Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4209/2020 06.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: dəymiş zərərin əvəzinin ödənilməsi Açar sözlər: sayğacdan kənar təbii qazdan istifadəyə görə zərər, aktın qəbuluna əsas olan halları sübut etmək vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3098/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin bin asında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı (bundan sonra – iddiaçı və ya Birlik) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında xx.xx.2017-ci il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, “XXX” s/d-də yerləşən fərdi yaşayış evinin (bundan sonra – fərdi yaşayış evi) təbii qazla təchiz edilməsinə dair qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin ünvana Birliyin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00220 nömrəli abonent kodu verilmiş və qaz sayğacı quraşdırılmışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbi i qazdan qeyri-qanuni istifadə halları barədə aktlar tərtib edilmiş və foto çəkilişlər aparılmışdır. Cavabdehin abunə hesabına xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 723,6 manat, xx.xx.2017-ci tarixli ******* saylı akt əsasında 229,8 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 37,8 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 288 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 682,6 manat, xx.xx.2018-ci il tarixli 37992 saylı akt əsasında 284,4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt asında 294,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 255,8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 111 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,2 manat, xx.xx.2018-ci il tarixli ******* sa ylı akt asında 133,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,2 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,2 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,2 manat və xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,2 manat - cəmi 4217,66 manat dəymiş ziyan hesablanmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3930,93 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə 3960,93 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qazın alqı-satqısı barədə müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçının işçiləri tərəfindən bu faktlar aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiq edən foto çəkilişlər aparılmışdır. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 4217,66 manat məbləğində ziyan hesablanmı şdır. Cavabdehə Birliyin işçiləri tərəfindən 3930,93 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na əsasən müəyyən edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-3942/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Hüseynli) iddia tələbi rədd edilmişdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən xx.xx.2019-cu il tarixdə cavabdehə məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman həmin fərdi yaşayış evində qaz sayğacı və qaz xəttinin mövcud olması, lakin həmin qaz xəttində qazın olmadığı müəyyən edilmişdir. Əlavə xəttin cavabdeh tərəfindən çəkildiyi sübuta yetirilməmişdir. Ana qaz borusundan əlavə xəttin çəkildiyi müəyyən olunmamış, hal-hazırda iş materiallarında olan şəkildəki əlavə xəttdən cavabdeh tərəfindən istifadə edildiyi aşkar edilməmişdir. Həmçinin əlavə xəttin cavabdeh tərəfindən çəkilməsi də öz sübutunu tapmamışdır. Bundan başqa, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş aktlar qanunvericiliyin tələblərin ə uyğun tərtib edilməmişdir. Belə ki, aktlar tərtib edilərkən istehlakçı Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edildiyinin aşkar olunduğu qeyd edilmişdir. Həmin aktlar istehlakçiya təqdim edilməmişdir. Aktlar tərtib edilərkən bu barədə aktın istehlakçıya aid olan hissəsində cavabdehin sözügedən aktları imzalamaqdan imtina edildiyi göstərilmişdir. Belə olan halda, hesablanmış 3930,93 manat məbləğində borcun əsasını təşkil edən aktlar qanunvericiliyə uyğun şəkildə tərtib olunmadığındancavabdehin sayğacdan kənar təbii qazdan istifadəsini təsdiq edən sübut kimi qəbul edilməməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-3098/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Səmədov (sə drlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. O cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, həmçinin iş üzrə tərtib edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmədiyindən cavabdehə təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3930,93 manat məb ləğində borcun olması məhkəmə iclasında öz təsdiqini tapmadığından, hazırkı iddia tələbinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddiaçı iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən, iddia tələbini təmin etməməklə, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil X2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını n tələblərini pozmuş, iş üzrəəsassız nəticəyə gəlmişdir. Kassasiya şikayətinə görə, məhkəmə iddia tələbinin təmin edilməməsi barədə qətnamədəfərdi yaşayış evindəəlavə xəttin olduğunu qəbul etsə də, həmin xəttin cavabdeh tərəfindən çəkilməsinin sübut edilmədiyini əsas götürmüş, apelyasiya instansiyası məhkəməsi də həmin əsasla razılaşmışdır. Halbuki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən aydın görünür ki, cavabdeh mənzildə təbii qazdan qanunsuz istifadə edir. Kassator qeyd etmişdir ki, qanunsuz xəttin kim tərəfindən çəkildiyi deyil, bunun nəticəsində faydalanan şəxsin kim olması əsas götürülməli idi. Bundan başqa, məhkəmə aktlar tərtib olunduğu tarixlərdə təbii qazdan istifadəyə görə nə qədər pul ödənildiyini, ümumiyyətlə pul ödənilib-ödənilməməsini araşdırmamışdır. Məhkəmə yalnız iddiaçının fikirlərini əsas götürərək iddia tələbini rədd etmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İş üzrə cavabdeh məhkəmə iclasına vəkilsiz gəldiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67.1-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının nümayədəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələb inə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu. Qaz paylayıcısı ilə istehlakçı ara sında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəf indən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). MPM Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (maddə 77.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğunu ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddaçı təbii qaz satışı sahəsində təbii inhisarçı olan dövlət müəssisəsidir. Tələb iddiaçının tərtib etdiyi aktlar əsasında zərər qismində hesablanmı ş pulun tutulması ilə bağlıdır. MPMin 77.2-ci maddəsinə əsasən həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Məhkəmələr iddiaçının əməkdaşları tərəfindən birtərəfli qaydada abonentin iştirakı olmadan tərtib edilmiş və surəti iddiaçıya təqdim olunmamış həmin aktları mötəbər sübut hesab etməyərək belə qənaətə gəlmişlər ki, iddiaçı öz tələbini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3098/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4209/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4209/2020
06.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver