Məhkəmə qərarları › İş №2(102)-422/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-422/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-422/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Cavabdeh İddiaçı Cavabdeh İddiaçı qarşı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-422/22 (Açar sözlər: pul tələbi, borc müqaviləsi, müqavilənin etibarsız hesab edilməsi) Bakı şəhəri, 28 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nın 2(103)-2735/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayətinə 28 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh 08.02.2019-cu il tarixdə kredit müqaviləsi bağlayıblar.

2. Müqaviləyə əsasən “borc alan” Cavabdeh 15.05.2020-ci il tarixədək 15 (on beş) ay ərzində hissə-hissə ödəmək şərti ilə “borc verən” İddiaçı 10000 (on min) manat borc almışdır.

3. Mübahisə həmin pulun qaytarılmaması və müqavilənin etibarsızlığı ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi verərək, kredit müqaviləsi üzrə 10000 manat borcun və 30 manat dövl ət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, müqavilənin müddətinin bitməsinə baxmayaraq cavabdeh qalan pulu qaytarmaqdan açıqcasına boyun qaçırır və bununla pulu qaytarmaq niyyətinin olmadığını nümayiş etdirir. Dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir nəticə olmur.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəlləsinin 442, 445.2.1, 445.2.2, 445.4-cü maddələrinə istinad etmişdir.

7. Cavabdeh da İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsini vermişdir.

8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh 12.12.2015-ci ildə Suraxanı rayonunda torpaq sahəsi almışdır. Bir müddət Türkiyədə yaşamalı olmuşdur. Aldığı torpaq mübahisəli olduğu üçün proble mlə üzləşib. Əli adlı şəxslə bu torpaqla əlaqədar tanış olub. Əli hər gün Cavabdeh Əli oğlunun yaşadığı evinə oğlu İlqar ilə gəlib, azyaşlı uşaqlarını qorxudurdu ki, evini sökdürəcəklər. Tez-tez evlərinə polis göndərirdilər. Uşaqlar həyəcanlanırdılar, psixikalarına bu təzyiq təsir edirdi. Ancaq həmin pulların qaytarılması barədə cavabdeh iddiaçıya qəbz verib və bu qəbzi öz imzası ilə bloknotundakı qeyddə təsdiq edib, bir surəti də özündə qalıb.

9. İddiaçı pulun qaytarılması barədə ikitərəfli imzalanmış qəbz var. Cavabdeh, həyat yoldaşı və cavabdeh banka gedib 10000 manat bank vasitəsilə ödəniş ediblər. Bu 10000 manatdan 6000 manatı İbrahim Hüseynov, qonşusu Əfqan və onun qardaşının yanında cavabdehə verib. 4 000 manatı isə qəbzlərlə (ikitərəfli imzalanmış) ödəmişdir.

10. İlqara müqavilə üz rə heç bir borcu qalmayıb. İlqarın iddiası əsassızdır və buna görə də müqavilə məbləğin tam qaytarılması ilə əlaqədar ləğv edilməlidir. Borc müqaviləsi məcburi qaydada imzalanmışdır. Digər tərəfdən, cavabdehin təzyiqi ilə Cavabdeh evini ucuz qiymətə satıb, 1,5 il ailəli olaraq kirayə qalmış, nəticədə cavabdeh iddiaçıya 18 min manat evə görə,1.5 ildə ödədiyi 18 ay x 350 manat = 6300 manat ziyan vurub.

11. Qarşılıqlı iddia “İcra haqqında” Qanunun 17-ci maddəsi ilə əsaslandırılıb.

12. İddiaçı iddia tələbini dəqiqləşdirərək, kredit müqaviləsi üzrə ödənilməmiş 6000 manat pulun, 2000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

13. Məhkəmə baxışında cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh nümayəndəsi mövcud kredit müqaviləsi üzrə heç bir borc un qalmadığını, cavabdehin həmin borcu tam olaraq ödədidyini, 6000 manatı kredit müqaviləsinin bağlandığı gün, 4000 manatın isə sonradan da hissə-hissə ödənildiyini, ayrıca 6000 manatla əlaqədar digər şifahi razılaşmalarının olduğunu və həmin məbləğin bu borca aidiyyətinin olmadığını bildirmişdir.

14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4425/2020 nömrəli, 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh 6.000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, İddiaçı verilməsi, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın tam olaraq rədd ediməsi qət olunmuşdur. (hakim Nərminə Rzayeva)

15. Birinci instansiya məhkəməsi işdə olan kredit müqaviləsinə əsasən müəyyən etmişdir ki, tərəflər arasında 10000 manatın 15 ay ərzində hissə-hissə ödənilməsinə dair bağlanmış kredit müqaviləsi üzrə 4000 manat qaytarılmış, həmin hal iş materiallarına əlavə edilmiş hər iki tərəfin imzaları ilə təsdiq edilmiş 08 mart 2019-cu il tarixdən 18 mart 2020-ci il tarixə qədər cavabdeh tərəfindən ödənişlərin qeydə alınmasın dair qəbzlə təsdiq edilir. Kredit müqaviləsi üzrə qalan 6000 (altı min) manatın cavabdeh tərəfindən ödənilməsi sübuta yetirilmir. Cavabdeh həmin 6000 manatın kredit müqaviləsi bağlandığı gün qaytarılmasını bildirsə də, qəbzlərdə həmin halın əks etməməsini və yaxud kredit müqaviləsinin sırf 10000 manat məbləğə bağlanması səbəbini izah və təkzib də edə bilməmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd edib ki, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanması və həmin müqaviləyə dair cavabdeh tərəfindən 4000 (dörd min) manatın qaytarılması hər iki tərəfin izahatları və təqdim olunmuş materiallarla (notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi, ödənişlərə dair hər iki tərəfini imzalanmış qəbzi) ilə təsdiq olunur. İddiaçı tərəfindən təqdim edilmiş qəbzi cavabdeh da təsdiq edir, hətta həmin qəbzin özü tərəfindən iddiaçıya verilməsini bildirir. Deməli, tərəflərin kredit müqaviləsi bağlanması və həmin müqaviləyə dair cavabdeh tərəfindən 4000 manatın qaytarılması artıq işin mübahisələndirilməyən hallarıdır.

17. Birinci instansiya məhkəməsi hesab edir ki, Azərbaycan Respublikası mülki hüquq qanunvericiliyinin müddəlaları baxımından İddiaçı ilə Cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcu nun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələ gələn öhdəliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir.

18. İlk iddia üzrə mənəvi zərərin ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsini mövqeyi belə olub ki, cavabdehin qanunsuz hərəkətlərə yol verməsi və bunun nəticəsində iddiaçıya 2.000 manat məbləğində mənəvi ziyan dəyməsi sübut edilmir.

19. Birinci instansiya məhkəməsi kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiaya münasibətdə qeyd edib ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiasında yuxarıda qeyd olunan kredit müqaviləsinin məcbur olaraq və hədə-qorxu altında bağlanmasını bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, qarşılıqlı iddiaçı məhkə mə prosesində ilkin iddia üzrə tələbin tam ödənilməsini, sözügedən kredit müqaviləsi üzrə borcun tam bağlanmasını bildirməklə, bağlanmış kredit müqaviləsini təsdiq etmişdir. 20.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 337.1, 339.1, 351.2-351.4, 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 445.2.1, 445.2.2, 448.1, 739-cu, Mülki Prosessual Məcəllənin 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə işə birtərəfli və yarımçıq baxmış, onun əleyhinə ədalətsiz qərar qəbul etmişdir; - göstərdiyi dəlil və mülahizələrə məhkəmədə hüquqi qiymət verilməmişdir.

23. Bakı Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının 2(103)-2735/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli, Elşən Kazımov)

24. Apellyasiya instansiyası qeyd edib ki, iş materiallarına əsasən tərəflər arasında 10000 manat borc verilməsinə dair müqavilə bağlanmış və həmin müqavilə notariat qaydasında təsdiq olunmuşdur. Müqavilə şərtlərinə görə göstərilən məbləğ notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə verilmişdir. İddiaçı müqavilə məbləğinin yalnız 4000 manat hissəsinin qaytarıldığını, qalan məbləğin qaytarılmadığını bildirərək Cavabdeh qarşı hazırkı iddianı qaldırmışd ır. Cavabdeh iddianı qəbul etməyərək müqavilə üzrə borcu qaytardığını, 6000 manat borcun şifahi razılaşma ilə bağlı olduğunu və onun kredit müqaviləsi üzrə borca aidiyyəti olmadığını göstərmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq vurğulayıb ki, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə eyni qaydada əsaslandırılan apellyasiya şikayətində göstərdiyi halları təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Hazırkı işdə İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını və eləcə də öz qarşılıqlı iddiasını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, şikayətdə işin faktiki hallarına, qətnamənin maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilməsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə iddiaçının yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınc a icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlarda n istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq poz untusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyasının qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Buna görə də kollegiya apellyasiya instansiyasının qətnaməsini tam yoxlayır.

31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara al mışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

34. İddia tələbi kredit müqaviləsi əsasında borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi cavabdehlə bağlanmış kredit müqaviləsin ə istinad etmişdir. Cavabdeh kredit müqaviləsi üzrə borcunu tam qaytardığın bildirsə də, etirazının əsası kimi istinad etdiyi halı işə mahiyyəti üzrə baxan məhkəmələrdə, o cümlədən apellyasiya baxışında sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Nəzərə alınsa ki, qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur, belə olan halda, cavabdeh kredit müqaviləsi üzrə borcunu tam qaytarmasını, bununla da hazırda borcunun qalmamasını sübut etməli idi. Qeyd edildiyi kimi, işə mahiyyəti üzrə baxan məhkəmələrdə cavabdeh etirazının əsası kimi istinad etdiyi halı sübut edə bilməmi şdir.

36. Həmçinin cavabdeh (qarşılıqlı iddiaçı) kredit müqaviləsinin etibarsızlığı ilə bağlı dəlillərinə dair sübut təqdim etməmiş, üstəlik o da müəyyən edilmişdir ki, cavabdeh (qarşılıqlı iddiaçı) etibarsız hesab edilməsini xahiş etdiyi müqavilə üzrə ödənişlər etməklə, həmin müqaviləni icra edib.

37. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyasının gəldiyi nəticəni yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbi baxımından düzgün hesab edir.

38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşı lıqlı iddiaçı) Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2735/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar