Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4204/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məh kəməsinin 2(107)-754/2023 nömrəli iş üzrə 4 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 14 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Oğuz rayon Söyüdlü kənd sakinləri olmaqla 1996-cı ildə torpaq islahatı zamanı pay almaq hüququna malik olan subyektlər olsalar da, torpaq islahatı zamanı onların, (eləcə də həmin kənddə yaşayan digər 14 ailənin üzvlərinin) adları ilkin torpaq siyahısına daxil edilməmişdir.
2. Oğuz rayonu Miçurin adına kolxoz X4 komissiyasının xx.xx.1999-cu il tarixli 2 nömrəli qərarı ilə onlara adambaşına 1,24 ha olmaqla torpaq sahəsi ayrılması və həmin qərarın təsdiq edilməsinin Oğuz Rayon Aqrar İslahat Komissiyasından xahiş edilməsi qərara alınmışdır.
3. Oğuz Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şura iclasının xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə Oğuz rayonu Böyük Söyüdlü kənd X4 komissiyasının xx.xx.1999-cu il tarixli 02 nömrəli və xx.xx.2000-ci il tarixli 04 nömrəli qərarlarının təsdiq edilməsi, qərarda göstərilən vətəndaşlara torpaq payının Böyük Söyüdlü kənd ərazisində dövlət mülkiyyətində saxlanılan torpaq sahəsindən verilməsi qərara alınmışdır.
4. Oğuz rayon İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında Oğuz rayon Böyük Söyüdlü kəndində sahəsi 72,53 ha olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Cavabdeh2 adına xx.xx.2021-ci il tarixli, **********48 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarı ş verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Haşımova (İsmayılova) Günay Yavər qızı (iddiaçılar) cavabdehlər Oğuz rayon İcra Hakimiyyətinə və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayon İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında Oğuz rayon Böyük Söyüdlü kəndində sahəsi 72,53 ha olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş xx.xx.2021 -ci il tarixli, **********48 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, digər id diaçılar onun ailə üzvləridir. Qızı Günay istisna olmaqla arvadı və oğlanları ilə birgə Oğuz rayon Böyük Söyüdlü kəndində yaşayırlar. 1996-cı ildə ölkədə torpaq islahatı keçirilərkən kənd sakinlərinə torpaq payı verilsə də, 15 ailənin (44 nəfər), o cümlədən onun ailəsinin torpaqdan pay almaq hüququ pozulmuşdur. Buna görə də, həmin vaxt aqrar islahat komissiyasına və yerli icra hakimiyyəti orqanına müraciət edilmişdir. X4 Komissiyasının 1999-cu il tarixli qərarına əsasən bütün ailələrə torpaq sahələri verilmişdir. Onlara əkin üçün 5,85 ha torpaq sahəsi düşmüşdür. Oğuz rayon İcra Hakimiyyəti Başçısı yanında Şura iclasının xx.xx.2005-ci il tarixli, 18 saylı qərarına əsasən Böyük Söyüdlü kənd X4 Komissiyasının xx.xx.1999-cu il tarixli, 02 saylı və xx.xx.2000-ci il tarixli 04 saylı qərarları tə sdiq edilmişdir. Həmin qərara əsasən onlara düşən torpaq paylarının dövlət mülkiyyətində saxlanılan torpaq sahələrindən verilməsi məqsədəuyğun sayılmış, veriləcək torpaq sahələrinin yerquruluşu planının hazırlanması o zaman fəaliyyət göstərən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsinə tapşırılmış, müvafiq olaraq dövlət aktlarının hazırlanıb verilməsi Komitədən xahiş edilmişdir.
7. Qərarın icrasına nəzarət rayon İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsinə tapşırılmışdır. Torpaq sahəsi yerində ayrılaraq onlara göstərilmişdir. Onlar torpaq sahəsindən istifadə etmişlər, əkinçiliklə məşğul olmuşlar.
8. Torpaqdan istifadə üçün onlara dəfələrlə subsidiya ayrılsa da, dövlət aktı verilməmişdir. Əslində xx.xx.2005-ci il tarixli qərarla məsələnin həll olunduğunu zənn edərək dövlə t aktının verilməsi üçün müraciət etməmişlər. DTXK xx.xx.2015-ci il tarixdə ləğv edilmişdir. 2020-ci ildə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək onlara ayrılmış torpaq sahəsinə çıxarış və plan-ölçünün verilməsini xahiş etmişlər.
9. Müraciətə sadaladığı sənədlər, torpağın cizgi sxemi və arayışlar əlavə edilmişdir.
10. İdarədən onlara təqdim edilmiş sənədlərin torpağın qeydiyyatı üçün əsas olmadığı, torpaq sahəsinin Oğuz rayon İcra Hakimiyyəti tərəfindən icarəyə verildiyi bildirilmiş, məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. 11. xx.xx.2021-ci il tarixdə Oğuz rayon İcra Hakimiyəti ilə Oğuz rayon Çaldaş kənd sakini Cavabdeh2 arasında 150 ha torpaq sahəsinin 30 il müddətə icarəyə verilməsi haqqında müqavilə imzalanmış, buna uyğun olaraq Farizin adına müvafiq çıxarışlar ver ilmişdir. 12. 72,53 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli, **********48 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan torpaq sahəsi 15 ailəyə (44 nəfər), o cümlədən onun ailəsinə verilmiş 5,85 ha torpaq sahəsini əhatə edir.
13. Belə ki, iddiaçının Farizlə qohumluq əlaqələri vardır, yəni o, torpaq sahəsinin faktiki olaraq onlara məxsus olduğunu bilmişdir. Əslində həmin torpaq sahəsi əvvəllər başqa şəxs tərəfindən icarəyə götürülsə də, onlara torpaq sahəsinin əkilib becərilməsinə mane olmamışlar. Fariz isə onlara torpaqdan istifadəyə əvvəlki kimi şərait yaratmır.
14. İddiaçı bildirmişdir ki, qeyd etdiyi digər ailələr onların məhkəməyə müraciətinin nəticəsində maraqlıdırlar.
15. Məhkəmə iclasında cavabdeh Oğuz rayon İcra Hakimiyyətinin nümayəndəsi iddia tələbi ni qəbul etməmiş və izahat verərək bildirmişdir ki, Oğuz rayon Böyük Söyüdlü kəndində torpaq islahatı aparılarkən iddiaçılar da daxil olmaqla 15 ailənin, yəni 44 nəfərin adı müvafiq adlı siyahıya daxil edilməmişdir. Həmin vətəndaşların müraciətləri əsasında Oğuz rayon Böyük Söyüdlü X4 Komissiyasının xx.xx.1999-cu il tarixli, 02 saylı və xx.xx.2000-ci il tarixli, 04 saylı qərarları ilə kənd ərazisində dövlət mülkiyyətində saxlanılmış torpaq sahələrindən orta torpaq normasına uyğun olaraq adambaşına 1,24 ha pay torpağının verilməsi məqsədəmüvafıq sayılmışdır. Oğuz rayon İcra Hakimiyyəti Başçısı yanında şuranın xx.xx.2005-ci il tarixli tövsiyə xarakterli qərarı ilə qeyd edilən qərarlar təsdiq edilmiş, aidiyyəti orqanlardan sənədlərin hazırlanması və s.bu kimi müvafiq xahişlər edilmişdir. Torp aq sahələri yerində vətəndaşlara göstərilsə də onların adına sənəd hazırlanmamışdır.
16. Böyük Söyüdlü kəndində dövlət mülkiyyətində olan 150 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi məqsədilə İcra Hakimiyyəti tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmiş, araşdırma aparıldıqdan sonra rəsmi razılıqla torpağın icarəyə verilməsi məqsədəuyğun hesab edilmişdir.
17. Buna görə də, torpaq sahəsi Cavabdeh2 icarəyə verilməklə xx.xx.2021 -ci il tarixdə müqavilə imzalanmış, onun adına müvafiq çıxarışlar hazırlanaraq təqdim edilmişdir.
18. İddiaçların mülkiyyətlərində hesab etdikləri torpaq sahəsi icarəyə verilmiş 150 ha torpaq sahəsinin hüdudları daxilində olsaydı, ƏMDX həmin torpaq sahəsinin icarəyə verilməsindən imtina edərdi. 150 ha, o cümlədən mübahisələndi rilən 5,85 ha torpaq sahəsi dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. 19. xx.xx.2005-ci il tarixli, 18 saylı Şura qərarı verildiyi zaman qüvvədə olan torpaq qanunvericiliyinə əsasən (Torpaq Məcəlləsi 65.5-ci maddə) və hazırda da torpaqayırmanın icrası yerli icra hakimiyyəti orqanının səlahiyyətində olmamışdır.
20. Oğuz rayon İcra Hakimiyyəti qeyd edilənlərə görə məsuliyyət daşımasa da, çoxsaylı müraciətlərə əsasən xx.xx.2005-ci il tarixli, 18 saylı şura qərarının icra olunmadığını nəzərə alaraq xx.xx.2022-ci il tarixli məktubla vətəndaşlara torpaq sahələrinin ayrılması və mülkiyyətlərinə verilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nzirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir.
21. İddiaçılar iddia ərizə sində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsaslanmaqla sözügedən icarə müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişlər. Bu dəlillər də əsassızdır, çünki müqavilənin mübahisə edilməsi müqavilə tərəflərinin bir-birinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.Halbuki, iddiaçılar müqavilə üzrə tərəf olmadıqlarından qeyd edilən mübahisəni qaldırmaqda haqlı deyillər. Ona görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Cavabdeh2 icarəyə götürdüyü torpaq sahəsini əkdiyini bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir.
23. Oğuz Rayon Məhkəməsinin (hakim Səadət Zeynalova) 16 mart 2023-cü il tarixli 2(054)-19/2023 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Haşımova (İsmayılova) Günay Ya vər qızının cavabdehlər Oğuz rayon İcra Hakimiyyətinə və Cavabdeh2 qarşı Oğuz rayon İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında Oğuz rayon Böyük Söyüdlü kəndində sahəsi 72,53 ha olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli, **********48 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, 100 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
24. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 152, 157, 324, 331, 337, 347, 354, 389, 390, 394 və 406-cı maddələrinə istinad etmişdir.
25. İcarəyə verilmiş torpaq sahəsi dövlət mülkiyyətindədir. Deməli iddiaçılar ın həmin torpaq sahəsi ilə bağlı aparılmış əməliyyatların mübahisələndirilməsi üçün subyektiv hüququ yaranmamışdır.
26. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıların Oğuz rayon Böyük Söyüdlü kəndində sahəsi 72,53 ha olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinin irəli sürülməsi üçün subyektiv hüququ yaranmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir.
27. İddia tələbinin ikinci hissəsi məhz birinci hissəsi ilə bilavasitə əlaqədar olduğundan məhkəmə qeyd etmişdir ki, iddiaçıların Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli **********48 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddiası da təmin olunmamalıdır. b)Apellyasiya insta nsiyası məhkəməsindəki icraat
28. İddiaçı1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. İdddiaçı apellyasiya şikayətini eynilə iddia ərizəsinin dəlilləri ilə əsaslandırmışdır.
30. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər.
31. Cavabdeh1 nümayəndəsi X1 və digər Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər.
32. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), G.Cavadova və M.Əsədli) 2(107)-754/2023 nö mrəli iş üzrə 4 iyul 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(054)-19/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri təkrarlamaqla kifayətlənmiş, əlavə hər hansı sübut və ya dəlil təqdim etməmişdir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı1 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 2(107)-754/2023 nömrəli iş üzrə 4 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
36. Kassasiya şikayətinin dəliləri iddia və apellyasiya şiklayətinin dəlilləri ilə eynilik təşkil edir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
38. Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
39. Maddə 152.1.Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan yə qorunan hüququdur.
40. Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
41. Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
42. Maddə 324.2.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
43. Maddə 324.4.Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
44. Maddə 329.1.Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
45. Maddə 331.1.Yazılı əqd onun məz mununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
46. Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
47. Maddə 347.1.Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.
48. Maddə 347.2.Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdi kləri hallar mövcud deyildir.
49. Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
50. Maddə 389.2.Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.
51. Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
52. Maddə 390.3.Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
53. Maddə 394.Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
54. Maddə 406.1.Müqavilə əqdlərin bağlanması üçün nəzərd ə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
55. Maddə 406.3.Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Mülki Prosessual Məcəllə
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən ha llara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad e dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilm əlidir ki, iddiaçının ona məxsus olduğunu iddia etdiyi torpağı əldə etmək və həmin torpaq sahəsinə dair digər şəxslə bağlanmış icarə müqaviləsinin etibarsızlığını tələb etmək üçün ilkin olaraq torpaq sahəsinin ona aidliyini təsdiq edən sübutlara malik olmalıdır, bu isə ona iddia tələbi irəli sürmək üçün subyektiv hüquq verə bilər. Lakin işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr iddiaçının belə subyektiv hüquqa malik olmaması nəticəsinə gəlmişlər. Məhkəmə kollegiyası həmin mövqe ilə razılaşır.
67. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət veri lməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
69. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkə mə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyul 2023-cü il tarixli, 2(107)754/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.