Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4240/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər İbrahimova Günəş Əli qızına və X3 (Cavabdeh hüquqi varisləri) qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4240/2022 Açar sözlər: pulun tutulması tələbi Bakı şəhəri, 24 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2209/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsindən İbrahimova Günəş Əli qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin “İbrahimova Günəş Əli qızına fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.1998-ci il tarixli, 68 №-li sərəncamı ilə Bakıxanov qəsəbəsi Əfəndiyev küçəsindəki 609 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi vətəndaş İbrahimova Günəş Əli qızına ayrılması qərara alınmışdır.
3. İddiaçı, mərhum Cavabdeh övladı Zeynəb İbrahimova (Bağırova) ilə 15.11. 2000ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş, birgə ailə həyatından 4 uşaqları olmuşdur. İddiaçı mərhumun qızı ilə ailə qurduqdan sonra Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsi 10 A-da yerləşən iki evdən b irində yaşamağa başlamışdır.
4. İbrahimova Günəş Əli qızı İddiaçı 10 il müddətində özündə geniş səlahiyyətlər əks etdirən xx.xx.2011-ci il tarixlı etibarnamə (ali etibarnamə) vermişdir.
5. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən İbrahimova Günəş Əli qızına, “Sabunçu rayonu, Bakıxanov qəs. yerləşən torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü”nün hazırlanması ilə əlaqədar müraciətinə baxılmış və təqdim edilmiş sənədlərə əsasən şöbənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilmiş, istifadəsində olan torpaq sahəsinin yeri və ölçüləri dəqiqləşdirilmişdir. Məlum olmuşdur ki, Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 68 №-li sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün 609 kv.m torpaq sahəsi ayrıldığı halda əlavə olaraq 922, 08 kv.m. torpaq sahəsini zəbt edərək 1531,08 kv.m sahəni hasarlamış və tikinti işləri aparılmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, tərəfindən tutulmuş torpaq sahəsi aidiyyatı üzrə geri qaytarıldıqda və ya müvafiq qaydada rəsmiləşdirildikdən sonra müraciətinə yenidən baxılacaqdır” məzmununda ı xx/xx-7195 saylı, xx.xx.2011-ci il tarixli cavab məktubu ünvanlamışdır.
6. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsi ilə Cavabdeh Heyvəli oğlu arasında 269 saylı, xx.xx.2014-cü il tarixli “Bakıxanov Bələdiyyəsinin ərazisində olan torpaq sahələrinin icrəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilə ilə ünvan 4-da 600 kv.m ümumi sahəsi mövcud vəziyyətdə olan fərdi yaşayış evinə məxsus torpaq sa həsi 1 il müddətinə icarəyə verilmişdir.
7. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin “Sabunçu rayonu, Bakıxanov qəs. O. Əfəndiyev küç. yerləşən torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin mövcud vəziyyətdə hüquqi qeydiyyata alınması barədə” 695 №-li, xx.xx.2014-cü il tarixli sərəncamı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsində yerləşən 600,0 kvm. torpaq sahəsində inşa edilmiş bir mərtəbəli, yarımzirzəmili, mansardlı, yarımzirzəmidə köməkçi sahələr-201,0 kv.m., 1-ci mərtəbədə zal sahəsi-39,8 kv.m., beş yaşayış otağı82,1 kv.m., eyvan-11,9 kv.m., mansardda üç köməkçi otaq-172,7 kv.m., manşard-42,8 kv.m-dən ibarət olan fərdi yaşayış evinin Cavabdeh Heyvəli oğlunun adına hüquqi qeydiyyata alınması qərara alınmışdır
8. Cavabdeh Heyvəli oğlu 17 avqust 2019-cu il tarixdə vəfat etmişdir.
9. Cavabdeh Heyvəli oğlunun vərəsələri qızı X5 və arvadı İbrahimova Günəş Əli qızına xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh qarşı «pul tələbi» ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən dəymiş zərərə görə 235.000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İbrahimova (Bağırova) Zeynəb Həsən qızı ilə xx.xx.2000-ci ildə qanuni nikaha daxil olaraq ailə qurmuş, birgə ailə həyatından 4 uşaqları olmuşdur. İş üzrə Cavabdeh onun qaynatasıdır. O, ailə qurduqdan sonra köçüb arvadının yuxa rıda göstərilən ünvanda yerləşən evində yaşamağa başlamışdır. Həmin həyətdə iki ev vardır. Cavabdeh onunla arvadına bir mərtəbəli yarımzirzəmidən ibarət olan evi vermişdir. Həmin həyətdə olan digər tikilidə isə özü yaşayır. Sonra o, belə qərara gəlmişdir ki, həmin yarımzirzəmidən ibarət olan bir mərtəbəli evin mansardını tiksin ki, yaşayış şəraitləri yaxşı olsun. 2013-cü ildə cavabdehin razılığı ilə o, belə də etdi və yarımzirzəmidən ibarət olan 1 mərtəbəli evi 3 metr qabağa, 3 metr yana genişləndirdi, evin ikinci mərtəbəsi kimi sayılan mansardını tikdi. Bütün bunlara görə o, 235.000 manat pul xərcləmişdir. Hal-hazıradək orada yaşayır. Evin və torpaq sahəsinin əmlak vergisini hər il Bakıxanov Bələdiyyəsinə ödəmişdir. Lakin onun arvadı Bağırova Zeynəb onkoloji xəstəlikdən əzab çəkdiyi üçün xx.xx.2010-cu ildə vəfat etmişdir. 2014-cü ildə o, evi cavabdehin adına sənədləşdirib İcra Hakimiyətindən sərəncam aldı, bundan sonra cavabdehin ona qarşı münasibəti dəyişmiş, onunla pis rəftar etməyə başlamışdır. Cavabdeh onu tikdiyi evdən çıxarır, ona həmin evdən getməyini tələb edir. Hətta cavabdeh ondan polis bölməsinə şikayət etmiş, onu öldürməklə hədələmişdir. Belə olan halda o, cavabdehdən tikdiyi evin pulunu tələb etmiş, lakincavabdeh evin tikintisinə xərcələdiyi 235.000 manat pulu ona verməkdən imtina edir. Hal-hazırda o, başa düşmüşdür ki, cavabdeh onun etibarından sui-istifadə edərək onu aldatmış, onu aldadaraq ev tikdirmiş, adına sənəd aldırmış, ona külli miqdarda pul xərclətdirmiş və sonra da vəfat edən qızına verdiyi evi və onun üstündə tikdiyi yeni evi ondan geri tələb etməy ə başlamışdır. Cavabdehin ona, vəfat etmiş qızına və nəvələrinə qarşı etdiyi bu haqsızlığa nə ad vermək olar, o başa düşə bilmir. Əgər cavabdeh onu evdən çıxarırsa onda o, ona dəymiş ziyanı ödəməlidir. Hal-hazırda o özünün və uşaqlarının təhlükəsizliyini təmin etmək məqsədilə evdən çıxmaq məcburiyyətində qalmışdır. Ona görə də o, məhkəməyə müraciət etməyi qərara almışdır
12. Məhkəmə baxışı dövründə İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş zərərə görə 267.907 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbinin həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, o iddia tələbində daş qarajın, yarımzirzəminin və su hovuzunun tik ilməsinə sərf etdiyi pulun cavabdehdən alınaraq ona verilməsini göstərməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o iddia tələbində göstərildiklərindən başqa cavabdehin xahişi ilə ona məxsus həyətdə daş qaraj tikdirmişdir, həmin daş qarajın tikilməsinə tikinti materialları və usta haqqı ilə birlikdə 9.326 manat pul xərcləmişdir. Tikinti materialları və usta haqqı ilə birlikdə o cəmi 21.706 manat məbləğində pul xərcləmişdir. Daha sonra o orada su hovuzu tikdirmişdir. Tikinti materialları və usta haqqı ilə birlikdə o 1875 manat məbləğində pul xərcləmişdir, cəmi 32907 manat.
14. İddiaçı ilə Cavabdeh arasıda xx.xx.2015-ci il tarixli barışıq sazişi bağlanmışlar. Həmin sazişə əsasən tərəflər məhkəmədə baxılan mülki iş üzrə 267.907 manat məbləğində dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı və Cavabdeh Heyvəli oğlu arasında könüllü razılığa gələrək aralarında barışıq sazişi bağlayıraq öz üzərlərinə aşağıda göstərilən öhdəlikləri götürürlər:
1. Cavabdeh Heyvəli oğlu ünvan 2 ünvanda yerləşən Bakı şəhəri, Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 695 saylı sərəncamı ilə mövcud vəziyyətdə hüquqi qeydiyyata alınmış yarımzirzəminin üstündə tikilən iki mərtəbəli, mansarlı yaşayış evinin nəvəsi X6 aid olmasını bildirərək, nəvəsinin yetkinlik yaşına çatdıqdan sonra evin yalnız nəvəsi Həsənə məxsus olacağını, nəvəsi Həsənin 18 yaşına çatanadək həmin evi notariat kontorunda nəvəsi X4 adına bağışlamağı və ya vəsiyət etməyi öz öhdəsinə götürür.
2. Cavabdeh Heyvəli oğlu tərəfindən sözügedən evi nəvəsi Həsənin 18 yaşına çatana qədər bağışlamadığı və vəsiyyət etmədiyi təqdirdə iddia ərizəsində göstərilən məbləğ cavabdehdən tutulub iddiaçıya verilməlidir.
3. Tərəflər arasında qarşılıqlı razılaşma olduğundan İddiaçı Cavabdeh Heyvəli oğluna qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia tələbindən imtina edir.
4. Barışıq sazişi iddiaçı və cavabdeh tərəfindən imzalandıqdan və məhkəmə qərardadı ilə təsdiq edildikdən sonra qüvvəyə minir.
5. Barışıq sazişi 3 nüsxədə tərtib olunmuşdur. İki nüsxəsi tərəflərə, biri isə məhkəməyə təqdim olunur.
15. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(008)- 973/2015 saylı qərardadına əsasən, tərəflərin arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir.
16. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli q ərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(008)- 973/2015 saylı qərardadı ləğv edilmiş, mülki iş üzrə icraat təzələnərək, işə baxılması davam etdirilmişdir.
17. Qərardad onunla əsaslandırılmışdır ki, barışıq sazişi təsdiq edilərkən cavabdehin rəsmi nikahda olan arvadı Günəş İbrahimova iş üzrə üçüncü şəxs qismində cəlb edilməmiş və hüquqları pozulmuşdur.
18. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Cavabdeh Heyvəli oğlunun xx.xx.2019-cu il tarixdə vəfat etməsi ilə əlaqədar həyat yoldaşı İbrahimova Günəş Əli qızı və qızı X5 onun hüquqi varisləri kimi tanınmışlar.
19. Məhkəmə iclasında iştirak edən mərhum Cavabdeh hüquqi varisləri, həyat yoldaşı İbrahimova Günəş Əli qızının və qızı X5 nümayəndəsi və vəkili, həmçinin iclasda iştirak edən Məmmədova İ lhamə iddianı qəbul etməyərək eyni məzmunlu izahatlarında göstərmişlər ki, Cavabdeh Heyvəli oğlunun iddiaçı qarşısında heç bir öhdəliyi olmamış və o, barışıq sazişini imzalamamışdır. Mübahisələndirilən tikililər Cavabdeh Heyvəli oğlunun vəsaiti hesabına tikildiyindən iddiaçının pul tələbi barədə iddiası əsassızdır.
20. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim A.Paşayeva) 2(008)-8891/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh hüquqi varisləri İbrahimova Günəş Əli qızı və X1 267.907 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
21. Məhkəmə tərəflərin iddia və ona edilən etirazlarının əsası kimi istinad etdikləri dəlillərə, hallara qiymət verərək hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qərardad ləğv edilməsinə və işə mahiyyəti üzrə baxılması davam etdirilməsinə baxmayaraq, hazırki vəziyyətdə sözügedən saziş məhkəmə tərəfindən yenidən təsdiq edilməsə də, (cavabdehin hüquqi varisləri sazişlə razılaşmırlar) mübahisəyə məhz həmin sazişin məzmununda göstərilənlər əsasında müvafiq qiymət verilməlidir. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edərək iddiaçı tərəfin mübahisənin məhkəmədən kənar barışıq yolu ilə həll edilməsi üçün onlara müəyyən müddət vaxt vermək məqsədi ilə məhkəmə iclasının təxirə salınması barədə vəsatətinin təmin edilməsinə etiraz etməmiş və özünün də vəsatəti olmamasını göstərmişdir. Daha sonra isə iş material larında olan xx.xx.2015-ci il tarixli məhkəmə iclas protokolundan da görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edərək «Möhtərəm hakim, biz müəyyən şərtlərlə razılığa gəlmişik və bu səbəbdən də barışıq sazişi bağlamışıq. Məhkəmə tərəfindən bizim aramızda bağlanmış barışıq sazişini təsdiq edib və iş üzrə icraata xitam verilməsini xahiş edirəm» məzmununda izahat vermişdir. Bundan əlavə, həmin protokoldan görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi məhkəməyə təqdim edilmişdir.
22. Məhkəmə iş materiallarında olan məhkəmə iclas protokollarının həqiqiliyinə şübhə yaradan hər hansı halın olmamasını qeyd etməklə və bu protokolların məzmununda göstərilənləri nəzərə almaqla hesab etmişdir ki, mərhum Cavabdeh 29 və 30 sentyabr 2015-ci il tarixlərdə m əhkəmə iclaslarında iştirak etmişdir.
23. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarında olan barışıq sazişinin məzmununa da məhz qeyd edilən məhkəmə iclas protokollarının məzmunu baxımından hüquqi qiymət verilməlidir.
24. Məhkəmənin qənaətinə görə sözügedən məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddiaçı ilə aralarında yaranmış mübahisənin həlli baxımından yuxarıda qeyd edilən barışıq sazişini bağlamaqla imzalaması mübahisənin məhkəmədən kənar həll etməsi baxımından ağlabatan mühakimə qaydasında mümkün idi. Belə ki, sazişin məzmunundan da görünür ki, Cavabdeh iddia edilən məbləği dərhal iddiaçıya qaytarmalı deyildi. Çünki, razılaşmaya əsasən Cavabdeh mübahisəli yaşayış evinin nəvəsi X6 aid olmasını bildirərək, nəvəsinin yetkinlik yaşına çatdıqdan sonra evin yalnız nəvəsi Həsən ə məxsus olacağını, nəvəsi Həsənin 18 yaşına çatanadək həmin evi notariat kontorunda nəvəsi X4 adına bağışlamağı və ya vəsiyyət etməyi öz öhdəsinə götürmüşdür. Bu hal ilə iddiaçı razılaşmış və tərəflər arasında bununla bağlı aralarında 2019-cu ilin avqust ayına qədər hər hansı formada mübahisə olmamışdır. Sazişin İİ bəndində Cavabdeh Heyvəli oğlunun sözügedən evi nəvəsi Həsənin 18 yaşına çatana qədər bağışlamadığı və vəsiyyət etmədiyi təqdirdə iddia ərizəsində göstərilən məbləğin cavabdehdən tutulub iddiaçıya verilməli olması göstərilməsi isə azyaşlı Həsənin 18 yaşına çatana qədər olan dövrünü əhatə etmişdir. Cavabdeh barışıq sazişinin bağlanmasından 4 il sonra xx.xx.2019-cu il tarixdə vəfat etmişdir və bu vaxta qədər isə o, sözügedən evi nəvəsi Həsənin adına bağışlamamış və ya vəsiyyət et məmişdir. Həmçinin, hazırda qüvvədə olmayan Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-9731/2015 saylı, 21 may 2021-ci il tarixli qərardadı üzrə iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən xx.xx.2020-ci il tarixdə icra vərəqəsinin verilməsi də cavabdehin sağlığında ikən barışıq sazişinin şərtlərinə əməl etməməsi ilə əlaqədar olmuşdur. Mübahisəli ev dövlət reyestrində qeydə alınmadığı üçün onun bağışlama formasında özgəninkiləşdirilməsi mümkün deyildi. Lakin vəsiyyətnamə verilməsinə heç bir qadağa yox idi. Belə ki, həmin əmlak faktiki olaraq mərhuma gözlənilən mülkiyyət hüququ əsasında məxsus idi və vəsiyyətnamənin verilməsi gələcəkdə hüquqi nəticələr yarada bilərdi ki, bu da iddiaçı üçün məqbul idi. Başqa sözlə, mərhumun sağlığında ikən sazişdə göstərilən vəsiyyətnamənin vermə si faktı iddiaçıya məlum olsa idi, bu hal həm qeyd edilən icra vərəqəsinin, həm də hazırki iddianın verilməsinin istisna olunmasına səbəb ola bilərdi.
25. Məhkəmə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli barışıq sazişini sonuncunun imzalamamasına, onun həmin tarixli məhkəmə iclasında iştirak etməməsinə dair cavabdeh tərəfin dəlillərini onların subyektiv mülahizəsi kimi qiymətləndirmiş və hesab etmişdir ki, həmin sazişi imzalamaqla mərhum Cavabdeh iradə ifadəsini bildirdiyindən onun hüquqi varislərinin hazırki vəziyyətdə iddianın əsassız olmasına dair izahatları əhəmiyyətsizdir.
26. Məhkəmə bu qənaətə gələrkən Cavabdeh 29 və 30 sentyabr 2015-ci il tarixli məhkəmə iclaslarında iştirakının olmasını təsdiq edən məhkəmə iclas protokollarının da məzmunu nəzərə almış və hə mçinin hesab etmişdir ki, sazişi sağlığında imza edən mərhum Cavabdeh iradə ifadəsi onun iddia ərizəsində göstərilən məbləğin həqiqətən də iddiaçıya ödənilməsi (şərtlə də olsa) olmasının bir növ etirafına, beləliklə də mübahisənin sülh yolu ilə həll edilməsinə yönəlmişdir. Başqa sözlə, Cavabdeh iddiaçının tələb etdiyi məbləği ona öz üzərinə götürdüyü şərtləri yerinə yetirmədiyi təqdirdə qaytarmalı olması öhdəliyini üzərinə götürmüşdür.
27. Faktın etirafının yazılı ərizədə ifadə olunmasına gəldikdə isə məhkəmə hesab etmişdir ki, Cavabdeh sazişlə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi halda onun iddiaçı qarşısında məsuliyyət daşıyıcısı olmasını öz imzası ilə təsdiq etmişdir ki, bu da yazılı qaydada məhkəməyə təqdim edilmə kimi də qiymətləndirilir.
28. Faktın etiraf olunmasının məhkəmə iclasının protokoluna yazılması ilə bağlı məhkəmə hesab etmişdir ki, barışıq sazişinin mövcudluğu halında cavabdehin iclas protokoluna imza etdirilməsinə zərurət olmamışdır.
29. Məhkəmə cavabdehin hüquqi varislərinin iddiaya olan etirazlarının əsası kimi istinad etdiyi hallara hüquqi qiymət verməkdə davam edərək daha sonra işin mühüm və diqqətəlayiq olaq bu məqamını da qeyd etməyi zəruri hesab etmişdir ki, onlar İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli barışıq sazişindən ən azından sonuncunun sözləri əsasında məlumatsız ola bilməzdilər. Belə ki, onlar da 2015-ci ildə sözügedən şəxslər arasında olan mübahisə ilə bağlı polis, məhkəmə orqanlarında araşdırmalar aparılması barədə məlumatlı idilər və Cavabdeh baş verənlərin nəticəsi barədə öz ailə üzvlərinə məlumat ver məməsi inandırıcı görünmür. İşin materiallarından da görünür ki, hüquqi varislər iş üzrə icra vərəqəsi veriləndən sonra hazırki işə qoşularaq müvafiq qaydada şikayətlər verməyə başlamışlar.
30. Məhkəmə daha sonra hesab etmişdir ki, mərhum Cavabdeh barışıq sazişindəki imzanın onun tərəfindən icra edilməməsi ehtimalının nəzərə alınması halında belə cavabdehin hüquqi varisləri iddiaçının ünvan 4 ünvanında yerləşən mərhum həyat yoldaşı ilə yaşadıqları evin yaşayış şəraitlərini yaxşılaşdırmaq üçün hər hansı tikinti işlərinin aparmamasını və bu işlərin də məhz Cavabdeh tərəfindən aparılması ilə bağlı da hər hansı mötəbər və tutarlı sübutlar təqdim etməmişlər.
31. Məhkəmə hesab etmişdir ki, iddiaçının pul tələbi iddiası digər tərəf, yəni, Cavabdeh sağlığında ikən barışıq sazişində qarşılıqlı razı laşmaya əsaslanan öhdəliklərin yerinə yetirilməsi şərti yerinə yetirilmədiyi halda iddiaçıya iddia olunan pulu ödəməli olmasını göstərməsi faktı sonuncunu gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad etmişdir.
32. Bundan əlavə məhkəmə hesab etmişdir ki, iddiaçının ünvan 4-da mərhum həyat yoldaşı ilə birgə yaşadıqları evin yaşayış şəraitlərini yaxşılaşdırmaq üçün apardığı tikinti işləri ilə bağlı əvvəlcə sağlığında Cavabdeh Heyvəli oğlu, vəfatından sonra isə hüquqi varisləri İbrahimova Günəş Əli qızı və X5 əsassız varlanan şəxs statusuna malik olmuşlar.
33. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 157.6, 157.7, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1094, 1095, 1306.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 106.3, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiy a instansiyası məhkəməsindəki icraat
34. İbrahimova Günəş Əli qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təmir-tikinti işlərinin İddiaçı tərəfindən icra edilməsi qənaətinə gəlindiyi təqdirdə belə, onun özünün tikinti işlərinə dair hər hansı rəsmi icazəsinin olmaması faktı, bu tikilinin özbaşına tikili olduğunu ehtiva edir. Demək ki, İddiaçı özünün tikdiyini iddia etdiyi tikili ona münasibətdə özbaşına tikili statsunu alır ki, qanunla da, belə daşınmaz əmlaklar özbaşına tikinti sayılır və özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Yekunda da, İddiaçı belə bir tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, bütün növ əqdlər, o cümlədən “Barışıq sazişi” bağlamaq və bu mövzuda hər hansı iddia qaldırmaq ixtiyarı olmamışdır. İddiaçının iddiasının əsasını təşkil edən və qanunun şərt olaraq vurğuladığı “Barışıq sazişi”nin artıq ləğv olunması faktı, iddiaya əsasən razılaşmanın bağlanmasına xidmət edən niyyətin də artıq - öz mahiyyətini və hüquqi qüvvəsini itirməsi halını bir daha təsdiq və sübut edir. Məhkəmə İddiaçının iddiasının əsasını təşkil edən “Barışıq sazişi”nin artıq ləğv olunması faktını, o cümlədən iddiaya əsasən razılaşmanın bağlanmasına xidmət edən niyyətin öz mahiyyəti və hüquqi qüvvəsini itirməsini görməmişdi. Beləliklə də, məhkəmə ləğv edilmiş “Barışıq sazişi”nə və onun bağlanma niyyətinə istinad edərək qeyri obyektiv qətnamə çıxarmaqla pozuntuya yol vermişdir. Nə tikinti işlərinə sərf olunan xərclərin həcmini müəyyən e tmək üçün tikinti-texniki və əmtəəşünaslıq ekspertizası, nədə ki, imza nümunələrinin eyniləşdriilməsi üçün xəttşünaslıq ekspertizası təyin etməmişdir. Məhkəmənin “Barışıq sazişi”ndə göstərilən imzanın mərhum cavabdehə məxsusluğu üzrə imza nümunələri ilə bağlı məsələyə hüquqi qiymət verilməmişdir. Bundan başqa, əgər 2(008)-9731/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadla tərəflər arasında bağlanmış “Barışıq sazişi” məhkəmə tərəfindən təsdiq edilərək, mülki iş üzrə icraata xitam verilmişdirsə, elə olan halda cavabdehin ölümü, sonradan həmin sazişin özünün qüvvədən düşməsi və bununla da, onun əsaslarını təşkil edən hallarla bağlı pul ödənilməsi öhdəliyinin yenidən cavabdehin hüquqi varislərinin üzərinə qoyulması qətnamənin ləğv olunması üçün əsasdır. Cavabdeh Heyvəli oğlunun iddiaçı qar şısında heç bir öhdəliyi yoxdur və o, “Barışıq sazişi”ni özü imzalamamışdır. Ona görə ki, həmin vaxt o ağır xəstə olmuş və öz hərəkətlərini idarə edə bilməmişdir. Çünki, hansısa əsas sənədə imza atmağa və normal fikirləşməyə onun həmin dövr üçün səhhəti yol vermirdi. Mübahisələndirilən tikililər Cavabdeh öz vəsaiti hesabına tikilmişdir. Məhkəmə çıxardığı qətnamədə təmirtikinti işlərinin məhz İddiaçı tərəfindən maliyyələşdirilməsinə dair heç bir sübuta istinad edilmir. Həmin dövr üçün 267.907 manat iddiada qeyd olunan işlər üçün şişirdilmiş məbləğdir. Belə olduğu təqdirdə, həmin işlərə sərf olunan xərclərin həcmini müəyyən etmək üçün ekspertiza təyin edilməli idi. “Barışıq sazişi”ndə imzanın həqiqətən də Cavabdeh məxsus olması xətşünaslıq ekspertizasının müvafiq rəyi ilə təsdiqlənməlidir. Q ətnamədə qeyd edilir ki, guya İddiaçı müxtəlif tarixlərdə Bakıxanov Bələdiyyəsinə vergi ödənişləri həyata keçirmişdir. Lakin, Bələdiyyəyə mütəmadi olaraq cavabdeh tərəfindən vergi ödənişləri edilmiş və bu barədə sübutlar da apelyasiya şikayətinə əlavə edilmişdir. Cavabdehin hüquqi varisi məhkəməyə şahid gətirmiş və həmin şahid cavabdehin xeyrinə ifadə vermiş, şahid və şahidin izahatı ilə bağlı qətnamədə heçnə yazılmamışdır. İddiaçı öz mülkiyyətində olmayan daşınmaz əmlakın tikinti sahəsinin genişləndirilməsi və təmirinə 267.907 manat məbləğində xərc çəkilməsi bazara uyğun olmamaqla, inandırıcı və reallığa uyğun deyil. Qətnamədə İddiaçı qeyd olunan əmlaka dair mülkiyyət, istifadə və ya sərəncam vermək hüququnu təsdiq edən hansısa bir təsdiqedici sənədə istinad edilmir, Cavabdehla İddiaçı ar asında daşınmaz əmlakın təmiri və ya tikinti sahəsinin genişləndirilməsinə dair hər hansısa yazılı razılaşma mövcud olmamış, Cavabdeh İddiaçı qarşısında hər hansı öhdəlik qəbul etməmiş, xx.xx.2015-ci il tarixli məhkəmə iclas protokolunda Cavabdeh 267.907 manat məbləğində vəsaitin İddiaçı ödənilməli olduğunu bildirmir, o, qeyd edir ki, “müəyyən şərtlərlə” razılığa gəlmişik.
36. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X7 (sədrlik edən və məruzəçi), X9 və X2) 2(103)-2209/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh hüquqi varisi İbrahimova Günəş Əli qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)8891/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxl anılmışdır.
37. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh hüquqi varisi Günəş İbrahimovanın apelyasiya şikayətinin dəlilləri iddia tələbinə qarşı verdiyi etirazın dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən ətraflı qiymət verildiyindən və məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin dəlillərə verdiyi qiymətlə razılaşdığından, apelyasiya şikayətinin qeyd edilən dəlillərinin təkrar olaraq eyni əsaslarla qiymətləndirilməsinə zərurət görmür və apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz.
38. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansi ya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab etmişdir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq və təfsir etmişdir
39. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 157.6, 157.7, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1094, 1095, 1306.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 106.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. Cavabdehin hüquqi varisi İbrahimova Günəş Əli qızı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilm əsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
43. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
44. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödə nilməsini tələb edə bilər.
45. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
46. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
47. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
48. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verd iyini geri tələb edə bilər.
49. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
50. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Mülki Prosessual Məcəllə
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qa baqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
55. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.
56. Qanunun tələbinə görə, kassasiya instansiyası m əhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə hüquq normalarına əsasən qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmələrin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
60. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2209/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.