Məhkəmə qərarları › İş №2(102)-4209/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4209/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4209/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 20 iyun 2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 3 5.000 manat məbləğində kredit verilmişdir. Borcun qaytarılma tarixi 10.01.2019-cu il olaraq razılaşdırılmışdır.

2. İddiaçı borcun vaxtında qaytarılmadığını bildirərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 35.000 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, dəfələrlə müraciət etməyinə baxmayaraq, cavabdeh kredit öhdəliyini icra etmir. Cavabdeh onun mülki hüquqlarını pozmuş və bu mübahisənin həlli məhkəmə qaydasında mümkündür. O, cavabdehə dəfələrlə şifahi qaydada müraciət etsə də, sonuncu onun müraciətlərinə məhəl qoymamışdır.

5. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, o, borcundan 5000 manata yaxın pul ödəmişdir. Ödədiyi pulun borcdan çıxılması və qalan məbləğin ondan tutulmasına razıdır.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim R.Xəzri) 23 oktyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülk i Kollegiyasının (hakimlər-Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) 01 mart 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin X saylı iş üzrə 23 oktyabr 2020-ci il tarixli qətnaməsinin “İddiaçı xeyrinə Cavabdeh 35.000 manat məbləğində pul vəsaitinin tutulması” hissəsində dəyişdirilməsi, Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan borcun məbləğinin 30.500 (otuz min beş yüz) manat müəyyən edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun onu ödəmiş şəxsə aid edilməsi qət edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin üzərinə götürdüyü öhdəliyi ye rinə yetirmədiyi nəticəsinə gəlməkdə haqlı olsa da, iddiaçının xeyrinə tutulmalı olan pulun məbləğində səhvə yol vermişdir. Belə ki, cavabdehin iddiaçıdan almış olduğu pul vəsaitindən 4500 manat qaytarmış olduğu şahid ifadəsində öz əksini tapmış və iddiaçı şahidin ifadəsində bildirdiklərini qəbul etmişdir. Kollegiya cavabdehin, mübahisənin başladığı ilk dövrdən səmimi davranaraq mövcud borcunu etiraf etdiyini nəzərə almaqla hesab etmişdir ki, alınmış borcdan 4500 manatının qaytarılmış olması nəticəsinə gəlmək mümkündür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etm işdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, birinci instansiya məhkəməsinin iclasında iddianı qismən etiraf etmişdir. Cavabdeh həmin borcdan 5000 (beş min) manatını məhkəmə dövrünədək ödəmişdir. O, həmin pul məbləğini hissə-hissə iddiaçı X1 yoldaşı Azər adlı şəxsə ödəmişdir, Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən iddiaçı X1 yoldaşı Azər adlı şəxs şahid kimi gəlib ifadə verərkən 5000 (beş min) manat deyil, cəmi 4500 (dörd min beş yüz) manat etiraf etmiş və məhkəmə onun ifadəsinə görə tutulan məbləğdən yalnız 4500 (dörd min beş yüz) manat azaldılmışdır. Hətta cavabdeh razılaşmasa da, məhkəmə qətnaməsində guya onun razılaşdığı yazılmışdır. Halbuki o razılaşmamışdır. Bundan əlavə, cavabdeh yenidən məhkəmə gedişatında iddiaçı X2 dəfələrlə hissə-hissə pul vermişdir ki, hazırda da hesab edir ki, tutulan ümumi pul vəsaitindən çıxılaraq azaldılmalıdır. Məhkəmədən cavabdehin ödədiyi və ondan tutulan məbləğdən 5000 manatdan qalan 500 manat pul məbləğində azaltmamışdır və işi düzgün və obyektiv araşdırmadan yenidən cavabdehin ziyanına qətnamə çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədl əri

17. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibət ini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

21. Apellyasiya baxışında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, iddiaçı onun yoldaşı, cavabdeh isə dostudur. Əli Amalyaya 35.000 manat olan borcundan 4500 manatını ona ödəmiş, lakin o, bu məbləği Amalyaya verməmişdir. Amalyanın həmin məbləğin ödənilməsindən xəbəri olmamışdır.

22. Şahid ifadə verdikdən sonra İddiaçı izahatına əlavə olaraq bi ldirmişdir ki, o tələb etdiyi borcdan onun yoldaşı Azər Şıxqaibova ödənilmiş 4500 manatın çıxılaraq cavabdehdən ümumilikdə 30.500 manat borcun tutulmasına etiraz etmir.

23. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 20 iyun 2018-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, İddiaçı tərəfindən Cavabdeh 35.000 manat məbləğində kredit verilmişdir. Qeyd edilən müqavilənin 2-ci bəndinə əsasən, borc alan krediti 10.01.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa, iş materiallarına əlavə olunmuş iltizamdan görünür ki, cavabdeh iddiaçıya olan borcundan 23.11.2018-ci il tarixdə 3500 manat, 23.01.2019-cu il tarixdə 35.000 manat ödəmişdir.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin üzəri nə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlməkdə haqlı olsa da, onlardan iddiaçının xeyrinə tutulmalı olan pulun məbləğində səhvə yol vermişdir. Belə ki, cavabdehin iddiaçıdan almış olduğu pul vəsaitindən 4500 manat qaytarmış olduğu şahid ifadəsində öz əksini tapmış və iddiaçı şahidin ifadəsində bildirdiklərini qəbul etmişdir. Kollegiya cavabdehin, mübahisənin başladığı ilk dövrdən səmimi davranaraq mövcud borcunu etiraf etdiyini nəzərə almaqla hesab etmişdir ki, alınmış borcdan 4500 manatının qaytarılmış olması nəticəsinə gəlmək mümkündür. Göstərilənləri nəzərə alaraq kollegiya hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 30.500 (35.000-4500=30.500) manat pul vəsaiti tutulmalıdır.

25. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

26. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

27. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar