Məhkəmə qərarları › İş №2(102)-4229/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4229/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4229/2021 20.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X2 Edilməsi Agentliyi” MMC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4229/21 (Açar sözlər: kredit borcu və borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsi, ekspert rəyləri, likvid qiyməti ) Bakı şəhəri, 20 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahvedizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı İddiaçı MMC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit borcu və borcun ipo teka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-637/2021 nömrəli, 23 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC və Cavabdeh kassasiya şikayətlərinə 20 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında 15 aprel 2013-cü il tarixdə 4889 saylı kredit müqaviləsinə əsasən sonuncuya avtomobil alınması məqsədi ilə 60 aylıq, illik 17 faizlə 63700 manat kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus "Toyota LC 200” markalı avtomobilin ipoteka ilə yüklü edilməsinə dair eyni tarixdə ipoteka müqaviləsi bağlanmışdır.

3. İpoteka müqaviləsi bağlanarkən cavabdehə məxsus olan “ Toyota LC-200 4.6” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil 75000 manat qiymətləndirilmişdir.

4. Tələb hüququ “Aqrarkredit“QSC-yə keçmişdir. 5. "xxxx" QSC ilə İddiaçı MMC arasında bağlanmış 16 sentyabr 2016-cı il tarixli Xidmət müqaviləsinə əsasən "xxxx" QSC-yə keçmiş tələb hüququnun idarə edilməsini MMC həyata keçirir. a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı MMC iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 31054.17 manat əsas, 3050.19 manat faiz borcu olmaqla, cəmi 34104.36 manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub “Aqrarkredit“ QSC-nin xeyrinə ödənilməsi, tələbin cavabdehin mülkiyyətində olan “Toyota LC 200” **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilər ək, avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin "xxxx" QSC-nin hesabına köçürülməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə yetərli olmadığı halda cavabdehə məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklara tutmanın yönəldilməsi və açıq hərracdan satılaraq satışdan əldə olunan vəsaitin "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbin dəyişməsi barədə ərizə təqdim edərək, digər tələblər yerində qalmaqla, satışdan əldə olunan vəsait borcun ödənilməsinə yetərli olmadığı halda çatmayan məbləğin Cavabdeh tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh bank qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Bank tərəfindən dəfələrlə cavabdehə şifahi formada və yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıq edilsə də, cavabdeh öhdəliklərini yerinə yetirməkdən yayınmışdır.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 269.1, 295, 296.1, 297, 385.1, 442, 448.1 və 739-cu maddələrinə istinad etmişdir.

10. Cavabdehin vəkili borcun yüksək hesablandığın göstərərək, məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsi 16 aprel 2019-cu il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir.

12. Məhkəmə Ekspertiza Mərkəzinin 27 noyabr 2019-cu il tarixli 21504 saylı rəyində göstərilib Cavabdeh 15.04.2018-ci il tarixədək (müqavilənin bitdiyi tarixə) ASC-yə olan əsas borcu 30463.15 manat, faiz borcu üzrə 9666.97 manat, 23.01.2018-ci il tarixədək (maliyyə arayışının verildiyi tarixə) ASC-yə olan əsas borcu 30463.15 manat, faiz borcu 8487.37 manat təşkil edir.

13. Cavabdehin vəkilinin ekspert rəyi ilə razı olmaması və təkrar ekspertiza təyin edilməsi barədə vəsatətinə əsasən birinci instansiya məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

14. Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2020-ci il tarixli 260 saylı ikinci rəyinə əsasən 15.04.2018-ci il tarixə ASC-yə cavabdehin əsas borcu 30463.15 manat, faiz borcu 9.666.97 manat, 23.01.2018-ci il tarixə əsas borcu 30463.15 manat, faiz borcu 8487.37 manat təşkil edir.

15. İddiaçının təqdim etdiyi maliyyə arayşına əsasən restrukturizasiya olunandan sonra cavabdehin əsas qalıq borcunun məbləği 26903,15 manat, faiz məbləği isə 3050,19 manat təşkil edir.

16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-77/2020 nömrəli, 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Mıkayıl oğlundan əsas borc üzrə 26.903.31 manat və faiz borcu üzrə 3.050.19 manat, cəmi 29.953,50 manat pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh Mıkayil oğlunun mülkiyyətində olan “Toyota LC 200” **-BM-*** dövlət qeydıyyat nışanlı qara rəngli, 2013 buraxılışlı avtomobilə yönəldilərək avtomobilin açıq hərracdan satılm ası və satışdan əldə edilən vəsaitin “Aqrarkredit" QSC-nin hesabına ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq qalmış pul vəsaitinin Cavabdeh Mıkayil oğluna qaytarılması, əks halda qalan borc məbləğinin ondan tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, iş üzrə aparılmış 345 manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Fərid Əyyubov)

17. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, "xxxx" ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında 15 aprel 2013-cü il tarixdə 4889 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC Cavabdeh avtomobil alınması məqsədi ilə 6370 0 manat məbləğində kredit verməyi, Cavabdeh isə 60 ay müddətində hər ayın 15-dən gec olmayaraq bərabər hissələrdə borcu ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh kredit müqaviləsinin təminatı qismində "Toyota LC 200” markalı avtomobilini ipoteka ilə yüklü edilməsinə dair müqavilə bağlamışdır.

18. Müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC-yə olan əsas borcu 26.903.31 manat və faiz borcu 3.050.19 manat təşkil edir. Çünki Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə əlaqədar Cavabdeh əsas borc məbləğinə 4.150.86 manat kompensasiya hesablanmışdır.

19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh əsas borc üzrə 26.903.31 manat və 3.050.19 manat faiz borcu, cəmi 29.953,50 manat pul vəsaiti tutulmalıdır. Cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, bu öhdəliyi lazımi qaydada icra etməmiş və bununla da iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizləri və digər məsrəflərlə birlikdə iddiaçıya ödəməlidir.

20. Birinci instansiya məhkəməsi qeyd edib ki, borclu əsas öhdəliyi icra etmədiyindən və ya lazımınca icra etmədiyindən, ipoteka saxlayan tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini də tələb edə bilər.

21. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 442, 445.1, 448.1, 449.1-ci, “İpoteka haqqında” Qanunun 33 və 34.1cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdeh apellyasiya şikayəti verib, iş üzrə mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin etməklə yeni qərar çıarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayətinin dəlilləri: - 4150.86 manat kompensasiyanın silinməsinə bank tərəfindən diqqət edilməmişdir; - girov əmlakın ilkin satış qiyməti müəyyən edilməmişdir; - ekspert xərci bölünməmiş, hamısı cavabdehdən tutulmuşdur.

24. Apellyasiya baxışında 20 oktyabr 2020-ci il tarixli qərardadla məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək, ipoteka predm eti olan avtomobilin bazar və likvid dəyəri barədə ekspert qarşısında sual qoyulmuşdur. 25. "xxxx" MMC-nin ekspert rəyinə əsasən ipoteka predmeti olan avtomobilin bazar dəyəri 74500 manat, likvid dəyəri 67000 manatdır.“

26. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-637/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-77/2020 saylı 11 iyun 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan “Toyota LC-200 4.6” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin likvid dəyəri 67.000 manat müəyyən edilmiş, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Xu mar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Fuad Babayev)

27. Apellyasiya instansiyası məhkəməsi iddanın əsas və faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və həmin hissədə apellyasiya şikayətini dəlillərini qəbul etməyərək göstərmişdir ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət edərkən ərizəsinə əlavə etdiyi və iddianın əsasını təşkil edən 11 iyun 2020-ci il tarixli maliyyə arayışına əsasən pul vəsaitinin tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehdən banka olan borcun məbləği maliyyə arayışına əsasən hesablanmışdır. Maliyyə arayışının mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edil məmişdir. Belə olan halda birinci instansiya məhkəməsi əsas kredit və faiz borcunu 11 iyun 2020-ci il tarixli maliyyə arayışında göstərilən məbləğdə nəzərə almaqda haqlı olmuşdur.

28. Apellyasiya instansiyası məhkəməsi tələbin ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə yönəldilməsi, həmin daşınar əmlakın açıq hərraca çıxarılması, satılması və əldə ediləcək vəsaitin banka olan borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilmiş vəsait kifayət etmədiyi təqdirdə borcun ümumi qaydada icra edilməli olması barədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına və qanunvericilik normalarına uyğun olaraq düzgün hesab etmişdir.

29. Bununla belə, apellyasiya məhkəməsinin mövqeyinə görə ipoteka predmetinin ilkin satış qiymətinin qətnamədə göstərilməməsi “İpoteka haqqında” Qan unun 39.3.3-cü maddəsinin tələblərinə uyğun olmamışdır.

30. Apellyasiya məhkəməsi ipoteka predmeti olan avtomobilin qiymətinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə ekspertizası təyin etmiş və həmin rəyə əsasən İpoteka predmeti olan “Toyota LC-200 4.6” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin likvid dəyərini 67000 manat müəyyən etmiş və onu da qeyd etmişdir ki, ipoteka predmetinin qiyməti ipoteka müqaviləsində yeni avtomobilin dəyəri kimi göstərilmişdir. Lakin avtomobil istismarda olduğundan həmin qiymət tədbiq edilə bilməz.

31. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edib ki, Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxs in vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessual hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Bundan başqa, apellyator tərəfindən birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş maliyyə arayışının mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil təqdim etməmişdir. Cavabdehin nümayəndəsinin vəsatəti əsasında birinci instansiya məhkəməsi tərəfindən 2 dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Belə olan halda ekspertiza xərclərinin bölünməsinə dair cavabdehin apellyasiya şikayətini n dəlilli əsassız hesab edilməlidir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı MMC ( Vəkil) kassasiya şikayəti verərək, qətnaməsinin ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində qismən ləğv edib, işi yenidən baxılmaq üçün apellyasiya instansiyasına göndərilməsinin xahiş etmişdir.

33. Kassasiya şikayətinin dəlilləri: - “Əmlak Ekspert Mərkəzi" MMC-nin ƏEM/D 47-736/20 saylı 25.12.2020-ci il tarixli ekspert rəyində ipoteka predmeti olan avtomobilin qiyməti real bazar qiymətlərinə uyğun deyil və avtomobil bazar qiymətindən yüksək məbləğdə müəyyən edilmişdir; - rəy tərtib edilərkən avtomobilə vizual baxış keçirilməmiş və analogiya tətbiq edilməmişdir. Həmçinin avtomobilin aşınma qiymət i nəzərə alınmadan rəy verilmişdir.

34. Cavabdeh da (vəkil X1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

35. Cavabdehin kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırlıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətlərinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin vəkili Vəkil kassassiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

38. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdeh və vəkili məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Qanunun Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə v ə ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.“ Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

40. Kassasiya şikayətlərinə əsasən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

43. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının kassasiya şikayəti üzrə qeyd edir ki, apellyasiya məhkəməsi ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin etmiş və ipoteka predmetinin likvid dəyərinin 67000 manat olmasını da sonuncu rəyə əsasən müəyyən etmişdir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə görə ipoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmeti nin satış (likvid) qiymətidir.

44. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymət vermişdir.

45. Bu baxımdan, məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiyməti hissəsində qətnaməni qanuni və əsaslı sayır.

46. Cavabdehin kassasiya şikayətinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətini dəlillərinə qiymət verilib. Apellyasiya məhkəməsi cavabdehin şikayəti əsasında iş üzrə qiymətləndirmə keçirmiş və ipoteka predmetinin ilkin satış qiymətini də həmin rəyə uyğun olaraq qətnamədə göstərmişdir.

47. İşdən görünür ki, apellyasiya məhkəməsi cavabdehin borcun məbləği ilə bağlı dəlil lərini də yoxlamış və qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş maliyyə arayışının mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər hansı dəlil təqdim etməmişdir.

48. Məhkəmə kollegiyası öz növbəsində vurğulayır ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar eks pertiza keçirilməsini şərtlətini müəyyən etmişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

50. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddia tələbi və cavabdehin apellyasiya şikayəti ilə bağlı apellyasiya məhkəməsinin hazırki qərarın 27-31-ci bəndlərində əks edilən mövqeyini işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı hesab edir.

51. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmə dən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X2 edilməsi Agentliyi MMC-nin və Cavabdeh oğlunun kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-637/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar