Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4207/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli xxx nömrəli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Z.Hacıyev) xx.xx.2019-cu il tarixli xxx nömrəli qətnaməsi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh 3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı QSC-nin xeyrinə, Cavabdeh3 16928,2 manat məbləğində əsas borc, 4604,3 manat məbləğində faiz borcu, 1000 manat məbləğində cərimə olmaqla, cəmi 22532,5 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, ümumilikdə 22562,5 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Qurbanov, E.Nəbiyev, A.Hüseyn) xx.xx.2020-ci il tarixli xxx nömrəli qətnaməsi ilə İddiaçı QSC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli xxx nömrəli qətnaməsinin cavabdehlər Cavabd eh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 və dəbbə puluna aid hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı QSC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 014R********** saylı kredit razılaşması üzrə 16928.2 manat məbləğində kredit borcu, 8161.48 manat məbləğində faiz borcu və 12775.16 manat məbləğində cərimə borcu olmaqla, cəmi 37864.84 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı QSC-nin vəkili R kasasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hazırki mübahisəyə əsassız olaraq Mülki Məcəllənin 477.0.1-ci maddəsini tətbiq etmiş, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli qərarlarını düzgün tətbiq etməmişdir. Belə ki, kredit razılaşmasına dəyişikliklər edilməsinə dair bağlanmış sazişlər barədə zaminlərin kifayət qədər məlumatı olmuşdur. Bundan başqa kredit razılaşmasına dəyişikliklər edilsə də, bu zaminlərin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Çünki bu zaman kredit xətti müqaviləsinə əsasən zaminlərin götürdüyü öhdəliklər üzrə maksimum müddət (120 ay) və məbləğ (50000 ABŞ dolları) aşılmamışdır. Bundan başqa məhkəmə əsassız olaraq cərimə məbləğini tənasübsüz qaydada 1000 manat məbləğinə qədər azaltmışdır. Halbuki müqavilənin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə hesablanmış cərimə 12775.16 manat təşkil edir. Məhkəmə cərimənin tənasübsüz surətdə yüksək olmasını qeyd etmiş, sonda buna düzgün qiymət verməyərək cavabdehlərdən tələb olunan cərimə məblə ğini həddən artıq azaltmışdır. Beləliklə məhkəmə maddi hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli xxx saylı qətnaməsinin qisməncavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1aid hissədə təmin olunmamış, həmçinin cərimə borcunun təmin edilməmiş hissələrində ləğv edilməsi və həmin hissələrdə iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı QSC-nin vəkili R, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə koll egiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh4 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPMnin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, zaminlərə aid hissədə iddia təmin edilə bilməz. Belə ki, Mülki Məcəllə nin 477.0 və 477.0.1-ci maddələrinin tələblərinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara kreditin ümumi məb ləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Hazırkı i şdə də qeyd olunan hallar mövcuddur. Belə ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında xx xxxxxx 2015-ci il tarixli 014R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsinə dair xx xxxxx 2016-cı il tarixli 014R**********S saylı, xx xxxx 2016-cı il tarixli 014R**********SA saylı və xx xxxxxxxx 2016-cı il tarixli 014R**********SB saylı sazişlər bağlanılan vaxt zaminlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 razılığı alınmamışdır. Eyni zamanda iddiaçı ilə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli, xx xxxx 2016-cı il tarixli və xx xxxxxxxx 2016cı il tarixli sazişlərin bağlanması ilə kreditin qaytarılması müddəti 1 ay uzadılmış və ümumi faiz məbləği artmışdır. Belə ki, ilkin kredit razılaşması bağlanılan zaman ümumi ödənilməli olan faiz məbləği 5107,81 manat təşkil etmişdir. İş materiallarında olan hesabdan çıxarışa əsasən müəyyən olunur ki, borclu Cavabdeh3 tərəfindən kredit razılaşmasına dəyişiklik edilməsi barədə ilkin saziş bağlanılan tarixə, yəni xx xxxxx 2016-cı il tarixədək ümumilikdə 1438,05 manat faiz borcu ödənilmişdir. Bundan sonra kredit razılaşmasına 3 dəfə dəyişiklik edilmiş və ən son bağlanılan xx xxxxxxxx 2016-cı il tarixli sazişə əsasən faiz məbləği 4136,34 manat müəyyən edilmişdir. Göründüyü kimi ilk dəfə cəmi faiz məbləği 5107,81 manat müəyyən edilmiş, dəyişikliklərdən sonra isə həmin faiz məbləği artmış, yəni ödənilmiş və ödənilməli olan faiz məbləği ümumilikdə 5574,39 manat (1438,05 + 4136,34 = 5574,39) təşkil etmişdir. Bu hal isə zaminlərin məsuliyyətinin artmasına səbəb olmuşdur. Bu baxım dan apelyasiya kollegiyası hesab etmişdir ki, Mülki Məcəllənin 477.0 və 477.0.1-ci maddələrinin tələblərinə görə zaminliyə xitam verildiyindən Cavabdeh2, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 qarşı irəli sürülmüş tələblər rədd olunmalıdır. Həmçinin apelyasiya kollegiyası hesab etmişdir ki, dəbbə pulunun tutulması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqaviləni n şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Odur ki, birinci instansiya məhkəməsi d üzgün olaraq 12775,16 manat dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləği azaldaraq, 1000 manat məbləğində müəyyənləşdirilmişdir. Kasasiya kollegiyası apelyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, həmin dəlillər üzrə apelyasiya kollegiyası düzgün hüquqi mövqedə olmuşdur. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri a pelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləl iklə kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli xxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4207/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4207/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver