Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4217/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili Əhmədov İftixar Hüseyn oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəati Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən haki m P.Zamanlı), 4.987 manatın və ödənilmiş dövlət rüsumunun 5,22 manat hissəsinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 24,78 manat hissəsinin iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 120 manatın 20,88 manat hissəsinin cavabdehdən, 99,12 manat hissəsinin iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev (sədrlik edən, məruzəçi), F.Talışinski və R.Eyvazov, 2(103)-3167/2020 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin2(011)-6939/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (mübahisələndirilən hissədə). İşin halları: İddiaçı, Cavabd eh 15.000 manat avtomobilinə dəyən maddi zərərin əvəzi, hadisə nəticəsində sonradan yol xərci, evakuator xərci və s. üçün 1.000 manat, qüsur aktının alınması üçün 200 manat, həyat yoldaşı X2 avtoqəza nəticəsində səhhətində yaranmış narahatlıqlarla bağlı aldığı müalicələr üçün xərclənmiş 2000 manat, özünə dəyən mənəvi ziyana görə cavabdehin real imkanlarını nəzərə alaraq 10.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya ş ikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Apelyasiya məhkəməsi tərəfindən düzgün araşdırma aparılmamışdır. Avtomaşına dəyən zərər düzgün hesablanmayıb. Ona görə təkrar ekspertiza keçirilməlidir. Çünki fotoşəkildən görünür ki, avtomaşının faraları salamat olmasına baxmayaraq rəydə həmin faraların yenisi ilə əvəz edilməsi qeyd olunub. Hadisə zamanı 3-cü avtomaşına da zərər dəyib və hadisə həm də həmin sürücünün günahından baş vermişdir. Ona görə zərərə görə o da məsuliyyət daşıyır. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Əhmədov İftixar Hüseyn oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası nda iddiaçının vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası m əhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. İşin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh, X1 məxsus “X6 Prado” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı məxsus olan, X3 etibarnamə əsasında idarə etdiyi “Chevrolet Aveo” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Xətai Rayon DYPŞ-nin xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. “Performance Center” tərəfindən xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən,iddiaçıya məxsus “Chevrolet Aveo” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumlikdə 9.946 manat maddi ziyanın dəydiyi müəyyən edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 24541 saylı rəyinə əsasən iddiaçının avtomobilinin nəzəri hesablama yolu ilə təmir-bərpa xərci, ehtiyat hissələrinin köhnəlmə faizi tətbiq edilməklə, cəmi 8.660 manat müəyyən edilmişdir. Qeyd edilənlər iddia ərizəsi, 640150 nömrəli, 779699 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli etibarnamələr, AP ******* nömrəli, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokol və MN ******* nömrəli, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar, xx.xx.2019-cu il tarixli qüsur aktı, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 24541 saylı rəyi və işdə olan digər sənədlərlə təsdiqlənir. Mübahisənin hüquqi həlli ilə bağlı məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 1096.1ci, 1097.1-ci və 1108-ci maddələrinə əsasən, cavabdehdən iddiaçıya dəymiş maddi ziyanın əvəzi kimi qətnamədə göstərilən məbləğdə pulun tutulması qanuni və əsaslı olmuşdur. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çı xaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Baxılan işdə cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, Cavabdeh hərəkəti mülki hüquq pozuntusudur (deliktdir). Çünki, onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələblərini pozması, dolayısı ilə, təqsirli olaraq hüquqa zidd əməl törətməsi, iddiaçının məruz qaldığı zərərin məhz cavabdehin hüquqa zidd hərəkəti nəticəsində yaranması və bunlar arasındakı uyğun səbəbli əlaqə yuxarıda sadalanan sübutlarla tam təsdiq olunmuşdur. Hazırda cavabdeh, avtomobilə dəymiş maddi ziyanın məbləğinin düzgün müəyyən olunma dığını və hadisədə iddiaçıya məxsus avtomobili idarə edən Elşən Əbdülovun da təqsirli olduğunu bildirərək, qətnaməni mübahisələndirmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlillərinə münasibətdə bildirmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Baxılan işdən görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyi ilə yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə 8.660 manat maddi zərər dəyməsi müəyyən olunmuş və iddiaçının nümayəndəsi avtomobilə dəymiş zərərin 3.673 manat hissəsinin sığorta şirkəti tərəfində n dənildiyini bildirmişdir. Belə olan halda, mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğu nəzərə alındıqda, rayon məhkəməsinin ekspertizanın rəyi ilə razılaşaraq, sığorta şirkəti tərəfindən ödənilmiş məbləği avtomobilə dəymiş ümumi ziyan məbləğindən çıxmaqla gəldiyi qənaət əsaslı hesab olunmalıdır. Təqdim edilmiş fotoşəkillərdə zərərə müruz qalan avtomaşının faralarının salamat olması, lakin zərər hesablanarkən onların də dəyərinin hesablanması barədə qeyd olunur ki, fotoşəkildə həmin faraların ancaq şüşələrinin salamat olması görünür, bu hal avtomaşının faralarının bütünlükdə salmat olması demək deyil. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, irəli sürülən etirazlar işin faktiki halları ilə bağlı olduğundan hazırkı icraatda yoxlanılmır. Çünki m übahisəyə mahiyyəti üzrə baxılması zamanı işin faktiki hallarının aydınlaşdırılması üçün cavabdehə kifayət qədər şərait yaradılmışdır. Kollegiya, baş vermiş yol nəqliyyat hadisəsində həm də iddiaçıya məxsus “Chevrolet Aveo” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən X-ın təqsirli olması barədə cavabdehin dəlilini əsaslı saymır. Ona görə ki, iş materialları ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yalnız Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilməsi müəyyən olunur. Cavabdeh, hadisədə iddiaçıya məxsus avtomobilin sürücüsünün də təqsirli olmasını təsdiqləyən mötəbər sübutları məhkəmə instansiyalarına təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tə rəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və y a digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyiş dirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4217/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4217/2020
25.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver