Məhkəmə qərarları › İş №2(102)-421/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-421/2020

08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-421/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)2572/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Göyçay rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.A.Quliyev, iş № 2(046)-7/2019) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh7, X2, Cavabdeh6, Cavabdeh2, X4 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2013-cü il tarixli kredit razılaşmasına əsasən əsas borca görə 2154,3 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh1, Cavabdeh7 və X1 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi, xx.xx.2013-cü il tarixli kredit razılaşmasına əsasən 141,58 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 191,58 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh1 və Cavabdeh7 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi, xx.xx.2015 -ci il tarixli kredit razılaşmasına əsasən əsas borca görə 12.948,22 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh1, Cavabdeh7 və X1 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi, xx.xx.2015-ci il tarixli kredit razılaşmasına əsasən 2074,87 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə olmaqla, cəmi 2174,87 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh1, Cavabdeh7 və X1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmuşdur. Həmin qətnamə ilə tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus Göyçay şəhəri, Əhməd Cavad küçəsində xüsusi mülkiyyətdə olan 0.0501 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 13 nömrəli fərdi yaşayış evinə yönəldilmiş, həmin əmlakın ilkin satış qiyməti 35.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, əldə edilən vəsaitdən cəmi 17.468,70 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı, məhkəməyə müraciət etmək üçün xərcin cavabdehlərə aid hissəsi 25 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının İddiaçı QSC-yə ödənilməsi, əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatının İddiaçı QSC-yə aid edilmiş, 25 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh7, X1 m üştərək qaydada tutulub İddiaçı QSCyə ödənilməsi, iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh7, X1 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, 150 manat məhkəmə-mühasibatlıq ekspertizası xərcinin 30 manatının İddiaçı QSC-dən, 120 manatının cavabdehlər Cavabdeh1, Cavabdeh7, X1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iş üzrə 200 manat məhkəmə qiymətləndirmə ekspertizası xərcinin 40 manatının İddiaçı QSC-dən, 160 manatının cavabdehlər Cavabdeh1, Cavabdeh7, X1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC-yə ödənilməsi, iddianın q alan hissədə təmin olunmaması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Göyçay rayon Məhkəməsinin xx xxx 2019-cu tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixdə 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi bağlanmış, xx.xx.2013-cü il tarixli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 aylıq 2.0833 faiz olmaqla 36 ay müddətinə 5000 ABŞ dolları, xx.xx.2015-ci il tarixli kredit razılaşmasına əsasən isə aylıq 1.8333 faiz hesablanmaqla 48 ay müddətinə 13.500 ABŞ dol ları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixdə kredit razılaşmalarına əlavə və dəyişikliklər edilməsi haqqında saziş bağlanmışdır. Cavabdeh1 kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı kimi Cavabdeh7 Məhəmmədli qızı və X5 ilə müvafiq olaraq xx.xx.2011-ci il və xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Kredit öhdəliyinin təminatı olaraq xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Göyçay şəhəri, Ə.Cavad küçəsində xüsusi mülkiyyətdə olan 0.0501 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən 13 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. 2016-cı ilin aprel ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit razılaşmaları üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbində n banka yaranmış cəmi 23.934,50 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manatın, 21 manat xidmət haqqının Cavabdeh1, Cavabdeh7, X1 və Cavabdeh3 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yer i barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 xx.xx.2013-cü il və xx.xx.2015-ci il tarixli kredit razılaşmalarını bağlamaqla üzərl ərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit razılaşmaları üzrə öhdəliyini icra edərək müqavilələrdə nəzərdə tutulmuş kreditlərin Cavabdeh1 verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh1 kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götür düyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müəyyən olunduğu kimi Cavabdeh1 bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi mülkiyyət hüququ ilə ona məxsus fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 307.7 və 309.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariatda təsdiq olunmalı və dövlət qeydiyyatına alınmalıdır. İşdən görünür ki, bankla bağlanmış ipoteka müqaviləsi qanunun yuxarıda göstərilən normalarının tələblərinə müvafiq olaraq notariatda təsdiq olunmuş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmçinin göstərilən Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (470.1.) Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (472.1.) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (472.2.) Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və mü əyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar