Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4240/2019 28.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Cavabdeh1 və vəkili Hüseynov Müsafiq Səfər oğlunun Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-504/2019 nömrəli iş üzrə 15 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (H.S.Mirzəliyev) 15 oktyabr 2018-ci il tarixli, 2(051)-2066/2018 nömrəli qətnаməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı borcun qaytarılması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 və X2 8000 (səkkiz min manat), vəkilə çəkilən xərclərə görə 600 manatın Cavabdeh1 və X2 alınıb İddiaçı verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun cavbdehlərdən alınıb iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər R.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və İ.H.Şükürov) 2(107)-504/2019 nömrəli, 15 yanvar 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin qismən təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(051)-2066/2018 nömrəli qətnaməsinin vəkilə çəkilən xərclərə görə 600 manat məbləğində pulun Cavabdeh1 və X2 alınıb İddiaçı verilməsi hissəsində dəyişdirilməsi və həmin məbləğ 200 manat müəyyən edilməsi, qətnamə baxılmış apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 30 aprel 2018-ci ildə cavabdehlər Cavabdeh1 və X6 ilə notariat qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlayaraq, hər birinə iki ay müddətinə 4000 manat olmaqla, 8000 manat borc pul vermişdir. Kredit müqaviləsinin icrasının sona çatması ilə əlaqədar xəbərdarlıq edib borcun qaytarılmasını tələb etmiş, lakin borclular pulu qaytarmaqdan imtina etmişlər. Mülki Məcəllənin 449-cu maddəsinin tələblərinə görə, özgəsinin pulunu qanunsuz saxlamaql a, onu qaytarmaqdan boyun qaçırarsa həmin məbləğdən faiz ödəməlidir. Borc məhkəmə qaydasında tutulursa, borclu kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürməklə ödəyə bilər. 01 iyul 2018-ci il tarixə bank uçot dərəcəsi 16 faiz təşkil edir. Bank uçot dərəcəsini nəzərə alaraq borclular ona əsas borcla bağlı puldan faydalanmağa görə 1280 manat faiz ödəməlidir. Bununla yanaşı, sənədlərin hazırlanması və surətlərin çıxarılmasına 11 manat, dövlət rüsumu 31 manat, vəkil xidmətlərindən istifadə etməsinə görə müqavilə bağlayıb 1000 manat, cəmi 1042 manat pul xərcləmişdir. Beləliklə, borclular Cavabdeh1 və Cavabdeh2 ona 8000 manat əsas borc, 1280 manat faiz borcu və məhkəməyə hazırlıq mərhələsində xərclədiyi 1042 manat, cəmi 10322 manat pul ödəməlidirlər. Göstərilən lərə əsasən, ddiaçı Mingəçevir Şəhər Məhkəməsində cavabdehlər Cavabdeh1 və X3 qarşı iddia qaldıraraq cavabdehlərdən 8000 manat məbləğində əsas borcun, 1280 manat məbləğində faiz borcu və məhkəməyə hazırlıq mərhələsində xərclədiyi 1042 manat olmaqla, cəmi 10322 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 və vəkili Hüseynov Müsafiq Səfər oğlu kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-504/2019 nömrəli iş üzrə 15 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)504/2019 nömrəli iş üzrə 15 yanvar 2019-cu il tar ixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halla rı araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan 30 aprel 2018-ci ildə bağlanmış kredit müqaviləsindən görünür ki, həmin tarixdə iddiaçı cavabdehlər Cavabdeh1 və Cavadeh2 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, iddiaçı 30 iyun 2018-ci ildə, iki aydan sonra qaytarmaq şərti ilə cavabdehlərin hər birinə dörd min manat olmaqla, cəmi səkkiz min manat məbləğində borc vermiş, Cavabdeh1 və Cavadeh2 aldığı borc pulu 30 iyun 2018-ci il tarixədək İddiaçı qaytarmağı öhdələrinə götürmüşlər. İş materiallarında olan 20 nömrəli müqavilədən görünür ki, vəkil X1 S ədi Hüseyn oğluna borcun qaytarılması tələbinə dair işi üzrə iddia ərizəsini tərtib etmək, həmçinin birinci instansiyası məhkəməsində hüquqi yardım göstərmək üçün 600 manat, apelyasiya instansiya instansiyası məhkəməsində 200 manat və ezamiyyət xərcləri 200 manat olmaqla, cəmi 1000 manat müqabilində hüquqi yardımın göstərilməsi barədə razılığa gəlmişlər. Tərəflər arasında yaranmış mübahisənin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri müfəssəl araşdırıldıqda müəyyən olunmuşdur ki, iddiaçı yazılı formada tərtib edilmiş və notariat qaydada təsdiq olunmuş müqavilə ilə hər bir cavabdehə iki ay müddətində qaytarmaq şərti ilə dörd min manat olmaqla, ümumilikdə səkkiz min manat borc vermiş, ancaq cavabdehlər yazılı müqavilə ilə üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməmiş, icra e tməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Göstərilən Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, mül ki işin 39-42, 50-54, 56-58-ci vərəqələrində olan sənədlərdən görünür ki, Cavabdeh1 İddiaçı qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək İddiaçı 9000 ABŞ dolları, 801 manat və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmiş, qarşılıqlı iddia ərizəsi həmin məhkəmənin 02 oktyabr 2018-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş, lakin Cavabdeh1 15 oktyabr 2018-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı qarşı verdiyi qarşılıqlı iddianın baxılmamış saxlanmasını xahiş etdiyindən, Mingəçvir Şəhər Məhkəməsinin eyni tarixli 2(051)-2066/2018 nömrəli qərardadı ilə Cavabdeh1 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 bunun səbəbini izah e də bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübut larla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsi n, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-504/2019 nömrəli iş üzrə 15 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 və vəkili Hüseynov Müsafiq Səfər oğlunun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-504/2019 nömrəli iş üzrə 15 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4240/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4240/2019
28.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver