Məhkəmə qərarları › İş №2(102)-4222/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4222/2023

28.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4222/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən əmələ gələn zərər tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-743/2023 saylı, 24 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı MMC-nin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etd i. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən işçi Cavabdeh əmək münasibətləri prosesində işəgötürən tərəfindən ona istifadəyə verilmiş, həvalə/təhkim olunmuş işəgötürənə məxsus əmlakın (avadanlığın) və maddi sərvətlərin salamatlığının təmin olunması üçün öz üzərinə bu müqavilədə nəzərdə tutulmuş öhdəliklər götürmüşdür.

2. Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişinə əsasən Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir.

3. Cavabdeh təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhviltəslim edilməsinə dair Aktla xx.xx.2021-ci il tarixli, 16826,40 manat borc qalığı müəyyən edilmişdir. Yoxlama dövrü 09.09-xx.xx.2021-ci il tarixləri əhatə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC (bundan sonra “iddiaçı” və ya “MMC”) 26 sentyabr 2022-ci ildə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh” və ya “işçi”) 11461,03 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin yarı hissəsinin əvəzi olaraq 100 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 01 may 2020-ci il tarixindən MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə cavabdehin fəaliyyəti yoxlanılarkən, cavabdehin MMC-yə məxsus məhsulların satışı nəticəsində əldə etdiyi 11461,03 manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh vurduğu 11461,03 manat məbləğində zərərin əvəzini MMC-yə ödəməmişdir.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 199 və Mülki Məcəllənin 445.2-ci maddələrinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək göstərib ki, mübahisələndirilən pul məbləğini o, mənimsəməmişdir. Həmin məbləğ geri qayıtmalı olan malların və müştərilərin ona verməli olduğu pullardır. Çünki o, işlədiyi müddətdə bir neçə mağaza öz fəaliyyətini dayandırmış və həmin mağazalar etməli olduğu ödənişləri etməmişlər, həmin ödənişlərin həyata keçirilməsi onun öhdəsində qalmışdır. Bundan əlavə, MMC tərəfindən 81 dükandan 40 günü keçmiş məhsullar götürülmədiyinə görə həmin malların dəyərinin ödənilməsi öhdəliyi onun üzərində qalmışdır.

8. Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(060)-6597/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Almaz Süleymanova)

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən sonuncu MMC-də satış üzrə nümayəndə vəzifəsinə qəbul olunmuşdur. Müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsi zamanı, cavabdehin xx.xx.2021-ci il tarixdə MMC-yə zərər vurulduğu aşkar olunmuşdur. İddiaçı dəymiş zərərin cavabdehin öz vəzifə funksiyalarını pozması nəticəsində yaranmasına istinad edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

10. Birinci instansiya mə hkəməsi Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsində nəzərdə tutulan iddia müddətlərinə istinadən göstərmişdir ki, cavabdehin hərəkətləri nəticəsində ziyan vurulması iddia edilən hüquq pozuntusu xx.xx.2021-ci il tarixdə keçirilən müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsi nəticəsində aşkar edilmiş və həmin tarixdən iddiaçı hüquqlarının pozulduğunu bilmişdir. İddiaçı iddia ilə 26 sentyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçının subyektiv hüququnun qüvvədə olma müddəti keçmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Əmək Məcəllənin 296-cı maddəsinin 5-ci hissəsində nəzərdə tutulan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətin ə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsi, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlilləri belə olmuşdur: - birinci instansiya məhkəməsi qətnaməsində Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə istinad edərək qətnamədə yazıb: “İşin hallarından göründüyü kimi cavabdehin hərəkətləri nəticəsində ziyan vurulması iddia edilən hüquq pozuntusu xx.xx.2021-ci il tar ixdə keçirilən müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil təslim edilməsi nəticəsində aşkar edilmiş və həmin tarixdən iddiaçı hüquqlarının pozulduğunu bilmişdir. Mülki iş materiallarından görünür ki, iddiaçı araşdırılan iddia ilə 26 sentyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin şərh olunan normalarına istinadən hesab edir ki, iddiaçının subyektiv hüququnun qüvvədə olma müddəti keçmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Əmək Məcəllənin 296.5-ci maddəsində nəzərdə tutulan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur”. - yuxarıda qeyd olunan əsaslanma hüquqa uyğun deyil. Əvvəla, məhkəmənin qətnamədə qey d etdiyi məsələ məhkəmə iclasında tərəflərin iştirakı ilə müzakirə olunmamış, iddiaçının nümayəndəsindən müddətin ötürülüb-ötürülməməsi məsələsinə aydınlıq gətirməsi tələb olunmamışdır; - ikincisi isə, hazırki iş üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülməyib. İş materiallarından da göründüyü kimi, cavabdehin öz əmək funksiyalarının icrası ilə bağlı MMC-yə maddi ziyan vurduğu xx.xx.2021-ci il tarixdə keçirilən müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsi nəticəsində aşkar olunmuşdur. Yəni, iddia müddətinin axımı xx.xx.2021-ci il tarixindən başlamışdır; - məlum olduğu kimi, tərəflər arasında mövcud olan mübahisə əmək münasibətlərindən yarandığına görə, məhkəməyə müraciət olunmazdan öncə mübahisənin mediasiya vasitəsilə həll edilməsi məcburidir. Əmək Məcəlləsin in 294.5-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Qanunun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Qanunla müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur”. İddiaçı da öz növbəsində qanunvericiliyin tələblərinə uyğun olaraq, xx.xx.2022-ci il tarixində cavabdehə “mediasiya prosesinin tətbiqi barədə” təklif göndərmiş, daha sonra, Mediasiya Şurasına mediatorun təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli məktubla müraciət etmişdir. Təyin edilmiş mediator Ramil Qasımzadə tərəfindən mediasiya sessiyasına başlanmış və bu məqsədlə xx.xx.2022-ci il tarixdən etibarən müxtəlif vaxtlara ilkin mediasiya sessiyası təyin edilmişdir. Tə yin edilmiş sessiya iclaslarında MMC-nin nümayəndəsi iştirak etsə də, cavabdeh iclaslara gəlməmişdir. Nəticədə mediator Ramil Qasımzadə tərəfindən “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli arayış verilmişdir; - Əmək Məcəlləsinin 296.7-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Qanunla müəyyən edilir”. “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur”. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən, “Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanu nun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığından başlanmış sayılır”. Göründüyü kimi, iddiaçının hazırki iş üzrə cavabdehə qarşı iddia qaldırması üçün qanunda nəzərdə tutulmuş 1 illik iddia müddətinin axımı xx.xx.2021-ci ildə başlamış, cavabdehə “mediasiya prosesinin tətbiqi barədə” Təklif göndərildiyi xx.xx.2022-ci il tarixində iddia müddətinin axımı dayandırılmışdır. İddia müddətinin axımı iddia müddətinin bitməsinə 2 ay 28 gün qalmış dayandırılmışdır. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış xx.xx.2022-ci il tarixində verilmiş və arayış verildikdən cəmi 10 gün sonra, yəni xx.x x.2022ciil tarixində MMC iddia ərizəsi cavabdehə qarşı məhkəməyə müraciət etmişdir. MMC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün qanunda nəzərdə tutulmuş iddia müddətinin bitməsinə hələ 2 ay 18 gün qalmış məhkəməyə müraciət etmiş və bununla da, iddia müddətini ötürməmişdir; - işə baxan birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normalarına istinad etməli olduğu halda, bunu etməmişdir. Halbuki, həmin maddi hüquq normalarının hazırki mübahisəyə tətbiqi zəruri olmuşdur və iddia müddətinin ötürülüb-ötürülməməsi yalnız bu və digər maddi hüquq normalarının tətbiqi vasitəsilə müəyyənləşdirilə bilərdi.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-743/2023 saylı, 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Sumqay ıt Şəhər Məhkəməsinin 2(060)-6597/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova, Səyyad Qafari)

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən iddia tələbinin mahiyyətinə və ifadə tərzinə görə tələb işçi ilə işəgötürən arasında yaranmış mübahisədən irəli gəlir.

18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin müddətin keçməsi əsası ilə iddianın rədd edilməli olması barədə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, mülki qanunvericilik iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizəsi əsasında tətbiq edilməsini nəzərdə tutmuşdur. Lakin iş materiallarında cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verildiyi müəyyən edilmir. Bu səbəbdən birinci instansiya məhkəməsi işə baxan zaman maddi hüquq normasının tələbini pozmaqla əsassız qətnamə qəbul etmişdir.

19. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, apellyasiya icraatı zamanı işə baxılan zaman yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırmaqla yanaşı, həmçinin iddia tələbinin həllinin məhz sübutetmə ilə əlaqəli olmasına xüsusi diqqət yetirilməlidir.

20. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədən kənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurma q yolu ilə yaranır. Qanunvericiliyin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqa zidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır.

21. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Hazırki iddia tələbinin həlli də məhz sübutetmə ilə əlaqəli olmuş, lakin birinci instansiya məhkəməsi bununla bağlı maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir.

22. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabd eh 01 may 2020-ci il tarixindən MMC-də satış nümayəndəsi vəzifəsində çalışmış, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə cavabdehin fəaliyyəti yoxlanılarkən, onun MMC-yə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 11461,03 manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur.

23. Apellyasiya instansiya məhkəməsi vurğulamışdır ki, apellyasiya icraatı zamanı mühasibatlıq ekspertizası təyin edilsə də, ekspert qoyulmuş sualların cavablandırılması məqsədilə vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə əhəmiyyət kəsb edən sənədlərin, o cümlədən cavabdehin işlədiyi dövr ərzində təhvil aldığı, təhvil verdiyi mallar barəsində təhvil-təslim aktları, hesab fakturalar, qaimələr, kassa mədaxil və s. mühasibatlıq sənədlərinin, mağazala r tərəfindən MMC-yə aparılmış ödənişlər barədə ödəniş sənədləri, həmçinin təftiş dövründə MMC-nin xəzinəsinə aparılan ödənişlər barədə sənədlərin, mağazalara verilmiş mallardan vaxtı keçmiş məhsulların geri qaytarılması barədə mühasibatlıq sənədlərinin, təftiş dövründə qaytarılan mallar barədə mühasibatlıq sənədlərinin və s. ekspertiza tədqiqatına təqdim edilməsini zəruri hesab etmiş, həmin sənədlər iddiaçıdan tələb edilmiş, lakin iddiaçı susqunluq nümayiş etdirməklə həmin sənədlərin təqdim edilməsindən yayınmış, bu səbəblərdən də ekspertizaların keçirilməsi mümkün olmamışdır. Apellyasiya baxışında da bu məsələyə aydınlıq gətirilməsi tələb olunduqda iddiaçı tərəfin nümayəndəsi həmin sənədlərin arxivdə olmadığını, sənədlərin çoxluğu səbəbindən məhv edildiyini, gah da vəsatətin onlara yalnız elektron poçtuna daxil olduğunu və kağız daşıyıcı da təqdim edilmədiyini bildirməklə, bir-birini tamamlamayan ifadələr vermişdir. Halbuki qeyd olunan vəsatət və onun əsasında verilmiş məktub kağız daşıyıcı vasitəsi ilə də iddiaçıdan tələb olunmuş, sonunculara ünvanlanmış məktubu “Qarayeva” soyadlı şəxs rəsmən qəbul etmişdir.

24. Apellyasiya instansiya məhkəməsi iddiaçının zəruri tədqiqat predmetlərini ekspertə təqdim etməməsini Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən iddiaçının ziyanına şərh etmişdir.

25. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tərəf cavabdehdən 11.461,03 manat pul tələb edir. İddiaçının nümayəndəsinə həmin məbləğin yaranma əsası barədə sübut təqdim etmək təklif olunsa da, sonuncu yalnız təqdim olunmuş “akt”a istinad etmişdir. Bu səbəbdən də həmi n “akt” da, xüsusən də “kənarlaşma əskik” qrafasında qeyd olunmuş məbləğlər iddiaçının nümayəndəsinin iştirakı ilə riyazi qaydada hesablanmış, lakin həmin məbləğin 9850.05 manat olması müəyyən edilmişdir.

26. Göründüyü kimi iddiaçının tələb etdiyi məbləğ 11461.01 manat, özlərinin hesabladığı məbləğ 10915.49 manat, məhkəmə tərəfindən hesablandıqda isə 9850.05 manat təşkil etmişdir.

27. Bundan əlavə təqdim olunmuş “akt”a vizual qaydada baxış keçirdikdə müəyyən edilmişdir ki, aktda çoxsaylı qaralama və düzəlişlər mövcuddur ki, bu düzəlişlər sonradan tərəflərin imzası təsdiq edilməmiş, bu barədə aktda hər hansı qeyd aparılmamışdır. Əlavə olaraq düzəliş və qaralamaların hansı qaydada edilməsi, yəni cavabdehin imzasından əvvəl, yoxsa sonra edilməsini də müəyyən etmək mümkün deyildir. Qeyd olunan düzəlişlər barədə sorğu-sual edildikdə isə iddiaçı tərəfin nümayəndəsi bunun əsl səbəbini izah edə bilməmiş, sonda bu düzəlişlərin həllini, yəni nəzərə alınıb-alınmamasını məhkəmənin mülahizəsinə buraxmışdır.

28. Apellyasiya instansiya məhkəməsi xüsusi olaraq qeyd etmişdir ki, apellyasiya icraatı zamanı qanunvericiliyin verdiyi bütün mümkün vasitələrindən istifadə edilmiş, iş üzrə xüsusi bilik tələb olunan ekspertiza təyin edilmiş, hətta iddiaçının təqdim etdiyi “Akt” a yenidən nəzər keçirilmiş, hesablanma aparılmış, lakin sonda yenə də bir-birini tamamlamayan və özlüyündə şübhələr yaradan faktlarla rastlaşmışdır.

29. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə bu qəbildən olan işlərə baxılarkən məhkəmə mövcud olan hər bir şübhənin aradan qaldırılması üçün bütün mümkün vasitələrdən istifadə etməli, obyektiv həqiqətə nail olunması naminə işdə mövcud olan və müxtəlif prizmadan yanaşmaya yol verən sübutlara münasibətdə inam üçün əsas yaratmalıdır.

30. Apellyasiya instansiya məhkəməsi MPM-in 77.1-ci maddəsinə istinadən belə bir əsaslandırma aparıb ki, həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

31. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə ilə bağlayır. Başqa sözlə, h ansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzəri nə düşür. Lakin ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir.

32. Apellyasiya instansiya məhkəməsi qeyd edilənlərə əsasən belə qənaətə gəlmişdir ki, iddiaçı tələbini sübuta yetirə bilmədiyi üçün iddia tələbi təmin edilməməlidir.

33. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 191, 192, 199, 200, 203, 206, 294, 296-cı, Mülki Prosessual Məcəllənin 77.1, 97.5-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti belə əsaslandırılıb: - apellyasiya instansiyası məhkəməsi qətnamədə cavabdehin iddiaçıya vurduğu zərərin 9850.05 manat olduğunun müəyyən etdiyini göstərsə də, heç bir əsas göstərmədən iddianı tamamilə rədd etmişdir; - apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd edib: “Bundan əlavə təqdim olunmuş “akt”a vizual qaydada baxış keçirdikdə müəyyən edilmişdir ki, aktda çoxsaylı qaralama və düzəlişlər mövcuddur ki, bu düzəlişlər sonradan tərəflərin imzası təsdiq edilməmiş, bu barədə aktda hər hansı qeyd aparılmamışdır. Əlavə olaraq düzəliş və qaralamaların hansı qaydada edilməsi, yəni cavabdehin imzasından əvvəl, yoxsa sonra edilməsini də müəyyən etmək mümkün deyildir. Qeyd olunan düzəlişlər barədə sorğu-sual edildikdə isə iddiaçı tərəfin nümayəndəsi bunun əsl səbəbini izah edə bilməmiş, sonda bu düzəlişlərin həllini, yəni nəzərə alıb-almamasını məhkəmənin mülahizəsinə buraxmışdır. Göründüyü kimi apellyasiya icraatı zamanı qanunvericiliyin verdiyi bütün mümkün vasitələrindən istifadə edilmiş, iş üzrə xüsusi bilik tələb olunan ekspertiza təyin edilmiş, hətta iddiaçının təqdim etdiyi “Akt” a yenidən nəzər keçirilmiş, hesablanma aparılmış, lakin sonda yenə də bir-birini tamamlamayan və özlüyündə şübhələr yaradan faktlarla rastlaşmışdır”. Lakin apellyasiya instansiyası mə hkəməsi qeyd edilən şübhələrin və uyğunsuzluqların iddianın bütövlükdə rədd edilməsi üçün əsas olub-olmadığına aydınlıq gətirməmiş və həmin halları nəzərə almaqla iddianın bütövlükdə rədd edilməli olduğu qənaətinə gəlinməsini əsaslandırmamışdır. Halbuki, iş materiallarına əlavə edilmiş sənədlərlə cavabdehin MMC-yə zərər vurduğu tamamilə sübuta yetirilmişdir; - apellyasiya instansiyası məhkəməsi tələb edilən məbləğdə müəyyən fərqliliklər yarandığının müəyyənləşdiyini göstərilmiş, bunun səbəblərinin aydınlaşdırılması əvəzinə, iddianı bütövlükdə təmin etməməklə, işini bitmiş hesab etmişdir. Halbuki, iş materiallarında olan aktda göstərilən satış nöqtələri ilə bağlı ayrı-ayrılıqda qarşılıqlı borc üzrə üzləşmə aktı tərtib edilmiş, aktın tərtibatında cavabdeh iştirak etmiş və əskik gəlmə məblə ğlərini həmin aktlar üzrə də öz imzası ilə təsdiq etmişdir. Qeyd edilən qarşılıqlı borcla bağlı üzləşmə aktlarına baxış keçirilsəydi, iş materiallarında olan “Akt”da olan qaralamaların və düzəlişlərin səbəbləri aşkar olardı. Nəzərə alınmalıdır ki, həmin akt bir dəfə tərtib edilir və cavabdehin dislokasiyasına aid satış nöqtələrinə gedilməklə borclar cavabdehin iştirakı ilə üzləşdirilir. Bir akt əsasında yüzlərlə satış nöqtəsində üzləşmə keçirildiyi zaman müxtəlif texniki yanlışlıqlara yol verilməsi və bu yanlışlıqların düzəldilməsi normaldır və məhkəmə tərəfindən nəzərə alına bilərdi; - işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara və məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallara heç bir hüquqi qiymət verməmiş, qətnaməni yalnız öz mülahizələrinə uyğun əsasla ndırmağa çalışmaqla, iddiaçının hüquqlarını pozan qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 191, 1-ci hissə. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191, 2-ci hissə. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təq sirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192, 1-ci hissə. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Maddə 192, 2-ci hissə. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 199,1-ci hissə. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq i şçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Maddə 200, 1-ci hissə. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 203, 1-ci hissə. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyan ın həqiqi miqdarını araşdırır. Maddə 203, 2-ci hissə. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Maddə 294, 4-cü hissə. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Maddə 296, 5-cü hissə. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, o na maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xə rcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərin dən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normaları nın pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qət naməsi tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

42. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.

43. İddia tələbi əmək münasibətləri çərçivəsində cavabdehin iddiaçıya vurduğu zərərin ödənilməsi barədədir.

44. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, iddiaçı istinad etdiyi halları, yəni cavabdehin əmək münasibətləri çərçivəsində MMC-yə ziyan vurmasını sübut edə bilməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğu n olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.

45. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

46. Həmçinin işdən görünür ki, apellyasiya baxışında mühasibatlıq ekspertizası təyin edilsə də, ekspert qoyulmuş sualların cavablandırılması məqsədilə vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə əhəmiyyət kəsb edən sənədlərin, o cümlədən cavabdehin işlədiyi dövr ərzində təhvil aldığı, təhvil verdiyi mallar barəsində təhvil-təslim aktları, hesab fakturalar, qaimələr, kassa mədaxil və s. mühasibatlıq sənədlə rinin, mağazalar tərəfindən MMC-yə aparılmış ödənişlər barədə ödəniş sənədləri, həmçinin təftiş dövründə MMC-nin xəzinəsinə aparılan ödənişlər barədə sənədlərin, mağazalara verilmiş mallardan vaxtı keçmiş məhsulların geri qaytarılması barədə mühasibatlıq sənədlərinin, təftiş dövründə qaytarılan mallar barədə mühasibatlıq sənədlərinin və s. ekspertiza tədqiqatına təqdim edilməsini zəruri hesab etmiş, həmin sənədlər apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıdan tələb edilmiş, lakin iddiaçı həmin sənədlərin təqdim edilməsindən yayınmış, bu səbəblərdən də ekspertizaların keçirilməsi mümkün olmamışdır. Apellyasiya baxışında isə MMC-nin nümayəndəsi həmin sənədlərin arxivdə olmadığını, sənədlərin çoxluğu səbəbindən məhv edildiyini, gah da vəsatətin onların yalnız elektron poçtuna daxil olduğunu və kağız daşıyıcı da təqdim edilmədiyini bildirməklə, bir-birini tamamlamayan ifadələr vermişdir.

47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iddiaçının zəruri tədqiqat predmetlərini ekspertə təqdim etməməsini iddiaçının ziyanına şərh edilməli olması barədə gəldiyi nəticəni Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə uyğun olaraq əsaslı hesab edir.

46. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 19-33-cü bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır.

47. Mə hkəmə kollegiyası iddiaçının təqdim edilmiş Aktla cavabdehin MMC-yə zərər nəticəsində borclanmasının təsdiq edilməsi barədə kassasiya şikayətinin dəlilini əsassız sayır. Belə ki, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi məhz həmin akta MPM-in 88-ci maddəsinə uyğun qiymət verməklə (bax:2528-ci bəndlər) iddianın rədd edilməsi nəticəsinə gəlmişdir.

48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənləri, MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(10 5)-743/2023 saylı, 24 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar