Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4230/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş ziyanın ödənilməsi və torpaq sahəsinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-985/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Q uba arxiv şöbəsindən rəsmi alınan sorğuya əsasən İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətində 1995-ci ilə qədər Quba rayonu, Amsar kəndində 0,06 ha torpaq sahəsi olduğu göstərilir. Arxiv şöbəsi, həmçinin qeyd etmişdir ki, sonrakı dövrdəiddiaçıalqısatqı və ya başqa yolla torpaq sahəsi almamışdır.
2. Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına daxil olmuş müraciətlər əsasında aparılmış araşdırmaya əsasən iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi 0,11 ha olduğu halda onun mülkiyyətində olan torpaq sahəsinin sərhədlərindən kənara çıxaraq əlavə 0,04 ha torpaq sahəsini zəbt etməsi və ümumilikdə 0,15 ha torpaq sahəsindən istifadə etməklə yaxın qonşusunun gediş-gəliş yolunu məhdudlaşdırması müəyyən edilmişdir.
3. Quba rayonu, Amsar kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 147,9 kv.metr ticarət təyinatlı qeyri-yaşayış sahəsi Cavabdeh (bundan sonra – cavabdeh) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Amsar bələdiyyəsinin sədri Cavabdeh tərəfindən 7 il ərzində ona dəymiş ziyanın hesablanması və torpağı ilə bir yerdə ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun ulu babaları Nəcəfalı, Nəcəfalının oğlu Nəsir, Nəsirin oğlu Heybət onun ailə üzvləri oğlanları Nəsirov Qasım, Nəsirov Həşim, Nəsirov Nəcəf və Nəsirov Bircəbala, qızı Nəsirova Güləşər, Heybətin həya t yoldaşı X1 ilk sakinlərindən olmuş, həyətyanı torpaq kimi istifadə etdikləri 0,15 ha azacıq torpaq sahəsi nəsildən-nəslə ötürülərək gəlib ona çatmışdır. 1931-ci ildə kollektivləşmə dövrü həmin torpaq sahəsi toxunulmaz olaraq onun ailəsinə qalmışdır. O vaxtdan 85 il (2015-ci il) keçmişdir. Ailəsinin həyat şəraitinin yaxşılaşdırılması üçün bu torpaqdan səmərəli istifadə etmiş, bu torpaqda qarğıdalı, lobya və sairə bostan bitkiləri yetişdirərək dolanmışlar. Ailə üzvlərindən Nəsirov Qasım Heybət oğlu, Nəsirov Nəcəf və Nəsirov Bircəbala müharibədə döyüşlərdə həlak olmuşlar. 1962-ci ildə kolxoz sədri və kolxozun məsul işçiləri tərəfindən kənddə onların mülkiyyətində olan torpaq sahəsində mağaza tikilmiş, lakin 2015-ci ilə kimi mağaza sahibsiz qalmışdır. Onlar da öz mülkiyyətindən mağazanın arx asında qalan torpaq sahəsindən istifadə etmişlər və hər ildə olduğu kimi vergi ödəmişlər. 2015-ci il tarixdə Amsar bələdiyyəsinin sədri Cavabdeh onlara gələrək mağazanı özəlləşdirdiyini, mağazanın arxasında qalan 0,05 ha torpaq sahəsinin yardımçı təsərrüfat kimi ona (Cavabdeh) verilməsini bildirmiş və orada əkib-becərmə işləri aparmamasını demişdir. O, bununla bağlı Cavabdeh irad bildirmiş və 85 ildir ki, ailəsi tərəfindən həmin torpaq sahəsindən istifadə edildiyini və onlara məxsus olmasını qeyd etmişdir. Cavabdeh isə dinləməmiş və həmin gündən ərazidə, çəpərin diblərində əkdiyi 20-25 ədəd bar verən gavalı ağacı, 1 ədəd bar verən qoz ağacı və 3 ədəd gilas ağaclarını kəsərək ərazini mişar daşı ilə hasara almışdır. O, bələdiyyə sədri Cavabdeh özbaşınalığı haqqında RPŞ-nə məlumat vermiş, bir müddətdən sonra RPŞ-dən xx.xx.2015-ci il tarixdə ona Cavabdeh barəsində müvafiq tədbirlərin görülməsi haqqında müvafiq cavab verilmişdir. Həmin torpaq sahəsi onun və ailəsinin mülküdür, onlar 85 ildir ki, həmin torpaq sahəsindən istifadə edirlər. Uzun illər ərzində heç bir kənd idarə rəhbəri tərəfindən onun torpaq sahəsindən qeyri-qanuni istifadə etməsi barədə irad bildirilməmişdir. Cavabdeh saxta sənəd əldə edərək onun atababalarından miras qalmış 0,05 ha torpaq sahəsini xüsusi mülkiyyətinə keçirmişdir. Cavabdeh özbaşınalıq edərək ailəsinin 85 ildən artıq istifadə etdiyi 0,05 torpaq sahəsindən 20-25 ədəd bar verən qara gavalı, 3 ədəd gilas və 1 ədəd bar verən qoz ağaclarını kəsmiş və mülkü mişar daşı ilə hasara almış, özbaşınalıq edərək orada kafe-restoran tikmişdir. 7 ildir ki, onlara öz mülkündən istifadə etməyə qoymur.
6. Quba Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(027)-203/2023 saylı qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən edilmiş hallar əsasında belə qənaətə gəlmişdir ki, iddia ərizəsində Quba rayonu, Amsar bələdiyyəsinin sədri Cavabdeh zəbt olunmuş torpağın qaytarılması tələb olunsa da, məhkəmə araşdırması zamanı iddiaçının həmin əmlakın mülkiyyətçisi olmaması müəyyən edilmişdir. İddiaçı qeyd olunan əmlakın mülkiyyətçisi olmadığından, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik olmamış və iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1, 158.3, 178.1-ci maddə lərinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 115.0.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəllər ailəsinə məxsus olan torpaq sahəsini Azərbaycanda torpaq islahatı keçirilməmişdən qabaq istifadə etmiş və 2015-ci ilə qədər mübahisə predmeti olan torpaq sahəsinə heç bir etiraz olmadan sahiblik etmişdir. Həmin torpaq sahəsi 1931-ci ildən onun ailəsinin istifadəsində və sahibliyində olmuşdur. Artıq yüz ilə yaxın müddətdir ki, onlar heç bir mübahisə olmadan həmin torp aq sahəsinə sahiblik edirlər. Ancaq 2015-ci ildə cavabdeh həmin torpaq sahəsinin ətrafına çəpər çəkərək heç bir hüquqi sənədi olmadan onun həmin torpaq sahəsindən istifadə etməsini məhdudlaşdırmışdır. Bununla bağlı uzun müddət fərqli qurumlara müraciət etsə də araşdırmalar nəticə verməmiş və məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onun həmin torpaq sahəsindən istifadə etməyi kənddə yaşayan hər kəs tərəfindən bilinir. Amsar bələdiyyəsi özü də onun həmin torpaq sahəsinə sahiblik etdiyini bilir. O buna görə uzun illərdir ki, vergi ödənişi edir. Ancaq məhkəmə işə baxarkən onun ödədiyi ödənişlərlə bağlı heç bir araşdırma aparmamışdır. Məhkəmə cavabdehin bildirdiyi “iddiaçı 0.15 ha torpaq sahəsi üçün torpaq vergisi ödəmişdir, ancaq həmin torpaq sahəsi bəlli deyildir” izahatını əsas qəbul ed ərək heç bir əlavə sənəd tələb etmədən qətnamə qəbul etmişdir. Mövcud qanunvericiliyə əsasən bələdiyyədə torpaq vergi ödəyicisi kimi uçota düşmək üçün vergi obyekti olan torpaq sahəsinin sənədləri təqdim edilməlidir. Bələdiyyə özü onun uzun illər 0.15 ha torpaq sahəsi üçün torpaq vergisi ödənişi etdiyini qəbul edir. Ancaq onun ödəniş qəbzlərinin hansı torpaq sahəsinə aid olmasını bilmədiklərini iddia edirlər. Bu özlüyündə absurd yanaşmadır. Bu məlumatı bələdiyyə bilməyəcəksə onda kim biləcək?! Məhkəmə bu ziddiyyətli məqamı bilsə də bununla bağlı heç bir araşdırma aparmamış, əlavə sənədlər tələb etməmişdir. Bundan əlavə məhkəmə qətnamə qəbul edərkən cavabdehə məxsus 147,9 kv.m. sahəsi olan ticarət təyinatlı qeyri-yaşayış obyektinə dair çıxarışının olmasını əsas gətirmişdir. Onun iddiası isə həmin qeyri-yaşayış obyektinə dair deyil, həmin obyektin ətrafında olan torpaq sahəsinə aiddir. Ancaq məhkəmə qeyd edilən çıxarışa istinad edərək sanki, torpaq sahəsinin də cavabdehə aid olması təəssüratı yaratmışdır. Məhkəmə cavabdehdə mübahisə predmeti olan torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədin olmamasını bilsə də, bu hissədə də onun iddiasına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə həmin torpaq sahəsinin cavabdehə aid olmamasını müəyyən etsə də, qətnamədə cavabdehin mübahisə predmeti olan torpaq sahəsinə qanunsuz sahiblik etməsinə münasibət bildirməmişdir. Məhkəmə qətnaməsində müstəqil tələb irəli sürməsə də, oğlu X3 torpaq sahəsini zəbt etməsinə münasibət bildirmiş, ancaq cavabdehin qüvvədən düşmüş AR İXM 194.2-ci maddəsi ilə inzibati tənbeh edilməsini n əzərə almamış və əlavə araşdırma aparmamışdır. Bu araşdırma aparılsa idi, cavabdehin özünün mübahisə predmeti olan torpaq sahəsini zəbt etməsi ortaya çıxardı.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-985/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İlqar Dəmirov (sədrlik edən və məruzəçi) Fuad Məmmədov və Lalə Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Quba Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı, Quba rayonu, Amsar kəndində yerləşən 0,05 ha torpaq sahəsinin ona qaytarılmasını xahiş etsə də, həmin torpaq sahəsinin onun mülkiyyətində olması, həmin torpaq sahəsinə dair onun hər hansı hüququnun olması mülki iş material ları ilə təsdiq olunmur. Əksinə, məhkəmə kollegiyasının araşdırması əsasında müəyyən edilmişdir ki, Quba rayonu, Amsar kəndində yerləşən qeyri-yaşayış binasına dair xx.xx.2014-cü il tarixli Texniki Pasporta əsasən cavabdehin faktiki istifadəsində olan 0.0515 ha torpaq sahəsi dövlət mülkiyyətinə aiddir.
13. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.2-ci maddələrinə, habelə MPM-in 14.2, 76.1, 76.2, 77.1, 88, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayətinin dəlilləri iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmi ş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respu blikasının Torpaq Məcəlləsi
22. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
23. Maddə 111.1 Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.1. Məhkəmənin qətnam əsi qanuni və əsaslı olmalıdır.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki h allarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
34. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırkı işdə iddiaçı, Quba rayonu, Amsar kəndində yerləşən 0,05 ha torpaq sahəsinin ona qaytarılmasını xahiş etsə də, həmin torpaq sahəsinin onun mülkiyyətində olması, həmin torpaq sahəsinə dair onun hər hansı hüququnun olması mülki iş materialları ilə təsdiq olunmamışdır.
36. Əksinə, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, Quba rayonu, Amsar kəndində yerİəşən qeyri-yaşayış binasına dair xx.xx.2014-cü il tarixli Texniki Pasporta əsasən mübahisəli 0.0515 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla cavabdehin faktiki istifadəsindədir.
37. Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikay ətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etmədiyndən, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddələrin tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir.
38. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya ş ikayəti təmin edilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə kollegiyası q ə r a r a aldı İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 iyul 2023-cü il tarixli, 2(105)-985/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.