Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4225/2022 22.07.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-3816/2021 nömrəli 26 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: Cavabdeh (Vəkil) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)3816/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli qətnaməsindən 06 iyun 2022-ci il tarixdə kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş et mişdir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, Mülki Prosessual Məcəllənin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Kassasiya şikayətindən görünür ki, cavabdeh kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 3 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Kassasiya şikayətində ümumi şəkildə Mülki Məcəllənin 220.6, 324.1, 324.5 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 385.1.1, 385.1.2-ci maddələrinin dispozisiyası qeyd edilib, daha sonra işin halları sadalanıb, qeyd edilən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması şərh edilməyib, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl olunmayıb. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Qeyd edilən kassasiya şikayəti isə bu tələblərə cavab vermir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa cavabdeh 26 noyabr 2021-ci il ta rixli qətnamədən kassasiya şikayəti vermək üçün 27 aprel 2022-ci tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmiş, apellyasiya instansiyası məhkəməsi 29 aprel 2022-ci il tarixli qərardadla cavabdehə dövlət büdcəsi hesabına vəkil təyin etmiş, kassasiya şikayəti 06 iyun 2022-ci ildə təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətinə verilə bilər. Mülki Prosessual Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Göründü yü kimi, cavabdeh kassasiya şikayətini 2 aylıq müddət ərzində verməmiş, müddətin bərpası ilə bağlı müraciət etməmiş, apellyasiya məhkəməsi də müddətin ötübötməməsinə qiymət verməmişdir. Nəticədə kassasiya şikayəti prosessual müddətlə bağlı məsələyə aydınlıq gətirilmədən kassasiya instansiyasına göndərilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. MPM-in 408.5-ci maddəsinə görə bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassas iya şikayəti ilə müraciət edə bilər. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-3816/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-4225/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-4225/2022
22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver