Məhkəmə qərarları › İş №2(102)-4208/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4208/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4208/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(008)-646/2017, hakim A.Z.Rzayev) İddiaçı1 KB ASC-nin Cav abdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddiası qismən təmin edilmiş, İddiaçı1 KB ASC ilə Cavabdeh2 arasında xx.xx.2011-ci il tarixli əsas kredit müqaviləsinin əsasında bağlanmış xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsindən irəli gələn 209.083 ABŞ dolları əsas borc, 47.970 ABŞ dolları faiz borcu, 3.000 ABŞ dollar cərimə borcu olmaqla cəmi 260.053 ABŞ dolları borc (qətnamənin icra olunduğu vaxta məzənnəyə uyğun manatla) Cavabdeh2 tutularaq İddiaçı1 KB ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan cavabdehə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X7 küçəsində yerləşən 0,025 ha torpaq sahəsi və onun üzərində olan 10/2A saylı fərdi yaşayış evi, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən 92a saylı evin, 49 saylı mənzilinə və Cavabdeh3 mülkiyyətində olan “X6” minik markalı avtomobilə yönəldilməsi, həmin əmlakların açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı1 KB ASC-yə olan borcun ödənilməsi, ipoteka predmetləri olan Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 92 a ünvanda yerləşən, 49 nömrəli 3 otaqlı mənzilinin ilkin satış qiyməti 102.000 manat, Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X7 küçəsində yerləşən 0,025 ha torpaq sahəsi və onun üzərində olan 10/2A saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 63.000 manat müəyyən edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-269/2020, hakimlər X.Ə.Sarıyev, V.T.Həsənov və Ş.A.Məmmədova) İddiaçı1 KB ASC, Cavabdeh2 və Cavabdeh 3 apellyasiya şikayətləri qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh2 208686 ABŞ dolları əsas borc, 47858,83 ABŞ dolları faiz borcu, 20000 ABŞ dolları cərimə, cəmi 276545 ABŞ dollarının ödəniş gününə olan manata məzənnəsi nəzərə alınmaqla tutulması, tutmanın ipoteka predmeti olan cavabdehə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X7 küçəsində yerləşən 0,025 ha torpaq sahəsi və onun üzərində olan 10/2A saylı fərdi yaşayış evi, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən 92a saylı evin, 49 saylı mənzilinə və Cavabdeh3 mülkiyyətində olan “X6” minik markalı avtomobilə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması yolu ilə borcun ödənilməsi, Abşeron rayon, Mehdiabad qəsəbəsi, X7 küçəsində yerləşən 0,025 ha torpaq sahəsi və onun üzərind ə olan 10/2A saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 63000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən 92 a saylı evin, 49 saylı mənzilinin ilkin satış qiymətinin 102000 manat müəyyən edilməsi, “X6” minik markalı avtomobilin ilkin satış qiymətinin 68000 manat müəyyən edilməsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X7 küçəsində yerləşən 0,025 ha torpaq sahəsi və onun üzərində olan 10/2A saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh2 çıxarılması, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən 92 a saylı evin, 49 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində Cavabdeh2 və X1 çıxarılmaları qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh2 və Cavabd eh3 verdikləri kassasiya şikayətlərində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. İşin halları: İddiaçı1 KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi əsasında sonuncuya bank tərəfindən illik 17% ödəmək şərti ilə, 52 ay müddətinə 245.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinin təminatı olaraq bağlanmış ipoteka müqavilələrinə əsasən Cavabdeh2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X7 küçəsində yerləşən 0,025 ha torpaq sahəsi və onun üzərində olan 10/2A saylı fərdi yaşayış evi, eyni zamanda Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən 92a saylı evin, 49 saylı mənzili və Cavabdeh3 mülkiyyətində olan “X6” minik markalı avtomobil bankın xeyrinə i poteka ilə yüklü edilmişdir. xx xxxxxxx 2016-cı il tarixdə İddiaçı1 KB ASC Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Cavabdeh3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən xx xxxxxx 2014-cü il tarixli girov müqaviləsinin xx xxxxxxxx 2014-cü il tarixli əlavə kredit müqaviləsi əsasında verilmiş 245.000 ABŞ dolları kredit məbləğinin təminatı olaraq bağlanmaması nəzərə alınmamışdır. Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellya siya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, borc məbləğləri və ipoteka predmetilərinin ilkin satış qiymətləri düzgün müəyyən edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassatorlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiy a instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əş yalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki qanunvericiliyin tələbləri və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və va xtda ödənişləri həyata keçirməmişdir. Buna görə də cavabdehin məhz kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə borcu yaranmışdır. Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas kredit borcunu müqavilədə razılaşdırdığı kimi faizlərlə birlikdə iddiaçıya ödəməlidir. İş üzrə alınmış məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxx 2017-ci il tarixli rəyi ilə Cavabdeh2 xx xxx 2017-ci il tarixə İddiaçı1 KB ASC-yə olan borcunun ümumilikdə 256545,58 ABŞ dolları: əsas borc üzrə 208686 ABŞ dolları, faiz borcu 47858 ABŞ dolları təşkil etməsi müəyyən edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mü lki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Bununla bərabər, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ö dənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İddiaçı bank əsas və faiz borcu ilə bərabər 36.304 AB dolları məbləğində dəbbə pulunun ödənlməsini də tələb etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, bank tərəfindən dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablansa da, birinci instansiya məhkəməsi tərəfindən qət edilən dəbbə pulunu məbləği Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində təsbit edilmiş kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərinə uyğun deyildir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, dəbbə pulunun 20.000 ABŞ dolları məbləğində müəyyən edilməsi tərəflərin mənafeyi baxımından daha məqsədəuyğundur. Apellyasiya məhkəməsi dəbbə pulu məbləği ilə bağlı hesab edir ki, 36304 ABŞ dolları məbləğində cərimə (dəbbə) məbləği tənasü bsüz surətdə yüksək məbləğ olmaqla, həmin hissədə iddia qismən təmin edilərək, dəbbə pulu azaldaraq 20000 ABŞ dolları müəyyən edilməsi tərəflərin mənafeyi baxımından daha məqsədə uyğundur. Eyni zamanda tərəflər arasındakı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə zaminlik və ipoteka müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra e tmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2.-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya məhkəməsi tərəfindən alınmış müstəqil qiymətləndiricinin rəyi ilə həmin əmlakların dəyəri müvafiq olaraq 102.000 manat (mənzil), 63.000 manat (fərdi yaşayış evi) və 68.000 manat (avtomobil) müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra hə min evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin normanın məzmunundan göründüyü kimi ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra ipoteka qoyan və ailə üzvlərinin mənzilin təhvil verməsi üçün 1 ay müddət müəyyən edilmişdir. Bununla bərabər, mənzilin ipoteka qoyan və ailə üzvlərinin mənzili tərk etmələri mütləq şəkildə onların bu barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri ilə şərtləndirilmişdir. Həmin Qanunun 59.4-cü maddəsində isə ipoteka predmeti olan mənzili tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş şəxslərin bu öhdəliyini icra etməməsinin nəticələri müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblər inin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsi n. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar