Məhkəmə qərarları › İş №2(102)-4206/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4206/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4206/2020 02.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X3 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)2757/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim V.M.Hacıyev, iş № 2(004)-6776/2019) iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh xx xxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə xx xx xxx 2018-ci il tarixədək (müqavilənin müddətinin bitdiyi tarixə) yaranmış əsas kredit borcu, faiz borcu, cəriməyə və dövlət rüsumuna görə cəmi 25.415,98 manatın tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov) cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: xx xxxxx 2017-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında bank əmanət müqaviləsi (göy əmanət) bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh tərəfindən banka 1 il müddətinə illik 15 faiz olmaqla 100.000 manat məbləğində əmanət qoyulmuşdur. xx xxxxx 2017-ci il tarixdə isə tərəflər arasında-“kredit kartının verilməsi və istifadəsi üzrə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən xx xxxxx 2017-ci il tarixdən xx xxxxx 2018-ci il tarixədək 25.000 manat məbləğində kredit xətti açılmışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, X1 Bankın Ləğvedicisi təyin edilmişdir. 2019-cu ilin oktyabr ayında ləğv prosesində olan bankın ləğvedicisi X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxx 2019-cu il tarixə 23.374,94 manat məbləğində əsas borcunun, 1831,04 manat məbləğində faiz borcunun, 11.700,45 manat məbləğində cərimə borcunun, gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 146 5,75 manat borcunun, cəmi 38.372,18 manat məbləğində borcunun yaranmasını, Cavabdeh xəbərdarlıq olunmasına baxmayaraq borcun ödənilməməsini əsas göstərməklə sonuncudan bankın xeyrinə 38.372,18 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kasasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçının vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılması na baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, cavabdehlə bank arasında bağlanmış “göy əmanət” müqaviləsində bank tərəfindən cavabdehə xüsusi şərtlərlə güzəştlər təklif olunduğundan o, bankdan “VİSA GOLD” kartı almış və bununla bağlı on ların arasında 2-ci müqavilə bağlanmışdır. İddiaçı ASC-yə xx xxxxx 2017-ci il tarixdə qoyulmuş 100.000 manat məbləğində depozitə görə xx xxxxxx 2018-ci il tarixdə “xxxxxxxxxxxx” ASC-nin Nərimanov filialı 76.793 manatı cavabdehə ödəmiş, İddiaçı ASC-nin hesabatında qalmış 24.206,84 manat məbləğində pul vəsaiti isə xx xxxxx 2017-ci il tarixli “kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə”yə əsasən yaranmış kredit borcuna görə bankda saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi göstərilənlərlə əlaqədar cavabdehin iddiaçıya kredit borcunun qalmaması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, x idmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Apelyasiya məhkəməsi tərəfindən cavabdehin bank qarşısında icra edilməmiş öhdəliyinin qalması müəyyən olunmadığından iddia tələbi əsassız sayılaraq rədd olunmuşdur. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə sübutlara düzgün qiymət verməklə, qanunun qüvvəsini düzgün tətbiq etməklə gəldiyindən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən sa

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar