Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-422/2021 05.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiadan imtina edilməsi, icraat xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1272/2020 nömrəli iş üz rə 23 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “xxxx” ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 17 noyabr 2014-cü il tarixli 171 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 24 ay müddətinə 28 faiz dərəcəsi tətbiq etməklə 2500 manat məbləğdə kredit verilmişdir. Eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2, borclu Cavabdeh1 “xxxx” ASC qarşısında olan öhdəliklərinin tamamilə icra edilməsi üçün zamin durmuşdur. 04 noyabr 2019-cu il tarixli maliyyə arayışına görə borclu Cavabdeh1 31 oktyabr 2019-cu il tarixinə əsas borc qismində 1370 manat 14 qəpik, müqavilə müddəti üçün hesablanmış faiz bor cu qismində 315 manat 64 qəpik, cərimə borcu qismində 845 manat 06 qəpik, müqavilənin bitdiyi tarixdən 31 oktyabr 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 201 manat 97 qəpik, cəmi 2732 manat 81 qəpik təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc qismində 1370 manat 14 qəpik, müqavilə müddəti üçün hesablanmış faiz borcu qismində 315 manat 64 qəpik, cərimə borcu qismində 845 manat 06 qəpik, müqavilənin bitdiyi tarixdən 31 oktyabr 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 201 manat 97 qəpik, cəmi 2732 manat 81 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin “xxxx” ASC-nin ləğvedicisinin xeyrinə tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə X1 internet portalından çıxarışdan görünür ki, Cavabdeh1 ləğv prosesində olan “xxxx” ASC-yə borcu əsas borc qismində 1370 manat 14 qəpik məbləğdə müəyyən edilmişdir Biləsuvar Rayon Məhkəməsinin (hakim Pərviz Əhmədov) 11 dekabr 2019-cu il tarixli 2(022)1140/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edi lmiş, Cavabdeh1 ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 17 noyabr 2014-cü il tarixli 171 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 1370 (min üç yüz yetmiş) manat 14 (on dörd) qəpik və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 25 (iyirmi beş) manat, cəmi 1395 (min üç yüz doxsan beş) manat 14 (ön dörd) qəpik məbləğdə pul vəsaiti tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan sübutlarla Cavabdeh1 ləğv prosesində olan “xxxx” açıq səhmdar cəmiyyəti ilə bağladığı 17 noyabr 2014-cü il tarixli 171 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin kredit müq aviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya müqavilə müddətinin sonuna əsas borc qismində 1370 manat 14 qəpik məbləğdə borcunun yaranması təsdiq olunur. Bundan başqa, cavabdeh kredit müqaviləsinin restruktruzasiyası istiqamətində müqavilə bağlanması üçün iddiaçıya təkliflər verməsini və təkliflərinin əsassız rəddinə dair sübutlarını, yeni müqavilə bağlanmasına dair onda iradəsinin formalaşmasını bildirən mülahizələrini, eləcə də iddia tələbinə etirazlarını və həmçinin etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən dəlilləri məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında bağlanmış 17 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsinin «müqavilənin predmeti» başlıqlı 3.3-cü bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik borcalan tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilm ədikdə, kreditorun tələbi ilə həmin öhdəlik zamin tərəfindən 5 gün müddətində icra edilməlidir. Ləğv prosesində olan “xxxx” açıq səhmdar cəmiyyəti zamin Cavabdeh2 qarşı yalnız 07 noyabr 2019-cu il tarixdə iddia qaldırdığından məhkəmə hesab etmişdir ki, iddiaçının zamin Cavabdeh2 öhdəliyin icrasını tələb etmək üçün qanunla müəyyənləşdirilmiş müddət keçdiyinə görə zaminliyə xitam verilməsi ilə əlaqədar 17 noyabr 2014-cü il tarixli 171 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun, faiz borcunun və cərimənin Cavabdeh2 tutulması hissəsində iddia rədd edilməlidir. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Biləsuvar Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələblərin in təmin olunmayan hissədə tam təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər İlham Əsədov - sədrlik edən və məruzəçi, Müşfiq Həsənov və Zeynal Zeynalov) 23 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək Biləsuvar Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(022)-1140/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən – iddia tələbinin təmin edilməyən hissəsind ə ləğvi üçün əsas ola bilməz. Cavabdeh Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 iyun 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyasının qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış, sübutlar düzgün qiymətləndirilməmişdir. Məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki halları ilə sübuta yetmir. İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortala nması Fondu 01.03.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh1 qarşı borc tələbinə dair mülki iş Azərbaycan Respublikası Prezidentinin 28.02.2019cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına təsir dairəsinə düşdüyündən, həmçinin cavabdehlə bank arasında yeni müqavilə bağlanmışdır. Odur ki, 2(102)-422/2021 nömrəli mülki iş üzrə iddia icraatına xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Maddə 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, idd ia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəm ə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0 və 261.0.4-cü maddələrinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Maddə 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 417.1.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamami lə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddiaçı tərəfindən iddiadan imtina edildiyindən məhkəmə kollegiyası kasasiya şikayəti üzrə hər hansı bir araşdırma a parmır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası qanunvericiliyin normalarına görə belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtinasının qəbul olunmaması üçün əsaslar yoxdur, iddiadan imtina iddiaçının iradəsinə uyğundur, buna səbəb tərəflər arasında yeni müqavilənin bağlanmasıdır. İddiadan imtina barədə ərizə bankın səlahiyyətli şəxsi tərəfindən imzalanmış, müvafiq etibarnaməni ərizəyə əlavə edilmiş, ərizə bankın möhürü ilə təsdiqlənmişdir. Ona görə də iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1272/2020 nömrəli iş üzrə 23 iyun 2020-ci il tarixli qətnaməsi ləğv olunmalı, iddiadan imtina ərizəsi qəbul edilməklə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 261, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə ko llegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiadan imtinası qəbul edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1272/2020 nömrəli iş üzrə 23 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-422/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-422/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver