Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4241/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə çəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4241/2023 (Açar sözlər: maddi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə çəlb edilməklə) “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-840/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 18 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Fərdi sahibkar X6 ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2015-ci il tarixli alğısatqı müqaviləsinə uyğun olaraq xx.xx.2015-ci il tarixdə tərtib edilmiş AEO № 094158 qaimə-fakturaya əsasən 38.608,70 manat məbləğində, AEO № 094159 qaimə-fakturaya əsasən 88.651,23 manat məbləğində, AEO № 093990 qaimə-fakturaya əsasən 15.985,89 manat məbləğində, AEO № 093991 qaimə-fakturaya əsasən 14.769,82 manat məbləğində, AEO № 093992 qaimə-fakturaya əsasən 2.147,08 manat məbləğində məhsullar, həmin qaimə-fakturaların yuxarı hissəsində “Kimdən” qeydinin qarşısında İddiaçı MMC tərəfindən “Kimə” qeydi qarşısında X5 göstərilsə də, qaimə fakturaların sonunda “Təhvil alan” qeydi qarşısında məhsulların Cavabdeh təhvil verilməsi müəyyən edilir.
2. İddiaçı MMC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
3. Fərdi sahibkar X5 məxsus mağazada operator kimi işləyən Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1044/2016 nömrəli, 02 dekabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin cavabdeh X1rşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X2 118.456,9 manat əsas borc, 2.5 00 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat, cəmi 120.981,9 manat məbləğində pul tutularaq MMC-yə ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-169/2017 nömrəli, 12 aprel 2017-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1044/2016 nömrəli, 02 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(102)-364/2017 nömrəli, 19 sentyabr 2017-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(103)-169/2017 nömrəli, 12 aprel 2017-ci il tarixli qətnaməsi qismən ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-755/2017 nömrəli, 08 dekabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1044/2016 nömrəli, 02 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(102)-215/2018 nömrəli, 01 may 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)755/2017 nömrəli, 08 dekabr 2017-ci il tarixli qətnaməsi qismən lə ğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-491/2018 nömrəli, 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1044/2016 nömrəli, 02 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv olunaraq, iddia 141.101,40 manat vəsaitin iddiaçının xeyrinə tutulması hissəsində rədd edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(102)-156/2019 nömrəli, 24 aprel 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(103)-491/2018 nömrəli, 26 dekabr 20 18-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)429/2019 nömrəli, 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)1044/2016 nömrəli, 02 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(102)-446/2019 nömrəli, 16 oktyabr 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(103)-429/2019 nömrəli, 10 iyul 2019-cu i l tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
13. İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 118.456,90 manat əsas borcun, 29.614 manat gecikmə faizinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırmışdır ki, fərdi sahibkar X6 ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinə uyğun olaraq xx.xx.2015-ci il tarixli, AEO seriyalı, 094158 nömrəli; xx.xx.2015-ci il tarixli, AEO seriyalı, 094159 nömrəl i; xx.xx.2015-ci il tarixli, AEO seriyalı, 093990 nömrəli; xx.xx.2015-ci il tarixli, AEO seriyalı, 093991 nömrəli və xx.xx.2015-ci il tarixli, AEO seriyalı, 093992 nömrəli qaimə-fakturalar əsasında mallar təqdim edilmişdir. Qaimə-fakturalara fərdi sahibkar Rəşid Əhmədovun rəsmi işçisi olan cavabdeh imza atmış və qaimə-fakturalar üzrə mallar onun tərəfindən qəbul edilmişdir. Lakin mallar üzrə borc məbləği Rəşid Əhmədov tərəfindən tam ödənilməmişdir. Borcun ödənilməsi məhkəmə qaydasında Rəşid Əhmədovdan tələb edilsə də, iddia tələbləri təmin edilməmişdir. Məhkəmələr tərəfindən Rəşid Əhmədova qarşı irəli sürdükləri iddia tələbləri rədd edilərkən malları qəbul edən cavabdehə hər hansı səlahiyyətin (etibarnamə) verilməməsi halına istinad edilmişdir. Eyni zamanda malların bir qismi cavabdeh tərə findən Rəşid Əhmədova təhvil verildiyi üçün onların dəyəri sonuncu tərəfindən ödənilmişdir. Bu səbəbdən cavabdeh tərəfindən qəbul edilən, lakin Rəşid Əhmədova təhvil verilmədiyi iddia edilən malların dəyəri onun tərəfindən ödənilməmişdir. Belə olan halda malların bir qismi cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq Rəşid Əhmədova təhvil verilməmiş və özü tərəfindən realizə edilmişdir. Dəyəri ödənilməmiş mallara görə ödənişin edilməsi tələbi ilə bağlı cavabdehə iki dəfə pretenziya məktubu göndərilməsinə baxmayaraq, borcun ödənilməsi onun tərəfindən təmin edilməmişdir.
15. Şirvan Kommersiya Məhkəməsinin e2-2(121)-155/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qərardadı ilə (hakim Rafiq İsmayılov) İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı işin baxılması üçün aidiyyəti üzrə Ağcabədi Rayon Mə hkəməsinə göndərilməsi qərara alınmışdır.
16. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-938/2021 nömrəli, 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia qismən təmin edilərək, cavabdehdən 118.456,90 manat məbləğində əsas borc, 1.000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 119.456,90 manat məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 24 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı MMC tərəfindən qaimə-fakturalara əsasən mallar cavabdehə təhvil verilmişdir. MMC tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Lakin iddia qaldırılan günə ödənilməmiş borcdan hər hansı ödəniş edilməsi barədə cav abdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır.
18. Məhkəmə qeyd etmişdir ki, cavabdehdən tələb edilən gecikdirilmiş faiz formasında 29.614 manat məbləğində maliyyə sanksiyası olan dəbbə pulu azaldılaraq, 1.000 manat məbləğində müəyyən edilməlidir.
19. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 343.1, 386, 442, 425.1, 448.1, 448.2, 462.1, 463.1, 567, 600.2-600.5ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 9 iyul 2009-cu il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14,2, 77.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
20. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi işlə bağlı heç bir nüansı araşdırmadan, onun məlumatı olmadan iş üzrə çəkişmə prinsipinin pozulması ilə qətnamə qəbul etmişdir. Hazırkı şəraitdə onun iddiaçı qarşısında heç bir öhdəliyi mövcud olmamaqla bərabər təqdim olunan qaimələr üzrə mallar da məhz alğı-satqı predmeti olaraq mağazada satılan mallar olmuşdur. İşçi kimi gələn malları qəbul etmişdir. Bundan əlavə isə həmin mallar mağazada satışda olmuşdur. Həmin malların alınması tarixindən sonrakı tarixlərdə də uzun müddət o, həmin iş yerində çalışmış və işçi kimi öz funksiyalarını yerinə yetirmişdir. Məhkəmə tərəfindən işə baxılarkən Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən işin hərtərəfli, tam, obyektiv araşdırılması aparılmamışdır. Cavabdeh olaraq onun məhkəmə iclasında iştirak etməməsi, yəni məhkəmə iclasından məlumatlı olmaması hazırkı gündə hüquqlarının kobud pozuntusuna gətirib çıxarmışdır.
22. Apellyasiya instansiya məhkəməsi tərəfindən X6 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə çəlb edilmişdir.
23. Daha sonra cavabdehin nümayəndəsi və vəkili ərizə məhkəmə kollegiyasına təqdim edərək, iddia ərizəsini iddia müddəti tətbiq etməklə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
24. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-840/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Samir Mayılov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunmaması qət edilmişdir.
25. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında müqavilənin mövcud olduğu halda iddiaçının borcunu tələb etmək haqqı vardır. MMC ilə cavabdeh malların nisyə alğı-satqısı üzrə hüquq münasibətində olmamışlar, onların arasında müqavilə (yaxud hər hansı yazılı və ya şifahi razılaşma) ol mamışdır. İddiaçının istinad etdiyi müqavilə MMC ilə Rəşid Əhmədov arasında olmuşdur. Rəşid Əhmədov sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs və vergi ödəyicisidir. Cavabdeh sahibkar Rəşid Əhmədovun işçisi olmuşdur. Fərdi sahibkar X3 cavabdeh əmək münasibətlərində olmuş, onların arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh tərəfin izahatına görə cavabdeh fərdi sahibkar Rəşid Əhmədovun tapşırığı əsasında malları qəbul etmiş, onların arasında tapşırıq münasibətləri olmuşdur.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işçi olaraq cavabdeh vurulmuş ziyan və ya digər əsaslarla işəgötürən Rəşid Əhmədovun qarşısında məsuliyyət daşıya bilər. Müəyyən edilmişdir ki, MMC ilə Rəş id Əhmədov arasında kommersiya hüquq münasibətləri olmuşdur. Onların arasında verilmiş nisyə mala görən borc tələbinə dair məhkəmə mübahisəsi (kommersiya mübahisəsi) olmuşdur. Belə ki, MMC cavabdehdən deyil, Rəşid Əhmədovdan müqavilə üzrə borcunu tələb etmişdir. Lakin malların təhvil alınması və borcun miqdarı barədə sübut təqdim edilmədiyindən iddia təmin edilməmişdir.
27. Cavabdeh isə işəgötürən Rəşid Əhmədovun tapşırığı əsasında mağazaya daxil olan malları qəbul etmişdir. Həmin mallar cavabdehin özü üçün deyil, satış üçün mağazaya təqdim edilmiş, satışa çıxarılmışdır. Malların nə qədər hissədə satılması, qalığı müəyyən edilməmiş, üzləşmə aktı olmamışdır.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh ilə hər-hansı müqavilə münasibəti olmadığı halda ondan müqavilə üzrə verilmiş ma lın pulunu tələb etməyin hüquqi əsası olmamışdır. Ona görə də iddia bu əsasla təmin edilə bilməz.
29. Bünunla yanaşı cavabdeh tərəf həm də iddia müddətinin ötürülməsinin tətbiq edilməsini də xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, tərəflər arasında hər-hansı müqavilə-hüquq münasibəti olduğu halda belə iddia müddəti ötürülmüşdür.
30. İddiaçı tələbində cavabdehdən əsassız varlanmaya görə vurulmuş ziyanı tələb etdiyini qeyd etmişdir. Məhkəmə kollegiya hesab etmişdir ki, hazırkı halda iddiaçının tələbinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinin dispozitiv şərtləri müəyyən edilməmiş, cavabdeh əsassız varlanan şəxs olmamışdır.
31. İddiaçı həm də Mülki Məcəllənin 21-ci maddəsinə istinad etmişdir. Məhkəmə kol legiyası qeyd etmişdir ki, bu halda da ziyan vurulma faktı ortada olmalı, cavabdehin qanunazidd əməli, yəni hərəkəti və ya hərəkətsizliyi olmalı, onun qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Belə hal da müəyyən edilməmişdir.
32. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 21, 373, 386, 600, 601, 1091, 1092-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14,2, 77.1, 382, 384.0.2, 392 və 393-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
33. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
34. Ape llyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Rəşid Əhmədovun işçisi olması səbəbindən faktiki MMC-nin işçisində güvən yaradaraq sonuncunun əmlakını ələ keçirmiş, nəticə etibarilə iddiaçıya maddi zərər vurmuşdur. Faktiki olaraq cavabdehin əməlində (Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan əməl) cinayət tərkibi olmuşdur. Əsassız varlanmada isə faydalanan tərəf hər hansı cinayət əməli törətmir. Belə olan halda məhkəmə iddianı təmin etməklə yanaşı xüsusi qərardad çıxarmalı idi.
35. Bundan başqa cavabdeh malları X4 tapşırığı əsasında qəbul etmiş, onların arasında tapşırıq münasibətləri olmuşdur. Buna əsaslanaraq cavabdehi Rəşid Əhmədovun müqavilə əsasında (tapşırıq müqaviləsi) təmsilçisi hesab edə bilərlər. Rəşid Əhmədov öz qanuni təmsilçisi cavabdehin hərəkət və hərək ətsizliyinə görə özü ilə eyni dərəcədə məsuliyyət daşımışdır. Rəşid Əhmədov ilə cavabdeh arasında tapşırıq münasibətləri olduğu üçün cavabdeh tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi ilə bağlı məsuliyyət daşımışdır.
36. Həmçinin qeyd olunmalıdır ki, Rəşid Əhmədovla cavabdeh arasında əmək müqaviləsi olmuş və həmin əmək müqaviləsinə xx.xx.2016-cı ildə, yəni qaimə-fakturalar tərtib olunduqdan sonra xitam verilmişdir. Belə ki, cavabdeh Rəşid Əhmədovun işçisi olduğu müddətdə sonuncuya müqavilə əsasında təhvil verilməli olan əşyaları almış və qaimə-fakturaları imzalamışdır. Həmin hissəyə işə birinci instansiya məhkəməsinə baxılan zaman diqqət yetirilsə də, Apellyasiya Məhkəməsi bu halı nəzərə almamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mül ki Məcəlləsi.
37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
39. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
40. M addə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
41. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
42. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
43. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş veri r ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
44. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
48. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
49. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.4. Məhkəmə öz qətna məsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayət in hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
56. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
57. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələ yə düzgün hüquqi qiymətin verilsə də, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
60. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmur. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır.
62. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qan uni əsası dedikdə qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyəsə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonraki mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konk ret hala tətbiq etməlidir.
63. Hazırki iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən 118.456,90 manat əsas borcun, 29.614 manat gecikmə faizinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
64. İşin müəyyən olunan hallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, İddiaçı MMC tərəfindən qaimə-fakturalara əsasən malların cavabdehə təhvil verilməsinə, MMC tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə, lakin iddia qaldırılan günə ödənilməmiş borcdan hər hansı ödəniş edilməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamasına əsaslanmış, həmçinin cavabdehdən tələb edilən gecikdirilmiş faiz formasında 29.614 manat məbləğində mali yyə sanksiyası olan dəbbə pulunu azaldaraq, 1.000 manat məbləğində müəyyən etmişdir.
65. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb iddia tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən, iddiaçı ilə cavabdehin arasında müqavilə münasibətlərinin olmamasına, iddiaçının istinad etdiyi müqavilənin MMC ilə X6 arasında olmasına, cavabdehin sahibkar Rəşid Əhmədovun işçisi olmasına, sonuncu ilə cavabdehin əmək münasibətlərində olmasına, onların arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə cavabdehin ərizəsinə əsasən xitam verilməsinə, cavabdehin fərdi sahibkar Rəşid Əhmədovun tapşırığı əsasında malları qəbul etməsinə, onların arasında tapşırıq münasibətləri olmasına, İddiaçı MMC ilə Rəşid Əhmədov arasında kommersiya hüqu q münasibətləri ilə bağlı məhkəmə mübahisəsi üzrə malların təhvil alınması və borcun miqdarı barədə sübut təqdim edilmədiyinə görə iddianın təmin edilməməsinə, işəgötürən Rəşid Əhmədovun tapşırığı əsasında mağazaya daxil olan malları qəbul etmiş cavabdehin malları özü üçün deyil, satış üçün mağazaya təqdim etməsinə, satışa çıxarılmasına, malların nə qədər hissədə satılması qalığının müəyyən edilməməsinə, üzləşmə aktının olmamasına, habelə tərəflər arasında hər-hansı müqaviləhüquq münasibəti olduğu halda belə iddia müddətinin ötürülməsinə əsaslanmışdır.
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun tam və obyektiv qiymət verilmədiyindən, qətnamə qanuni və əsaslı sayıla bilməz.
67. Belə ki, iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə aktlarından müəyyən edilir ki, İddiaçı MMC-nin cavabdeh X1rşı pul tələbinə dair iddiası, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1044/2016 nömrəli, 02 dekabr 2016-cı il tarixli qətnaməsi ilə, qismən təmin edilərək, cavabdeh X2 118.456,9 manat əsas borc, 2.500 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat, cəmi 120.981,9 manat məbləğində pul tutularaq MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(103)-169/2017 nömrəli, 12 aprel 2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Lakin apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsi Azərbayc an Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(102)-364/2017 nömrəli, 19 sentyabr 2017-ci il tarixli qərarı ilə qismən ləğv edilərkən, Rəşid Əhmədovun xx.xx.2016-cı il tarixli qarşılıqlı üzləşdirmə aktında olan imzanın ona məxsus olmadığını bildirdiyi halda, apellyasiya instansiya məhkəməsinin həmin imzanın həqiqiliyini yoxlamadığı qeyd olunmuşdur. Həmin iş üzrə daha sonra qəbul edilmiş məhkəmə aktlarında da, xx.xx.2016-cı il tarixli qarşılıqlı üzləşdirmə aktına məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir.
68. Göründüyü kimi cavabdehin xx.xx.2015-ci il tarixdə qaimə fakturaları imzalamasından sonraki tarixdə İddiaçı MMC ilə X6 arasında xx.xx.2016-cı il tarixli qarşılıqlı üzləşdirmə aktının mövcud olması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiqini tapsa da, apellyasiya instansiya məhkəməsi 118.456,9 manat məbləğlə bağlı olan xx.xx.2016-cı il tarixli qarşılıqlı üzləşdirmə aktının həqiqətən də İddiaçı MMC-nin cavbabdehə təhvil verdiyi mallara aid olub-olmamasını araşdırmamış, bu məqsədlə yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qəbul edildiyi işin materiallarını tələb edib öyrənməmiş, xx.xx.2016-cı il tarixli qarşılıqlı üzləşdirmə aktının hazırki iş üzrə mötəbərliliyini tədqiq etməmiş və həmin sübuta hər hansı hüquqi qiymət verməmiş, mülahizələrinə əsasən cavabdehin malları özü üçün deyil, satış üçün mağazaya təqdim etməsi, satışa çıxarılmasına, malların nə qədər hissədə satılması qalığının müəyyən edilməməsinə, üzləşmə aktının olmamasına dair formal nəticəyə gəlmişdir.
69. Həmçinin məhkəmə kassasiya şikayətinin dəlillər i ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki işə aid hallarla bağlı cinayət təqibi qaydasında hər hansı araşdırmanın aparılıb-aparılmaması da apellyasiya instansiya məhkəməsi tərəfindən yoxlanılmamışdır.
70. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir.
71. Eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsində göstərilir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının hayata keç irilməsinə kömək göstərir.
72. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduq da mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsidir.
73. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
74. Məhkəmə kollegiyası on u da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli qərarına qeyd edilmiş hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. 75. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
76. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
77. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
78. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
79. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
80. İddiaçı verdiyi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdiyindən, həmçinin məhkəmə kollegiyası işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini məqsədəuyğun hesab etdiyindən, kassasiya şikayəti qismən təmin edilməlidir.
81. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmədiyi hissədə ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
82. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhə miyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
83. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-840/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya ins tansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.