Məhkəmə qərarları › İş №2(102)-4232/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4232/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4232/2020 06.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: XXX Cavabdeh İddia tələbi: pul tələbi Açar sözlər: əsassız varlanma, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin və onun vəkili Vəkil2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-735/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları "XXX Bank” X5 (bundan sonra – Bank) ilə XXX Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2013-cü il tarixli, K0791 saylı kredit müqaviləsinə (bundan sonra – kredit müqaviləsi) əsasən cavabdeh 18 ay müddətinə Bankdan 50000 manat məbləğində kredit götürmüşdür. Bankla cavabdehin qayınanası X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, İ0443 saylı ipoteka müqaviləsinə əsasən kredit alan cavabdehin Bank qarşısında yuxarıda göstərilən pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə X2 məxsus əmlak – Bakı şəhəri, S.Vurğun küçəsi, ev 116, mənzil 30 bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçının qayını İddiaçı (bundan sonra – iddiaçı) kredit müqaviləsi üzrə Banka sonuncu ödəniş xx.xx.2014-cü il tarixdə olmaqla, cəmi 340 63 manat ödəniş etmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 34463 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında olan razılığa əsasən anasının mənzili satılmasın deyə və həm də cavabdeh onun bacısının həyat yoldaşı olduğu üçün kredit müqaviləsi üzrə borcun bir qismi onun tərəfindən ödənilmişdir. Cavabdeh ödədiyi pulların qaytarılmasını gecikdirmiş, lakin ödəyəciyini bildirmişdir. Bacısına görə cavabdehə vaxt vermişdir ki, ailəsində problemlər yaranmasın. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkə məsi) 2(012)-1992/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında müqavilə bağlanmamış, tərəflər qarşılıqlı olaraq hər hansı öhdəlik daşımamışlar. Belə bir müqavilə olmadığı üçün cavabdeh iddiaçı tərəfindən ödənildiyi iddia olunan pul məbləğləri ilə bağlı iddiaçı qarşısında hər hansı öhdəlik daşımır. Məhkəmə iddiaçının qəbzlərdən başqa hər hansı mötəbər sübut təqdim etmədiyini, iddiaçının qəbzlərdə qeyd olunan məbləğləri ödəməyə imkan verən hər hansı gəlirinin olmasını əsaslandıra bilmədiyini, həmçinin cavabdehin Bankla ikinci dəfə xx.xx.2014-xx.xx.2016-cı il tarixləri əhatə edən, kreditin məbləği 50000 manat olan yeni kredit müqaviləsi bağladığının və bu müqavi ləni heç bir gecikmə olmadan özünün tam şəkildə ödədiyini, bununla da cavabdehin gəlirləri vasitəsilə krediti ödəmək qabiliyyətinin olmasını qeyd edərək, iddianı təmin etməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-735/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Abbasov – sədrlik edən və məruzəçi, G.Tağızadə və L.Məmmədova) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 34063 manat pulun alınaraq iddiaç ıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə sübutetmə yükünü iddiaçının üzərinə qoymaqla səhvə yol vermişdir. Belə ki, iddiaçı cavabdehin əvəzindən Banka ödəniş etməsi barədə 11 ədəd qəbz təqdim etmiş, həmin qəbzlərdə pul ödəyənin iddiaçı, alanın cavabdeh olması və pulun kreditin ödənişi üçün ödənildiyi qeyd edilmişdir. Həmin qəbzlərin əsli iddiaçıda olmuş və iddiaçı tərəfindən də məhkəməyə təqdim edilmişdir. Buna görə də ödənilən pulların iddiaçıya məxsus olması prezumpsiyası vardır. Bunun əksini, yəni iddiaçının ödədiyi pulların ona deyil, cavabdehə məxsus olmasını sonuncu sübut etməlidir. Cavabdeh isə belə bir sübut t əqdim etməmiş, ödənilən pulların öz pulu olmasını bilirdisə də, bu xüsusatları hər hansı yazılı sübutla təsdiq edə bilməmişdir. Məhkəmə Mülki Məcəllənin 431.1-ci, 1091-ci və 1092.1-ci maddələrinə əsasən belə nəticəyə gəlir ki, cavabdeh iddiaçının onun əvəzindən banka ödədiyi 34063 manat məbləğ həddində əsassız varlanmışdır. İddiaçı 34463 manat tələb etsə də, təqdim edilən qəbzlərlə 34063 manat pulun cavabdehin əvəzindən ödənilməsi təsdiq edildiyi üçün qətnamə ləğv edilməli, iddia qismən təmin olunmalı, cavabdehdən 34063 manat pul alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv edilməsini və işin yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarını tam, hərtərəfli, obyektiv araşdırmamışdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirdilər və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirdi və apelyasiya instan siyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzə yeganə cavabdeh olan kassator qətnamənin tam ləğvini xahiş etdiyi üçün ape lyasiya instansiyası məhkəməsinin aktı yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, cavabdeh iddiaçının xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2014-cü il tarixdə olmaqla, cəmi 34063 manat ödəniş etmişdir. İddiaçı hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Apelyasiya instansiyası məhkəməsi iddianı həmin hissədə təmin olunmasını Mülki Məcəllənin əsassız varlanma hüquq münasibətlərini tənzimləyən 1091.1 və 1092.1 maddələrinə istinadla əsaslandırmış və cavabdehin iddiaçının həmin məbləğdə əmlakı hesabına əsassız varlandığı qənaətinə gəlmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi mübahisəyə Mülki Məcəllənin tətbiq edilməli olan 1095-ci m addəsini tətbiq etməmişdir. Həmin maddəyə müvafiq olaraq əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Nəzərə alınmalıdır ki, istinad olunan normada əsassız varlanma obyektinin qaytarılması üçün müəyyən edilmiş müddət kəsici müddətdir və tərəfin bununla bağlı ərizə verib-verməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilməlidir. MPM-in 418.1-ci maddəsinə əsasən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Ona görə də hazırkı iş üzrə kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qə tnaməsi ləğv edilməli və mülki iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXX Cavabdeh kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-735/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar