Məhkəmə qərarları › İş №2(102)-4234/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4234/2020

09.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4234/2020 09.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Qasımov Salman Elman oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-759/2020 saylı, 30 yanvar 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə icl asında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli, 2(060)-9524/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim C.B.Məmmədov) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddiası qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2882/2009 saylı, 30 sentyabr 2009-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 140 manat olmaqla, ümumilikdə 280 manat sabit pul məbləğində alimentin tutulub 17.12.2007-ci il təvəllüldlü X6 və 06.12.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəm əsinin Mülki Kollegiyasının 2(105)-759/2020 saylı, 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və A.Ə.Abbasov) Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli, 2(060)-9524/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2882/2009 saylı, 30 sentyabr 2009-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, cavabdehdən hər ay bir uşaq üçün 160 manat olmaqla, ümumilikdə iki uşağa görə 320 manat sabit pul məbləğində alimentin tutulub, birgə nikahlarından olan 17.12.2007-ci il təvəllüdlü X6 və 06.12.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək sa xlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, o, 05.04.2007-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 17.12.2007-ci il tarixdə X11 və 06.12.2008-ci il tarixdə X7 anadan olmuşlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2882/2009 saylı, 30 sentyabr 2009-cu il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan 17.12.2007-ci il təvəllüdlü X6 və 06.12.2008-ci il təvəllüdlü X3 onun yanında qalmasının müəyyən olunması və birgə nikahlarından olan 17.12.2007-ci il təvəllüdlü X6 və 06.12.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 70 manat olmaqla, ümumilikdə iki uşağa görə 140 manat sabit pul məbləğin də aliment və 30 manat maddi yardımın tutulub ona verilməsi qət edilmişdir. O, 140 manat məbləğində alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Valideynlərinin köməyi ilə uşaqlarını çətinliklə saxlayır. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə tələbatları da günü-gündən artır. Uşaqların mənafeyi, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2019-cu ildə respublikada uşaqlar üçün yaşayış minimumunun 160 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Həmçinin uşaqların 3 yaşları tamam olduğundan 30 manat məbləğində maddi yardımın verilməsi dayandırılmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavab deh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili Musayev Elnur Arif oğlu kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası iddiaçının mənafeyini müdafiə etmiş, cavabdehin hazırkı vəziyyətini nəzərə almamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Qasımov Salman Elman oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı, vəkili və nümayəndəsi Qasımov Salman Elman oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktl ar əsasında düzgün tətbiq olunub- olunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan: -şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X11 17.12.2007-ci il tarixdə və X7 06.12.2008-ci il tarixdə anadan olmuşlar. -Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2009-cu il tarixli, 2(060)-2882/2009 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X5 qarşı nikah qeydinin ləğv edilməsi və uşaqların onun himayəsində qalması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh ilə Nəcəfova (qızlıq soyadı Başaratova) Naidə Nizami qızı arasında 05 aprel 2007-ci il tarixdə Sumqayıt şəhəri VVAQ şöbəs ində 281 nömrə ilə qeydə alınmış nikahın pozulması, 17.12.2007-ci il təvəllüldlü X6 və 06.12.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər X4 yanında qalmaları, 17.12.2007-ci il təvəllüldlü X6 və 06.12.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 25 avqust 2009cu il tarixdən başlayaraq hər ay Cavabdeh bir uşağa görə 70 manat olmaqla, iki uşaq üçün 140 manat sabit pul məbləğində alimentin və 30 manat maddi yardımın X4 xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. -nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikahın pozulması 28 iyun 2016-cı il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində 248 nömrə ilə qeydə alınmışdır. -nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 11 mart 2015-ci ildə nikahlarını bağlamışlar. -doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə X1 nikahından 11 noyabr 2015-ci il tarixdə X8 və 01 yanvar 2019-cu il tarixdə X10 anadan olmuşlar. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 35 saylı Tibbi Sosial Ekspert Komissiyasının elektron informasiya sisteminin məlumatının surətindən görünür ki, Cavabdeh psixopatiya oyanıqlı tip, teztez baş verən hərəki oyanmalarla diaqnozu ilə İİ dərəcəli əlildir, əmək qabiliyyəti məhduddur. -Salyan rayon İHB-nın Şorsulu kənd İƏD üzrə nümayəndəliyinin 1505 saylı, 25 noyabr 2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh heç bir yerdə işləmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa ha llarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Qanunun: -13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. -19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fizik i, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən ol unmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçı alimentin miqdarının artırılması barədə iddia tələbi irəli sürməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsin in qətnaməsi qanuni və əsaslıdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2009-cu il tarixli, 2(060)2882/2009 saylı qətnaməsi ilə Cavabdeh ilə Nəcəfova (qızlıq soyadı Başaratova) Naidə Nizami qızı arasında 05 aprel 2007-ci il tarixdə Sumqayıt şəhəri VVAQ şöbəsində 281 nömrə ilə qeydə alınmış nikahın pozulması, 17.12.2007-ci il təvəllüldlü X6 və 06.12.2008ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər X4 yanında qalmaları, 17.12.2007-ci il təvəllüldlü X6 və 06.12.2008-ci il təvəllüdlü X3 yetkinlik 3 yaşına çatanadək saxlanması üçün 25 avqust 2009-cu il tarixdən başlayaraq hər ay Cavabdeh bir uşağa görə 70 manat olmaqla iki uşaq üçün 140 manat sabit pul məbləğində alimentin və 30 manat maddi yardımın X4 xeyrinə tutulması qət edilmişdir. “Azərbaycan Respublikasında 2009-cu il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2009-cu ildə yaşayış minimumu uşaqlar üçün 69 manat məbləğində müəyyən edilmişdir. Bu qanun qəbul olunan vaxtdan keçən müddət ərzində uşaqların yaşayış minimumu üçün müəyyən edilmiş məbləğ əhəmiyyətli dərəcədə artmış, bu isə iddiaçının uşaqların saxlanmasına, tələbatının ödənilməsinə daha çox vəsait sərf etməsinə, başqa sözlə, onun maddi vəziyyətinin dəyişilməsinə səbəb olmuşdur. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 17.12.2007-ci il təvəllüldlü X11 və 06.12.2008-ci il təvəllüdlü X7 iddiaçının himayəsindədir, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin onun üzərinə düşür. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2009-cu il tarixli, 2(060)-288 2/2009 saylı qətnaməsi ilə alimentin miqdarının müəyyən edildiyi 2009-cu ildən sonra istehlak mallarının qiymətində bahalaşma olduğundan, uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 70 manat məbləğində aliment istehlak bazarında mövcud olan real qiymətlərlə uzlaşmır və uşaqların minimal tələbatlarının ödənilməsi üçün kifayət deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldıl ması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İş materiallarından müəyyən olunur ki, Cavabdeh mülkiyyətində və istifadəsində yük avtomobili vardır, həmin avtomobillə rayon ərazisində yük daşıyaraq müəyyən qazanc əldə edir, İİ dərəcəli əlilliyə görə isə hər ay 130 manat müavinət alır. Bundan başqa, onun və ailə üzvlərinin mülkiyyətində 1,7 ha pay torpağı vardır, həmin torpaq sahəsini ili 600 manata icarəyə vermişdir, hər ay hər uşağa görə 110 manat sabit pul məbləğində aliment ödəyə bilər. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə alaraq he sab etmişdir ki, Cavabdeh hər ay hər uşağa görə 140 manat sabit pul məbləğində aliment ödəmək iqtidarındadır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırkı vəziyyətinin nəzərə alınmadığını, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şi kayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-759/2020 saylı, 30 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar