Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4216/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2372/2020 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-2252/2019 saylı qətnaməsi ilə (sədr lik edən, hakim Ü.S.Şükürova) iddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və digərlərinə qarşı “kredit borcunun tutulması” barədə iddiası qismən təmin edilərək, Cavabdeh1 ödəniş vaxtı milli manata məzənnədə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 2.641,33 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 954,77 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxx 2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 376,29 ABŞ dolları borc, ümumilikdə 4.072,39 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2372/2020 saylı qətnaməsi ilə (hakimlər Z.Ə.Əliyev sədrlik edən, məruzəçi, F.Ş.Talışinski və R.Ə.Eyvazov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, cavabdehlərdən ödəniş vaxtı milli manata məzənnədə 2.641,70 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 980,32 ABŞ dolları faiz, 5.069,75 ABŞ dolları cərimə, xx xxxx 2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 376,29 ABŞ dolları, ümumilikdə 9.068,06 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, vəkili Nəvazi Əzizli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edi lsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlayarkən, iddianın qismən əsaslı olmasına, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 470.1, 472.1, 477.0.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhv ə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsin əsasən, sonuncuya 15 ay müddətinə illik 33 faiz hesablanmaqla 4.000 ABŞ dolları kredit verilib. Digər Cavabdeh2 isə xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən, borclu Cavabdeh1 iddiaçı qarşısında olan öhdəliklərinin tamamilə icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Cavabdeh1, öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmayıb. xx xxxx 2019-cu il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 xx xxxx 2019-cu il tari xə tələbdə göstərilən məbləğdə borcu vardır. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən, Cavabdeh1 iddiaçıya olan borcu əsas borc üzrə 2641,33 ABŞ dolları, faiz borcu 954,77 ABŞ dolları təşkil edir. Qeyd olunanlar iddia ərizəsi, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi, eyni tarixli zaminlik müqaviləsi, xx xxxxxx 2014-cü il tarixli kassa məxaric orderi, xx xxxx 2019-cu il tarixli maliyyə arayışı və işdə olan digər sənədlərlə təsdiq olunur. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 iddiaçının xeyrinə qətnamədə göstərilən borc məbləğlərinin tutulması qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya d igər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu, pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor di gər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Hazırda iddiaçı, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətində birinci instansiya məhkəməsinin iş üzrə keçirilmiş ekspertizanın rəyini əsas götürərək borcu düzgün müəyyən etmədiyini və zaminə münasi bətdə iddianı təmin etməməklə düzgün qənaətə gəlmədiyini bildirərək qətnaməni mübahisələndirmişdir. Apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə bağlı haqlı olaraq bildirmişdir ki, Cavabdeh1 tutulan əsas borcun və müqavilə faizinin məbləği ekspertin rəyi ilə müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Mübahisənin bu hissəsinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğu nəzərə alındıqda, birinci instansiya məhkəməsinin ekspertizanın rəyi ilə razılaşaraq gəldiyi qənaət əsaslı hesab olu nmalıdır. Kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin zamin Cavabdeh2 aid hissəsi ilə bağlı apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, həmin Cavabdeh2 kredit borcunun tutulmasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı, Cavabdeh2 qarşı tələbini onun zamin olması barədə xx xxxxxx 2014-cü il tarixli müqaviləyə əsaslanmaqla irəli sürmüşdür. Həmin müqavilənin 1.1-ci bəndinə görə, əqdin predmeti eyni tarixli 536-14 USD saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 arasında zaminlə əsas borclunun bi rgə məsuliyyətini özündə ehtiva edən müstəqil zaminlik müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 470.1-ci və 472.1-ci maddələrinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə- hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, müqavilə dedikdə, tərəflərin arzu edilən hüquqi nəticə əmələ gətirmək üçün bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Zaminlik də kreditorla zamin arasında bağlanan mü stəqil müqavilədir və onlar arasındakı hüquqi əlaqənin yeganə əsasıdır. Bu müqaviləyə görə, zamin, əsas borclunun öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə həmin öhdəliyi özünün icra edəcəyi barədə kreditora şəxsi təminat verir. Zaminlik müqaviləsinin mühüm əlamətlərindən biri də odur ki, zamin qayda olaraq əvəzsiz şəkildə kreditor qarşısında öhdəlik götürür. Bu müqavilə ilə kreditor, adətən zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən, qanunverici, zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Bunlara zaminliyin özünün etibarsızlığına dair müdafiə imkanları, onun növünə görə mübahisələr, zaminliyə xitam verilməsi əsasları və s. aiddir. Zaminliyin qanuni təminatlarından bi ri də onun konkret müddətə bağlı olmasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində zaminliyin müddətlərinin yuxarı həddi dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, qayda olaraq zaminliyin verildiyi müddə t müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən avtomatik xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur. Bundan əlavə, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən, zaminliyə onun təmin etdiyi öhdəliyi n icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Baxılan işdə zaminlik müqaviləsi ilə təminat verilən kredit müqaviləsinin icra müddəti dəqiq şəkildə göstərildiyindən, apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsində göstərilən qaydanı hazırkı işə tətbiq edir. Çünki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, kredit 15 ay (müqavilənin 2.3-cü bəndi) müddətinə verilmişdir. Dolayısı ilə, kredit müqaviləsi üzrə son ödəniş tarixi xx xxxxxx 2016-cı ildir. Əsas öhdəliyin icra vaxtını həmin tarixdən hesabladıqda iddiaçı, zamin Cavabdeh2 qarşı bir il ərzində- xx xxxxxx 2017-ci ilədək iddia irəli sürməli idi. Lakin iddiaçı, həmin dövrdə zamin Cavabdeh2 qarşı iddia qaldırmasına dair sübutu məhkəməyə təqdim etməmişdir. Hazırkı iddia isə qeyd olunan müddətin bitdiyi tarixdən 2 il 5 ay keçdikdən sonra, yəni xx xxxx 2019-cu ildə irəli sürülmüşdür. Bu hal ona dəlalət edir ki, iddiaçı, zaminlik müqaviləsi ilə təmin edilən əsas öhdəliyin icra müddəti başa çatdığı gündən 1 il ərzində zamin Cavabdeh2 qarşı iddia qaldırmadığı üçün sonuncunun zaminliyinə xx xxxxxx 2017-ci il tarixdə qanuna əsasən xitam verilmişdir. Belə olan halda, Cavabdeh2 zaminliyi aradan qalxdığı üçün o, hazırkı tələb üzrə iddiaçı qarşısında zamin kimi məsuliyyət daşıya bilməz. Apelyasiya instansiyası məhkəməsi, tərəflərin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək zaminlik müqaviləsinin qüvvədə qalması barədə 6.3-cü bəndinə görə sözügedən müddətin keçməməsinə dair iddiaçının mövqeyini əsaslı sa ymır. Ona görə ki, müqavilənin 6.3-cü bəndi etibarsız şərtdir. Belə ki, iddiaçının özünün tərtib etdiyi zaminlik müqaviləsinin 6.3-cü bəndində müqavilənin qüvvədə olma müddətini “tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır” kimi nəzərdə tutması heç bir hüquqi qüvvəyə malik ola və hüquqi nəticə yarada bilməz. Çünki, bu müddəa, məzmun etibarilə öhdəlik institutunun mahiyyətinə, məqsəd və funksiyalarına, habelə zaminliyin müddətə görə xətm olmasına dair Mülki Məcəllənin 477.0.4-cü maddəsinə aşkar şəkildə ziddir. Dolayısı ilə, bu bənd üzrə razılaşma həmin maddənin tələblərinin pozulması ilə bağlanmışdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bundan əlavə, müqavilənin 6.3-cü bənd i, Mülki Məcəllənin 420.1.2-ci və 420.2-ci maddələrinə əsasən, müqavilənin standart şərti kimi etibarsızdır və bu səbəbdən ona söykənən tələb əsaslı sayıla bilməz. Digər tərəfdən, içərisində həmin şərt olan müqavilənin Cavabdeh2 tərəfindən imzalanmasının müqavilə azadlığı ilə izah edilməsi də mümkün deyil. Çünki qanunverici, hüquq qaydalarını müəyyən edərkən hər kəs üçün, xüsusi şəraitləri nəzərə almadan, ədalətə ən yaxın olan normalar müəyyən etmişdir. Bununla belə, müqavilə azadlığı ilə mülki hüquq subyektlərinə həmin qaydalardan daha çox sərfəli olan başqa qaydaları razılaşdırmaq imkanı yaradılır ki, subyektlər öz mənfəətini ən yaxşı şəkildə təmin edəcək müqavilələr bağlaya bilsinlər. Yəni, bu cür ixtiyari (dispozitiv) qaydalar ona görə müəyyən edilmişdir ki, subyektlərin mənafeləri dah a səmərəli şəkildə təmin edilsin. Qanunvericilikdə mülki hüquq subyektlərinə belə bir azadlıq verilməsinin səbəbi bir tərəfin digər tərəfi istismar edə bilməsinə şərait yaratmaq deyil, əksinə tərəflərin qarşılıqlı mənafelərinə ən yaxşı şəkildə cavab verən qaydaların müəyyən edilməsinə hüquqi baxımdan imkan yaratmaqdır. Bu məqsədlə Mülki Məcəllənin 390-cı maddəsində “fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər müddəası təsbit olunmuşdur. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Halbuki, müqavilənin standa rt şərtləri əvvəlcədən düşünülməklə hazırlanmış şərtlər toplusudur ki, həmin şərtlərə görə onu qəbul edən tərəf icraya olan mənfəətini təmin etməyə məhkum vəziyyətindədir (zəifdir) və standart şərtləri qarşı tərəflə müzakirə edəcək imkana (nə zaman, nə də bilik və məlumatlılıq baxımından) malik deyil. Hətta qəbul edən tərəf standart şərtləri qarşı tərəflə müzakirə etmək istəsə belə, qarşısındakı şəxsin (kredit üzrə bank mütəxəssisinin) belə səlahiyyəti və ya hansısa şərti dəyişdirmək hüququ yoxdur. Bu xüsusiyyətlər qanunda müqavilənin standart şərtlərinə verilən anlayışda da əks olunmuşdur. Belə ki, Mülki Məcəllənin 417-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Belə olan halda, müqavilənin standart şərtlərini qeyd edilən şəkildə hazırlamaq və onları qəbul edən tərəfin ziyanına olan bir vəziyyətdə diktə etmək və bu zaman müqavilə azadlığı prinsipinə söykənmək adı çəkilən prinsipinin mahiyyətinə və məqsədinə tamamilə ziddir. Yəni, müqavilə azadlığı prinsipindən bu şəkildə istifadə etmək əslində həmin prinsipin pozulmasıdır. Standart şərtlər vasitəsilə müqavilə azadlığı prinsipindən istifadə etməklə haqlı, ədalətli və müqavilə tərəflərinin hər ikisinin də qarşılıqlı mənfəətini tarazlaşdırıcı ixtiyari hüquq qaydalarından bütövlükdə və həmişəlik kənara çıxılmasının bir adət halını alması arzuolunmaz hüquq i vəziyyətdir. Odur ki, standart şərtlər vasitəsi ilə müqavilə azadlığı faktiki olaraq bir tərəfin əlindən alındığından, ixtiyari hüquq qaydalarından müqavilə azadlığı prinsipinin məqsədi xaricində istifadə edilməməsi və bu prinsipin sui-istifadəsinə səbəb olmaması üçün qanunvericilik standart şərtlərlə bağlanan müqavilələrin hüquqa uyğunluq mexanizmini müəyyən etmişdir. Belə ki, standart şərtin müqavilənin tərkib hissəsi halına gəlməsi üçün həmin şərtə dair müqavilədə əyani qeyd yazılmalı, müqavilədə standarta şərtə istinad edilməli, qəbul edən tərəf standart şərtlərlə tanış olmaq imkanına malik, habelə həmin şərtlərlə razı olduğunu və onları qəbul etdiyini ifadə etmiş olmalı (Mülki Məcəllənin 418-ci maddəsi) və standart şərt qeyri-adi norma olmamalıdır (Mülki Məcəllənin 419-cu maddəsi). Standart şərt müqavilənin tərkib hissəsinə çevrildikdən sonra etibarlılıq tələblərinə cavab verməlidir. Yəni standart şərtlər onu qəbul edən şəxsə qanunla verilmiş hüquqları onun əlindən alan, onun məsuliyyətini artıran mahiyyətdədirsə və bunun müqabilində qəbul edən tərəf heç nə əldə etməyibsə həmin standart şərtlər etibarsız sayılır (Mülki Məcəllənin 420-ci maddəsi). Mülki Məcəllənin 420.1.2-ci maddəsinə görə, təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində təklif etmiş tərəfin öz öhdəliklərinin icrası üçün əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən, tənasübsüz surətdə uzun və ya kifayət qədər aydın olmayan müddətlər (öhdəliklərin pozulması zamanı müddətlər) müəyyənləşdirdiyini ifadə edən müdd əalar etibarsız sayılır. Hazırkı işdə iddiaçı tərəfindən müqaviləyə daxil edilmiş və zaminə qarşı tələbin əsası kimi istinad olunan standart şərti (zaminlik müqaviləsinin 6.3-cü bəndini) təhlil etdikdə aydın olur ki, “tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır” müddəası Cavabdeh2 qanunla (Mülki Məcəllənin 477.0.4-cü maddəsi ilə) verilən hüququ aradan qaldırdığından və bu səbəblə Mülki Məcəllənin 420.1.2-ci və 420.2-ci maddələrinin tələblərinə uyğun olmadığından etibarsızdır. Çünki müqavilənin bu bəndindəki müddəa, qanunla müəyyən olunmuş müddətdə zaminliyə xitam verilməsi (zamin öhdəliyindən azad olmaq) hüququnu cavabdeh R. Səbzəliyevin əlindən alır. Əks halda zaminliyə müddətin keçməsinə görə xitam verilməsi institutu ümumiyyətlə tətbiq oluna bilməz və əhəmiyyəti aradan qalxar. Mülki Məcəllə, bu hüququ zaminə verdiyi halda, zaminlik müqaviləsində standart şərt kimi müddətin qeyri-müəyyən (aydın olmayan) zaman daxilində nəzərdə tutulması, qanuna zidd olduğu kimi, mülki hüququn hamılıqla qəbul edilmiş vicdanlıq prinsipinə də uyğun deyil. Bu prinsipə görə, qanunvericilik müqavilənin standart şərtləri haqqında razılaşmanın müqavilə tərəfinin iradəsinə buraxarkən hüququn ümumi prinsipinə uyğun olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Mülki Məcəllənin 420.2-ci maddəsinə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Mülki Məcəllənin 337.3-cü və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 352-ci maddəsinə əsasən, əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Beləliklə, yuxarıda göstərilənlərə əsasən apelyasiyainstansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 6.3-cü bəndi etibarsızdır və bu səbəbdən iddiaçının həmin bəndə istinadı əsassızdır. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayəti nin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)2372/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4216/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4216/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver