakin m əhkəmə həmin sübutlara qiymət verməmişdir. Halbuki MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar d ayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.

46. Bununla yanaşı, Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və y a dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

47. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz.

48. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə, belə bitkilər artıq əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çevrilir.

49. İş üzrə verilmiş mütəxəssis rəyində və əsasən həmin rəyi təkrarlayan ekspert rəyində tələb olunan məbləğin hansı qaydada hesablandığı açıqlanma da, iddiaçı özü iddia ərizəsində bu məbləğin torpaq sahəsinə çəkilmiş xərclər olduğunu göstərmişdir.

50. Halbuki torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda həmin bitkilərin uzun illər ərzində ərsəyə gəlməsi üçün çəkilmiş xərclərin yaxşılaşdırmanın dəyəri kimi qiymətləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsinin məqsədlərinə cavab vermir. Oxşar vəziyyətlərdə vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar ol madan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməlidir. Lakin bu zaman ötən müddət ərzində torpağın dəyərinin yaxşılaşdırılmalar hesabına deyil, həm də daşınmaz əmlak bazarında baş vermiş dəyişikliklər nəticəsində dəyişməsi də diqqətdən kənarda qalmamalıdır.

51. Qeyd edilənləri nəzərə almaqla Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmadan qəbul edildiyi üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apellyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırı lmış məhkəmə aktı qəbul olunmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh5, Cavabdeh2, X4, Cavabdeh4, Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-4202/2023 nömrəli, 5 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar