Məhkəmə qərarları › İş №2(102)-421/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-421/2022

18.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-421/2022 18.02.2022 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.08.2021-ci il tarixli, 2(103)-7655/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aylıq gəlirinin dörddə bir hissəsi tutularaq 15 iyun 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Tağıyev) 18 may 2021-ci il tarixli, 2(006)-3446/2016 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, 15 iyun 2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 iyul 2013-cü il tarixli, 2(005)-2622/2013 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancın (başqa gəlirlərin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) 13 a vqust 2021-ci il tarixli, 2(103)-7655/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli qətnaməsinin alimentin miqdarına aid hissədə dəyişdirilməsi və alimentin Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/6 (altıda bir) hissəsi miqdarında tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(103)-7655/2021 nömrəli qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayəti 18.11.2021-ci il tarixli qərardadla icraata qəbul edilmişdir. Kassasiya baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh kassasiya şikayəti prosessual qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilə bilməz. Belə ki, Mülki-Prosessual Mə cəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə əsasən, cavabdehin nağd aldığı əmək haqqı 1.729 manat təşkil edir. Onun 1/4 hissəsi 432,25 manatdır. 432,25 manat ilə 200 manatın (hazırda tutulan alimentin) arasındakı fərq 232,25 manatdır. 232,25 manatın 1 il üçün cəmi 2.787 manatdır (12 ay x 232,25 manat). Göründüyü kimi, iddianın qiyməti 2.787 ma nat təşkil edir. Göründüyü kimi cavabdehin mübahisələndirdiyi məbləğ kassasiyanın mümkünlüyü üçün qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən az olduğundan, həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. Kollegiya qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsi 13.08.2021-ci ildə çıxarılsa da, məhkəmə aktından kassasiya şikayəti 22.10.2021-ci ildə verilmişdir. Mülki-Prosessual Məcəllənin 402.1-ci maddəsinin iddianın qiyməti beş min manatdan az olan tələblər üzrə kassasiya şikayətini istisna edən yeni redaksiyasına dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli, 363-VİQD №-li Azərbaycan Respublikasının Qanunu isə 01.10.2021-ci ildən qüvvədədir. Bundan əlavə, həmin Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ər izələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir (maddə 2.2). Qeyd edilənlərə əsasən Kollegiya bu qənaətə gəlir ki, MPM-nin 402.1-ci maddəsinin mövcud redaksiyası hazırkı iş üzrə cavabdehin 01.10.2021-ci il tarixdən sonra verilən kassasiya şikayətinə də şamil edilməklə həmin şikayət qeyri-mümkün sayılmalıdır. MPM-nin 417.1.7-ci maddəsində görə, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər t utaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.08.2021-ci il tarixli, 2(103)-7655/2021 nömrəli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilsin, iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar