Məhkəmə qərarları › İş №2(102)-424/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-424/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-424/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: uydurma əqd, preyudisiya, əsas öhdəliyi təmin edən öhdəliyin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, Cavabdeh1, onun vəkili Vəkil və iddiaçının nümayəndəsi X14 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1235/2020 nömrəli iş üzrə x x xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları xx xxxxxx 2013-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – iddiaçı və ya Bank) İmişli filialı ilə Cavabdeh1 (bundan sonra - borcalan) arasında 24 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 10.000 manat məbləğində kreditin verilməsinə dair müqavilə imzalanmışdır. Eyni tarixdə kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri imzalanmışdır. X4 və digərlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirləndirilmə lərinə dair iş üzrə X17 Məhkəməsinin 1(99)-231/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X1 İmişli filialının direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək, tanışı X15 ilə əlbir olub cinayət əlaqəsinə girərək, Bankın ona etibar olunmuş külli miqdarda əmlakını vahid qəsdlə mənimsəmə və israf etmə yolu ilə talama məqsədilə, aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq ayrılacaq kreditlərin Samir İsmayılovla şəxsi məqsədləri üçün, yəni sonuncu ilə mobil telefonların alqı-satqısını həyata keçirərək gəliri aralarında bölüşdürəcəklərinə dair razılaşmaqla, Samir İsmayılovun köməkliyi ilə, yəni onun Banka gətirdiyi ayrı-ayrı şəxslərin, o cümlədən hazırkı iş üzrə Cavabdeh1 adına xx xxxxxx 2013-cü il tarix li kredit müqaviləsi üzrə 10000 manatın kredit kimi götürüldüyünü rəsmiləşdirməklə, müvafiq kredit və girov müqavilələri, xəzinə məxaric orderləri, ərizələr, kredit sifarişləri, ödəniş cədvəlləri və digər sənədləri hazırlayaraq, ümumilikdə 53 nəfər fiziki şəxsin adına olan 56 ədəd kredit qovluğu üzrə filialın xəzinəsindən məxaric edilmiş cəmi 454.365,85 manat pul vəsaitini adlarına kredit rəsmiləşdirilmiş şəxslərdən alıb Samir İsmayılovla aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə iddiaçının ona etibar olunmuş xeyli və külli miqdarda əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışlar. Hökmlə təqsirləndirilən şəxslər cinayət əməllərinin törədilməsində təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər, həmçinin Bankın mülki iddiası təmin olunaraq, təqsirləndirilən şəxslər X3 1 65268 manat, X5 99824,3 manat, X6 13410 manat və X7 29434 manatın alınaraq mülki iddiaçı olan Banka ödənilməsi hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)171/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qərarına əsasən, X17 Məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, Bank, məhkum edilmiş şəxslər Əlizamin Şükürov və Samir İsmayılov tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxılmış, məhkum edilmiş şəxs Əlizamin Şükürov və Samir İsmayılov tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, hökm apellyasiya protesti və zərərçəkmiş şəxsin apellyasiya şikayətinə əsasən məhkum olunmuş şəxslər X15 və X10 münasibətdə dəyişdirilərək X8 Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Cinayət Məc əlləsinin 179.3.2-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X10 Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə qazancından 15% dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzası təyin olunmuş, X17 Məhkəməsinin 1(99)-231/2018 nömrəli, xx xxxxxx 2018-ci il hökmü apellyasiya protesti və apellyasiya şikayətlərinə əsasən qalan hissədə və məhkum olunmuş şəxslər X9, X16, X19, X20, X11 və X12 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 4.311,70 manat əsas kredit borcu, 569,50 manat faiz borcu və 431,17 manat penya borcu olmaqla, cəmi 5.312,37 manat, həmçinin ödənilmi ş 20 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri dəfələrlə etmiş olduqları xəbərdarlıqlara baxmayaraq yerinə yetirməmiş, kredit müqaviləsi üzrə Banka tələb olunan məbləğdə borc yaranmışdır. İmişli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(036)2005/2016 nömrəli iş üzrə xx xxx 2016-cı il tarixli qətnaməsi ilə (hakim Q.Hacıyev) iddiаnın təmin edilməsi, cavabdehlərdən müştərək qaydada 4.311,70 manat əsas kredit borcu, 569,50 manat faiz borcu və 431,17 manat penya borcu olmaqla, cəmi 5.312,37 manat, həmçinin ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi, əlavə olaraq cavabdehlərdən müştərək qaydada 10 manat dövlət rüsumunun tutularaq Dövlət büdcəsinə ödənilməsi qət оlunmuşdur. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliklərini icra etməmiş, iddiaçıya olan əsas borc və borca görə hesablanmış faiz borcunu ödəməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 425.1, 442, 445.1, 445.2, 449.1, 470.1, 472.1, 472.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-2247/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019- cu il tarixli qətnaməsi ilə (hakimlər – T.Kərimov (sədrlik edən və məruzəçi), T.Heydərov və F.Abbasov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd olunmuşdur. İşə apellyasiya qaydasında baxan məhkəmə MPM-nin 82.4-cü maddəsinə əsaslanmaqla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)171/2019 nömrəli xx xxxx 2019-cu il tarixli qərarı hazırkı mübahisə üzrə preyudisial xarakter daşıdığından, həmin qərarla Cavabdeh1 adına xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə 10000 manat pul vəsaitinin kredit kimi götürüldüyü rəsmiləşdirməklə iddiaçı Bankın İmişli filialının müdiri və digər şəxslər tərəfindən mənimsənildiyi sübuta yetirildiyindən, həmin kredit üzrə ba nkın mülki iddiası təmin olunaraq qeyd olunan məbləğ zərər kimi məhkum edilmiş şəxslərdən tutulduğundan, iddia tələbi rədd edilməlidir. Belə ki, MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxan məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-414/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər – Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.Əhmədova və V.İbayev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiy ası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 6.2, 14.2.1, 385, 386.1, 425, 442-ci maddələrinə əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, cavabdehlərin hərəkətlərinin öhdəliklərin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli olub-olmaması baxımından apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün hallar aydınlaşdırılmadan gəldiyi nəticələri qanuni və əsaslı sayıla bilməz. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(106)-1235/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov və N.Mirzəyev) Cavabdeh1 tərəfindən v erilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə MPM-in 420-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında irəli sürdüyü hüquqi mövqeyi nəzərə alaraq, Mülki Məcəllənin 739.1, 739.2, 385.1, 386.1, 390.1, 390.5, 425.2, 430.1, 442, 445.2.1, 448.1, 449.1, 462.1, 462.3, 467, 470.1, 472, 500-cü maddələrinə istinadla qeyd etmişdir ki, müvafiq cinayət işi üzrə məhkəmə hökmü və qərarı ilə iddiaçıdan 10.000 manat məbləğində kreditin Cavabdeh1 tərəfindən götürülməsi öz təsdiqini tapmış, lakin sonuncunun göstərilən məbləğdə krediti bankın müvafiq filialından şəxsən götürdükdən sonra başqa şəxslərə verməsi və həmin şəxslərin qeyd olunan pulları mə nimsəmələri təsdiq edilərək onların bu əməllərinə hüquqi qiymət verilmişdir. Cavabdeh1 zərərçəkmiş statusunda olması isə ona dəymiş mənəvi, fiziki və ya maddi ziyanı zərərvuran şəxslərdən mülki qaydada tələb etmək hüququnun olmasına dəlalət edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-171/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qərarı MPM-nin 82.4-cü maddəsinə əsasən hazırkı iş üzrə preyudisial xarakter daşıdığın dan, həmin qərarla cavabdehin adına 10000 manat kredit kimi götürülmüş pulun iddiaçı Bankın filial müdiri və digər şəxslər tərəfindən mənimsənildiyi sübuta yetirildiyindən, həmin kredit üzrə Bankın mülki iddiası təmin olunaraq zərər kimi məhkum edilmiş şəxslərdən tutulması hökm edildiyindən, hazırkı iddia tələbi təmin oluna bilməz. Cinayət işi üzrə məhkəmə qərarına əsasən, iddiaçının iddia etdiyi kredit müqavilələri üzrə yaranmış borc (53 nəfər fiziki şəxsin adına 56 ədəd kredit qovluğu üzrə filialın xəzinəsindən məxaric edilmiş cəmi 454.365,85 manat pul vəsaiti) Bankın xeyrinə tutulmuşdur. Belə olan halda, həmin kredit müqavilələri üzrə təkrar pul tutulması qanunsuz və əsassızdır. Kassator həmçinin göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin kredit müqaviləsinin bağl anmasında həqiqi niyyətlərinin olub-olmamasını müəyyən etmək üçün kreditin hansı səbəblərdən alınması, onun təyinatı üzrə xərclənməsi və cinayət işi üzrə müəyyən olunmuş hallara diqqət yetirməmişdir. Kassator Mülki Məcəllənin 324.1, 324.5, MPM-nin 82.4, 88, 217.1-ci maddələrinə istinad etməklə şikayətinin təmin olunmasını xahiş etmişdir. c) Kassasiya şikayəinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və onun vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etdilər. İddiaçının nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldiyinə görə, MPM -nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma apa rmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnamədindən yalnız borcalan şikayət versə də, şikayətin dəlillərinə əsasən mübahisənin predmeti bölünməz olduğundan həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq m ümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 460.3. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM 82.4 M əhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, baxılan iş üzrə Bank kredit müqaviləsi üzrə yaranmış borcun borcalandan və zaminlərdən birgə qaydada tutulmasını tələb edir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqa vilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş və MPM-in 82.4-cü maddəsinə əsasən hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan hallar Bankla borcalan arasında etibarlı kredit (borc) müqaviləsinin bağlandığını istisna edir. Belə ki, X17 Məhkəməsinin 1(99)-231/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X1 İmişli filialının direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək, tanışı X15 ilə əlbir olub cinayət əlaqəsinə girərək, Bankın ona etibar olunmuş külli miqdarda əmlakını vahid qəsdlə mənimsəmə və israf etmə yolu ilə talama məqsədilə, aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun ola raq ayrılacaq kreditlərin Samir İsmayılovla şəxsi məqsədləri üçün, yəni sonuncu ilə mobil telefonların alqı-satqısını həyata keçirərək gəliri aralarında bölüşdürəcəklərinə dair razılaşmaqla, Samir İsmayılovun köməkliyi ilə, yəni onun Banka gətirdiyi ayrı-ayrı şəxslərin, o cümlədən hazırkı iş üzrə Cavabdeh1 adına xx xxxxxx 2013cü il tarixli kredit müqaviləsi üzrə 10000 manatın kredit kimi götürüldüyünü rəsmiləşdirməklə, müvafiq kredit və girov müqavilələri, xəzinə məxaric orderləri, ərizələr, kredit sifarişləri, ödəniş cədvəlləri və digər sənədləri hazırlayaraq, ümumilikdə 53 nəfər fiziki şəxsin adına olan 56 ədəd kredit qovluğu üzrə filialın xəzinəsindən məxaric edilmiş cəmi 454.365,85 manat pul vəsaitini adlarına kredit rəsmiləşdirilmiş şəxslərdən alıb Samir İsmayılovla aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə iddiaçının ona etibar olunmuş xeyli və külli miqdarda əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışlar. Qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmiş hallar baxımından Bankla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan X9 və qeyrilərinin cinayət əməlini həyata keçirməyə kömək məqsədilə yalnız görünüş üçün bağlanmışdır. Mülki Məcəllənin 337.3 və 340.1-ci maddələrinə əsasən həmin əqd uydurmadır və məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Eyni zamanda baxılan iş üzrə Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən tələb olunan məbləğin etibarsız əqd üzrə alınanların digər tərəfə qaytarılması qaydasında tutulması da qeyr i-mümkündür. Çünki istinad olunan cinayət işi üzrə mülki iddiaçı qismində tanınmış Bankın mülki iddiası təmin olunmuş, cinayət nəticəsində Bankın məhrum olduğu əmlakın həmin cinayətin törədilməsində təqsirli şəxslərdən tutularaq Banka ödənilməsi qərara alınmışdır. Bununla yanaşı, Bankla borcalan arasında bağlanmış kredit müqaviləsinin etibarsızlığı səbəbindən Mülki Məcəllənin 460.3-cü maddəsinə əsasən zaminlik öhdəlikləri də etibarsız olduğundan zaminlərə qarşı iddia da əsassızdır. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, həmin məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyndən və iş üzrə müəyyən edilmiş hallar və sübutlar yeni qərar qəbul olunmasına imkan verdiyindən MPM-in 417.1.4 və 417.2-ci maddələri nə əsasən yeni qərar qəbul edilməli və iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1235/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qərar qəbul olunsun. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 4.311,70 manat əsas kredit borcu, 569,50 manat faiz borcu və 431,17 manat penya borcu olmaqla, cəmi 5.312,37 manat, həmçinin ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar