Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-424/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin ödənilməsi, qaz sayğacına qanunsuz qoşulma) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri, Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5376/2023 nömrəli, 3 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdak ı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında xx.xx.2022-ci il tarixli AKX-04366xx/xx-2022 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”si bağlanmışdır.
2. Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00050 №-li abonent kodu verilmiş və Bakı şəhəri, Sabunçu rayonu, 204 Zərdabi0010-0050 ünvanını təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4T markalı qaz sayğacı quraşdırılmışdır. 3. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən Cavabdeh məxsus evə quraşdırılmış İtron tipli G-4 markalı 1402AZ**********84 nömrəli sayğac qlapanın işlık olmaması sə bəbindən çıxarılaraq əvəzinə İtron tipli G-4 markalı **********2 nömrəli sayğac quraşdırılmışdır.
4. Cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinə dair iddiaçı tərəfindən aktlar tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra “iddiaçı” və ya İddiaçı) iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh (bundan sonra “cavabdeh” və ya “abonent”) tərəfindən İddiaçıa vurulmuş 7653,60 manat məbləğində zərərin, 84,90 manat debitor borcun (sayğac vasitəsi ilə istifadə) və 97,38 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 7835,89 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçıın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzr ə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçıla cavabdeh arasında xx.xx.2022ci il tarixli AKX04366xx/xx-2022 nömrəli “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasinda İddiaçı cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçıın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00050 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təhciz edən qaz xəttinin üzərində G-4T markalı qaz sayğacı quraşdırılmışdır.
7. Cavabdeh müqavilənin 2.3.2 yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəb əkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar İddiaçıın əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, iddiaçının əməkdaşları tərəfindən İddiaçıın balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni təbii qazı qeyriqanuni talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı İddiaçıı n əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində İddiaçıın səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 944,64 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 540 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1080 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 540 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 3663,36 manat olmaqla, cəmi 7653,60 manat məbləğində İddiaçıa maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur.
8. Cavandehin ödənilməmiş uçotu pozulmuş qaz sərfinin 2022-ci ilin noyabr ayı üzrə 12 manat sərfiyyat borcu qalmışdır. Həmçinin İddiaçıın əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixində cavabdehin iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 9043 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərini ödəmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktla İddiaçıın nümayəndələrinin və cavabdehin imzaları ilə rəsmiləşdirilmişdir.
9. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 272,60 manat məbləğində qaz sərf etməsi müəyyən olunmuşdur. 2019-cu ilin yanvar ayından 2022-ci ilin dekabr ayına qədər cavabdeh 199,70 manat məbləğində ödəniş etmişdir. Bundan əlavə cav abdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 84,90 manat borcu (debitor borcu) qalmışdır. Beləliklə, cavabdehin İddiaçıa ödənilməli borc məbləği hazırda abonentin Saldo və Gazrep üzrə ümumi 7738,50 manat təşkil edir.
10. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilən ******* saylı aktın tarixi səhvən xx.xx.2023-cü il tarixi göstərilmişdir, lakin qeyd edilən akt xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, xx.xx.2023-cü ildə təsdiq edilmişdir.
11. Birinci instansiya məhkəməsi ərizəni və qeyd olunan ******* saylı aktı nəzərdən keçirərək hesab etmişdir ki, həmin aktın tarixində müəyyən olunan səhv texniki səhv kimi qəbul edilməlidir.
12. Həmçinin birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia ərizəsində qeyd edilən ******* saylı aktın tarixi texniki səhv olaraq xx.xx.2021-cı il qeyd edilmiş, əslində, həmin aktın tarixi xx.xx.2021-ci ildir.
13. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında qeyd etmişdir ki, həqiqətən də sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 84,90 debitor borcu vardir. Lakin iddiaçı tərəfindən aktlar üzrə ona hesablanmış zərərlə razlaşmır. Belə ki, sayğacdan kənar qaz xəttinə qoşulmaqla onun təbii qazdan istifadə etməsinə İddiaçıın əməkdaşları özləri şərait yaratmışdır. Eyni zamanda, o, evində müqavilədə qeyd edildiyi kimi 4 gözlü qaz plitəsindən və samovardan istifadə etməsinə baxmayaraq, iddiaçı tərəfindən əsassız olaraq ona dəmir və iran sobalarından istifadə etməsinə görə də borc hesablanmışdır. Halbu ki, İddiaçıın əm əkdaşları tərəfindən aktlar tərtib edilərkən onun evinə baxiş keçirilməmişdir.
14. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2049/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 194,4 manat məbləğində zərər, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 84,90 manat və 97,38 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Tahirə Əsədova)
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəf indən ödənişlərin edilməməsi onun tərəfindən kənar xətdən istifadə etməsinə dəlalət edir. Lakin iddiaçı olan İddiaçı da buna görə məsuliyyət daşıyır.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktlar hissəsində qismən təmin, digər aktlar üzrə isə iddia rədd edilməlidir.
17. Belə ki, iddiaçının əməkdaşları tərəfindən yuxarıda qeyd olunan aktlar tərtib edilərkən cavabdeh tərəfindən qızdırıcı qurğu kimi dəmir və iran sobalarından istifadə etməsinə görə sərfiyyat hesablansa da, iddiaçının nümayəndəsi cavabdehin həmin qızdırıcı qurğulardan istifadə etməsi barədə məhkəməyə hər hansı bir əsaslı sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunan tərəflər arasında bağ lanmış müqavilədə isə cavabdehin yalnız 4 gözlü qaz plitələsi (PQ-4) və samovar kimi qaz qurğularından istifadə etməsi qeyd edilmişdir.
18. Bu əsasdan da çıxış edərək birinci instansiya məhkəməsi iddiaçı tərəfindən aktlar tərtib edilərkən cavabdeh tərəfindən qızdırıcı qurğu kimi dəmir və iran sobalarından istifadə etməsinə görə sərfiyyatın hesablanmasını əsassız hesab etmişdir.
19. Eyni zamanda iddiaçı itirilmiş qazın miqdarını hesablayarkən orta günlük iş rejimini 24 saat qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparmışdir.
20. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən orta günlük iş rejiminin 24 saat qəbul edilməsini həddindən artıq yüksək hesab etmiş və belə qənaətə gəlmişdir ki, orta günlük iş rejimi 8 saat qəbul edilməlidir. Belə ki, cavabdeh tərəfindən 4 gözlü qaz p litəsi (PQ-4) və samovar kimi qaz qurğularından hər gün 24 saat istifadə edilməsi həqiqəti əks etdirmir. Bundan başqa, iddiaçı xx.xx.2022-ci il tarixli ******* saylı aktda hesabat müddətinin 30 gün qəbul edilməli olduğu halda, hesabat müddəti düzgün olmayaraq 60 gün, xx.xx.2023-cü il tarixli ******* saylı aktda isə hesabat müddəti 30 gün qəbul edilməli olduğu halda, hesabat müddəti düzgün olmayaraq 180 gün qəbul edilmişdir.
21. Həmçinin iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli ******* saylı aktda QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat qəbul edilsə də, xx.xx.2022-ci il tarixli ******* saylı aktda QSSQ-nin maksimal saatlıq qaz sərfi 2,25 m3/saat, xx.xx.2023-cü il tarixli ******* saylı aktda isə 3 m3/saat qəbul edilmişdir.
22. Birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli ******* saylı aktda QSSQ-nin maksimal saatlıq qaz sərfinin 1,5 m3/saat qəbul edilməsini nəzərə alaraq hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli aktlarda da QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat qəbul edilməlidir.
23. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qənaətinə görə xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktlar üzrə itirilmiş qazın miqdarı aşağıdakı qaydada hesablanmalı idi. xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə: - 1.2 x 8 x 30=288m3 - 1.5 x 8 x 30=360 m3 Cəmi 648 m3 (64,8 manat); xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə: - 1.2 x 8 x 30=288m3 - 1.5 x 8 x 30=360 m3 Cəmi 648 m3 (64,8 manat); xx.xx.2023-cü il tarixli ******* saylı akt ü zrə - 1.2 x 8 x 30=288 m3 - 1,5 x 8 x 30=360 m3 Cəmi 648 m3 (64,8 manat).
24. Birinci instansiya məhkəməsi qeyd etdiklərinə əsasən belə nəticəyə gəlmişdir ki, iddia xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktlar hissəsində qismən təmin edilməklə, cavabdedən 194,4 manat (64,8 manat x 3 akt) iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddia rədd edilməlidir.
25. Eyni zamanda, birinci instansiya məhkəməsi göstərmişdir ki, bu, cavabdehin də məsuliyyəti aradan qaldırmır. Çünki cavabdeh tərəfindən ödənişlər edilməmişdir, cavabdeh kənar xətdən istifadə etmişdir.
26. Birinci instansiya məhkəməsi iddiaçı cavabdehdən 84,90 manat debitor borcun tutulması barədə iddiası üzrə bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olun muş abonentin saldosuna əsasən cavabdehin faktiki istifadə edilmiş qaz sərfiyyatı üzrə 84,90 manat debitor borcu vardır, odur ki, 84,90 manat debitor borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Beləliklə, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia 279,3 manat (194,4 + 84,90 = 279,3) hissədə təmin, qalan hissədə rədd edilməlidir.
28. İddia tələbinin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsini mövqeyi belə olub ki, iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətdən istifadə üçün şərait yaratmaqla hər ay akt tərtib edib məhkəmədə iddia qaldırmışdır.
29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni M ülki Məcəllənin 21.1, 21.2, 385,1, 425.1, 442-ci, Mülki Prosessual Məcəllənın 14.2, 77.1-ci maddələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş «X1”nın 1.2 və 3.1-ci bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. İddiaçı apellyasiya şikayətində qeyd qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, xüsusilə də hesabat günlərini və saatlarını düzgün hesablamamış, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin qi smən ləğv edilməsinə əsasdır. Belə ki, İddiaçıın əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə İddiaçıın əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X1nın pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, fotoşəkillər çəkilmiş və hər dəfə qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcmini n miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Cavabdeh də məhkəmə iclasında təbii qazdan qeyri-qanuni istifdaə etməsini etiraf etmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməməklə, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir.
32. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2(103)-5376/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İkram Şir inov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Elşən Kazımov)
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini qətnaməsini iddiaçının apelyasiya şikayəti üzrə iddia tələbini təmin edilməyən hissəsində yoxlayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
34. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, İddiaçıın əməkdaşları tərəfindən yuxarıda qeyd olunan aktlar tərtib edilərkən cavabdeh tərəfindən qızdırıcı qurğu kimi dəmir və iran sobalarından istifadə etməsinə görə sərfiyyat hesablansa da, iddiaçının nümayəndəsi cavabdehin həmin qızdırıcı qurğulardan istifadə etməsi barədə məhkəməyə hər hansı bir əsaslı sübut təqdim etməmişdir. Tərəflər arasında bağlanmiş müqavilədə isə cavabdehin yalnız 4 gözlü qaz plitəsi (PQ-4) və samovar kimi qaz qurğularından istifadə edilməsi qeyd edilmişdir.
35. Həmçinin, iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar istifadə üçün şərait yaratmaqla hər ay akt tərtib edib məhkəmədə iddia qaldırmışdır.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-3-cü bəndinə görə, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 18, 21.1ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü, “Qaz təchizatı haqqında” Qanunun 21.1-ci, Mülki Prosessual Məcəllənin 14, 77-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 4.2, 4.8, 4.9 və 6-cı bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
38. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə də qətnamə qəbul edərkən yanlış nəticəyə gəlmişdir. İddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin zərərin vurulması faktının mövcud olması, zərər vuran şəxsin təqsirli olması və s. bu kimi zərərin ödənilməsi tələbinə əsas verən halları özündə əks etdirən sübutların iş materialları na əlavə edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətini təmin etməməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosu və GASREP çıxarışından da məlum olur ki, təbii X1nın pozulmasına dair aktların tərtib olunduğu dövrdə cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə ödəniş edilməmişdir. Bu hal da sübut edir ki, göstərilən dövrdə cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilmişdir. Bundan əlavə cavabdeh özü də birinci instansiya məhkəməsində keçirilən iclaslarda təbii qazdan qeyri-qanuni istifadə etməsini etiraf etmişdir. Göstərilənlərdən məlum olur ki, iddia tələbi tam əsaslı olduğu və tam sübuta yetirildiyi halda, həmçinin cavabdeh öz etirazları ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi hər hansı bir əsas olmadan şikayəti təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi də təbii qazdan qeyri-qanuni istifadə faktlarının bir neçəsini tanımış, lakin həmin aktlar üzrə də iddiaçının mütəxəssisləri tərəfindən aparılmış hesabatı qəbul etməmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən o da məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə iddiaçıya vurulmuş maddi zərərin miqdarını özü müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən bu məsələdə səhv nəticəyə gəlməklə iddiaçının qanunla qorunan hüquqlarının qismən pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Cavabdehin qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktl arı apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edildiyi üçün iddiaçıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Apellyasiya instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. İş materiallarına əlavə edilmiş aktlarda təbii qazdan qeyri-qanuni birləşmə vasitəsilə istifadə halı aşkar edilən zaman istehlakçının evində istifadə etdiyi qaz cihazları barədə məlumatlar da qeyd edilmişdir. Məhkəmənin yalnız müqavilədə göstərilən cihazlara uyğun hesabat aparması MPM-in 88-ci maddəsinin tələblərinin pozulmasıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassas iya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəmə li, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Qanun Maddə 21.1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il t arixli qərarı ilə təsdiq edilmiş «X1» Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti h esabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bənd 6.2. İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. Bənd 6.3. İstehlakçı qazın verilməsinin dayandırılması (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya qazın alqı-satqı müqaviləsinin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 6.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olunmaqla) barədə qaz paylayıcısına yazılı müraciət etdikdə, qaz paylayıcısı 2 iş günü müddətində müvafiq olaraq qazın verilməsinin dayandırılması və ya qazın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya qazın verilməsi həmin qərarın qəbul edildiyi gündə dayandırılmalıdır və istehlakçı sonuncu günə qədər istifadə etdiyi qazın dəyərini ödəməlidir. Bənd 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bənd 6.5-4. Qaz paylayıcısının işçisi bu Qay daların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imz alamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin t əqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
42. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktını iddianı n təmin edilməyən hissəsində mübahisələndirib. Bu baxımdan kollegiya qətnaməni mübahisələndirilən həmin hissədə yoxlayır.
43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianını təmin edilməyən hissəsində gəldiyi nəticəni düzgün hesab etmir.
45. Belə ki, işdən görünür ki, iddiaçı cavabdehin qaz xəttinə qanunsuz qoşulması və debitor borca görə cavabdehdən ümumilikdə 7738,50 manat pul tələb edir. Bu məbləğdən 84,90 manatı debitor borc, 7653,60 manatı isə qanunsuz qoşulma ilə bağlı tərtib edilmiş 6 akta əsasən hesablanmış zərər məb ləğidir.
46. Birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktlar üzrə cavabdedən 194,4 manat (64,8 manat x 3 akt) və debitor borcu üzrə 84,90 manatın tutulmasını qət etmiş, digər aktları nəzərə almamış, eləcə də nəzərə aldığı aktlardakı zərər məbləğini qaz qurğularının sayı və növü üzrə (bax:17-18-ci bəndlər), eləcə də günlər və saatlar üzrə özü hesablamış (bax:20-23-cü bəndlər), iddianın təmin edilməyən hissəsində gəldiyi nəticəni isə onunla əsaslandırmışdır ki, iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətdən istifadə üçün şərait yarat maqla hər ay akt tərtib edib məhkəmədə iddia qaldırmışdır.
47. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməyən hissəsində gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətdən istifadə üçün şərait yaratmaqla hər ay akt tərtib edib məhkəmədə iddia qaldırmışdır.
48. Məhkəmə kollegiyası iddianın təmin edilməyən hissəsində gəlinən nəticəni əsaslı saymır.
49. Əvvəla, cavabdeh özü qaz xəttinə qanunsuz qoşulmasını etiraf edib. Hətta birinci instansiya məhkəməsi bu faktı, həmçinin cavabdeh tərəfindən ödənişlərin edilməməsini onun tərəfindən kənar xətdən istifadə etməsinə dəlalət edən hal kimi müəyyən edib. Cavabdeh özü qaz xəttinə qanunsuz qoşulmasını etiraf etdiyi halda, həmin faktla bağlı digər halların sübut etmə yükünün bütünlüklə iddiaçının üzərinə qoyulması düzgün olmamışdır. Baxmayaraq ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Bundan əlavə, cavabdeh özü qaz xəttinə qanunsuz qoşulmasını etiraf etsə də və bu fakt birinci instansiya məhkəməsinin müəyyən etdiyi hal kimi qeyd edilsə də, iddianın təmin edilməyən hissəsi üzrə digər aktların nəzərə alınamaması düzgün hesab edilə bilməz.
51. O ki qaldı iddianın təmin edilməyən hissəsi üzrə digər aktların nəzərə alınmamasının əsası kimi iddiaçının üzərinə düşən vəzifələri icra etməyərək, öz imkan və səlahiyyətlərindən istif adə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almamasına istinad edilməsi, bu da düzgün olmamışdır.
52. Belə ki, birinci instansiya məhkəməsi həmin aktları, ümumiyyətlə, nəzərə almamaqla yox, Mülki Məcəllənin 23.3-cü maddəsinə uyğun olaraq zərərçəkənin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması hallarına aydınlıq gətirməklə, ən azı zərərin məbləğini azalda bilərdi.
53. Mülki Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
54. İşdən isə görünür ki, birinci instansiya məhkəməsi cavab dehin qanunsuz xətdən istifadə etməsi faktı mövcud olsa da, həmin faktların təsdiqi kimi tərtib edilmiş aktları (iddianın təmin edilməyən hissəsi üzrə), ümumiyyətlə, nəzərə almamış, zərərin məbləği ilə bağlı Mülki Məcəllənin 21.3-cü maddəsi kontekstində qiymətləndirmə aparmamışdır.
55. Nəzərə alınan aktlar üzrə iddianın təmin edilməyən hissəsi ilə bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, həmin hissədə də gəlinən nəticə əsaslı deyil. Belə ki, birinci instansiya məhkəməsi nəzərə alınan aktlar üzrə iddianı qismən təmin edərkən ona istinad etmişdir ki, orta günlük iş rejiminin 24 saat qəbul edilməsi həddindən artıq yüksəkdir və bu səbəbdən orta günlük iş rejimi 8 saat qəbul edilməlidir.
56. Birinci instansiya məhkəməsinin hər bir qaz avadanlığının maksimal saatlıq qaz sərfinin orta günlük iş re jiminin iddiaçı tərəfindən 24 saat götürülməsinin yüksək olmasını göstərməsi ağlabatan olsa da, özünün bunu nəyə görə 8 saat hesablamasını qətnamədə əsaslandırmamış, qış aylarına təsadüf edən həmin dövrdə maksimal saatlıq qaz sərfinin nə qədər olmalı olmasına aydınlıq gətirməmişdir.
57. İddiaçı həm cavabdehin faktı etiraf etməsini, həm də nəzərə alınan aktlar üzrə hesablanmanın düzgün olmamasını apellyasiya şikayətində dəlil kimi irəli sürsə də, apellyasiya instansiyası məhkəməsi isə iddiaçının həmin dəlillərinə, ümumiyyətlə, qiymət verməmişdir. Halbuki qeyd edilən halların araşdırılıb, onlara qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
58. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.
59. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)
60. Məhkəmə k ollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
61. Cavabdehin qeyd edilən dəlilinə qiymət verilmədiyi və həmin dəlil açıq qaldığı üçün məhkəmə kollegiyası qətnamənin iddianın təmin edilməyən hissəsində əsaslı olubolmamasına qiymət verə bilmir.
62. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsini n görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
63. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 64. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdı r ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
65. Məhkəmə kollegiyasının mövqeyinə görə qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümu milikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
66. Barəsində kassasiya şikayəti verilən qətnamə isə iddianın təmin edilməyən hissəsində əsaslılıq və qanunilik barədə prosessual qanunverciliyin müəyyən etdiyi tələblərə cavab vermir.
67. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanunu ilə “Qaz təchizatı haqqında” Qanuna 13.8-1-ci maddə əlavə edilmiş və qeyd olunan maddə 01 may 2022-ci il tarixdən qüvvəyə minmişdir.
68. Həmin maddəyə əsasə n qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vuru lmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir.
69. Qanuna edilmiş əlavəyə əsasən hansı hallarda qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli olması dəqiq müəyyən edilmişdir. Bunun üçün istehlakçının qazın talanmasında təqsi rli olmasına dair müvafiq orqanların və ya məhkəmənin qərarı olmalıdır.
68. İşdən görünür ki, nəzərə alınan, lakin iddianın təmin edilməyən hissəsi üzrə aktlardan biri “Qaz təchizatı haqqında” Qanuna qeyd edilən dəyişiklikdən sonra tərtib edilmişdir. Həmin akt iddia ərizəsində xx.xx.2023-cü il tarixli akt kimi qeyd edilsə də, işə əlavə olnunan aktda onun tarixi 31 yanvar 2023-cü il kimi göstərilmişdir.
69. Bu baxımdan, işə yenidən baxan məhkəmə həmin akta (iddianın təmin edilməyən hissəsi üzrə) “Qaz təchizatı haqqında” Qanuna edilən dəyişiklik kontekstində qiymət verməlidir.
70. Məhkəmə Kollegiyası qeyd edir ki, həmin akt üzrə iddia qismən təmin edildiyindən və həmin hissədən şikayət verilmədiyindən, qeyd edilən akt üzrə iddianın təmin edilən hissəsi kassasiya baxışının predmeti deyil. 7
1. Məhkəmə Kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə – iddianın təmin edilməyən hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə iddianın təmin edilməyən hissəsində hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, mübahisənin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
72. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, Məhkə mə Kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5376/2023 saylı, 03 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə – iddianın təmin edilməyən hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.