Məhkəmə qərarları › İş №2(102)-4230/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4230/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4230/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbinə dair) 04.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 2(104)-3983/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 04 0ktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldırara q, cavabdehdən 40.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəmkir Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim T.V.Musayev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, tərəflər arasında nisyə qızıl-zinət əşyalarının alqı-satqısına dair münasibətlər yaranıb və iddiaçı 2013-cü ilin may ayında həmin ilin iyul ayının əvvəlinə kimi ümumilikdə 40.000 manat dəyərində 1 kq çəkidə qızıl-zinət əşyalarını satmaq üçün cavabdehə verib. Bundan sonra, cavabdehin bacısı X harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakı üzərində sərəncam verməyə dair bacısı İddiaçı adına 15 fe vral 2014-cü il tarixli, sonuncu isə X adına 14 mart 2014-cü il tarixli etibarnamələr veriblər və borcun qarşılığında evin satın alınması iddiaçıya təklif edilib. Bu hal iddia ərizəsi, iddiaçının özünün izahatı ilə də təsdiq olunur. 15 mart 2014-cü il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X adından nümayəndə X 25 dekabr 2013-cü il tarixli Çıxarışa əsasən Şəmkir rayonu, X kəndində yerləşən 0,08 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 4 otaqlı, ümumi sahəsi 76,3 kv.metr olan fərdi yaşayış evini 5.000 manata iddiaçıya satıb. Sonradan, Şəmkir rayon məhkəməsinin 17 noyabr 2017-ci il tarixli qətnaməsi ilə X və X1 X və digərlərinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Çıxarışın ləğv edilməsi” barədə iddiası təmin ed ilərək, 15 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 27 mart 2014-cü il tarixli Çıxarışın ləğv edilməsi qət edilib. Göründüyü kimi, qızıl-zinəş əşyalarının nisyə alqısatqısı üzrə öhdəliyin icra müddəti 2013-cü ilin iyul ayının əvvəllərinə kimi müəyyən edilib. Həmçinin, iddiaçı 15 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iddia etdiyi pulun əvəzinə sözügedən evin ona satıldığını iddia ediyi və öz hüququnun pozulduğunu həmin vaxtdan bildiyi və bilməli olduğu halda, hazırki iddia ilə məhkəməyə 06 iyul 2021-ci il tarixdə müraciət etməklə, qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürüb. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 372.1, 373.2, 375.2-ci maddələrinin və digər maddi, pro sessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Q.Rzaquliyev sədrlik edən, məruzəçi, L.S.Süleymanov və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazır ki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 372.1, 372.2, 373.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.2-373.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan büt ün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi); Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zər urətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında nisyə qızıl-zinət əşyalarının alqı-satqısına dair münasibətlər yaranıb və iddiaçı 2013-cü ilin may ayında həmin ilin iyul ayının əvvəlinə kimi ümumilikdə 40. 000 manat dəyərində 1 kq çəkidə qızıl-zinət əşyalarını satmaq üçün cavabdehə verib. Bundan sonra, cavabdehin bacısı X harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakı üzərində sərəncam verməyə dair bacısı İddiaçı adına 15 fevral 2014-cü il tarixli, sonuncu isə X adına 14 mart 2014-cü il tarixli etibarnamələr veriblər və borcun qarşılığında evin satın alınması iddiaçıya təklif edilib. Bu hal iddia ərizəsi, iddiaçının özünün izahatı ilə də təsdiq olunur. 15 mart 2014-cü il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X adından nümayəndə AX 25 dekabr 2013-cü il tarixli Çıxarışa əsasən Şəmkir rayonu, X kəndində yerləşən 0,08 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 4 otaqlı, ümumi sahəsi 76,3 kv.metr olan fərdi ya şayış evini 5.000 manata iddiaçıya satıb. Sonradan, Şəmkir rayon məhkəməsinin 17 noyabr 2017-ci il tarixli qətnaməsi ilə X və X1 X və digərlərinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Çıxarışın ləğv edilməsi” barədə iddiası təmin edilərək, 15 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 27 mart 2014-cü il tarixli Çıxarışın ləğv edilməsi qət edilib. Göründüyü kimi, qızıl-zinəş əşyalarının nisyə alqı-satqısı üzrə öhdəliyin icra müddəti 2013-cü ilin iyul ayının əvvəllərinə kimi müəyyən edilib. Həmçinin, iddiaçı 15 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iddia etdiyi pulun əvəzinə sözügedən evin ona satıldığını iddia ediyi və öz hüququnun pozulduğunu həmin vaxtdan bildiyi və bilməli olduğu halda, hazırki iddia ilə məhkəməyə 06 iyul 2021-ci il tarixdə müraciət etməklə, qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürüb. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.2-373.4-cü maddələri). Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsasland ırma ilə razılaşır və hesab edir ki, iddiaçının qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürməsi mülki iş materialları ilə istisna edilmədiyindən, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Belə ki, “Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanması na kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Habelə, “Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun 03 iyun 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni mar aqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının üç illik iddia müddətini üzrlü səbəblərdən ötürməsi mülki iş materialları ilə istisna edildiyn dən, habelə onun hazırki iddia ilə məhkəməyə müraciət edənədək, cavabdehin hərəkətləri barədə ayrı-ayrı təşkilatlara, o cümlədən polisə, prokurorluğa müraciət etməsi, buraxılmış üç illik iddia müddətinin bərpa edilməsi üçün əsas ola bilməz. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddə lərinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 2(104)-3983/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar