Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4226/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, cavabdeh Borclu vəkili X1 iştirakı ilə, İddiaçı Kreditor ASC-nin cavabdeh Borclu qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh Borclu verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabde h Borclu Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Kreditor ASC cavabdeh Borclu qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Həsənov, iş № 2(010)-114/2019) iddia qismən təmin olunmuş, cavabdeh Borclu 18653 (on səkkiz min altı yüz əlli üç) ABŞ dollar əsas borc, 15334 (on beş min üç yüz otuz dörd) ABŞ dollar faiz borcu, 500 (beş yüz) ABŞ dollar cərimə olmaqla, cəmi 34487 (otuz dörd min dörd yüz səksən yedd i) ABŞ dollar (qətnamə icra olunan tarixə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəyə əsasən) pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Kreditor ASC-nin xeyrinə ödənilməsi, tutmanın Kreditor ASC ilə cavabdeh Borclu arasında bağlanan xx xxxxxx 2015-ci il tarixli EK/001/İ saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Borclu adına daşınmaz əmlakın dövlət reyestrində 1496 nömrəli reyestr kitabının 136532 nömrəli vərəqində qeydiyyata alınmış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İlqar Məmmədov küçəsi, 10 nömrəli binada yerləşən 61.33 kv.m. ümumi sahədən, 28.5 kv.m yaşayış sahədən, 32.83 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 20 nömrəli mənzilinə yönəldilməsi və həmin mənzilin ilkin satış qiymətinin 34.000 (otuz dörd min) manat olmaqla açı q hərracdan satılması, həmin mənzilin satışından əldə edilmiş vəsaitin cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməsi və mənzil ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından iddiaçıya olan borc ödənildikdən sonra mənzil üzrə artıq qalan məbləğ müvafiq qaydada Borclu verilməsi, keçirilmiş məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyəri 150 manat pulun cavabdeh Borclu tutularaq dövlət nəfinə keçirilməsi, ipoteka predmetinin dəyərinin müəyyən edilməsi üçün keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat pulun iddiaçı Kreditor ASC-dən və cavabdeh Borclu müştərək qaydada tutularaq «xxxxxxxx» MMC-nin xeyrinə keçirilməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tar ixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Əliyev və F.Talışinski, iş № 2(103)14505/2019) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(010)-114/2019 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində qismən ləğv olunmuş, iddianın həmin hissədə qismən təmin olunması, cavabdeh Borclu iddiaçı Kreditor ASCnin xeyrinə tutulmalı olan faiz borcunun məbləğinin 13972,04 (on üç min doqquz yüz yetmiş iki ABŞ dolları 4 sent) ABŞ dolları müəyyən edilməsi qət edilmiş, qətnamə apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Borclu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhk əməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh Borclu vəkili X2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməs ini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında müvafiq kredit və ipoteka müqavilələrinin bağlanması, cavabdehə illik 22 % olmaqla 48 ay müddətinə 20500 ABŞ dolları məbləğində kredit verilməsi, kreditin təminatı olaraq cavabdeh ə məxsus daşınmaz əmlakın (Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İlqar Məmmədov küçəsi, 10 nömrəli binada yerləşən 61.33 kv.m. ümumi sahədən, 28.5 kv.m yaşayış sahədən, 32.83 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 20 nömrəli mənzili) bank qarşısında ipoteka ilə yüklü edilməsi, öhdəliklərin cavabdeh tərəfindən lazımınca icra olunmaması işin mübahisəsiz halıdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 17680 saylı ekspertiza rəyinə görə, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, cavabdehin xx xxxxxx 2018-cı il tarixə (maliyyə arayışında göstərilən tarixə) banka olan borcu 28832,88 ABŞ dolları məbləğində (əsas borc üzrə 19558,03 ABŞ dolları, faiz borcu üzrə 9274,85 ABŞ dolları), xx xxxx 2019-cu il tarixə (ekspertiza tədqiqatının ap arıldığı tarixə) banka olan borcu 34892,61 ABŞ dolları məbləğində (əsas borc üzrə 19558,03 ABŞ dolları, faiz borcu üzrə 15334,58 ABŞ dolları) təşkil etmişdir. Apelyasiya baxışı zamanı izahat vermiş ekspert Turan Həsənzadə göstərmişdir ki, cavabdehin kredit müqaviləsinin müddətinin bitdiyi xx xxxxxx 2019-ci il tarixdə faiz borcu 13972,04 ABŞ dolları təşkil etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 442-ci, “İpoteka haqqında” Qanunun 39.3.3, 33-cü maddələrini tətbiq etmişdir. Borclu kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğuna istinad etsə də, apelyasiya instansiya sı məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019 -cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh Borclu kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdeh Borclu kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4226/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4226/2020
11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver