Məhkəmə qərarları › İş №2(102)-4239/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4239/2020

27.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4239/2020 27.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X5 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh vəkili X1 iştirakı ilə, Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(105)181/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin (hakim Nəriman Abıyev) xx xxxxxx 2018-ci il tarixli, 2(060)-8599/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edil miş, maddi zərərin əvəzi olaraq 5300 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Aqil Abbasov sədrlik edən və məruzəçi, Şəmsədin Abbasov, Telman Məmmədov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləCavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh maddi zərərin əvəzi olaraq 8485 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2018-ci il tarixdə saat 23:30 radələrində özünə məxsus “BMW 528” minik markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrində 3 zolaqlı yolun sol zolağı ilə Quba rayonu istiqamətində 110 km/saat sürətlə hərəkət edən zaman sol zolaqla arxadan gələn avtomobil, yəni sonradan ona məlum olan “BMW 528” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobili ilə arxa hissədən toqquşmuşdur. Zərbədən idarə etdiyi avtomobil yolayrıcının metal səddinə çırpılmış və nəticədə ona 8.485 manat maddi zərər dəymişdir. Cavabdeh tərəfindən qeyd olunan məbləğdə maddi zərər hazırki vaxtadək ona ödənilməmiş dir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: Cavabdehkasasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. Tərəflərin izahatları: Cavabdeh vəkili X2 məhkəmə kollegiyasının iclasında k asasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərə findən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işdən göründüyü kimi, iddia tələbi apelyasiya instansiyası məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddia tələbinin rədd edilən hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Ona görə də, iddia tələbinin rədd edilən hissədə qətnamənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu hazırki kasasiya baxışının həddlərini də təşkil etmir. Qətnamə cavab dehin kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə kasasiya qaydasında yoxlanıldı. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2018-ci ildə saat 23:30 radələrində Bakı-Quba Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrində Cavabdeh idarə etdiyi “BMW 528” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun sağ zolağı ilə Quba rayonu istiqamətinə 110 km/saat sürətlə hərəkətdə olarkən əks istiqamətli hərəkət yoluna çıxmadan manevr qaydasını pozaraq orta zolaqla 80-90 km/saat sürətlə hərəkətdə olan İddiaçı idarə etdiyi “BMW 528” minik markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapı hissəsində toqquşmuş, nəticədə sürücü İddiaçı dərəcəsi təyin olunmayan sağlamlığa zərər vurmayan xəsarət almış və avtomobillər əzilərək sahiblərinə maddi ziyan dəymişdir. Hadisənin yuxarıda göstərilən şəraitdə baş verməsi hadisə yerinə baxış protokolu, sxemi, fotoşəkilləri, sürücülərin izahatları və məhkəmə-tibbi ekspertizasının rəyi ilə təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına istinad edərək iddiaçıya məxsus “BMW 528” minik markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı nəql iyyat vasitəsinə cavabdeh tərəfindən ziyan vurulmasını, ziyanının 8485 manat olmasını, həmin ziyanın 3185 manat hissəsinin sığorta şirkəti tərəfindən iddiaçıya ödənilməsini, bununla belə 5300 manat məbləğində zərərin əvəzinin cavabdeh tərəfindən ödənilməməsini müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 21, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələri ilə əsaslandırmışdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin po zulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi n əticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahi binin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi qanunvericilik normalarını işin hallarına uyğun hesab edərək qeyd etmişdir ki, iş materiallarında olan Baş İstintaq və Təhqiqat idarəsinin X3 Dair İşlər üzrə İstintaq və Təhqiqat şöbəsinin HK-1/489 nömrəli araşdırma materialı üzrə xx.xx.2018-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh x1nun barəsində İXM-in 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. (i.v.17) Cavabdehin vəkili tərəfindən məhkəməyə təqdim edilmiş Sumqayıt şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 6(060)14/2019 saylı qərarından görünür ki, Cav abdeh x1nun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2018-ci il tarixli qərardan verdiyi şikayət təmin edilmiş, xx.xx.2018-ci il tarixli qərar qanunsuz hesab olunaraq ləğv edilmiş, cinayət işi yenidən araşdırılması üçün Baş İstintaq və Təhqiqat idarəsinin X3 Dair İşlər üzrə İstintaq və Təhqiqat şöbəsinə qaytarılmışdır. Məhkəmənin sorğusu əsasında məhkəməyə daxil olmuş Baş İstintaq və Təhqiqat idarəsinin X3 Dair İşlər üzrə İstintaq və Təhqiqat şöbəsinin xx.xx.2019-cu il tarixli, 005-265751719 saylı məktubu və məktuba əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh Mizəffər oğlu və İddiaçı barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülmüş, rədd materialı Bİ və Tİ-nin arxivinə verilmişdir. Məhkəməyə daxil olmuş Baş İstintaq və Təhqiqat idarəsinin X3 Dair İşlər üzrə İstintaq və Təhqiqat şöbəsinin xx.xx.2019-cu il tarixli, 005-30005-1219 saylı məktubuna əlavə edilmiş 09.2018-ci il tarixli, TP ******* saylı İnzibatı Tənbeh haqqında qərardan görünür ki, Cavabdeh Mizəffər oğlu və İddiaçı barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülmüşdür. Yuxarıda qeyd edilən inzibati tənbeh haqqında qərarlar hazırda da qüvvədədir və hər hansı məhkəmə qərarı ilə ləğv edilməmişdir. Göründüyü kimi, Cavabdeh qeyd edilən avtoqəza hadisəsində təqsirkar olması barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla, 8485 manat zərərin məbləği isə “xxxx” ASC tərəfindən tərtib olu nmuş xx.xx.2018-ci il tarixli “Hesablama” aktı ilə təsdiq edilir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, zərərin 3185 manat hissəsi sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən maddi zərərə görə tələb edilən 8485 manatın 5300 manat hissəsinin cavabdehdən alınması qənaətinə gələrkən haqlı olmuşdur. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh apelyasiya şikayətinin dəlillərini – barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsi, bu səbəbdən təqsirkar olmaması – yuxarıda göstərilən sorğulara verilmiş cavablara istinadən əsassız hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, yol-nəqliyyat hadisəsinin qarşılıqlı t əqsir nəticəsində baş verməsi də cavabdehi iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi öhdəliyindən azad etmir. Çünki cavabdehin də eyni əsaslarla iddiaçıya qarşı zərərin əvəzini tələb etmək hüququ istisa edilmir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiy i hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmaması barədə kasasiya şikayətinin dəlili əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş xəbərnamədən (iş v. 122) görünür ki, cavadehə bu barədə məlumat verilmiş və məhkəmə bildirişinin cavabdehə çatdırılması barədə xəbərnamə işə əlavə edilmişdir. Digər tərəfdən cavabdehi təmsil edən vəkili Mehdi Cəlalzadə məhkəmənin xx.xx.2020ci il tarixli iclasında iştirak etmişdir. Həmçinin məhkəmə tərəfindən cavabdehin istifadəsində olan mobil telefon nömrəsinə SMS bildiriş vasitəsilə məlumat verilmişdir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kasasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(105)-181/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar