Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-424/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Müabriz qızının katibliyi ilə, İddiaçı vəkili Həmidov Səbuhi Maarif oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-2429/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanda fərdi yaşayış evlərinin sərhəddindəki divarın üz ərində yerləşən yardımçı tikilinin qismən, yəni divarın üstünə düşən hissədə sökülməsi, tikilinin sökülən hissəsi tərəfdən xüsusi dirəklərdə yerləşdirilməsi, habelə tikili yə onun altının sanitariya və yanğın normalarına uyğun saxlanılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) xx xxxx 2019-cu il tаrixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Qax şəhəri, M.F.Axundov küçəsi, ev 63,( yeni qaydalarla ünvan 2 ünvanında yerləşən cavabdehə məxsus evin sərhəddindəki divarın üzərində yerləşən yardımçı tikilinin qismən, yəni divarın üstünə düşən hissədə sökülməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-2429/ 2019 nömrəli qətnaməsi ilə (hakimlər X9, Quliyev İnşаllаh Fərrux oğlu və Əsədli Mаhir Аbdullа oğlu) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(024)-97/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanda fərdi yaşayış evlərinin sərhəddindəki divarın üzərində yerləşən yardımçı tikilinin qismən, yəni divarın üstünə düşən hissədə sökülməsi, tikilinin sökülən hissəsi tərəfdən xüsusi dirəklərdə yerləşdirilməsi, habelə tikili yə onun altının sanitariya və yanğın normalarına uyğun saxlanılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması tələbinə dаir iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-2429/2019 nömrəl i qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçıiş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-2429/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsi iddia tələbini rədd edərkən mübahisə predmeti olan tilinin qonşu üçün təhlükəli olub-olmamadığını müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin etməmişdir. Belə ki, məhkəmə tikilinin cavabdehə məxsus torpaq sahəsində kim tərəfindən verilmiş razılıq əsasında tikildiyini araşdırmamış, mübahisəli tikilinin texniki pasportda digər tikili kimi əks olunmasını ay dınlaşdırmamış, məhkəmə tikilinin 40-50 il əvvəl bundan əvvəl tikildiyini qeyd etsə də məhkəmənin hansı sənədlər əsasında bu qənaətə gəldiyi aydın deyildir. Halbuki, iddiaçının atası X1 ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi vardır. O, X1 qanun üzrə vərəsəsi kimi, həmin evdə yaşayır, baxır və kommunal xərclərini ödəyir. Həmin evin həyətyanı sahəsinin divarının üzərində qonşusu X5 yardımçı tikilisi vardır. Sözü gedən yardımçı tikiliqismən, yəni divarın üstünə düşən hissədə sökülməli, tikilisökülən hissə tərəfdən xüsusi dirəklərdə yerləşdirilməli, habelə tikili və onun altı sanitariya və yanğın normalarına uyğun saxlanılmalıdır.Belə ki, həmin tikili sanitarya və təhlükəsizlik tələblərinə cavab vermir. Tikilinin vəziyyəti texnoloji baxımdan qeyri-kafidir. Tikilinin örtükləri, ümumiyyətlə tikintinin konstruksiyaları istismara yararlı vəziyyətdə deyil, bu da öz növbəsində külək yə digər təbii fəlakət zamanı ev və evin sakinləri üçün təhlükə yaradır. Obyektin yanğına qarşı vəziyyəti də yaxşı deyil. Tikilinin ağac konstruksiyalarının oda davamlılıq həddi aşağı düşmüş, oda davamlı keyfiyyət cəhətdən yarasız vəziyyətə gəlmişdir. Tikilinin altına yanar materiallar yığılır, eynilik əlamətləri nəzərə alınmaqla maddə və materialların birgə saxlanılması qaydalarına riayət edilmir. Tikilinin çardağında, habelə çat dartıclarında döşənək qurulub onun üzərinə yanar material yığılmışdır. Bütün bunlar öz növbəsində yanğının baş vermə ehtimalını artırır. Bütün bunlarla yanaşı, tikilinin yerləşdiyi ərazi daimi təmiz vəziyyətdə, sanitariya normalarına uyğun saxlanılmır, tullantılar toplanılır, yığılır. Tikili yerləşən hazrıki divar X1 vəsaiti hesabına inşa edilmiş divardır və ona məxsus olmuş ərazidədir. Tikilinin divar üzərində yerləşdirilməsi bir tərəfdən divarın texniki vəziyyətini pisləşdirmiş, digər tərəfdən onu həmin divardan istifadə etmək imkanından məhrum etmişdir. Bütün bunlarla bağlı, X7 müraciət etmiş, lakin cavabdeh heç bir tədbir görməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Həmidov Səbuhi Maarif oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə ic lasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Qax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(024)-97/2019 nömrəli qətnaməsini iddianın təmin edilmiş hissəsində ləğv edib, iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanınd a Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışa əsasən Qax şəhəri, M.F.Axundov küçəsi, ev 63, yeni qaydalarla Qax şəhəri, M.F.Axundov küçəsi, ev 197 X1 tam, 0.08 ha həyətyanı torpaq sahəsinin 0.02 ha hissəsi X1, 0.025 ha hissəsi X2, 0.02 ha hissəsi X8, 0.005 ha hissəsi İddiaçı Nimət qızının, 0.005 ha hissəsi X3 və 0.005 ha hissəsi isə X4 ümumi birgə mülkiyyətindədir. **********8010301 saylı fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Qax şəhəri, M.F.Axundov küçəsi, ev 63, yeni qaydalarla Qax şəhəri, M.F.Axundov küçəsi, ev 197-nin hüquq subyektləri İddiaçı, X10 və X6r. İddiaçının təqdim etdiyi fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinin sərhəd dindəki divarın üzərində həqiqətən də yardımçı tikili inşa edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, ocümlədən xüsusi mülkiyyət toxunulmazdır. Azərbaycan Respublıkası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sa hibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak b arəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən və qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Apellyasiya məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışa əsasən Qax şəhəri, M.F.Axundov küçəsi, ev 63, yeni qaydalarla Qax şəhəri, M.F.Axundov küçəsi, ev 197 X1 tam, 0.08 ha həyətyanı torpaq sahəsinin 0.02 ha hissəsi X1, 0.025 ha hissədi X2, 0.02 ha hissəsi X8, 0.005 ha hissəsi İddiaçı Nimət qızının, 0.005 ha hissəsi X3 və 0.005 ha hissəsi isə X4 ümumi birgə mülkiyyətindədir. İddiaçı qonşusu Cavabdeh məxsus torpaq sahəsi ilə sərhəddi ayıran daş divar üzərində cavabdeh tərəfindən yardımçı tikili inşa edildiyini, həmin tikilinin onların həyatı üçün təhlükə yaratdığını bildirərək yardımçı tikilinin qismən, yəni divarın üstünə düşən hissədə sökülməsi, tikilinin sökülən hissəsi tərəfdən xüsusi dirəklərdə yer ləşdirilməsi, habelə tikili yə onun altının sanitariya və yanğın normalarına uyğun saxlanılması öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. Apellyasiya instanisyası məhkəməsi qətnaməni iddianın təmin edilmiş hissəsində ləğv edib iddianı həmin hissədə də rədd edərkən hesab etmiuşdir ki, hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən iddia təmin edilə bilməz. Əlavə olaraq qeyd etmişdir ki, tərəflərin izahatından görünür ki,qonşuların sərhəddində tikilmiş daş hasarın bir hissəsini iddiacı digər hissəsini isə cavabdeh tərəfin vəsaiti hesabına inşa edilmişdir. Yəni daş hasar yalnız iddiacı tərəfə deyil, həm də cavabdehə məxsusdur. Daş hasarın üzərində quraşdırılmış tikili də qarşılıqlı raşılıq əsasında 40-50 il bundan əvvəl tikilmiş, vaxtaşırı zərurət olduqda təmir edilmişdir. Həmin tikilinin hazirda iddiacı tərəfə hansı təhlükə yaratması, ona mane olması və ya hər hansı formada onun hüquqlarını pozması ilə bağlı məhkəməyə hec bir mötəbər sübut təqdim edilməmişdir. Buna əsaslanan apellyasiya instanisyası məhkəməsi hesab etmişdir ki, birinci inistansiya məhkəməsi mübahisəyə baxarkən işin faktiki hallarını tam araşdırmamiş,mübahisəli tikilinin iddacının hansı hüquqlarını necə pozulduğunu müəyyən etmədən tələbi təmin etməklə səhfə yol vermişdir. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə predmetini təşkil edən tikilinin aşması və yanğın təhlükəsizliyi baxımından həyat və sağlamlıq üçün təhlükəlili olub -olmaması məsələsinin qiymətləndirilməsinin xüsusi bilik tələb edən hallara aid olmasını nəzərə almayaraq, iddianı bu halların iddiaçı tərəfindən sübuta yetirilməməsi əsası ilə rədd etməklə aşağıdakı prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar). N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarına əsasən məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı apellyasiya şikayətində əks olunmuş halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş mübahisələndirilən hiss ədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2 019-cu il tarixli, 2(107)2429/2019 nömrəli qətnaməsi ləğv edilsin, iş mübahisələndirilən hissədə yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-424/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-424/2020
27.01.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver