Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4237/2020 06.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: Ləğv prosesində olan İddiaçı2 X5 Cavabdeh: Cavabdeh İddia tələbi: kredit borcunun tutulması Açar sözlər: kredit borcunun tutulması, kassasiya şikayətinin ekspert rəyi ilə bağlı dəlilləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-40/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhk əmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Ləğv prosesində olan İddiaçı2 X5 (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə 6 ay müddətinə illik 9 faizlə 52600 ABŞ dolları məbləğində kredit vermişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 45953 ABŞ dolları əsas və müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5%-lə hesablanmış 4538 ABŞ dolları olmaqla, cəmi 50491 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırmış, nəticədə Banka tələb olunan məbləğdə borcu yaranmışdır. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-3350/2018 nömrəli iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti vermişdir. Apelyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə xx.xx.2019-cu il tarixli, 10967 saylı rəydə kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2016-cı il tarixinə (müqavilənin bitdiyi tarixə) 39360,61 ABŞ dolları əsas, 694,46 ABŞ dolları faiz; xx.xx.2018-ci il tarixinə 39360,61 ABŞ dolları əsas, 4552 ABŞ dolları faiz borcunun olduğu qeyd edilmi şdir. Bankın nümayəndəsi mühasibatlıq ekspertizasının rəyi ilə razı olmamış, əlavə ekspetiza keçirilməsini xahiş etmiş, vəsatət təmin edilmiş, əlavə məhkəmə mühasibatlıq ekspertzası təyin etmişdir. Əlavə məhkəmə-mühasibatlıq ekspertizası üzrə xx.xx.2019-cu il tarixli, 26809 saylı rəyilə müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2015-ci il tarixinə Banka olan əsas borcu 40387,53 ABŞ dolları, faiz borcu 1140,95 ABŞ dolları; xx.xx.2018ci il tarixinə isə əsas borcu 38825,77 ABŞ dolları, faiz borcu 4524,28 ABŞ dolları təşkil edir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-40/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Abbasov (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmm ədova) cavabdehin apelyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, cavabdehdən Bankın xeyrinə ödəniş gününün məzənnəsinə uyğun manatla əsas borc üzrə 38825,77 ABŞ dolları, faiz borcu üzrə 4524,28 ABŞ dolları, cəmi 43350,05 ABŞ dolları pul tutulması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsini rəhbər tutaraq və ekspert rəylərini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, sonuncu ekspert rəyi ekspertizanın qarşısında qoyulan suallar üzrə verildiyindən, cavabdehin müqavilə müddətinin sonuna əsas, müqavilə müddəti bitəndən sonra iddia qaldırılana qədər müddət ərzində faiz borcu müəyyən edildiyindən bu rəy əsaslıdır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin ekspert rəyi ilə ra zı olmaması barədə dəlillərini qəbul etməmiş və qeyd etmişdir ki, həmin dəlil yalnız maliyyə arayışına əsaslanır. Lakin maliyyə arayışı hər hansı əsaslandırıcı sənədlərlə müşayət olunmamışdır, ekspert rəyi isə hesabdan çıxarış məlumatları əsasında verilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin d\yişdirilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olumasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi kifayət qədər əsaslandırılmamış və məhkəmə tərəfindən porsessual qanunvericiliyə uyğun olaraq qiymətləndirilməmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icla sında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydın laşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araş dırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yeganə iddiaçı olan Bank kassasiya şikayəti verdiyindən həmin məhkəmə aktı iddianın təmin olunmayan hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu dig ər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddələri). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndiri lən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili iş üzrə verilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan iş üzrə iddiaçı işdə olan rəylərlə bağlı bu cür hallara istinad etməmiş, şikayətini ümumi ifadələ rlə əsaslandırmış, işə baxarkən belə pozuntular aşkar edilməmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən rəylərə və həmin rəylərlə bağlı verilmiş vəsatətə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı2 X4 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-40/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən sa
Məhkəmə qərarları › İş №2(102)-4237/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4237/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver