Məhkəmə qərarları › İş №2(102)-4238/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4238/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4238/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh1 vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)333/2019 saylı qətnaməsindən Cavabdeh1 kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(034)-40/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim S.X.Əhmədova) iddiaçı “x xxx” ASC-nin Cavabdeh1 və digərlərinə qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 83.025,14 ABŞ dolları, faiz borcuna görə 26.397,79 ABŞ dolları, cəmi 109.422,93 ABŞ dolları; xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 19.529,04 ABŞ dolları, faiz borcuna görə 6245,21 ABŞ dolları, cəmi 25.774 ABŞ dollarının, cəmi 135.197,18 ABŞ dollarının tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 0,03 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 165,5 kv.metr, yaşayış sahəsi 88,9 kv.metr, və yardımçı sahəsi 76,6 kv.metr olan fərdi yaşayış evinə yönəldil məsi, evin ilkin satış qiymətinin 109.000 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti kredit borcunun ödənilməsi üçün yetərli olmadıqda qalan məbləğin borclu Cavabdeh1 tutulması, satışdan sonra əldə edilmiş vəsaitdən artıq məbləğin borclu Cavabdeh1 qaytarılması və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)333/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, S.A.Qafari və T.Q.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilib, iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi faiz borcunun tutulmasına aid hissədə dəyişdirilərək, borclu Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə faiz borcuna görə 20.793,79 ABŞ dollarının tutulub iddiaçı təşkilata ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Cavabdeh1 qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 83.025,14 ABŞ dolları, faiz borcuna görə 26.397,79 ABŞ dolları olmaqla, cəmi 109.422,93 ABŞ dollarının, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 19.529,04 ABŞ dolları, faiz borcuna görə 6.245,21 ABŞ dolları olmaqla, cəmi 25.774 ABŞ dolları, ümumilikdə 135.197,18 ABŞ dollarının tutulub i ddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 0,03 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 165,5 kv.metr, yaşayış sahəsi 88,9 kv.metr və yardımçı sahəsi 76,6 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin 109.000 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti kreditin ödənilməsi üçün yetərli olmadıqda qalan məbləğin borcludan tutulması, satışdan sonra əldə edilmiş vəsaitdən artıq qalan məbləğin Cavabdeh1 qaytarılması və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh1 qətnamədən kasasiya şikayəti verib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 vəkili Musa Əliyev kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı “xxxx” ASC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və ye ri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh1 vəkili Musa Əliyevin izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkə məsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini faiz borcunun tutulması hissəsində dəyişdirib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsinə, birinci instansiya məhkəməsi tərəfindən faiz borcunun düzgün hesablanmamasına istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 442, 445.2.1, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaş ır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 110.000 ABŞ dolları; xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 21.000 ABŞ dolları kredit verilib. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 0,03 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub. Lakin Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasın borcu Cavabdeh1 iddiaçı təşkilata xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxx 2016-cı il tarixə ödənilməmiş 83.025,14 ABŞ dolları əsas, 20.793,79 ABŞ dolları faiz olmaqla, cəmi 103.818,93 ABŞ dolları borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi ( vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.2.1. maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsini n pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb hesab edir ki, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik hüquq münasibətlərinin yaranması, Cavabdeh1 iddiaçı təşkilata ödənilməmiş yuxarıda göstərilən məbləğdə əsas borcunun olması, faiz borcunun düzg ün müəyyən edilməməsi işə əlavə edilmiş sübutlarla, o cümlədən ekspertin rəyi ilə tam təsdiq edildiyindən, apelyasiya instansiysı məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsinə faiz borcunun tutulmasına aid hissədə dəyişdirilmiş və sadalanan maddi hüquq normalarının tələbləri hazırki mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Cavabdeh1 kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, ölkədə baş vermiş devalvasiyanın nəzərə alınmamasını və sair göstərsə də, apelyasiya instansiyası məhkəməsinin hansı maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kasasiya şikayətində əsaslandırmayıb və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut e tməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kreditin ödəniş müddəti çatanadək ABŞ dollarının manata münasibətdə dəyərinin (məzənnəsinin) artması isə iş üzrə məhkəmə qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas sayıla bilməz və tərəflər ABŞ dollarının dəyərinin artması ilə bağlı yaranmış fərqi yalnız qarşılıqlı razılaşma yolu ilə aradan qaldıra bilərlər. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibə tləri üzrə düzgün nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kassatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki,kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-c i maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-333/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar