Məhkəmə qərarları › İş №2(102)-4219/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4219/2021

26.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4219/2021 26.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-628/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh avtomaşınların turbokompressorlarının təmiri və satışı ilə məşğuldur. İddiaçı özünə məxsus olan avtomaşının turbokompressorunun təmiri ilə bağlı cavabdehə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin şifahi razılaşma üzrə öhdəliyini qərəzli olaraq icra etməməsi nəticəsində ondan aldığı 2600 manat pul vəsaitinin, cavabdehin qanunsuz saxladığı 1 ədəd turbo kompressorun, həmçinin cavabdehin təqsiri ucbatından ona məxsus **-MX-*** dövlət nömrə nişanlı avtomaşına vurulmuş 30000 manat maddi ziyanın, eləcə də cavabdehin təqsiri ucbatından ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 2017-ci ilin əvvəllərində Cavabdeh ilə aralarında şifahi razılaşma əsasında ona məxsus yük avtomobilinin detalı olan 4 ədəd turbo kompressoru təmir etmək və saz vəziyyətdə ona qaytarmaq üçün 2600 manat zəhmət haqqı olmaqla cavabdehə vermişdir. Cavabdeh qeyd edilən detallardan 3 ədədini qaytarıb 1 ədədini isə təmir edib tezliklə qaytaracağını bildirmişdir. Ölkə hüdudlarından kənarda cavabdehin təmir etdiyi 3 detal avtomobilinə quraşdırılıb istifadə edilərkən avtomobilin digər saz hissələri qəfildən xarab olmuş və ona məxsus avtomobil işləməmişdir. Avtomobili y oxlatdıran zaman məlum olmuşdur ki, cavabdeh tərəfindən təmir etdirilib quraşdırılan detalların nasazlığı nəticəsində avtomaşının digər saz hissələri – sürət ötürücü, sərbəst ayrıc, motorun dirsəkli valı, bloku və s. hissələr tamamilə yararsız vəziyyətə düşmüşdür. Bu isə avtomaşınına təxminən 30000 manat maddi ziyanın dəyməsinə səbəb olmuşdur. Dəfələrlə tərəfindən cavabdehə şifahi müraciətlər edilsə də, vurulan ziyanla bağlı cavabdeh tərəfindən hansısa bir addım atılmamış, əksinə cavabdeh razılaşmasına əsasən üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, öz hüquqazidd hərəkətləri ilə ona ziyan vurmuşdur. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsini, ona dəymiş 35000 manat ziyanın cavabdeh İddiaçı alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri maşın bazarında avtomaşınların turbokompressorlarının təmiri və satışı ilə məşğuldur. Dəqiq yadındadır ki, 2016-cı ilin əvvəllərində (fevral, mart ayları) iddiaçı ona müraciət edərək ona məxsus olan “Mersedes” markalı yük maşının turbokompressorunu təmir etməsini xahiş etmişdir. Sözügedən detala baxmış və müəyyən etmişdir ki, onun təmiri Azərbaycan Respublikasında mümkün deyil, xarici dövlətlərin birində təmir olunmalıdır. Onun Ukrayna Respublikası Zaparoje vilayətinin Melitopol şəhəri ilə bu cür təmirlərin aparılması üçün razılığı var idi. (həmin razılığı, sertifıkatın surətini ərizəsinə əlavə etmişdir). Həmin turbokompressorun Ukraynaya gedib, təmir olunub qayıtması o na 500 manata başa gəlmişdir. O, iddiaçıdan turbokompressorun Ukrayna Respublikasına göndərilməsi və təmir edilməsi üçün 500 manat, zəhmət haqqı üçün isə 100 manat olmaqla ümumilikdə 600 manat məbləğində pul almışdır. Sözügedən məbləğin 2 faizini vergi idarəsinə ödəmişdir. Bunu təsdiq edən sənədi ərizəsinə əlavə etmişdir. Həmin turbokompressorun təmir edilməsi cəmi on beş günə başa gəlmişdir. On beş gündən sonra başqa sözlə desək, elə həmin ilin mart ayının axırında turbokompressoru iddiaçıya təhvil vermişdir. İddiaçı turbokompressoru qəbul etdikdə eyni zamanda turbokompressorun pasportu (həmin pasportda zavod tərəfindən görülən təmir işləri göstərilmişdir), ondan aldığı pula görə qəbz, keyfiyyət sertifıkatını və zəmanət talonunu da təqdim etmişdir. İşi və sənədləri ondan qəbul etdikdə idd iaçının heç bir narazılığı olmamışdır. 11 oktyabr 2018-ci il tarixdə o, iş yerində olan vaxt təxminən saat 11 radələrində iddiaçı və yanında tanımadığı bir şəxslə ona yaxınlaşmış və onun verdiyi turbokompressorun işləmədiyi üçün həmin detalın əvəzinə ya başqa turbokompressorun verməsini, ya da 2200 manat məbləğində pulun ödənilməsini bildirmişdir. O, bu məsələyə etiraz etdikdə iddiaçı ona hücum etmiş və küçə söyüşləri ilə təhqir edərək xəsarət yetirmişdir. Bu barədə yoxlama aparılmış və cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Həmin qərardan şikayət vermiş, onun şikayəti əsasında cinayət işinin başlanması barədə qərar ləğv olunmuş və əlavə yoxlanma aparılması üçün polis idarəsinə göndərilmişdir. Polis idarəsində aparılan yoxlamalar nəticəsində məlum olmuş dur ki, iddiaçının tələbi əsassız olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. Hal-hazırda iddiaçı ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək ondan 2600 manat məbləğində pulun guya qanunsuz satdığı bir ədəd turbokompressoru, guya onun təqsiri üzündən iddiaçının avtomaşının mühərrikinə vurulmuş 30000 manat məbləğində maddi ziyanın, ümumilikdə 37600 manat pulun ondan alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, bu tələbi qanunsuz, əsassız və ən başlıcası isə ədalətsiz hesab edir. Birincisi, iddiaçı ona qarşı verilmiş iddia ərizəsinin iddia müddətinin keçməsini örtbasdır etmək üçün bilərəkdən hadisənin guya 2016-cı ildə yox, 2017-ci ildə olmasını göstərmişdir. O, bunu kobud qanun pozuntusu hesab edir. İkincisi iddiaçının guya ona təmir etmək ü çün 2600 manat məbləğində pul verməsi yalandır. Yuxarıda göstərdiyi kimi, o, həmin detalın Ukrayna Respublikasında yerləşən zavoda göndərilməsi üçün iddiaçıdan cəmi 600 manat pul almış və bu barədə rəsmi qəbz vermişdir. Üçüncüsü iddiaçı iddia ərizəsində göstərmişdir ki, guya o, iddiaçının maşınına 30000 manat məbləğində maddi ziyan vurmuşdur. Bu da həqiqətə uyğun deyildir Çünki iddiaçı avtomobilini ümumiyyətlə görməmişdir. İddiaçı onu döymüş və elə bu səbəbdən də dəfələrlə polis idarələrinə aparılmışdır. Xəsarət aldığı üçün həkim müayinəsindən keçmiş, tibbi müəssədə müayinə olunmuş və ona təcili təxirəsalınmaz yardım göstərilmişdir, Bütün bu dedikləri məhkəməyə təqdim etdiyi video yazıda öz əksini tapmışdır. Xəsarət aldığı üçün 6 ay müddətində işləyə bilməmişdir. Təbiidir ki, işləmədiyi üç ün, nə məvacib ala bilmiş, nə də qazanc əldə edə bilmişdir. Hesab edir ki, 6 ay müddətində ona vurulan maddi zərər ən aşağısı 15.000 manat civarındadır. Mənəvi zərərə gəldikdə isə o daha çox, yəni 20000 manat civarındadır. 21 may 2019-cu il tarixində keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirmişdir ki, o, İddiaçı yanında işləyən sürücülərdən biridir. Sürdüyü maşının turbokompressoru xarab olmuşdur. Fehruzla bərabər x1la görüşmüş və Fehruz x1a 400 manat pul vermişdir. Sonra pulun qalan 200 manatını onun vasitəsilə göndərmişdir. x1 turbokompressoru düzəldib qaytarandan sonra maşına qoymuş, lakin maşın yaxşı işləməmişdir. Sonra maşının farsunkalarını da dəyişmişlər, lakin maşın yenə də yaxşı işləməmişdir. Onlar detalın işləməməsi ilə bağlı bir neçə ustaya aparsalar da, on ların hamısı turbokompressorun işləmədiyini demişlər. O, bildiyinə görə Daf markalı maşın üçün alınan turbo kompressor da xarab çıxmışdır. 21 may 2019-cu il tarixində keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirmişdir ki, o, İddiaçı yanında işləyən sürücülərdən biridir. O, həmçinin Daf markalı avtomaşının sürücüsüdür. Həmin maşın üçün aldıqları turbokompressoru quraşdırdıqdan sonra mühərrikdən yağ sızmağa başlamışdır. Elə həmin vaxt x1ı çağırmışlar. x1 da gəlib mühərrikdən yağ sızdığını və turbokompressorun işləmədiyini görmüşdür. x1 bunun qorxusunun olmadığını bildirmişdir. Sonra həmin maşını sürəndə turbokompressora görə maşın dağılmışdır. 6 aydır ki, maşın işləmir. Nə qədər ustaya göstərmişlərsə hamısı mühərrikin turbokompressora görə dağıldığını demişlər. 31 may 2019 -cu il tarixində keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirmişdir ki, o, uzun müddətdir ki, çilingər işləyir. Fehruz ona Daf markalı maşın üçün turbokompressor gətirmişdir. Onu maşına quraşdıranda yağ buraxmışdır. Quraşdırandan sonra Fehruz x1ı çağırmış və x1 da gələrək detala baxması üçün onlardan sökməsini istəmişdir. 31 may 2019-cu il tarixində keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirmişdir ki, 2016-cı ilin mart ayında x1la birlikdə Həkəri restoranının qabağında olarkən həmin vaxt x1 Fehruza zəng vurmuş, Fehruz da gəlib 600 manat məbləğində pulu x1a vermişdir. Belə ki, o x1dan bir ədəd turbokompressor almışdır. Fehruz x1dan 2-3 ədəd turbokompressor almamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 28 fevral 2019-cu il tarixli Qüsur aktına əsasən, “DAF F FXF 105 460” markali, **-MX-*** nömrəli avtomaşına baxış keçirərkən müəyyən edilmişdir ki, həmin avtomaşının aşağıdakı ehtiyyat hissələri xarab olduğu üçün yenisi ilə dəyişirilməlidir. Blok-1 ədəd, Dirsəkli val-1 ədəd, Giliz-Porşen-6 ədəd, Şatun-6 ədəd, PQO1 ədəd, Çaşka-Feredo-1 ədəd, Kojik-1 ədəd, Yanacaq nasosu-1 ədəd, Bkladış-1ədəd, Prokladka-1 ədəd, Turbo-1 ədəd, Dinamo-1 ədəd, Matorun ÖN-arxa salniki-2 ədəd və Sürətlər qutusu-1 ədəd. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 04 mart 2019-cu il tarixli quraşdırma aktına əsasən “DAF F FXF 105 460” markali, **-MX-*** nömrəli avtomaşına baxış keçirərkən müəyyən edilmişdir ki, həmin avtomaşının aşağıdakı ehtiyyat hissələri xarab olduğu üçün yenisi ilə dəyişirilmişdir. Alınmış ehtiyat hissələrinin qiymətləri aşağıdakı kimidir: Blok-1 ədəd qiy məti 1800 manat, Dirsəkli val-1 ədəd qiyməti 3000 manat, Giliz-Porşen-6 ədəd qiyməti 5100 manat, Şatun-6 ədəd qiyməti 600 manat, PQO-1 ədəd qiyməti 650, Çaşka- Feredo-1 ədəd qiyməti 650 manat, Kojik-1 ədəd qiyməti 600 manat, Yanacaq nasosu-1 ədəd qiyməti 2000 manat, Bkladış-1 ədəd qiyməti 1700 manat, Prokladka-1 ədəd qiyməti 850, Turbo-1 ədəd qiyməti 2500 manat, Dinamo-1 ədəd qiyməti 450 manat, Matorun ÖNarxa salniki-2 ədəd qiyməti 680 manat və Sürətlər qutusu-1 ədəd 7000 manat olmaqla, ümumilikdə 27850 manat. Sözügedən ehtiyat hissələrinin quraşdırma haqqı 1000 manat məbləğində müəyyən edilmişdir. 11.03.2016-cı il tarixli, 19 nömrəli qaimə fakturaya əsasən İddiaçı turbo təmiri üçün Cavabdeh 600 manat məbləğində ödəniş etmişdir. "xxxx" ASC tərəfindən verilmiş 17.07.2019-cu il tarixli ara yışda qeyd edilmişdir ki, 2016-cı ildən 2018-ci ilədək Cavabdeh müraciət əsasında "xxxx" ASC-də DAF XF 105 markalı avtomobil üçün turbo kompressorun təmiri həyata keçirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03.09.2019-cu il tarixli, 18472/18807 saylı rəyinə əsasən, 1-ci və 2-ci suallar üzrə: Ekspert metodikalarına əsasən yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyektlərinə yolnəqliyyat hadisələrində iştirak edən avtonəqliyyat, şəhər elektrik nəqliyyatı, traktor və özügedən maşınlar, onların aqreqatları, detallar, üzərindəki zədələr və izlər aiddir. Ekspert qarşısında qoyulan suallar yol-nəqliyyat hadisəsində iştirak edən nəqliyyat vasitələrinin sürücülərinin hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi, həmin nə qliyyat vasitələrinin texniki vəziyyəti, bununla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi ilə bağlıdır. Ona görə də, yol-nəqliyyat hadisəsində iştirak etməyən DAF XF 105 markalı avtomobildə olan hər hansı nasazlığın müəyyən edilməsi yol obyektinə aid deyildir. 3-cü sual üzrə: Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 01.04.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “DAF XF 105” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 20136,00 manat müəyyən edilir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Günel Tanrıverdiyeva) 17 oktyabr 2019-cu il tarixl i qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə mübahisələndirilən hissədə, yəni ilk iddia tələbinin rədd edilməsi hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə iclasında ifadə verən şahidlər X6 və X1 olmaqla ilkin İddiaçı yanında işlədiyindən məhkəmə onların ifadələrini əsaslı şübhədən kənar sübut kimi qiymətləndirməmişdir. Digər şahid X2 markalı maşın üçün turbokompressoru həmin maşına quraşdırarkən yağ buraxdığını və bununla əlaqədar Fehruzun x1ı oraya çağırdığını bildirsə də, Fehruzun turbokompressoru haradan aldığının ona məlum olmadığını bildirmişdir. Eyni zamanda Cavabdeh məhkəməyə təqdim etdiyi "xxxx" ASC tərəfindən verilmiş 17.07.2019-cu il tarixli arayışdan görünür ki, 2016-cı i ldən 2018-ci ilədək Cavabdeh müraciəti əsasında "xxxx" ASC-də DAF XF 105 markalı avtomobil üçün turbo kompressorun təmiri həyata keçirilməmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh isə məhkəməyə ilkin İddiaçı 1 ədəd turbo kompressor satması barədə 11.03.2016-cı il tarixli, 19 nömrəli qaimə faktura təqdim etmişdir. Lakin məhkəmə həmin sənədi mötəbər sübut kimi qəbul etməyərək qeyd etmişdir ki, həmin qaimədə “təhvil verdi” hissəsində müvafiq imza olsa da, “təhvil aldı” hissəsində hər hansı imza yoxdur. İlkin İddiaçı məhkəmə iclaslarında ziddiyyətli izahatlar verdiyindən məhkəmə onun izahatlarını da mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, İddiaçı iddia ərizəsində qarşılıqlı iddiaçı Cavabdeh 4 ədəd turbo kompressor aldığını və buna görə ona 2600 manat pul verdiyini bildirsə də, məhkəmə baxış ic lasında ona 4 ədəd turbo kompressorun deyil, 3 ədəd turbo kompressorun pulunu verdiyini, sonuncu detalın pulunu vermədiyini bildirmişdir. Eyni zamanda ilkin İddiaçı təxminən 2017-ci ilin əvvəllərində qarşı tərəfdən 4 ədəd turbo kompressor aldığını bildirsə də, hazırda ona məxsus avtomaşına 2018-ci ilin iyul ayında mühərrikin dağılması ilə əlaqədar ziyan dəydiyini bildirmişdir. Lakin ilkin İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh ondan aldığı detala görə (ən azından 1 ədəd turbo kompressora görə) ona 1 ildən çox müddətə zəmanət verməsini nə məhkəmə iclaslarında bildirməmiş, nə də bununla bağlı (detala zəmanət verilməsinə dair) məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, sözügedən 3 ədəd turbo kompressorun həqiqətən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən ilki n İddiaçı satıldığını qəbul edilsə belə, həmin turbo kompressorların istifadəyə yararsız olduğu, eyni zamanda DAF XF 105 markalı avtomobilin mühərrikinin dağılması ilə həmin turbo kompressor arasında səbəbli əlaqənin olduğu iş materialları ilə sübuta yetirilmir. İlkin iddiaçı ərizəsində cavabdehin hüquqazidd hərəkətləri nəticəsində iztirab və sarsıntılar keçirməklə mənəvi ziyana uğradığını bildirsə də, ərizəsinə bu halları təsdiq edən hər hansı sübut əlavə etməmiş, o cümlədən məhkəmə iclasında məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ilkin iddia 5000 manat mənəvi ziyan hissəsində də təmin edilməməlidir. İddiaçı və Cavabdeh ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi mü lki kollegiyasının (hakimlər: Səyyad Qafari - sədrlik edən və məruzəçi, Şəmsəddin x1ov, Telman Məmmədov) 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sübutetmə yükü üzərinə düşən iddiaçı cavabdehdən 4 ədəd turbo kompressor aldığını iddia etsə də, digər sübutetmə yükü daşıyan cavabdeh isə iddiaçıya 1 ədəd turbo kompressor satdığını və bu barədə qaimə faktura və sonuncudan bunun müqabilində aldığı pulun qəbzini təqdim etmişdir. Lakin ilkin iddiaçı aldığı turbo kompressorlarının sayı barədə hər hansı bir südut təqdim etməmişdir. Bununla yanaşı i lkin iddiaçının 3 ədəd turbo kompressorun istifadəyə yararsız olduğu və DAF XF 105 markalı aftomobilin mühərrikinin dağılması ilə həmin turbo kompressor detalının arasında səbəbli əlaqənin olmadığı iş materialları ilə müəyyən edilmişdir. Məhkəmə həmçinin ilk iddia tələblərinin mənəvi zərərin ödənilməsi hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, iddiaçı mənəvi zərərə məruz qalmasını, yəni cavabdehin ona qarşı əməl törətməsi, əməlinin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olmasını sübut etməlidir. Lakin hazırkı işdə cavabdehin təqsirli hərəkəti nəticəsində ididaçıya mənəvi zərər dəyməsi müəyyən edilməmişdir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin tə min edilməməsi hissədə ləğv edilməsini və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsi ni, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri formal xarakter daşıyır. İddiaçı maddi hüquq normalarını sadalamaqla hər hansı bir dəlilə əsaslanmır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyy ətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyas ı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan işdə ilk və qarşılıqlı iddialar birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş, hər iki tərəf qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərini rədd edərək qətnaməni dəyişdirmədən saxlamışdır. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnamə il k iddia tələbinin rədd edilməsi hissədə mübahisələndirdiyindən qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2006-cı il tarixli S.Əliyevanın şikayəti üzrə qərarı: “...Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş i şin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir...” «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayə t qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və mə hkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şik ayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-628/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar