Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4208/2022 10.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(1*2)-42*8/2*22 (Açar sözlər: müqavilə üzrə borcun tutulması) Bakı şəhəri, 1* avqust 2*22-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi P-Agro Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*6)-2828/2*21 nömrəli, 21 oktyabr 2*21-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 1* avqust 2*22- ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi P-Agro Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra-iddiaçı) ilə Cavabdeh (bundan sonracavabdeh) arasında bağlanmış 25.3.2*17-ci il tarixdə 134 nömrəli müqavilə bağlanmışdır.
2. Müqaviləyə əsasən cavabdeh 2* hektar sahədə pambıq əkməyi və hər hektardan 22 sentner məhsul əldə etməklə, 15.11.2*17-ci il tarixədək iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İddiaçı cavabdehə 91*9,*2 manat avans vermişdir.
3. Cavabdeh 2978,2* manatlı məbləğində xam pambıq təhvil ve rmiş, 613*,82 manat borclu qalmışdır.
4. Mübahisə müqavilə öhdəliklərinin icrası ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Füzuli Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 6.13*.82 manat borcun və həmçinin ödənilmiş dövlət rüsumuna görə 3* manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 9.1*9,*2 manat məbləğində avans alıb. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müq avilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh 2.978,*2 manatlıq xam pambıq təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur.
7. Cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuşdur. Belə olan halda cavabdehin avans vəsaitə görə iddiaçıya 6.13*,82 manat borcu qalmışdır ki, həmin məbləğ də cavabdehdən tutulmalıdır.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 448.1 və 449.1-ci maddələrinə istinad etmişdir.
9. Cavabdeh iddia ərizəsinə etiraz olaraq bildirmişdir ki, iddiaçı təşkilatın nümayəndələri tərəfindən üzləşmə aktında qeyd edilmiş xidmətlərin bir qismi yerinə yetirilməmiş və bunun nəticəsində o, xeyli ziyana düşmüşdür. İddiaçı təşkilat özü bu məsələdə təqsirkardır. Üzləşmə aktını oxumadan imzalayıb.
10. Füzuli Rayon Məhkəməsinin 2(*64)-879/2*2 1 nömrəli iş üzrə 9 iyun 2*21-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Yaşar Həşimov)
11. Birinci instansiya məhkəməsi işdəki sübutlarla müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 25 mart 2*17-ci il tarixli, 134 saylı müqaviləyə əsasən cavabdeh 2* hektar torpaq sahəsində pambıq əkməyi və hər hektardan 22 sentner məhsul əldə etməklə 15 noyabr 2*17-ci il tarixinədək iddiaçıya satmağı öhdəsinə götürmüşdür. *7 iyul 2*2*-ci il tarixli üzləşmə aktına əsasən cavabdehə pambıq əkməsi üçün 91*9,*2 manat məbləğində avans verilmiş, cavabdeh tərəfindən təhvil verilmiş xam pambığın məbləği 2978,2* manat təşkil etmişdir ki, nəticədə cavabdehin iddiaçıya 613*,82 manat borcu qalmışdır.
12. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab edib ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməyərək tələb olunan pambığı təhvil verə bilməmiş və nəticədə ödənilməmiş 6.13*.82 manat borcu qalmışdır. Belə olan halda, iddiaçının tələbi haqlıdır.
13. Birinci instansiya məhkəməsi iddiaçı təşkilatın nümayəndələri tərəfindən aktda qeyd edilmiş xidmətlərin bir qisminin yerinə yetirilməməsi nəticəsində xeyli miqdarda ziyana düşməsinə dair cavabdehin mülahizələrinə də qiymət verərək bildirmişdir ki, əvvəla, cavabdehin bu dəlilləri onun özünün izahatından başqa hər hansı digər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Digər tərəfdən, tərəflərin iştirakları ilə tərtib olunmuş *7.*7.2*2*-ci il tarixli üzləşmə aktında cavabdehin iddiaçıya 9.1*9.*2 manat borcu olması qeyd olunmuş, cavabdeh həmin aktda iradəsini könü llü şəkildə ifadə etməklə imza atmış və bununla da heç bir irad və ya narazılığı olmadan qeyd olunan məbləğdə borcu olduğunu özü də qəbul etmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 567-ci və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti belə əsaslandırılıb: - cavabdeh qətnamədə göstərildiyi kimi 91*9,*2 manat deyil, 52*6 manat avans götürüb; - iddiaçı cavabdehin 91*9,*2 manat məbləğində avans götürməsi barədə cavabdehin imzası olan məxaric sənədini məhkəməyə təqdim etməyib; - cavabdeh məhkəməyə etiraz ərizəsi göndərsə də, məhkəmə həmin etirazı işə əl avə etməyib. Halbuki həmin etirazında cavabdeh göstərib ki, aqronom X1 tərəfindən 4 hektar sahəyə sofka dərmanı və 8 hektar sahəyə ağartma dərmanı səpilmiş, lakin bu dərmanların qiyməti iddia ərizəsində göstərilməmişdir. Bu səbəbdən həmin şəxsin şahid kimi dindirilməsi barədə cavabdeh vəsatət versə də, vəsatət əsassız olaraq təmin edilməmişdir; - qətnamədə torpaq sahəsində 1432,39 manatlıq aqrotexniki işlər icra olunması göstərilib. Bununla əlaqədar qeyd edilməlidir ki, 1432,39 manatlıq aqrotexniuki işlər (şum, diskli mala, səpin, kultivasiya) işlərini iddiaçı deyil, cavabdeh öz şəxsi vəsaiti hesabına icra edib. Qaydalara əsasən bu işləri iddaçı icra etmiş olsa idi bu barədə aqronom, traktorçu və cavabdehin iştirakı ilə qaimə yazılmalı və imzalanmalı idi. - qətnamədə göstərilib ki, cavabde hin sifarişi əsasında torpaq sahəsinə dəyərinin 9* kiloqramı tam, 9* kiloqramının güzəştli şərtlərlə ödənilən cəmi 66*.24 manat olan 18* kiloqram TERRA (sovka dərmanı), 14*.** manat dəyərində 5 kiloqram YAQUNA dərman vasitəsi, 546.** manat dəyərində EPHNTAL dərman vasitəsi vurulmuş və dəyəri 35*.** manat olan dərman səpməyə görə iş görülmüş, yəni ümumilikdə 1346.24 manat məbləğində dərmanlama-pestimisləmə işləri görülmüşdür. Bu işlər də iddiaçı tərəfindən icra edilib. Əks halda qaimə yazılmalı idi. - suvarma işləri üçün cavabdehin 353*,1* manat avans götürməsinə gəldikdə, bu rəqəm 341* manat olub, 12* manat şişirtmə edilib; - cavabdeh 6421,1* kq. xam pambıq təhvil verib, bunun 5622 k.q-mı 15 qəpikdən olmaqla 843,31 manat, qalan 799 kq-mı isə hər kq-mı 2* qəpikdən olmaqla 168,6 manat, ümumi likdə 1*11,97 manat əllə yığıma görə pul verilmişdir. Bununla da, cavabdehin iddiaçıya 613*,82 manat borcunun olması işdəki sənədlərlə təsdiqini tapmır; - məhkəmə iddianı təmin etmək üçün iddiaçını təqdim etdiyi üzləşmə aktına istinad edib. Əslində bu akt iddianı təmin etmək üçün əsas ola bilməz. Həmin akt üç il sonra tərtib edilib, gecə saatlarında cavabdehə qaranlıq yolda təqdim edilib, cavabdeh həmin aktı oxumadan aparıb evində olan sənədlərin içərisində saxlayıb, yalnız hazırki iddia veriləndə aktla tanış olub, etirazını bildirmişdir; - aktda iştirak edən şəxslərlə onu imzalayanlar fərqli şəxslərdir.
17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*6)-2828/2*21 saylı, 21 oktyabr 2*21-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən s axlanılmışdır. (hakimlər Nüsrət Mirzəyev (sədrlik edən və məruzəçi), Samir Mayılov, İlham Əsədov)
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının ona avans olaraq verilmiş pul vəsaitinin qaytarılması tələbinə dair əks arqument olaraq iddiaçının müqavilə öhdəliyini yerinə yetirməməsini, bir çox aqrotexniki işlərin onun öz vəsaiti hesabına həyata keçirildiyini göstərsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Bunun əksinə olaraq cavabdehin 613*,82 manat borcu olması sübuta yetirilir.
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin müxtəlif əsaslar gətirməklə cavabdehin deyil, iddiaçının müqavilə öhdəliyinin şərtlərini pozması səbəbindən öhdəliyin icra edə bilməməsinə dair istinad etdiyi hallar cavabdehin məsuliyyətini aradan qaldı ran hal kimi qiymətləndirilə bilməz.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 386.1, 425.1, 389.1, 39*.1, 39*.5, 399.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırlıb, əlavə olaraq üzləşmə aktında cavabdehin imzasının olmamasına istinad edilib. b)
23. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə q arşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 39*.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 39*.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmal ıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasi ya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
29. İddia tələbləri öhdəlik münasibətlərindən irəli gəlib, müqavilə üzrə ödənilmiş avansın qaytarılması barədədir. 3*. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 25 mart 2*17-ci il tarixində müqavilə b ağlanıb, müqaviləyə əsasən iddiaçı 2* hektar sahədə pambıq əkməyi və hər hektardan 22 sentner məhsulu 15 noyabr 2*17-ci il tarixinədək iddiaçıya satmağı öhdəsinə götürüb. İddiaçı müqavilənin icrası ilə əlaqədar olaraq cavabdehə 91*9,*2 manat məbləğində avans vermiş, cavabdehin təhvil verdiyi xam pambıq isə 2978,2* manat dəyərində olmuşdur. Nəticədə cavabdehin iddiaçıya 613*,82 manat borcu yaranıb.
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İşin müəyyən edilmiş halları tətbiq edilən qanunvericilik normalarının dispozitiv şərtləri ilə uyğun gəlir.
32. Çünki işin mübahisə edilməyən halı kimi müəyyən edilib ki, iddiaçı ilə cavabdeh arasında xam pambığın alqı-satqısına da ir müqavilə bağlanıb və müqavilə çərçivəsində qaytarmaq şərtilə (xam pambıqla) cavabdehə avans verilib. Müqavilə üzrə aldığı avansı xam pambıqla qaytarmaq iddiaçının risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddiaçı qarşısında cavabdehlik daşımışdır.
33. Apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları, yəni aktda qeyd edilmiş xidmətlərin bir qisminin iddiaçı tərəfindən yerinə yetirilməməsi nəticəsində xeyli miqdarda ziyana düşməsini sübut edə bilməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, a pellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
34. Məhkəmə kollegiyası istinad edilən üzləşmə aktında cavabdehin imzasının olmaması barədə kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, əvvəla bu dəlil işə mahiyyəti üzrə baxan məhkəmələrdə irəli sürülməyib. Bundan başqa, əksinə, cavabdeh birinci instansiya məhkəməsində həmin aktı oxumadan imzaladığını, apellyasiya şikayətində isə aktın gecə saatlarında ona təqdim edildiyini bildirməklə hazırda irəli sürdüyü bu dəlili özü də təkzib etmişdir.
35. Kassasiya şikayətini digər dəlilləri apellyasiya şikayətini dəlilləri ilə eyni olmaqla işin faktiki hallarına aiddir ki, kassasiya instansiyası işin faktiki hallarını araşdırmır.
36. Məhkəmə kol legiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*6)-2828/2*21 nömrəli, 21 oktyabr 2*21-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.