Məhkəmə qərarları › İş №2(102)-4215/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4215/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4215/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinə yönəldilməsi və yaşayış sahəsindən çıxarılma) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 22 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 07.01.2016-cı il tarixli, H002KK16 saylı kredit müqaviləsinə əsasən, İddiaçı tərəfindən Cavabdeh 36 ay müddətinə illik 19 faizlə 35.000 (otuz beş min) manat məbləğində kredit vəsaiti verilmişdir.

2. Tərəflər arasında bağlanmış 08 yanvar 2016-cı il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh xmənzili İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü etmişdir. Müqavilədə ipoteka predmetinin dəyəri 67.000 (altmış yeddi min) manat razılaşdırılmışdır. İpoteka daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət edi ləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.

4. Bank 05.06.2017-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh ilə bank arasında bağlanmış 07.01.2016-cı il tarixli, H002KK16 saylı müqavilənin ləğv edilməsi, Cavabdeh iddiaçının xeyrinə 30454 (otuz min dörd yüz əlli dörd) manat əsas, 9839 (doqquz min səkkiz yüz otuz doqquz) manat faiz, 35182 (otuz beş min bir yüz səksən iki) manat 61 (altmış bir) qəpik cərimə borcunun, 300 (üç yüz) manat məhkəmə xərcinin və 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus xmənzilinə yönə ldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əldə olunan vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutmanın yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması, həmin evdə yaşayan X4, X2, X5, digər şəxlərin və onların ailə üzvlərinin həmin evdən çıxarılması və əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbinin həcmi artırılmışdır).

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-3) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh kredit üzrə hesablanmış əsas borc məbləğini, faizləri, dəbbə pulunu tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq o, öhdəliklərin icra edilməsindən yayınmışdır. Hazırda Cavabdeh 07.01.2016-cı il tarixli, H002KK16 saylı kredit müqaviləsi üzrə banka 30454 (otuz min dörd yüz əlli dörd) manat əsas, 9839 (doqquz min səkkiz yüz otuz doqquz) manat faiz, 35182 (otuz beş min bir yüz səksən iki) manat 61 (altmış bir) qəpik cərimə borcu yaranmışdır.

7. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, 07.01.2016cı il tarixli müqaviləyə əsasən Cavabdeh tərəfindən müvafiq ödəniş aparılmasına baxmayaraq, bank ondan şişirdilmiş faiz və cərimə borcu tələb edir. 8. "xxxx" MMC-nin 15 may 2018-ci il tarixli, 0343 /18/BOB saylı hesabatı ilə müəyyən edilmişdir ki, xmənzilinin bazar dəyəri 85.000 (səksən beş min) manat təşkil edir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 29 iyun 2018-ci il tarixli, 2 X nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 30.454 (otuz min dörd yüz əlli dörd) manat əsas, 6680 (altı min altı yüz səksən) manat 19 (on doqquz) qəpik faiz, 200 (iki yüz) manat cərimə, cəmi 37334 (otuz yeddi min üç yüz otuz dörd) manat 19 (on doqquz) qəpik kredit borcu, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu vəsaitinin tutulması, tələb ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus xmənzilinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzil ilkin satış qiyməti 85.000 (səksən beş min) manat məbləğində müəyyən edilərək açı q hərracda satılması, həmin daşınmaz əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcu ödənilməsi, ipoteka predmeti satıldıqdan bir ay sonra Cavabdeh xmənzilini tərk etməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh kredit razılaşma və ipoteka müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, onun bank qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 11. "xxxx" MMC-nin 19.01.2019-cu il tarixli, X nömrəli rəyi ilə müəyyən edilmişdir ki, rəydə mənzilin 16.01.2019-cu il tarixə bazar dəyəri 105.000 manat təşkil edir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov ) 22 fevral 2019-cu il tarixli, 2(103)-1352/19 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, X saylı qətnaməsi ipoteka perdmetinin ilkin satış qiymətinin məbləği hissəsində dəyişdirilməsi, mənzilin ilkin satış qiyməti 105.000 (yüz beş min) manat müəyyən edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, 2(006)-3074/2018 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılması, ipoteka predmetinin qiymətləndiricisinin xidmət haqqı 300 (üç yüz) manat Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən ipoteka perdmetinin ilkin satış qiymətinin məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, apellyasiya baxışında keçirilmiş qiymətləndirmə zamanı "xxxx" MMC tərəfindən verilmiş 19 yanvar 2019-cu il tarixli rəydə mənzilin 16 yanvar 2019-cu il tarixə bazar dəyəri 105.000 manat müəyyən edilmişdir. Göründüyü kimi, sonuncu qiymətləndirmə şirkətinin verdiyi rəy işin hallarına uyğun olduğundan və mənzilin real dəyərini düzgün əks etdirdiyindən, ilkin satış qiyməti həmin məbləğdə müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmə sini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmetində heç bir əhəmiyyətli dəyişiklik aparılmamışdır. Buna baxmayaraq, qiymətiəndirici şirkətlərin rəyləri arasında əhəmiyyətli -20000 (iyirmi min) manatlıq böyük bir fərq yaranmışdır. Bu da rəylərin obyektivliyinə əsaslı şübhələr yaradır. Ancaq Bakı Apellyasiya Məhkəməsi heç bir əsas gətirmədən təkrar ekspertiza təyin etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 102.2-ci maddəsi bu cür halda anlaşılmazlıqların aradan qaldırılması üçün təkrar ekspertizanın keçirilməsi ehtimalını nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, məhkəmə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Apellyasiya instansiyası məhkəməsinin hər iki rəyin qərəzli olduğunu və qiymətləndirmənin qeyri-peşəkar aparıldığını təsbit etməsinə baxmayaraq işi təkrar ekspertizaya göndərməməsi ciddi prosessual pozuntudur. Məhkəmə işə səthi yanaşmış, sübutları araşdırmamış və iş yükündən azad olmaq üçün formal qərar qəbul etmişdir. Cavabdehdən cərimə borcunun tutulması ilə bağlı hissəyə gəlincə isə cavabdeh qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin 6682,24 manat cərimə tələbindən 200 manat hissəni təmin etməyi (yaxud ümumiyyətlə cərimə tələbini rədd etməməyi) anlaşılan deyil. Apellyasiya məhkəməsi bununla bağlı Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanaraq qeyd edir ki, “...məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Bakı Apellyasiya Məhkəməsinin q ətnaməsi həm də o əsasla ləğv edilməlidir ki, ipoteka predmetinin satıldıqdan bir ay sonra boşaldılması ilə gəldiyi qənaət hüquqi müəyyənlik prinsipinə ziddir. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Nəticədə əsassız qətnamə qəbul edilərək mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə etirazda göstərilmişdir ki, cavabdeh kassasiya şikayətində Ali Məhkəmənin 20.07.2020-ci il tarixli, 01 nömrəli qərardadına əsaslanaraq, birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin likvid deyil, bazar dəyəri ilə müəyyən edildiyini göstərmişdir. Məlum olduğu kimi, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan müəyyən edilir. Cavabdeh kassasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunan cərimə məbləğini mübahisələndirərək, iddiaçı tərəfindən cərimə məbləğinin tələb olunmasına dair hər hansı təsdiqedici sənədin təqdim edilmədiyini göstərmişdir. İddiaçı bildirir ki, Cavabdeh ilə Bank arasında bağlanmış kredit müqaviləsinin 5.2-ci bəndi, müqavilə üzrə öhdəliklərinin icra edilməməsi halında tətbiq olunacaq cəriməni müəyyən edir. Cavabdeh kassasiya şikayətində ipoteka predmetinin satıldıqdan bir ay sonra boşaldılması hissəsini mübahisələndirmiş və "Tutaq ki, qətnamə icraya yö nəlir, icra qurumu hərracın keçirilməsi üçün hərrac təşkilatçısına sifariş verir, hərrac baş tutur və A adlı üçüncü bir şəxs ipoteka predmetini hərrac vasitəsilə əldə edir. A adlı şəxs artıq mülkiyyətçi olduğundan, mənzildə yaşayan şəxslərin oradan çıxarılmasını istəmir. Belə olan halda məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin həmin hissədə icrası qeyri-mümkün olur. Çünki, qətnamə mülkiyyətçinin hüquqları ilə ziddiyyət təşkil edir" kimi ifadələrdən istifadə edərək müxtəlif fərziyyələrə əsaslanmışdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk et məlidirlər. Göründüyü kimi, məhkəmə qətnaməsində təsbit edilmiş "ipoteka predmetinin satıldıqdan bir ay sonra boşaldılması"na dair müddəa birbaşa qanunvericiliyin tələblərinə əsaslanır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini, yalnız iddianın cərimə borcu və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirmiş və onun mübahisələndirdiyi hissədə dəyişiklik edilərək yeni qətnamə qəbul olunmuşdur. Əgər, cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən narazı qalsaydı, həmin qətnamənin vaxtında əldə olunmasında və kassasiya şikayətinin vaxtında verilməsində də maraqlı olardı. Çünki, "Borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi" tələbinə dair apellyasiya instansiya məhkəməsində mülki işin yekunlaşması, həmin iş üzrə ic ra sənədinin verilməsi və nəticədə borc öhdəliyinin təminatı qismində çıxış edən mənzilə yönəldilməsi cavabdehə qabaqcadan məlum olmuşdur. Cavabdeh tərəfindən həmin dövrdə kassasiya şikayətinin verilməməsi onu göstərir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehi qane etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

20. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

21. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

22. Maddə 462.1 və

467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildi yi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.

23. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

24. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytar ılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:

25. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

26. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.

27. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə t utma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir.

29. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

34. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07.01.20 16-cı il tarixli, H002KK16 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı tərəfindən iddiaçı Cavabdeh 36 ay müddətinə illik 19 faizlə 35.000 (otuz beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Cavabdeh hesabından cəmi 4546 (dörd min beş yüz qırx altı) manat əsas borc və 4523 (dörd min beş yüz iyirmi üç) manat 81 (səksən bir) qəpik faiz borcu silinmiş, cəmi 30.454 (otuz min dörd yüz əlli dörd) manat əsas borcu və 6680 (altı min altı yüz səksən) manat 19 (on doqquz) qəpik faiz borcu qalmışdır.

35. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 yanvar 2016-cı il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh xmənzili İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü etmişdir. Tərəflər arasında ipoteka predmetinin dəy əri 67.000 (altmış yeddi min) manat razılaşdırılmışdır. 36. "xxxx" MMC tərəfindən verilmiş 15 may 2018-ci il tarixli, 0343/18/BOB saylı hesabatın surətindən görünür ki, xmənzilinin bazar dəyəri 85000 (səksən beş min) manat təşkil edir.

37. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 14.06.2018-ci il tarixli, 2403 saylı maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 14 iyun 2018-ci il tarixə 30.454 (otuz min dörd yüz əlli dörd) manat əsas 9839 (doqquz min səkkiz yüz otuz doqquz) manat faiz, 35182 (otuz beş min bir yüz səksən iki) manat 61 (altmış bir) qəpik cərimə borcu yaranmışdır.

38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəy işdirilməsi üçün əsasdır. Belə ki, göründüyü kimi, məhkəmənin cəriməni mütləq azaltmaq yaxud ləğv etmək kimi bir vəzifəsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə yalnız işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Hazırki, iş üzrə tələb edilən cərimə tənasübsüz surətdə yüksək olduğundan birinci instansiya məhkəməsi onu kifayət qədər, yəni 200 manatadək azaldılmış, iddiaçı bunu mübahisələndirməsə də, cavabdeh bunun ümumiyyətlə ləğv edilməsini istəyir.

39. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh cərimənin qanuniliyi və əsaslılığı kifayət qədər şübhə altında olduğunu bildirsə də, bu dəlillər əsaslı hesab e dilə bilməz. Çünki kredit müqaviləsinin 5.2-ci bəndində cərimə ilə bağlı şərtlər nəzərdə tutulmuşdur. Buna görə də cavabdehin krediti konkret olaraq hansı tarixdən etibarən gecikdirdiyi barədə təsdiqedici hər hansı bir sənəd, o cümlədən cərimə məbləğinin hesablanma qaydasına dair maliyyə arayışının təqdim edilməməsi cərimə hissəsində iddianın rədd edilməsi üçün əsas ola bilməzdi.

40. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən ipoteka perdmetinin ilkin satış qiymətinin məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsində "xxxx" MMC tərəfindən verilmiş 15 may 2018-ci il tarixli, 0343/18/BOB saylı hesabatda mənzilin bazar dəyəri 85.000 (səksən beş min) manat təşkil etdiyi göstərilsə də, apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmə zamanı "xxxx" MMC tərəfindən verilmiş 19 yanvar 2019-cu il tarixli, X saylı rəydə mənzilin 16 yanvar 2019-cu il tarixə bazar dəyəri 105.000 manat müəyyən edilmişdir. Göründüyü kimi, sonuncu qiymətləndirmə şirkətinin verdiyi rəy işin hallarına uyğun olduğundan və mənzilin real dəyərini düzgün əks etdirdiyindən, ilkin satış qiyməti həmin məbləğdə müəyyən edilməlidir.

41. Bundan başqa, cavabdeh mənzil satıldıqdan 1 ay sonra cavabdehin həmin mənzili tərk etməli olduğuna dair hissədə də qətnamənin qanunsuz və əsassız hesab etdiyini göstərsə də, bu dəlillər də əsaslı hesab edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi "İpoteka haqqında" Qanunun 59.3-cü maddəsinə düzgün istinad etmişdir. Həmin maddəyə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Cavabdeh tərəfindən qeyd olunan mənzilin ipoteka qoyulması da işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən də cavabdehin ipoteka predmeti olan mənzildən çıxarılmağına dair tələb irəli sürülmüşdür. Ona görə də, cavabdehin bu dəlilləri də əsassız olduğundan qətnamənin mübahisələndirdiyi bu hissədə də ləğv edilməsi üçü n əsas ola bilməz.

42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

43. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamə nin ləğv edilməsi üçün əsas təşkil etmir.

44. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 22 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar