Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-422/2019 22.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 22 yanvar 2019-cu il İŞ № 2(102)-422/ 2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 avqust 2018-ci il tarixli, 2(103)-9010/2018 saylı qətnaməsindən Cavabdeh2 və vəkili xxx oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 02 may 2018-ci il tarixli, 2(006)-1039/2018 saylı q ətnaməsi ilə (sədrlik edən, hakim R.Ə.Səmədov) İddiaçı QSC-nin Cavabdeh1 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, borc tələbinin ipoteka predmetinə yönəldilməsi” barədə ilk iddia ərizəsi qismən təmin, Cavabdeh2 İddiaçı QSC-nə və digərlərinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia ərizəsi rədd edilərək, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış 15 sentyabr 2015-ci il tarixli uzun müddətli kredit müqaviləsinə, 21 sentyabr 2015-ci il tarixli kredit razılaşmasına, eləcə də 21 yanvar 2016-cı il tarixli sazişə xitam verilməsi, cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 35.984,37 ABŞ dolları, hesablanmış faiz borcuna görə 7.328,81 ABŞ dolları, cəriməyə görə 10.000 ABŞ dolları, cəmi 53.313, 18 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi və tutmanın ipoteka qoyulmuş xxx rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən, Cavabdeh2 mülkiyyətində olan 0,0231 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 173,1 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 90.000 manat müəyyən edilməklə, açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi, qalan pulun Cavabdeh2 qaytarılması, satışdan əldə olunmuş vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin evdən çıxarılması, eyni zamanda evin boşaldılması, qalan hissədə ilk iddia ərizə sinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 avqust 2018-ci il tarixli, 2(103)9010/2018 saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, S.F.Hacıyev və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 02 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, borc tələbinin ipoteka predmetinə yönəldilməsi” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki,15 sentyabr 2015-ci il tarixli uzun müddətli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 120 ay müd dətinə, 500.000 ABŞ dolları kredit xətti açılmışdır. 21 sentyabr 2015-ci il tarixli kredit razılaşmasına əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq 1,625 faiz ödənilməsi şərti ilə 45.000 ABŞ dolları kredit verilmişdir. Sonradan iddiaçı təşkilatla Cavabdeh1 arasında 21 yanvar 2016-cı il tarixli kredit sazişi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 16 sentyabr 2015-ci il, 18 sentyabr 2015-ci il və 21 sentyabr 2015-ci il tarixli zaminlik müqavilələrinə əsasən iddiaçı təşkilatla digər cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 arasında ayrıayrılıqda zaminlik müqavilələri bağlanmışdır. 15 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən digər Cavabdeh2 mülkiyyətində olan xxx rayonu, Xırdalan şəhəri, 26-c ı məhəllədə yerləşən, 0,0231 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 173,1 kv.metr olan fərdi yaşayış evi iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulmuşdur. İpoteka müqaviləsində tərəflərin qarşılıqlı razılaşmasına əsasən ipoteka predmetinin ilkin satış qiyməti 46.800 ABŞ dolları (49.041,72 manat) məbləğində qiymətləndirilmişdir. Lakin Cavabdeh1 kredit razılaşması üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun iddiaçı təşkilata ödənilməmiş 35.984,37 ABŞ dolları əsas, 7.328,81 ABŞ dolları faiz, 22.497,2 ABŞ dolları cərimə olmaqla, cəmi 65.810,38 ABŞ dolları kredit borcu vardır. Ona görə də ilk iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Eyni zamanda Cavabdeh2 məhkəmədə iddiaçı təşkilata və digərlərinə qarşı qarşılıqlı iddia ərizəsi ver ərək, sözügedən daşınmaz əmlaklara dair ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinin pozulmasını əsas tutub, onunla iddiaçı təşkilat arasında bağlanmış 15 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhvə nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya inst ansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı QSC, Cavabdeh2, vəkili xxx və digər cavabdehlər Cavabdeh1, İmran Sadıxov, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit, ipoteka, zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, sonuncunun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olmasına, tutmanın ipoteka predmetinə yönəldilməsi üçün əsasların olmasına, ilk iddia ərizəsini qismən təmin, qarşılıqlı iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qayda sında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 15 sentyabr 2015-ci il tarixli uzun müddətli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 120 ay müddətinə, 500.000 ABŞ dolları kredit xətti açılmışdır. 21 sentyabr 2015-ci il tarixli kredit razılaşmasına əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq 1,625 faiz ödənilməsi şərti ilə 45.000 ABŞ dolları kredit verilmişdir. Sonradan iddiaçı təşkilatla Cavabdeh1 arasında 21 yanvar 2016-cı il tarixli kredit sazişi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 16 sentyabr 2015-ci il, 18 sentyabr 2015-ci il və 21 sentyabr 2015-ci il tarixli zaminlik müqavilələrinə əsasən iddiaçı təşkilatla digər cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 arasında ayrı-ayrılıqda zaminlik müqavilələri bağlanmışdır. 15 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən digər Cavabdeh2 mülkiyyətində olan xxx rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən, 0,0231 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 173,1 kv.metr olan fərdi yaşayış evi iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulmuşdur. İpoteka müqaviləsində tərəflərin qarşılıqlı razılaşmasına əsasən ipoteka predmetinin ilkin satış qiyməti 46.800 ABŞ dolları (49.041,72 manat) məbləğində qiymətləndirilmişdir. Lakin Cavabdeh1 kredit razılaşması üzrə öhdəliklərini yerinə yetirməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı təşkilat Cavabdeh1 iddiaçı təşkilata ödə nilməmiş 35.984,37 ABŞ dolları əsas, 7.328,81 ABŞ dolları faiz, 22.497,2 ABŞ dolları cərimə olmaqla, cəmi 65.810,38 ABŞ dolları kredit borcunun olduğunu iddia etmişdir. Eləcə də işə əlavə edilmiş “xxxx” MMC-nin 03 aprel 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 27 mart 2018-ci il tarixə Cavabdeh2 mülkiyyətində olan xxx rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən, 0,0231 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 173,1 kv.metr olan fərdi yaşayış evinin real bazar dəyəri 90.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə, əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab ed ir ki, tərəflər arasında kredit, ipoteka, zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olması, eləcə də ipoteka predmetlərinin ilkin satış qiymətinin mütəxəssis rəyi ilə müəyyən edilməsi, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmış və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə sinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, ipoteka predmetlərinin real bazar qiymətinin düzgün müəyyən edilməməsini və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və etirazının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Əksinə, Cavabdeh2 kassasiya şikayətinin dəlilləri işə əlavə edilmiş sübutlarla, o cümlədən 03 aprel 2018-ci il tarixli mütəxəssis rəyi il də tam təkzib olunur. Belə ki, sözügedən ipoteka müqaviləsində tərəflər özləri qarşılıqlı razılaşmaya əsasən ipoteka predmetinin ilkin satış qiymətini 46.800 ABŞ dolları (49.041,72 manat) məbləğində razılaşdırmışlar və hazırda mütəxəssisin sözügedən rəyi ilə ipoteka predmetinin ilkin satış qiyməti 90.000 manat məbləğində müəyyən edilmişdir. Ümumiyyətlə işdə, ipoteka müqaviləsinin etibarsız sayılması və ipoteka predmetlərinin ilkin satış qiymətinin 90.000 manatdan artıq olmasını özündə ehtiva edən heç bir yazılı sübut yoxdur. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblər ini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 və vəkili xxx oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 avqust 2018-ci il tarixli, 2(103)-9010/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov
Məhkəmə qərarları › İş №2(102)-422/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-422/2019
22.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver