Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4206/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4206/2022 Açar sözlər: pul tələbi, podrat müqaviləsi Bakı şəhəri 17 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı podrat müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-660/2022 nömrəli mülki iş üzrə 10 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 oktyabr 2022-ci il t arixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh ilə 17 noyabr 2020-ci il tarixdə 9873 saylı podrat müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən podratçı cavabdeh müəyyən xidmətlər göstərməyi, sifarişçi olaraq iddiaçı isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüş, müqavilənin şərtinə əsasən cavabdeh Sumqayıt şəhəri, Novxanı bağ massivində podratçı iddiaçıya qiyməti 80000 manat olan ümumi sahəsi 180 kv.m olan- 4 yataq otağı, 2 zal, 2 mətbəx və 2 sanitar qovşaqdan ibarət olan fərdi yaşayış evi (mənzil) tikməyi öhdəsinə götürmüş və iddiaçı ilkin ödəniş 55.000 AZN olmaq şərtilə, 3 sot torpaq sahəsinə 18.000 manat ödəməyi, qalan 25,000 AZN borcun isə hər ay 300 AZN olmaqla 84 ay mü ddətində olmaqla cavabdehə ödəmək barədə razılığa gəlmişlər.
2. Müqavilənin qüvvəsi xx.xx.2021-ci il tarixədək müəyyən olunmuşdur.
3. Tərəflərin hər ikisinin imzaladığı xx.xx.2021-ci il tarixli yazılı qəbzə əsasən iddiaçı Novxanı bağ massivində ev sifariş edib, sonradan evdən imtina etdiyindən 55000 manat tələb etmiş, cavabdehin xx.xx.2021-ci il tarixədək evi satıb ödəniş etməyi öhdəsinə götürmüşdür. Səbəb gecikməyə görə.
4. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanılmış podrat müqaviləsinin ləğv olunmasını, müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirmədiyi üçün (lazımi qaydada tikinti işləri aparmadığı, tikint ini vaxtında təhvil vermədiyi, ümumiyyətlə heç bir iş görmədiyi üçün və s.) ona əvvəldən ödədiyi ümumilikdə 54.000 ( əlli dörd min) manat pulun pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müqaviləyə əsasən cavabdeh 54000 manat ilkin ödənişi alsa da, mənzilin titkintisini başa çatdırmamış, keçən müddət ərzində heç bir zəruri iş görməmiş, müqavilənin icrasından boyun qaçırmışdır. xx.xx.2021ci il tarixli yazılı qəbzə əsasən iddiaçı Novxanı bağ massivində ev sifariş edib, sonradan evdən imtina etdiyindən 55000 manat tələb etmiş, cavabdehin xx.xx.2021-ci il tarixədək evi satıb ödəniş etm pulu xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyi icra etməmişdir.
7. Fü zuli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 noyabr 2021-ci il tarixli, 2(064)-1837/2019 saylı qətnaməsi ilə (hakim M.Bağırov) iddia təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 54000 manat pul tutlmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh ilə telefon əlaqəsi yaradılmış və cavabdeh 54.000 manat pulu ödəməyə razı olduğunu, həmin hissədə iddianın təmin olunmasına etirazı olmadığını bildirmişdir.
9. Məhkəmənin qənaəti bundan ibarət olmuşdur ki, tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, cavabdeh podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş, müqavilə üzrə razılaşdırılmış mənzili tikib iddiaçıya təhvil v erməmişdir. Qeyd olunanlar cavabdeh tərəfindən də etiraf olunur və cavabdeh iddiaçıya 54000 manatı qaytaracağın bildirir. Qeyd olunanlara əsasən, iddia tələbi təmin olunmalıdır.
10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 385.1, 442, 448.1, 759.1, 759.2, 762.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
12. Şikayət onunla əsaslandırılmışdır ki, 2020-ci ilin noyabr ayında iddiaçı ona məxsus ofisə gələrək Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisində f ərdi yaşayış evi tikdirmək istədiyini bildirmiş, ona Novxanı bağ massivi ərazisində yerləşən torpaq sahəsi göstərilmiş, iddiaçı həmin torpaq sahəsini bəyəndiyindən həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisini sifariş etmiş, aralarında bununla bağlı podrat müqaviləsi bağlanmışdır. Aralarında podrat müqaviləsi bağlandıqdan sonra iddiaçı ilkin ödəniş kimi 54000 manat pulu ona vermiş, bundan sonra iddiaçının sifariş etdiyi evi tikməyə başlamış, 2 ay müddətində həmin fərdi yaşayış evini tikib, içərisində tamamlama işləri aparıb iddiaçıya təhvil vermişdir. Lakin iddiaçı sifariş etdiyi evdən sonradan imtina etmiş, evin tikintisi ilə bağlı verdiyi 54000 manat pulu tələb etmişdir. Ona aralarında bağlanmış xx.xx.2020-ci il tarixli 9875 saylı podrat müqaviləsinin şərtlərinə uyğun olaraq on un sifarişi ilə tikdirdiyi fərdi yaşayış evinin satılmasından sonra onun pulunu qaytaracağını bildirmiş, həmin vaxtdan evin satışını elan etdirmiş, lakin iddiaçı bununla razılaşmayaraq pulunun dərhal qaytarılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verməmişdir. Belə ki, müqavilə öhdəliyinin onun tərəfindən yerinə yetirilməklə müqavilə şərtlərinə əməl etməsi, iddiaçının tikintinin keyfiyyətinə nəzarət etməsi, tikinti işləri və tikintinin keyfiyyəti ilə bağlı heç bir narazılığının olmaması, 17.11 2020-ci il tarixli 9875 saylı podrat müqaviləsinin 4.1-ci bəndinə əsasən sifarişçi müqaviləni pozub ödənişi geri istəyərsə mənzilin satılıb ödənişin geri qaytarılması, eləcə də h əmin müqavilənin 8.4cü bəndinə əsasən sifarişçi sifarişdən imtina etdiyi təqdirdə, mənzilin satılaraq hər iki tərəfin xərclərinin ödənilməsi şərtləri birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadan qanunsuz və əsassız nəticəyə gəlmişdir.
13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-660/2022 nömrəli iş üzrə 10 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Mirzəyev (sədrlik edən və məruzəçi), S.Mayılov və İ.Əsədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından görünür ki, cavabde h iddiaçının sifarişi əsasında müqavilə şərtlərinə əməl edərək fərdi yaşayış evinin tikintisini başa çatdıraraq iddiaçıya təhvil verdiyini göstərsə də, həmin fərdi yaşayış evinin tikintisinin qanuna müvafiq qaydada aparılması və bununla bağlı fərdi yaşayış evinin istifadə üçün iddiaçı tərəfindən qəbul edilməsindən sonra sifariş etdiyi tikilidən imtina etməsinə dair hər hansı bir mötəbər sübut təqdim etməmişdir.
15. Cavabdeh onun tərəfindən inşa edilmiş tikiliyə görə iddiaçının ödədiyi 54000 (əlli dörd min) manat pulu qaytarmaqdan imtina etmədiyini, lakin bunu həmin tikilinin satışından əldə edilmiş vəsait hesabına həyata keçirəcəyini göstərməklə podrat müqaviləsindəki razılaşmaya istinad etmişdir.
16. Cavabdeh apellyasiya şikayətində iddiaçının tələb etdiyi 54000 manat pulu qaytarmaq üçün onun sifarişi əsasında tikilmiş fərdi yaşayış evinin satışı üçün elan verdiyini göstərsə də, həmin fərdi yaşayış evinin satışına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
17. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi hərtərəfli və tam araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinin dəlilləri
18. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən, xx.xx.2020-ci il tarixli, 9875 saylı podrat müqaviləsinin 4.1-ci bəndinə əsasən sifarişçi müqaviləni pozub ödənişi geri istəyirsə, mənzilin satılıb ödənişlərin geri qaytarılması, eləcə də həmin müqavilənin 8.4-cü bəndinə əsasən sifarişçi sifarişdən imtina etdiyi təqdirdə mənzil satılıb hər iki tərəfin xərcləri ödənilir şərtlərinə əhəmiyyət verməmişdir. Həmçinin cavabdeh apelyasiya şikayətində mübahisəli evə baxış keçirilməsini və bununla bağlı ekspertiza təyin edilərək ekspert rəyi alınmasını xahiş etsə də, apelyasiya instansiya məhkəməsi vəsatəti təmin etməmişdir.
20. Apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən cavabdehin 2 ay müddətində iddiaçının sifariş etdiyi fərdi yaşayış evini tikib, ona təhvil verməsini, 17.11,2020-ci il tarixli,9875 saylı podrat müqaviləsinin şərtlərinə görə sifarişçi evdən imtina etdiyi halda, ev satıldıqdan sonra pulunun qaytarılmasını, cavabdehin evin sifarişi ilə bağlı heç bir qüsura yol verməməsini və müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirməsini, 17.11,2020-ci il tarixli,9875 saylı podrat müqaviləsinin 8.4-cü bəndinə əsasən sifarişçi sifarişdən imtina etdiyi tədqirdə mənzil satılıb hər iki tərəfin xərclərinin ödənilməsini nəzərə almamış, bununla da sübutları obyektiv, hərtərəfli və tam baxmadan qiymətləndirmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xi dmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
25. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiy a instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd e dir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
35. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
37. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, sifarişçi podrat müqaviləsinə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) ilə bağlı olan səbəbdən xitam verilmişdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, müqaviləyə əsasən sifariş edilən evin tikintisi sifarişçiyə məxsus torpaq sahəsində aparılmadığından və nəticədə sifarişçinin həmin torpaq sahəsində qismən aparılmış tikinti işlərinə hər hansı marağı olmadığından podratçının görülmüş işlərin dəyərini də tələb etmək hüququ mövcud deyildir.
39. Cavabeh kassasiya şikayətində işi tam gördüyünü bildirsə də, bu barədə məhkəmələrə heç bir sübut təqdim etməmiş, müqavilənin işi n gecikməsi səbəbindən pozulduğu isə xx.xx.2021-ci il tarixli yazılı qəbzlə etiraf edilmişdir. Belə olan halda, cavabdehin müqavilənin 4.1 və 8.4-cü bəndlərinə istinad edərək, ev satıldıqdan sonra pulun qaytarılmalı olması barədə dəlili əsassızdır.
40. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi tərəflərin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
41. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişi klik edilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-660/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.