Məhkəmə qərarları › İş №2(102)-4215/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4215/2022

13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4215/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi, müqavilədən irəli gələn tələb hüququ, öhdəliyin icrası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-37*4/2*21 nömrəli, 11 noyabr 2*21-ci il tarixli qətnaməsindən iddiaç ı tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 aprel 2*11-ci il tarixli, *5 saylı kredit müqaviləsi üzrə 39.822,21 manat əsas, 12.314,91 manat faiz, 48.2* manat cərimə olmaqla, cəmi 52.185,32 manat borcun və ödənilmiş 3* manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İşin mübahisəsiz halı bundan ibarətdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gəncə-Göygöl avtomobil yolunun sol tərəfində “Gəncə25**” MMC tərəfindən inşa olunan üçüncü binanın üçüncü mərtəbəsində yerləşən sahəsi 125.1 m2 olan 3 otaqlı y aşayış sahəsinin alınması məqsədilə cavabdehə 18* ay müddətinə, illik 9 % faiz dərəcəsi ilə 5*.*** manat məbləğində kredit verilməsi barədə 18 aprel 2*11-ci il tarixli, *5 saylı kredit müqaviləsi tərtib edilmişdir. 3. “Gəncə-25**” MMC ilə cavabdeh arasında bağlanmış 18 aprel 2*11-ci il tarixli, *4 saylı müqaviləyə əsasən, Şirkət, ümumi dəyəri 62.55* manat müəyyən edilmiş Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gəncə-Göygöl avtomobil yolunun sol tərəfində yerləşən çoxmərtəbəli yaşayış binalarının tikintisi başa çatdıqdan sonra üçüncü binanın üçüncü mərtəbəsindəki (yaşayış mərtəbəsində birinci mərtəbə) 125.1 m2 təşkil edən 3 otaqlı mənzili cavabdehə verməyi, sonuncu isə ona ayrılmış sahəni qəbul etməyi öhdəsinə götürmüş və tərəflər arasında eyni tarixdə yaşayış binasının sakinlərinin birgə yaşayış qaydası haqqında müqavilə imzalanmışdır.

4. İddia ərizəsinə əlavə olunmuş 18 aprel 2*21-ci il tarixli, 89 nömrəli xəzinə məxaric orderində Bank tərəfindən cavabdehə 62.55* manat verildiyi qeyd olunmuşdur.

5. İddiaçı bildirir ki, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam icra edərək, kredit məbləğini cavabdehə vermiş və həmin vəsait hesabına cavabdeh tərəfindən müqavilədə qeyd olunan yaşayış sahəsi alınmışdır. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır.

6. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, qeyd edilən müqavilə üzrə Bankdan kredit götürməmiş, onun müqavilədən xəbəri olmamış, iddiada göstərilən məbləğdə pul ona verilməmiş, Bank tərəfindən təqdim edilmiş kredit müqaviləsində və xəzinə mə xaric orderindəki imzalar ona məxsus olmamışdır. Həmin pul Bankın vəzifəli şəxsləri tərəfindən mənimsənilmişdir. Hazırda bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılmaqla istintaq aparılır.

7. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqdim olunmuş kredit müqaviləsinin və kassa məxaric orderinin əsilləri əsasında keçirilmiş məhkəməxətşünaslıq ekspertizaları üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2*2*-ci il tarixli, 4886 nömrəli rəyinə əsasən, tərəflər arasında bağlanmış 18 aprel 2*11-ci il tarixli, *5 saylı kredit müqaviləsində “Borcalan” qrafalarındakı imzaların cavabdeh tərəfindən icra olunduğu; *5 mart 2*21-ci il tarixli, 4/164 n ömrəli rəyə əsasən isə, cavabdehin adına olan 18 aprel 2*21-ci il tarixli, 89 nömrəli xəzinə məxaric orderində “Alanın imzası” qrafasındakı imzanın cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5 mart 2*21-ci il tarixli, 4/164 nömrəli rəyinə əsasən, 18 aprel 2*11-ci il tarixli xəzinə məxaric orderində “Alanın imzası” qrafasındakı imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

9. Göygöl Rayon Məhkəməsinin 2(*66)-23/2*21 nömrəli, 21 aprel 2*21-ci il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia rədd olunmuşdur.

10. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş ekspertizalar ın rəylərini əsas götürməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 739.1, 739.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 89.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, cavabdehin iddiaçıya tələb olunan məbləğdə borcunun olmasını təsdiq edən hər hansı hal aşkar edilməmişdir.

11. Məhkəmə tərəfindən eyni tarixdə, Bankın əməkdaşlarının əməllərində cinayət tərkibinin olub-olmadığı məsələsinin araşdırılması məqsədilə xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında nümayəndə tərəfindən kredit üzrə sənədlərin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edildiyi bildirilsə də, məhkəmə bu xüsusatı tam və dəqiq araşdırmadan, yalnız iş üzrə keçirilmiş ekspertizanın rəyinə əsaslanaraq qərar qəbul etmişdir.

13. Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz edərək, həmçinin bildirmişdir ki, məzmununu bilmədən hansısa sənədə imza atmış, lakin ona kredit verilməmiş, Bankdan hər hansı məbləğ almamışdır.

14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-37*4/2*21 nömrəli, 11 noyabr 2*21-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Süleymanov (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və A.Hüseynzadə) apellyasiy a şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə kredit müqaviləsi bağlamadığını göstərsə də, iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə Bankla arasında bağlanmış 18 aprel 2*11-ci il tarixli, *5 saylı kredit müqaviləsində “Borcalan” qrafalarındakı imzaların onun tərəfindən icra olunduğu müəyyən edilmişdir.

16. Lakin, tərəflər arasında bağlanmış kredit müqaviləsinin predmeti 18* ay müddətinə illik 9 % dərəcəsi ilə 5*.*** manat məbləğində kredit verilməsi olmuş, xəzinə məxaric orderində isə, hansı ki həmin maliyyə sənədi kreditor tərəfindən müqavilənin predmeti olan məbləğin borcalana ver ilməsini təsdiq edir, cavabdehə 62.55* manat məbləğində nağd pulun verilməsi göstərilmişdir. İş üzrə alınmış ekspert rəyi ilə cavabdehin adına olan həmin xəzinə məxaric orderində “Alanın imzası” qrafasındakı imzanın cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur.

17. Belə olan halda, kreditor borcalandan aralarında bağlanmış müqaviləyə əsasən borcun ödənilməsini tələb etmək üçün ilk növbədə müqavilənin predmeti olan pul məbləğini borcalanın mülkiyyətinə keçirmək vəzifəsini yerinə yetirməlidir ki, sonradan tələbetmə hüququnu həyata keçirsin. Hazırki işdə isə, Bankın 18 aprel 2*11-ci il tarixli, *5 saylı kredit müqaviləsində nəzərdə tutulmuş kredit vəsaitini cavabdehə verməsi, yəni kreditorun üzərinə düşən öhdəliyini icra etməsi müəyyən edilmir. Ona görə də, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkilris qızı) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin olunması və ya işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə kredit müqaviləsinin cavabdeh tərəf imzalandığına, lakin kassa məxaric orderindəki imzanın ona aid olmadığına istinad edərkən nəzərə almamışdır ki, cavabdeh kredit müqaviləsini imzalayaraq və daha sonra həmin müqavilə üzrə ödənişlər həyata keçirərək iradə ifadəsini bildirmiş və əqdi bəyənmişdir. İş materiallarında olan bütün sübutlar - kredi t müqaviləsi, kassa mədaxil orderləri, evin alınmasına dair alqı-satqı müqaviləsi və s. kreditin faktiki olaraq mövcudluğunu, kassa məxaric orderi imzalanmasa belə, daha sonra ödənişlər həyata keçirərək əqdin cavabdeh tərəfindən bəyənildiyini göstərir. Eyni zamanda, cavabdeh özü də məhkəmədə verdiyi izahatında kredit müqaviləsindəki imzanın ona məxsus olduğunu etiraf etmişdir. Belə olan halda, təkrar xətşünaslıq ekspertizasının keçirilməsi zərurəti yaranmış, lakin apellyasiya məhkəməsi buna diqqət etməmişdir.

20. Bundan başqa, “Gəncə-25**” MMC ilə cavabdeh arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən mənzilin qiyməti 62.55* manat göstərilmiş, kassa məxaric orderində də həmin sahənin alınması üçün Bank tərəfindən cavabdehə eyni məbləğdə pul verildiyi qeyd olunmuşdur. Bütün bunlara baxma yaraq, məhkəmə, cavabdehin Banka hansı məqsədlə getdiyini, kredit müqaviləsini imzalayan zamankı iradə ifadəsini, aldığı mənzilin necə maliyyələşdirilməsini, kredit müqaviləsi üzrə davamlı olaraq ödənişlərin (təxminən 23.*** manat) kim tərəfindən həyata keçirilməsini araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, əvvəlki məhkəmə icraatlarındakı izahatları ilə eyni dəlillərdən çıxış etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (b orclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növ lü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

26. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütü n faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə v ə ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

34. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

35. Maddə 42*. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlama q zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gön dərilməlidir.

39. Belə ki, apellyasiya instansiyası məhkəməsi öz mövqeyini ekspert rəyinə uyğun olaraq bununla əsaslandırmışdır ki, müqavilədəki imza cavabdeh tərəfindən icra olunsa da, kassa məxaric orderindəki imza cavabdeh tərəfindən icra olunmadığından, müqavilə ilə nəzərdə tutulan məbləğin cavabdehə verildiyi sübut olunmur.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

41. İş materiallarında olan maliyyə arayışından (səhifə 31) görünür ki, kredit üzrə sonuncu dəfə 18.*1.2*16-cı ildə 5*1 manat məbləğində ödəniş edilmiş, maliyyə arayışının təqdim edildiyi günə 39822.21 manat əsas borc, 12314.91 manat faiz borcu qalmışdır.

42. Göründüyü kimi, kredit müqaviləsi üzrə ödənişlər həyata keçirilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi həmin ödənişlərin kimin tərəfindən həyata keçirildiyini araşdırmamışdır. Qeyd olunan halın müəyyən olunmasının əhəmiyyəti bundan ibarətdir ki, əgər həmin ödənişlər cavabdeh tərəfindən həyata keçirilmişsə, bu hal əqdin bəyənilməsi kimi qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

43. Digər tərəfdən, “Gəncə-25**” MMC ilə cavabdeh arasında kredit müqaviləsi ilə eyni tarixdə mənzil alınması ilə bağlı müqavilə imzalanmışdır. Nəzərə alınmalıdır ki, kred it müqaviləsinə əsasən cavabdehə kredit məhz həmin mənzilin alınması üçün verilmiş, həmin müqavilə üzrə alınan mənzilin qiyməti ilə kassa məxaric orderində göstərilən məbləğ eyni olmuşdur (62.55* manat). Lakin, apellyasiya instansiya məhkəməsi həmin hal üzrə araşdırma aparmamaqla, həmin hala da hüquqi qiymət verməmişdir. Halbuki, müvafiq sorğular verilməklə həmin mənzilin cavabdeh tərəfindən əldə edilibedilmədiyi, mənzilin onun mülkiyyətində və ya sahibliyində olub-olmaması müəyyən edilə bilərdi.

44. Eyni zamanda, işdən görünür ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bankın vəzifələri şəxsləri barədə cinayət işi başlanılmış, hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsinin və kassa məxaric orderi də müvafiq sorğular əsasında cinayət işinin materiallarından əldə olunm uş, həmçinin birinci instansiya məhkəməsi tərəfindən də müvafiq hallarla bağlı xüsusi qərardad çıxarılmış, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən işin nəticəsi və araşdırmanın gedişatı ilə bağlı heç bir araşdırma aparılmamışdır.

45. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün təfsir və tətbiq etməmiş, nəticədə işin müəyyən edilmiş hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Belə olan halda isə, qətnamə qanuni və əsaslı hesab edilə bilməz. 46. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2**5-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilmək lə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18.*3.2*19-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yal nız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

48. Ona görə də, kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəmə, hazırkı qərarda şərh edilən göstərişlərə riayət etməklə və irəli sürülən tələbə tərəflərin təqdim etdikləri sübutlara MPM-nin 88-ci maddəsinə uyğun olaraq qiymət verməklə, mübahisəni həll etməlidir.

49. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayə ti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-37*4/2*21 nömrəli, 11 noyabr 2*21-ci il tarixli qətnaməsi ləğv olunsun, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar