Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4241/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 və cavabdeh İbişov Cavabdeh vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)713/2020 saylı qətnaməsindən cavabdeh İbişov Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(034)-432/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hak im G.K.İmanova) İddiaçı cavabdeh İbişov Cavabdeh qarşı “alimentin miqdarının artırılması” barədə iddiası təmin edilərək, həmin məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilərək, cavabdehdən xx xxxxxx 2010-cu il tarixdə doğulmuş İbişzadə Yusif Cavabdeh oğlu və xx xxxxxxxx 2013-cü il tarixdə doğulmuş İbişzadə Vasif Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin, habelə xx xxxxxxxx 2013-cü il traixdə doğulmuş İbişzadə Vasif Cavabdeh oğlunun müalicəsi üçün hər ay 100 manat əlavə xərcin tutulub iddiaçıya verilməsi qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il t arixli, 2(105)713/2020 saylı qətnaməsi ilə (hakimlər F.Ə.Məmmədov sədrlik edən, məruzəçi, L.M.Məmmədova və S.A.Qafari) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilərək, cavabdehdən xx xxxxxxxx 2013-cü il tarixdə doğulmuş İbişzadə Vasif Cavabdeh oğlunun müalicəsi üçün əlavə xərcə görə hər ay 50 manat sabit pul məbləğində ödəncin tutulub iddiaçıya verilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehdən onun xeyrinə tutulacaq alimentin miqdarının artırılaraq, xx xxxxxx 2010-cu il tarixdə doğulmuş İbişzadə Yusif Cavabdeh oğlu və xx xxxxxxxx 2013-cü i l tarixdə doğulmuş İbişzadə Vasif Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin, habelə xx xxxxxxxx 2013-cü il tarixdə doğulmuş İbişzadə Vasif Cavabdeh oğlunun müalicəsi üçün əlavə xərclərə görə 100 manat ödəncin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiya məhkəməsi işə baxırkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməs inin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh İbişovun vəkili Abil Bayramov kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və Cavabdeh İbişov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh İbişovun vəkili Abil Bayramovun izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, a pelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, Zəngilan Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən, tərəflər arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli nikahın pozulması, xx xxxxxx 2010cu il tarixdə doğulmuş İbişzadə Yusif Cavabdeh oğlu və xx xxxxxxxx 2013-cü il tarixd ə doğulmuş İbişzadə Vasif Cavabdeh oğlunun anaları- İddiaçı yanında saxlanılması, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İbişovdan hər ay, hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat alimentin tutulub İddiaçı verilməsi qət edilib. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli arayışına əsasən, xx xxxxxxxx 2013-cü il tarixdə doğulmuş İbişzdə Yusif Cavabdeh oğlu “uşaq autizmi A84.0 xəstəliyindən” əziyyə çəkir. “Birgə və Sağlamlıq” İctimai Birliyinin xx xxxxxxx 2019-cu il tarixli arayışına görə, İbişzadə Vasif Cavabdeh oğlu 2018-ci ilin oktaybr ayından 2019-cu ilin oktyabr ayınadək Birlikdə reabilitasiya xidməti (müalicə) almışdır və onun müvafiq aylar üzrə ödənişləri cəmi 4.206 manat təşkil etmişdi r. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən hüquqi mövqeyini Ailə Məcəlləsinin 75.1, 81.1 və 81.2-ci maddələrinin tələbləri ilə əsaslandırıb. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyət li dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Apelya siya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, cavabdeh, hər ay, hər uşağa görə iddiaçıya 160 manat sabit pul məbləğində aliment ödəməyə etiraz etmir. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanuna görə 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb düzgün olaraq qeyd etmişdir ki, uşaqların qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazi şdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Əvvəla, ailə qanunvericiliyində valideynlərin uşaqlara görə əlavə xə rclərdə iştirak etmələrinin iki qaydası fərqləndirilir: birincisi, yetkinlik yaşına çatmamış və ya əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında əldə edilən sazişlə həll edilir. İkincisi, valideynlər və onlarla uşaqlar arasında belə saziş olmadıqda, məhkəmə valideynlərdən hər birini əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, uşağı saxlayan şəxslər, yəni digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övladın özü (onun fəaliyyət qabiliyyəti vardırsa) məhkəmədə iddia qaldıra bilər. Bu halda valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Hər bir halda nəzərə almaq lazımdır ki, valideynlərin uşaq lara görə verməli olduğu əlavə xərclərin miqdarı konkret haldan asılıdır. Digər tərəfdən, valideynlərin aliment öhdəlikləri əlavə xərclərdən fərqləndirilməlidir. Belə ki, aliment öhdəliklərinin əsasını valideynlərin uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, əlavə xərclərin əsasını Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş müstəsna hallar təşkil edir. Bu hallara: uşağın ağır xəstə olması, şikəst olması, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və sair daxildir. Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməsə də, valideyndən əlavə xərclərin alınması üçün məhkəmənin müstəsna hesab etdiyi başqa hallara, məsələn: protezləşmə, xəstə uşağın təlim və təhsili, sanatoriya-kur ort müalicəsi və sair əsas ola bilər. Məhkəmə bu zaman valideynlərin və uşaqların ailə və maddi vəziyyətini, eləcə də tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almalıdırlar. Məhkəmə valideynləri uşaqlara görə nəinki faktiki çəkilən xərclərdə iştiraka, eyni zamanda gələcəkdə zəruri olan xərclərə də cəlb edə bilər. Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, valideynlərin uşaqlara görə ödədiyi əlavə xərclər dəyişilməz deyil. Sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə məhkəməyə təkrar müraciət etmək imkanı istisna edilmir (Ailə Məcəlləsinin 81.1, 81.2, 81.3-cü maddələri). Apelyasiya instansiyası məhkəməsi işin həqiqi hallarını nəzərə alıb haqlı olar aq qeyd etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə əlavə xərcin tutulması üçün əsaslar vardır. Belə ki, mülki iş materiallarından görünür ki, tərəflərin birgə nikahından xx xxxxxxxx 2013-cü il tarixdə doğulmuş İbişzdə Yusif Cavabdeh oğlu “uşaq autizmi A84.0 xəstəliyin”dən əziyyət çəkir və onun mütəmadi müalicəyə ehtiyacı vardır. Uşağın saxlanılması və müalicəsi, eləcə də sağlamlıq imkanları məhdud olan uşağa qulluq etməsi ilə əlaqədar iddiaçının əlavə xərc tələb etməyə hüququ var. Apelyasiya instansiyası məhkəməsi, cavabdehin maddi vəziyyətini nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, hesab edir ki, cavabdehdən xx xxxxxxxx 2013-cü il tarixdə doğulmuş İbişzadə Vasif Cavabdeh oğlunun müalicəsi üçün əlavə xərclərə görə hər ay 50 manat ödənc tutulub iddiaçıya verilməlidir. Bu baxımdan kasa siya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəm əsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh İbişov Cavabdeh kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-713/2020 saylı qətnaməsikasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4241/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4241/2020
20.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver