Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4211/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2022-ci il tarixli, 2(104)1047/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şi kayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı ASC-nin Gəncə filialı tərəfindən Cavabdeh: - 03 iyul 2014-cü il tarixli, 04/14 saylı kredit müqaviləsi ilə 36 ay müddətinə illik 14 faizlə 45000 manat məbləğində, - 11 dekabr 2015-ci il tarixli 08/15 saylı kredit müqaviləsi ilə 24 ay müddətinə illik 14 faizlə 5000 manat məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ər izə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya 11 iyun 2020-ci il tarixədək 03 iyul 2014-cü il tarixli, 04/14 saylı kredit müqaviləsi üzrə olan 16857,55 manat əsas, müqavilə müddəti üçün hesablanmış 3069,23 manat faiz, 6013,10 manat cərimə, Azərbaycan Respublikasının MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 3215,16 manat illik faiz borcu olmaqla, cəmi 29155,04 manat məbləğində kredit borcunun və 11 dekabr 2015-ci il tarixli, 08/15 saylı kredit müqaviləsi üzrə 4820,27 manat əsas, müqavilə müddəti üçün hesablanmış 1291,57 manat faiz, 1306,01 manat cərimə, Azərbaycan Respublikasının MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 814,72 manat illik faiz borcu olmaqla, cəmi 8232,57 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqavilələrinin şərtlərini pozmuş, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir.
4. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 19 mart 2021-ci il tarixli rəyinə əsasən Cavabdeh 03 iyul 2014-cü il tarixli, 04/14 saylı kredit müqaviləsi üzrə 16856,23 manat əsas, 03 iyul 2017-ci il tarixə illik 14%-lə 3480,81 manat faiz borcu, 03 iyul 2017-ci il tarixdən 11 iyun 2020-ci il tarixədək illik 5%-lǝ 2476,93 manat faiz borcu; 11 dekabr 2015-ci il tarixli, 08/15 saylı kredit müqaviləsi üzrə 4820,27 manat əsas, 11 dekabr 2017-ci il tarixdə illik 14%-lə 1291,57 manat faiz və 11 dekabr 201 7-ci il tarixdən 11 iyun 2020-ci il tarixədək illik 5%-lǝ 602,53 manat faiz borcu vardır.
5. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(044)-295/2021 nömrəli qətnaməsi ilə (hakim R.N.Ələkbərli) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 03 iyul 2014-cü il tarixli, 04/14 saylı kredit müqaviləsi üzrə 16856,23 manat əsas, 3069,23 manat faiz borcu, 45 manat cərimə olmaqla, cəmi 19970,46 manat və 11 dekabr 2015-ci il tarixli, 08/15 saylı kredit müqaviləsi üzrə 4820,27 manat əsas, 1291,57 manat faiz, 20 manat cərimə olmaqla, cəmi 6131,84 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 467, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
7. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(044)-295/2021 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Həmçinin Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(044)-295/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2022-ci il tarixli, 2(104)-1047/2022 nömrəli qətnaməsi ilə (hakim L.S.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər A.H.Hüseynzadədən və İ.T.Həsənovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(044)-295/2021 nömrəli qətnaməsinin iddia tələbinin qismən təmin edilmiş cərimə borcu hissəsində dəyişdirilməsi və iddia tələbinin təmin edilməmiş Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz borcu hissəsində ləğv edilməklə, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, Cavabdeh apellyasiya şikayəti təmin edilməməsi, Cavabdeh 03 fevral 2014-cü il tarixli, 04/14 saylı kredit müqaviləsi üzrə 16856,23 manat əsas, 3069,23 manat faiz borcu, 300 manat cərimə, Azərbaycan R espublikası MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik 5%-lǝ 2476,93 manat faiz borcu olmaqla, cəmi 22702,39 manat və 11 dekabr 2015-ci il tarixli, 08/15 saylı kredit müqaviləsi üzrə 4820,27 manat əsas, 1291,57 manat faiz, 100 manat cərimə və Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik 5%-lǝ 602,53 manat faiz borcu olmaqla, cəmi 6814,37 manat, ümumilikdə isə 29516,76 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, qətnamənin iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi iddiaçının cərimə borcu ilə bağlı dəlillərini qismən əsaslı sayıb hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfin dən Bank tərəfindən gecikdirilmiş günlərə görə cavabdehlərə hesablanmış cərimə borcu 03 iyul 2014-cü il tarixli 04/14 saylı kredit müqaviləsi üzrə 6013,10 manat cərimə borcu 45 manat, 11 dekabr 2015-ci il tarixli 08/15 saylı kredit müqaviləsi üzrə 1306,01 manat cərimə borcu 20 manat məbləğində müəyyən edilərkən, kreditorun əmlak mənafeləri nəzərə alınmamış və cərimə borcu tənasübsüz şəkildə azaldılmışdır.
11. Apellyasiya məhkəməsi iddianın kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə müvafiq olaraq illik beş faiz dərəcəsi ilə hesablanmış 03 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2475,52 manat və 11 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 603 manat faiz borcu hissəsinin təmin edilməməsini əsaslı hesab etməmişdir. Belə ki, cav abdeh üzərinə düşən öhdəlikləri icra etməyərək, kredit borcunu və ona hesablanmış faizləri vaxtlı-vaxtında Banka ödəməməklə, borclu qalmış, iddiaçı ləğv prosesində olan bank isə hazırkı iddia ilə 19 iyun 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, iddianın 03 iyun 2014-cü il tarixli 04/14 saylı kredit müqaviləsi üzrə Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 3215,16 manat illik faiz borcu və 11 dekabr 2015-ci il tarixli 08/15 saylı kredit müqaviləsi üzrə hesablanan 814.72 manat illik faiz borcu hissəsini təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini ümumiyyətlə əsaslandırmış və həmin tələbi müzakirə etmədən rədd etmişdir ki, bu da əsaslı hesab edilə bilməz.
13. Apellyasiya instansiyası məhkəməs i hesab etmişdir ki, Cavabdeh 03 iyul 2014cü il tarixli, 04/14 saylı kredit müqaviləsi üzrə Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik 5%-lə 2476,93 manat faiz borcu və xx.xx.2015-ci il tarixli, 08/15 saylı kredit müqaviləsi üzrə 602,53 manat faiz borcu tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
14. Məhkəmə Cavabdeh apellyasiya dəlillərini əsassız sayıb hesab etmişdir ki, iddianın təmin edilmiş əsas və faiz borcu hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
15. Belə ki, cavabdeh qeyd edilən kredit müqavilələrini bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşaraq, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə iddiaçı Banka borclu qalmışdır. Cavabdehin məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərkən, etmiş olduğu ödənişlərlə bağlı ödəniş qəbzlərini ekspertizaya göndərməməsi ilə bağlı dəlili öz təsdiqini tapmamışdır.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 445.2.1, 445.2.2, 445.7, 449.1, 462.1, 467-ci, MPM-in 14.2, 77.1, 106.1, 217.3, 217.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlil ləri:
17. Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1047/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 445.7 və 467-ci maddəsinin tələbləri pozulmuş, cavabdehin mənafeyi, maddi durumu, onun bankda depozitdə 100000 manat pulunun olması, bank ləğv edildiyindən həmin pulunu ala bilməməsi nəzərə alınmamış, əsassız olaraq həm cərimə, həm də 5% gecikdirilmiş vaxt üçün hesablanan illik faiz borcu tutulmuşdur. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 9, 14.1, 14.2, 77.1, 97ci maddələrinin tələblərini pozaraq, cavabdehin əsas və faiz borcun şişirdilməsinə dair apellyasiya şikayətinin dəlillərinə qiymət verməmiş, iş üzrə təkrar ekspertiza keçirməmişdir.
19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirildirilmədiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətlərinin dəlillərinə uyğun mübahisələndirilən hissələr üzrə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şər tlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyy ət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə ala raq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli qərarında qeyd edilmişdir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda şərh olunan hüquqi mövqelərə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnı z məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mö vqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq kredit müqaviləsi üzrə borcu keçirilmiş ekspertiza rəyinə əsasən müəyyən etmişdir.
28. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyy ən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən cavabdeh borcun düzgün hesablanmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu (ekspert tərəfindən əsassız olaraq silinmə ilə bağlı maliyyə sənədləri, alternativ ekspert rəyi və s.) təqdim etməmişdir.
29. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
30. Həmçinin müəyyən olunu r ki, cavabdeh birinci instansiya məhkəməsinin sonuncu iclasında nümayəndəsi (atası) vasitəsi ilə təmsil olunmuş, sonuncu iddia tələbini əsas və faiz borcu hissəsində qəbul etdiyini, digər hissələrdə qismən qəbul etdiyini göstərmişdir. Cavabdeh tərəf keçirilmiş ekspertizanın rəyi ilə razı olmadığını bildirməmiş, təkrar ekspertiza keçirilməsinə dair vəsatət verməmişdir.
31. Odur ki, apellyasiya instansiyası məhkəməsi borcalanın iddiaçının xeyrinə tutulmalı olan əsas və faiz borcun məbləğini ekspert rəyi əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
32. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən səlahiyyətləri çərçivəsində iddiaç ı tərəfindən tələb edilən dəbbə pulu borcunu azaltmışdır. Məhkəmənin müəyyən etdiyi cərimə məbləği həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğundur.
33. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq müqavilə müddəti bitdiyi tarixdən sonrakı müddət üçün illik 5%-lə tələb olunan vəsaitin tutulmasını da təmin etmişdir.
34. Belə ki, həmin tələbin hüquqi əsasını Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsi və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli qərarı təşkil edir və qətnamə ilə tutulan məbləğ keçirilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur.
35. Nəhayət məhkəmə kollegiyası izah edir ki, cavabdehin əmanətinin Ləğv prosesində olan İddiaçı ASC-də qalması hazırki iddianın rədd olunması üçün əsas ola bilməz. Belə ki, həmin əmanətin qaytarılması “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 76 və 77-ci maddələrinin tələblərinə uyğun olaraq həll olunur.
36. Bu səbəbdən, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübah sələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2022-ci il tarixli, 2(104)-1047/2022 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.