Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-422/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Əhmədiyyə qızının cavabdehlər X6 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təqsirsiz məsuliyyət, yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Əhmədiyyə qızının cavabdehlər X7 və Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1041/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi İşin halları
1. X7 tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Əhmədiyyə qızı xəsarətlər almış, nəticədə sol ayağı topuqdan aşağı amputasiya olunmuş, sağ ayağına çıxarılmayan mil qoyulmuşdur.
2. Törətdiyi əmələ görə X3 Rayon Məhkəməsinin 13 may 2014-cü il tarixli 1(075)40/2014 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
3. Həmin hökmlə müəyyən edilmişdir ki, X7 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq sürücülük hüququ olmadan 01 noyabr 2013-cü il tarixdə saat 18:30 radələrində Şəki rayonunun Kiçik Dəhnə kəndində anası X1 yaşadığı evin həyətində əri Cavabdeh1 etibarnamə ilə idarə etdiyi və həmin evin həyətində saxladığı «Opel Astra» markalı **-FZ*** dövlət nömrə nişanlı avtomobilin mühərrikini işə salıb hərəkətə başlayan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq avtomobili hərəkət etdirməzdən əvvəl avtomobilin hərəkət trayektoriyasının yaxınlığında olan şəxslərin kənara çəkilməsini gözləməli, avtomobilin yaxınlığında hər hansı maneənin olmamasına əmin olduqdan sonra hərəkətə başlamalı olduğu halda, bunlara riayət etməyərək hərəkətini davam etdirmiş və ehtiuyatsızlıqdan evin qarşısında ayaqqablarını geyinən xalası İddiaçı Əhmədiyyə qızını vurmuş, nəticədə İddiaçı hər iki baldır sümükləri orta və aşağı 1/3-nin qəlpəli yerini dəyişən açıq sınıqları, dəri və yumşaq toxumaların deffekti əzilməsi, çoxsaylı yaraları, hemorraqik 2-3 dərəcəli travmatik şoku ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almışdır.
4. Hadisədən sonra iddiaçının ona vurulmuş ziyanın ödənilməsi barədə ayrı-ayrı vaxtlarda verilmiş iddiaları üzrə Şəki Rayon Məhkəməsinin 25 fevral 2015-ci il tarixli, 2 (075)-157/2015 nömrəli qətnaməsi ilə cavabdehlər X4 və Cavabdeh1 müştərək qaydada 8000 manat pulun, Şəki Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli, 2(075)2790/2018 saylı qətnaməsi ilə cavabdehlərdən 2870 manat pulun tutluub iddiaçıya ödənilıməsi qət edilmişdir.
5. Həmin işlər üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, hadisədə iştirak etmiş «Opel Astra» mаrkаlı ** FZ *** dövlət nömrə nişаnlı аvtоmоbil Cavabdeh1 istifadəsində və sərəncamında olmuşdur. Cavabdeh1 ona etibarnamə ilə həvalə edilmiş və hadisədə iştirak etmiş həmin avtomobili istəyi və öz razılığı ilə cavabdeh X6 vermişdir. Yəni, Cavabdeh1 yüksək təhlükə mənbəyi sayılan avtomobilinin digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində iradəsinə zidd olaraq onun sahibliyindən çıxdığını sübut edə bilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, delikt nəticəsində İddiaçı Əhmədiyyə qızına dəymiş maddi zərərin əvəzi cavabdehlər X4 və Cavabdeh1 müştərək qa ydada alınaraq İddiaçı Əhmədiyyə qızına verilməlidir.
6. Bundan sonra iddiaçı amputasiya olunmuş sol ayağına 09 oktyabr 2022-ci il tarixdə silikon kosmetik ayaq protezi qoymuş, bununla bağlı X10 Mərkəzi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, protezinin dəyəri 6500 manat təşkil etmiş, nəqliyyat xərci kimi 1 gediş 90 manatdan hesablanmaqla 10 gediş üçün 900 manat xərc çəkilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Əhmədiyyə qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərin əvəzi olaraq sol ayağına qoyulmuş protezin dəyişdirilməsi ilə əlaqədar çəkdiyi 6.500 manatın, hər gedişdə 90 manat olmaqla 10 dəfə protez mərkəzinə getməklə sərf etdiyi 900 manatın və ödənilmiş 94 manat dövlət rüsumunun cavabdehl ər X4 və Cavabdeh1 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi belə əsaslandırılıb ki, cavabdeh X5 və onun əri Cavabdeh1 etibarnamə ilə idarəçiliyində olan avtomaşını sürücülük vəsiqəsi olmayan arvadı X6 verdiyindən, onun cavabdehlərə qarşı 17.870 manat pul tələbi ilə bağlı iddiası Şəki Rayon Məhkəməsinin 25 fevral 2015-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək cavabdehlərdən onun xeyrinə 8.000 manat və iddia ərizəsi ilə bağlı dövlətə ödənilmiş 30 manat dövlət rüsumu alınıb ona verilmişdir. Həmin qətnamə ilə ona ödənilmiş məbləğ onu qane etməsə də, o vaxt qeyd olunan qətnamədən şikayət etməmişdir. Halbuki, onun baş vermiş hadisə ilə əlaqədar sol ayağı topuqdan aşağı amputasiya olunduğundan o, Gürcüstan Respublikasına gedib Tb ilisi şəhərində "xxxx" MMC-də sol ayağına protez qoyulması üçün, həmçinin bundan ötrü dəfələrlə Mingəçevir şəhərindən Tbilisi şəhərinə gedib-gəlməyə, yol xərcinə, Qazaxdan Gürcüstan Respublikası ərazisinə keçidə görə Tbilisi şəhərində kirayədə yaşamağa 3288 manat pul xərcləmişdir. Bunun müqabilində isə Şəki Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 2(075)-2790/2018 nömrəli qətnaməsi ilə ona dəymiş maddi zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada cəmi 2870 manat və iddia ərizəsi ilə bağlı dövlətə ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona verilməsi qət edilmişdir. Baş vermiş hadisədən xeyli müddət, yəni 8 il keçdiyindən onun sol ayağına qoyulmuş protez artıq indiki halda dəyişilməli olduğundan o, yenidən protez düzəltdirmək məqsədi ilə Bakı şəhərində yerləşən X10 MMC- yə getmiş, 6500 manat pul ödəyərək yeni protez qoydurmuşdur. Ona yetirilmiş zərər cavabdehlər tərəfindən vurulduğundan onlar bu məbləği birdəfəlik qaydada tam halda ödəməlidirlər.
9. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişlər.
10. Şəki Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(075)-58/2023 nömrəli qətnaməsi ilə (hakim P.V.Hacıyev) iddia qismən təmin edilərək, 6.500 manat məbləğində maddi zərərin əvəzi, 184 manat gediş-gəliş xərci, cəmi 6.684 manat və 94 manat dövlət rüsumu cavabdehlər X4 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı Əhmədiyyə qızına verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının sağlamlığının pozulması, onun mütəmadi olaraq digər şəxslərin köməyinə ehtiyacının olması cavabdehlərin təqsirli hərəkətləri nəticəsində əmələ gəlmişdir ki, onlar iddiaçıya vurduqları zərərin əvəzini ödəməyə borcludurlar. Ona görə də, iddiaçı onun amputasiya olunmuş ayağına qoyulmuş, artıq istifadəsi mümkün olmayan və yenisi ilə əvəz olunan protezin dəyərini cavabdehlərdən tələb etməkdə haqlıdır.
12. Məhkəmə iddia tələbinin hər gedişdə 90 manat olmaqla 10 dəfə protez mərkəzinə getməklə sərf etdiyi 900 manatın tutulması hissəsinə münasibətdə qeyd edib ki, həmin məbləğ həddən artıq şişirdilməklə ağlabatan deyil. Məhkəmə iddiaçının protezin dəyişdirilməsi ilə bağlı 10 dəfə mərkəzə getməsini təqdim edilən arayışa əsasən qəbul etsə də, bir gedişə görə 90 manatın hesablanmasını əsaslı hesab etməyib. Belə ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksin in rəsmi saytından çıxarılmış tariflərə əsasən Bakı şəhərindən Mingəçevir şəhərinə bir tərəfli gediş haqqı 9.20 manat təşkil edir. Bu qayda ilə hesabladıqda 10 dəfə Bakı şəhərinə gedib qayıtmaq üçün lazım olan vəsait 184 manat təşkil edir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2., 77.1., 88., 217.3., 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh1 apellyasiya şikayəti verərək, Şəki Rаyоn Məhəkəməsinin 12 iyun 2023-cü il tаrixli qətnaməsinin ləğv edilib iddia tələbinin ona aid hissədə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmi şdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, baş vermiş nəqliyyat hadisəsinə görə Esmira Hüseynova məhkəmənin hökmünə əsasən Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəxs təqsirli olaraq vurduğu ziyana görə məsuliyyət daşıyır. Uzun illərdir iddiaçı maddi ziyan tələbi ilə məhkəməyə müraciət etmiş və tələbləri təmin edilmişdir. İcra vərəqələri üzrə ziyan məbləğinin onun üzərinə düşən hissəsini ödəmişdir. Amma hesab edir ki, bu günə kimi səhv etmişdir. Bu günə kimi araşdırılmış iddia tələblərində, eyni zamanda Esmira Hüseynovanın təqsirli bilindiyi cinayət işi materiallarında onun nədə təqsirli olmağı sübut olunmur. İş üzrə Esmira Hüseynova təqsirli bilinmiş və cinayət məsuliyyətinə cə lb edilmişdir. Əgər şəxs idarəçiliyində və ya mülkiyyətində olan nəqliyyat vasitəsini bilərəkdən idarəetmə hüququ olmayan şəxsin istifadəsinə verdikdə inzibati məsuliyyət daşıyır. Hadisədən uzun illər keçmişdir. O, təqsirsiz olduğundan barəsində nə cinayət, nə də inzibati məsuliyyət tətbiq edilmişdir. Bu günə kimi təqsirsiz olaraq vurulmuş ziyanı ödəyir.
16. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2(107)-1041/2023 nömrəli qətnaməsi ilə (hakimlər E.Ş.Hüseynov (sədrlik edən və məruzəçi), V.İ.Məlikov və E.M.Mehdiyev) apelyasiya şiayəti təmin edilməmiş, Şəki Rаyоn Məhəkəməsinin 12 iyun 2023-cü il tаrixli, e-2(075)-58/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, işin müəyyən edilmiş hallarına görə iddiaçının sağlamlığının pozulması, onun mütəmadi olaraq digər şəxslərin köməyinə ehtiyacının olması cavabdehlərin təqsirli hərəkətləri nəticəsində əmələ gəlmişdir ki, onlar iddiaçıya vurduqları zərərin əvəzini ödəməyə borcludurlar. Ona görə də, iddiaçı onun amputasiya olunmuş ayağına qoyulmuş, artıq istifadəsi mümkün olmayan və yenisi ilə əvəz olunan protezin dəyərini zərər vuranlardan tələb etməkdə haqlıdır.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırmaqda davam edərək daha sonra bildirmişdir ki, işdə olan Şəki Rayon Məhkəməsinin 25 fevral 2015-ci il tarixli, 2(075)156/2015 saylı qətnaməsi 26 fevral 2015-ci il tarixdə, 10 senyabr 2018-ci il tarixli, 2(075)2790/2018 saylı qətnaməsi isə 11 oktyabr 2018-ci il tarixdə qanuni qüvvə sini almışdır. Həmin qətnamələr üzrə İddiaçı Əhmədiyyə qızı və cavabdehlər isə məhz Cavabdeh1 və X7 olmuşlar və qətnamələrə əsasən cavabdehlərdən iddiaçıya vurulmuş ziyana görə sonuncunun xeyrinə müvafiq məbləğlərdə müştərək qaydada pul vəsaitinin tutulması qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 25 fevral 2015-ci il tarixli, 2(075)-156/2015 saylı qətnaməsində baş vermiş hadisə ilə bağlı zərərin Cavabdeh1 da tutulmasının mümkünlüyü araşdırılaraq müəyyən edilmişdir ki, Cavabdeh1 yüksək təhlükə mənbəyi sayılan avtomobilinin digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində iradəsinə zidd olaraq onun sahibliyindən çıxdığını sübut edə bilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, delikt nəticəsində İddiaçı Əhmədiyyə qızına dəymiş maddi zərərin əvəzi cavabdehlər X4 və Cavabdeh1 müştərə k qaydada alınaraq İddiaçı Əhmədiyyə qızına verilməlidir.
19. Məhkəmə kollegiyası MPM-nin 82.2 və 82.3-cü maddələrində müəyyən olunmuş preyudisiallıq tələbindən çıxış edərək bildirmişdir ki, Cavabdeh1 hazırkı iddia tələbinə cavab verməli şəxs olduğundan tələb eyni zamanda ona yönəldilmişdir.
20. Məhkəmə mövqeyini Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1-ci, MülkiProsessual Məcəllənin 39 və 233.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri e) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı Əhmədiyyə qızı kassasiya şikayətinə qarşı etiraz verərək, onun rədd edilməsi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
26. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
28. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
29. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
30. Maddə 11 08.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
31. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halları na uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxl amaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı işdə qətnamə yalnız Cavabdeh1 aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
42. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, kassasiya şikayətinin bəzi dəlilləri apelyasiya şikayətinin dəlilləri eyni məzmundadır. Bu dəlillər apelyasiya instansiyası məhkəməsi tərəfindən işin halları təhlil olunmaqla qiymətləndirilmişdir. Məhkəmə xüsusi ilə baş vermiş hadisəyə görə zərərin ödənilməsi üçün Cavabdeh1 cavabdehliyini araşdıraraq, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə onun məsuliyyəti müəyyən edildiyinə görə MPM-nin 82-ci maddəsinə əsasən ona qarşı iddianın təmin olunmasını mümkün saymışdır. Buna görə də apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
43. Bununla belə, məhkəmə kollegiyası delikt üzrə məsuliyyətin hüquqi təbiəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. 44. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında ifadə olunmuş hüq uqi mövqelərə görə, istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir.
45. Qanunvericilikdə nəzərdə tutulmuş təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir (bu qərarın 29 və 30-cu paraqrafları).
46. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyad an istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir.
47. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzə rdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.
48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
49. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1041/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.