Məhkəmə qərarları › İş №2(102)-4206/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-4206/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4206/2021 11.06.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD İşin icraata qəbul edilməsindən imtina edilməsi barədə Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Nurməmmədov Əhməd Güləhməd oğlu, Cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (Vəkil) Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-295/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsindən birgə kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 402-408-ci maddələrinin tələblərinə cavab vermədiyindən icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, cavabdehlər tərəfindən birgə verilmiş kassasiya şikayəti cavabdehlərdən yalnız biri tərəfindən imzalanmış, digər cavabdehlər isə kassasiya şikayətini imza etməmişlər. İş materiallarından cavabdehlərdən hər hansı birinə, yaxud vəkilə digər cavabdehlərin əvəzinə məhkəmə aktından verilmiş şikayətin imzalanması səlahiyyətinin verilməsi müəyyən edilmir. Azərbaycan Respublikası 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Həmin Məcəllənin 408.1 və 408.1.1-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti geri qaytarılır. Göstərilənlərə əs asən kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403.1, 407.3, 408.1.1, 408.1.3 və 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (Vəkil) Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-295/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunsun, iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar