Məhkəmə qərarları › İş №2(102)-4210/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4210/2022

17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4210/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4210/22 (Açar sözlər: əsassız varlanma, təmirə çəkilmiş xərcin tutulması ) Bakı şəhəri, 17 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evə çəkilmiş təmir xərcinin tutulması” tələbinə dair iddiası ilə bağlı iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1094/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şik ayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) ilə cavabdehin sahibliyində olan ünvan 1 ünvanda 200.kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinin (bundan sonra –mübahisəli ev) 18.000 manata alqı-satqısına dair razılığa gəlmiş və öz aralarında sadə yazılı formada xx.xx.2018-ci il tarixli beh müqaviləsi bağlamışlar.

2. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdehlər İddiaçı və digərlərinə qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbi təmin edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir.

3. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ünvan 1 ünvanda 200.kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinin (bundan sonra – mübahisəli ev) 18.000 manata alqı-satqısına dair razılığa gəlmiş, razılaşmaya əsasən iddiaçı cavabdehə 2000 manat beh vermiş, qalan 16000 manatı isə xx.xx.2018-ci il tarixədək ödəməsinə dair üzərinə öhdəlik götürmüş, lakin hazırki vaxtadək 16000 manatı qaytarmamışdır. Buna görə də, iddiaçı ailəsi ilə bilikdə evdən çıxarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən evin təmirinə çəkdiyi xərc kimi 6609 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ildə cavabdehə məxsus olan evi 18.000 manata almasına dair razılığa gəlmişlər. O, cavabdehə 2200 manat pul vermişdir. İddiaçı pulun yerdə qalanını cavabdeh ona evin sənədini düzəldib verdikdən sonra verməli idi. Cavabdeh evin sənədini düzəldib verə bilmədiyi üçün onların alveri baş tutmamışdır. İddiaçı evi alandan sonra evdə ümumi dəyəri 6609 manat olan təmir işləri görmüşdür.

6. Məhkəmə iclasında iştirak edərək cavabdeh bildirmişdir ki, iddiaçı ona məxsus mübahisəli evdə təmir işləri görmüşdür, amma həmin evə onun tərəfindən qoyulmuş taxta pəncərələr iddiaçı tərəfindən plastik pəncərələrlə əvəz edilmişdir. O öz taxtadan pəncərəsinin yerinə qoyulmasını istəyir və iddiaçı tərəfindən görülən işləri bəyənmir. Lakin halallıq olması üçün 1000 manat verməyə razıdır. Buna baxmayaraq iddiaçı onunla razılığa gəlmir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsi ndə bildirdi ki, mübahisəli fərdi yaşayış evi əvvəl onun mülkiyyətində olmuşdur. Cavabdeh mübahisəli evi aralarındakı razılığa əsasən iddiaçıya satmışdır. İddiaçı həmin evdəki taxta pəncərələri dəyişərək yeni plastik pəncərələr ilə əvəz etmiş və evin üstündən çıxan taxta pəncərələri ona satmışdır. Həmçinin navesin qabağından təxminən üç cərgə kubiklə hörgü işi gördürmüş və həyətə tamet döşəmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2457 nömrəli rəyindən görünür ki, mübahisəli evdə aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 8786,9 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı tərəfindən qoyulmuş plastik pəncərələr taxta materialından hazırlanmış pəncərələr ilə əvəz ediləcəyi tə qdirdə ümumi dəyəri 744 manat məbləğində müəyyən olunmuşdur.

9. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(043)-129/2021 nömrəli, 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Rəşad Mustafayev) iddia tələbi təmin edilmiş, cavabdehdən 6609 manat məbləğində pul tutulub iddiaçıya verilməsi qət edilmişdir.

10. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı cavabdehlə sonuncunun evini almağa dair razılığa gəlmiş, iddiaçı 2000 manat beh vermiş, cavabdeh evi iddiaçının istifadəsinə vermiş, cavabdeh evin sənədlərini düzəldib verə bilmədiyinə görə razılıq pozulmuş və cavabdeh iddiaçını evdən çıxarmışdır. Bu müddət ərzində iddiaçı vicdanlı sahib olaraq evdə təmir işləri aparmışdır. Təmir işlərinin dyəri məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin 157.7-ci maddəsinə əsasən iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən iddiaçı xeyrinə 6609 manat məbləğində pul tutulmalıdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.6, 157.7, 157.8-ci, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1 107, 119.1, 217.2, 217.4-cü maddələrinə, “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı və “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətin i onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmamışdır. Belə ki, işin halları ilə sübut olunur ki, o iddiaçıya ona məxsus evdə təmir işləri görməsinə dair göstəriş verməmişdir. Təmir işləri onun razılığı olmadan aparılmışdır. Ona görə də iddia təmin edilməməlidir. Lakin birinci instansiya məhkəməsi işin faktiki halları nəzərə almadan iddianı təmin etmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) Mülki kollegiyasının 2(104)-1094/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev– sədrlik edən və məruzəçi, Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 5 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıl mışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyildir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.6, 157.7, 157.8-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 372.1, 372.7, 385.2-ci maddələrinə, “Brumareski Ruminyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (Vəkil) kas sasiya şikayəti verərək qətnamənin ləğv edilərək, yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, razılaşmanı evin dəyərinin qalan əsas hissəsini, yəni 16000 manat pulu ödəməyərək iddiaçı pozmuşdur. O, iki il iddiaçının qalan məbləği ödəməsi üçün gözləsə də, iddiaçı heç bir ödəniş etməmiş, mübahisəli evdə qanunsuz iki ilə yaxın yaşamışdır.Ödəmə olmadığına görə o, evə dair hüquqverici sənədin alınmasına da cəhd etməmişdir. Buna görə də, iddiaçının evdə gördüyü işin xərci ni cavabdehdə tələb etməsi əsassızdır. b)

19. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllə si

20. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

21. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

22. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

23. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olma lıdır.

28. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozun tusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə y oxlanılır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

34. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Məhkəmələr tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktı, tərəflərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə sonuncunun evini almağa dair razılığa gəlmiş, iddiaçı 2000 manat beh vermiş, cavabdeh evi iddiaçının istifadəsi nə vermiş, cavabdeh evin sənədlərini düzəldib verə bilmədiyinə görə razılıq pozulmuş və cavabdeh iddiaçını evdən çıxarmışdır. Bu müddət ərzində iddiaçı vicdanlı sahib olaraq evdə təmir işləri aparmışdır. Təmir işlərinin dəyəri məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında razılaşma pozulana qədər iddiaçı mübahisəli əmlaka sahiblik etmişdir, o halda belə qənaətə gəlmək olar ki, aparılan bütün yaxşılaşma işləri onun həmin əmlaka sahiblik hüququnun real həyata keçirilməsi istəyi ilə bağlı olmuşdur. Ona görə də çəkilən xərclərin mövcudluğu ağlabatan olduğu qədər, həm də realdır. İddiaçı tərəfindən edilən yaxşılaşdırma əmlaka tənasübsüz zərər vurmadan ayrılmadığından, çəkilən xərclərin qaytarılması tələbi əsaslıdır və həmin xərclərin çəkildiyi sübuta yetirildiyindən, təmin edilməsi realdır. Hazırkı iş üzrə isə, iddiaçı tərəfindən həmin evə çəkilən xərclərin reallığı ekspert rəyi, şahid ifadələri, tərəflərin birinci instansiya məhkəməsindəki və apelyasiya baxışındakı izahatları və cavabdeh tərəfin iddianın təkzib edəcək sübutların məhkəmələrə təqdim etməməsi ilə də təsdiq edilir.

37. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

38. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin halları nın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

40. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1094/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar